Məhkəmə qərarları › İş №2(103)-7018/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7018/2020

05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7018/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-961/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İB Cavabdeh qarşı ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 6135,19 manat məbləğində dəymiş ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 6165,19 manat pulun tutularaq, İddiaçı İB-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.2012-ci il tarixli, 138 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ifərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində G-4 markalı 1002AQ**********7 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndini və 6.5-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,80 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akta əsasən 172,80 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akta əsasən 129,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 174,80 manat, xx.xx.2017-ci il tarixli, 0112961saylı akta əsasən 174,80 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 142,40 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 272 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 88,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 151,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 30,80 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 168,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 952,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 170,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 567,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 251,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 281,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 241,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 241,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 120,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 120,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 120,60 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 147,60 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 147,60 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 147,60 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 147,60 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, cəmi 5894,80 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 5894,80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə, cavabdehin əvvəldən 240,39 manat borcu olmuş və karta keçirilmişdir. Cavabdehə birliyin nümayəndələri tərəfindən 6135,19 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-961/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 5894,80 manat dəymiş zərər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5924 (beş min doqquz yüz iyirmi dörd) manat 80 (səksən) qəpik məbləğində pulun tutulması qət edilmişdir. Qətnamədən iddaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmasına dair hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, cavabdeh isə iddianın qismən təmin edilməsi məzmununda olan qətnamənin ləğvini istəmişdir. Bu o deməkdir ki, iddia tələbinin təmin edilmiş hissəsi hazırkı apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası bu kontekstdə izahatları dinləyib, şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Abonent saldosundan görünür ki, **********00000 abonent kodu olan Cavabdeh qazdan istifadə nəticəsində 6135,19 manat məbləğində borc hesablanmışdır. İş materiallarından görünür ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında İddiaçı İB tərəfindən aktlar tərtib edilmiş, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akt əsasında 172,80 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akta əsasən 172,80 manat, xx.xx.2016-cı il tarixli, ******* saylı akta əsasən 129,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 174,80 manat, xx.xx.2017-ci il tarixli, 0112961saylı akta əsasən 174,80 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 142,40 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 272 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 88,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən 151,60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 30,80 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 168,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 952,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 170,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 567,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 251,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 281,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 241,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 241,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 120,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 120,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 120,60 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 147,60 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 147,60 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 147,60 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 147,60 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat dəymiş zərər hesablanmış, fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə Cavabdeh üzərinə öhdəlik götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir. Kollegiya apellyasiya şiakyətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehin əvvəldən 240,39 manat borcu olması və həmin borcun karta keçirilməsini bildirsə də, həmin borcun hansı əsasla yaranması barədə nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə mötəbər sübut təqdim edə bilməmişdir. Bu səbəbdən iddia həmin hissədə təmin edilə bilməz. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Мəhkəməsinin 2(008)-961/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar