Məhkəmə qərarları › İş №2(103)-7017/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7017/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7017/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1032/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Birliyi tərəfindən onun hesab koduna yazılmış 972 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən, xx xxx 2010-cu il tarixdə İddiaçı yaşadığı ünvan 1 "A" ünvanda ******* № li,G4 markalı qaz sayğacı quraşdırılmış, Cavabdeh, X3 Sahəsi tərəfindən "Abonent Kitabçası" verilmişdir. xx.xx.2011-ci il tarixdə Cavabdeh ilə İddiaçı mərhum həyat yoldaşı X1 arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı- satqısı barədə» nömrəsiz müqavilə bağlanmışdır. xx.xx.2012-ci il tarixdə Cavabdeh əməkdaşları tərəfindən zavod nömrəsi ******* olan, G4 markalı qaz sayğacına baxış keçirilmiş, heç bir qüsur aşkar edilmədiyindən G4 markalı, 1202AQ**********4 № li, yeni qaz sayğacı quraşdırılmış, qırılmış 04429 № li plomb, 01469385 № li plomb ilə əvəz edilmiş və bu barədə 301785 № li AKT tərtib olunmuşdur.xx xxxxx 2016-cı ildə Cavabdeh əməkdaşları tərəfindən G4 markalı, 1202AQ**********4 № li qaz sayğacına baxış keçirilmiş və sayğacın mənfiyə işlədiyi aşkar edildiyindən G4 markalı, 1202AZ**********85 № li, yeni qaz sayğacı quraşdırılmış,qırılmış 01469385 № li plomb,04258501 № li plomb ilə əvəz edilmiş və bu barədə ******* № li AKT tərtib olunmuşdur.Qaz sayğaclarının işlək vəziyyətdə olması, sayğacların elektron hissəsinin, kart oxuyucularının, batareya səviyyəsinin, sayğaclarda olan proqram təminatının düzgün işləməsini yoxlamaq məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdən başlayaraq Cavabdeh tərəfindən əhali üçün quraşdırılmış həmin sayğaclara profilaktik baxış keçirilməsi nəzərdə tutulduğundan xx xxxxxxxx 2018-ci il tarixdə quraşdırılmış, istismar müddəti hələ bitməmiş, G4 markalı, 1202AZ**********85saylı qaz sayğacına Cavabdeh İB-nin nümayəndələri tərəfindən iddiaçının iştirakı ilə baxış keçirilmiş sayğacda heç bir qüsur aşkar edilməmiş, avəzetmə adı ilə smart-kart tipli G4 markalı 1802AZ**********43 saylı sayğacla əvəz edilərək ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacı Dövlət yoxlamasında iddiaçının iştirakı olmadan yoxlamadan keçmiş və yoxlama barədə iddiaçıya heç bir məlumat verilməmişdir. İddiaçı tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Çünki, belə olacağı təqdirdə aylıq ödənişlər arasında ziddiyətli fərqlər yaranmış olardı. Belə ki, 2010-cu ilin iyun ayından 2019-cu ilin oktyabr ayına qədər 11802 m3 qaz sərfiyatına görə 1416 manat ödəniş edilib və əsassız yazılmış borca görə 225.7 manat tutulma olmuşdur. Sayğacın istismara yararsız vəziyyətə gəlməsi barədə məlumat isə cavabdeh tərəfindən aşkar edilmişdir. Sayğac küçədə yerləşdiyindən ona edilmiş müdaxilə (əgər belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) iddiaçı tərəfindən edilməsi belə aşkarlanmamışdır.Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən təlimata görə qaz sayğaclarına və qaz kəmərlərinə hər ay baxış keçirilir. Elektron tablodakı göstəricilər Cavabdeh İB-nin bazasına ötürülür. Digər tərəfdən küçədəki qaz sayğacına abonent nəzarət etmir və sayğacın çıxış plastmas borusunda deşiyin əmələ gəlməsi üçün cavabdeh deyildir. Dəfələrlə keçirilmiş baxış zamanı nəzarətçilərin gözündən yayınmış "müdaxilə” inandırıcı deyildir. Ən azından sayğacda dəlik açılması üçün 05564120 № li plomb qırılmalı idi. Halbuki, plombun qırılması barədə heç bir qeydiyyat yoxdur. Bundan əlavə, Cavabdeh İB-nin iddia etdiyi həcmdə qazdan artıq istifadə edilməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır.xx.xx.2018-ci il tarixdə Cavabdeh İB Bakı Regional Qazın Satışı Deportamenti qeyd olunmuş müdaxilənin iddiaçıya aid olmasını sübuta yetirmədikləri halda, Cavabdeh İB Bakı Regional Qazın Satışı Deportamenti «komissiyasının üzvləri» tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə tərtib edilmiş ******* № li AKT əsasında 9720 m3 qaz sərfiyatına görə dəymiş ziyanı hesablayaraq iddiaçının hesab koduna əsassız olaraq 972.0 manat borc yazılmışdır. Halbuki, iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə hallarına yol verilməyib. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1032/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı ünvan 2 (abonent kodu - **********00005) ünvanına təbii qazdan istifadəyə görə əsassız olaraq hesablanmış 972 manat məbləğində borcun silinməsiqət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunsuz və əsassız olduğu üçün aşağıdakı əsaslara görə ləğv edilməlidir: Belə ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı abonentin iştirakı ilə akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacı ilə əvəz edilmişdir. Ünvandan çıxarılmlış sayğac dövlət yoxlamasından keçirilməsi üçün İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdən də itirilmiş qazın dəyərinə görə 972 manat abonentdən tələb edilmişdir. Sayğaca müdaxilə rəydə aşkar göründüyü halada məhkəmə bunu ağlabatan saymır. Bu qərarla hər kəs sayğaca müdaxilə edər və ödəniş etmədən təbii qazdan istifadə edər və dövlət əmlakını yararsız hala salar.Məhkəmə qeyd edirki, sayğaca cavabdeh qazpaylayıcıdır. Bəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydaları"nm 4.9-cu maddəsinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Lakin burada sayğacın dəyişdirilməsi, təmiri və yoxlamaya göndərilməsi göstərilir. Vətəndaş tərəfindən sayğacın yararsız hala salınması heç vaxt dövlət təşkilatının hesabına dəyişdirilə bilməz. Bu kimi hallar mövcud iqtisadi vəziyyətdə Birliyin vəziyyətini ağırlaşdırar və istehlakçılar arasında intizamsızlıq yaradar. Hər kəs sayğaca müdaxilə edib təbii qazı sayğac göstəricisi nəzərə alınmadan işlədər. Bu da öz növbəsində dövlətə maliyə cəhətdən zərər vurar. Məhkəmələr tərəfindən qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd olunan qanunun tələblərini tətbiq etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1032/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh İstehsalat Birliyinin xx.xx.2018-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, ünvan 2 üvanında quraşdırılmış sayğacda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 180 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin 1. 1,2x6x180=1296 m3 və 6x18x180=8424m3 cəmi 9720 m3 olaraq ödənilməsiqərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2018-ci il tarixli ******* saylı akt olmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, ünvan 2 ünvanına quraşdırılmış qaz sayğacına texniki baxış keçirilən zaman qaz sayğacının çıxış hissəsində dəlik olduğu aşkar olunmuş və dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan **********00005 saylı GASREP-dən çıxarışdan görünür ki, ünvan 2 ünvanının təbii qazdan istifadəyə görə cari borcu 761 manat təşkil edir. İş materiallarında olan **********00005 saylı abonentin saldosundan görünür ki, ünvan 2 ünvanının təbii qazdan istifadəyə görə 2018-ci ilin dekabr ayına 972 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş materiallarında iddiaçı tərəfindən qeyd olunаn sаyğаcа hər hаnsı müdаxilənin edilməsi, onun tərəfindən sаyğаcdаn, onun işləmə prinsipindən və s. аnlаyışı olаn şəxsin tаpılаrаq, onun vаsitəsi ilə sаyğаcа müdаxilə etməsi barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1032/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1032/2020 saylı xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar