Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7020/2021 14.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi-vəkili X11, Cavabdehin nümayəndəsi-vəkili X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı X16rşı əmrin və əmək müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə müqavilənin ləğv edilməsi və işə bərpa tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2884/21 saylı 07.05.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı X16rşı əmrin və əmək müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə müqavilənin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinə (sonradan - Kollec) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 02.11.2020-ci il tarixdən “Müalicə işi” və “Tibbi Profilaktika” şöbələrinin birləşdirilməsi və şöbə müdiri X2 təyin edilərək onun şöbə müdiri vəzifəsindən azad edilməsi barədə Kollecin direktoru Dilarə Məmmədəliyevanın 30.10.2020-ci il tarixli 188-K №-li əmrinin, eyni zamanda 02.11.2020-ci il tarixdən şöbə müdiri vəzifəsindən azad edilərək 1,0 vahid həcmində 630 saat dərs yükü ayrılmaqla müəllim vəzifəsinə keçirilməsi barədə onunla Kollecin direktoru Dilarə Məmmədəliyeva arasında 06.09.2016-cı il tarixli əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 30.10.2020-ci il tarixli müqavilənin ləğv edilməsi və onun əvvəlki iş yerinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 2 №li X15 «Tibbi profilaktika» şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh Kollecə 1998-ci idə saat hesabı dərs keçməklə müəllim, 01.09.1999-cu il tarixdə daimi iş yeri kimi müəllim, 06.09.2016-cı il tarixdən metodist, 14.09.2017-ci il tarixdə isə «Tibbi profilaktika» şöbəsinin müdiri vəzifəsinə qəbul olunmuşdur. İşlədiyi müddət ərzində qanunla üzərinə düşən vəzifə öhdəliklərini lazımınca və vicdanla yerinə yetirmiş, barəsində heç vaxt inzibati tənbeh tədbiri tətbiq edilməmişdir. Kollecin ictimai həyatında aktiv iştirak etmiş, nümunəvi işçi kimi kollektivin hörmətini qazanmışdır. Sadaladığı hallar Kollecin direktoru Dilarə Məmmədəliyevanın barəsində təqdim etdiyi təqdimatda da öz əksini tapmışdır. 2020-ci ilin sonlarında direktor sözbət əsnasında ona tələbələrin sayının normativlərə cavab verməməsi səbəbindən müdiri olduğu şöbənin ləğv edilə bilmə ehtimalı barədə fikirlərini bölüşmüş, lakin hələ konkret nəticəyə gəlmədiyini dilə gətirərək 2021-ci ilin qəbul göstəriciləridən sonra bu barədə konkret qərar qəbul edilə biləcəyini qeyd etmişdir. 2020-ci ilin mart ayında isə ona məlum olmuşdur ki, direktorun 30.10.2020-ci il tarixli 188-k saylı əmrinə əsasən 02.11.2020-ci il tarixdə «Müalicə işi» və müdiri olduğu «Tibbi profilaktika» şöbələri birləşdirilmiş və şöbə müdiri X4 təyin edilərək o şöbə müdiri vəzifəsindən azad edilmişdir. Əmrin qəbulu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 27.04.1998-ci il tarixli 97 №li qeydiyyatı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.04.1998-ci il tarixli 203 №li “Orta ixtisas dövlət müəssissələrinin şöbələri haqqında” Əsasnamə ilə əsaslandırılmışdır. Bundan başqa, 30.10.2020-ci il tarixdə guya 02.11.2020ci il tarixdə şöbə müdiri vəzifəsindən azad edilərək 1,0 vahid tarif həcmində 630 saat dərs yükü ayrılmaqla müəlli vəzifəsinə keçirilməyi barədə onunla kollecin direktoru arasında 06.09.2016-cı il tarixli əmək müqaviləsinə dəyişiklər və əlavələr edilməsi haqqında müqavilə bağlanmışdır. Bildirir ki, sözügedə əmrin qəbulundan və əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında müqavilənin tərtibindən tamamilə məlumatsız olmuş, nə həmin əmrin, nə də qeyd olunan müqavilənin surəti bu günədək də ona rəsmi şəkildə təqdim olunmamış və o, əmək müqaviəsinə dəyişiklik edilməsi haqqında 30.10.2020-ci il tarixli müqavilənin tərtibatından məlumatsız olduğu üçün tərəf və işçi olaraq imzalamamışdır. Sadəcə olaraq 2021-ci ilin mart ayında müdir vəzifəsindən azad edilməyi barədə əmrin verilməsindən xəbər tutduqdan sonra kadrlar şöbəsinə yaxınlaşıb əmrin surətini ona təqdim edilməsini tələb etsə də, bundan imtina edilmiş, yalnız israrlı tələbindən sonra şəxsi işinə baxış keçirilməyinə şərait yaradalımşdır ki, o da telefon vasitəsilə şəxsi işindəki sənədlərin fotolarını çəkdikdən sonra barəsində verilən 30.10.2020-ci il tarixli 188-k saylı əmrin və guya onunla bağlanmış əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında 30.10.2020-ciil tarixli müqavilənin məzmunu ilə tanış ola bilmişdir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı Yasamal rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul olunmuşdur, qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir, birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi nəticələri işin hallarına uyğun deyildir. Bu və digər əsasları gətirərək, iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçını, onun nümayəndəsini, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən cavabdehin nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Yasamal rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyevanın 30.10.2020-ci il tarixli 188-K №-li əmrindən görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Təhsil Nazirliyinin “Orta ixtisas təhsilli müəssisələrin maddi texniki təhcizatı, kadr potensialı və strukturuna qoyulan minimum» normalarına əsasən tibbi profilaktika» şöbəsində tələbələrin sayı bu normativlərə cavab vermədiyi üçün 02.11.2020-ci il tarixindən «Müalicə işi» və «Tibbi profilaktika» şöbələri birləşdirilmiş və şöbə müdiri X4 təyin edilmişdir. Şöbə müdiri İddiaçı bu vəzifədə azad edilərək müəllim vəzifəsinə keçirilsin və 630 saat dərs yükü verilsin. Əmrin verilməsiə əsas Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 27.04.1998-ci il tarixli 97 №li qeydiyyatı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.04.1998-ci il tarixli 203 №li “Orta ixtisas dövlət müəssissələrinin şöbələri haqqında” Əsasnamə göstərilmişdir. İşə əlavə edilmiş Kollecin “Tibbi profilaktika” şöbəsinin müdiri İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən dəyişiklik və əlavələr haqqında Kollecin direktoru Dilarə Məmmədəliyeva arasında 06.09.2016-cı il tarixli əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 30.10.2020-ci il tarixli müqavilədən görünür ki, o, 02.11.2020-ci il tarixindən şöbə müdiri vəzifəsindən azad edilərək (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 27.04.1998- ci il tarixli 97 №li qeydiyyatı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.04.1998-ci il tarixli 203 №li “Orta ixtisas dövlət müəssissələrinin şöbələri haqqında” Əsasnaməyə əsasən tələbə sayının 150-dən aşağı olması ilə əlaqədar) 1,0 vahid həcmində 630 saat dərs yükü ayrılmaqla müəllim vəzifəsinə keçirilmişdir. Müəllimin əmək funksiyası kimi müxtəlif forma və üsullardan istifadə etmək, tədris planlarını və proqramlarını yerinə yetirmək, dərslərin yüksək səviyyədə keçirilməsini və tələbələr tərəfindən mənimsənilməsini təmin etmək, əməyin təhlükəsizliyi və qaydalarına əməl etməsi göstərilmişdir. Əmək müqaviləsinə edilmiş bu dəyişikliyin 02.11.2020-ci il tarixindən qüvvəyə minməsi və bağlanmış əmək müqaviləsinin tərkib hissəsini təhkil etməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb X5 Komitəsinin bürosunun 15.10.2020-ci il tarixli 17 saylı protokolundan görünür ki, gündəlikdə olan məsələlərdən biri də “Tibbi profilaktika” şöbəsinin bağlanması haqqında olmuş, iclasın qərarı ilə həmçinin şöbənin fəaliyyəti dayandırıldığı üçün kollecin müəllimi İddiaçı tam dərs yükü ilə təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, tədris-təribyə işləri üzrə direktoru müavini Vəfa Əliyeva, Həmkarlar İttifaqının sədri Simuz Zeynalova, Tədris işləri üzrə böük mütəxəssis Xanım Məmmədova, kadrlar üzrə böyük mütəxəssis Mehparə Əhmədovanın imzaladıqları 30.10.2021-ci il tarixli aktdan görünür ki, “Tibbi profilaktika” şöbəsinin müdiri İddiaçı şöbədə tələbə sayının az olması ilə əlaqədar olaraq həmin şöbənin “Müalicə işi” şöbəsi ilə birləşdirilməsi haqqında məlumatlandırılmış və ona müəllim kimi 650 saat dərs yükü verilmişdir. İş materiallarında olan 2 nömrəli Bakı Baza Tibb Kollecinin tədris-təribyə işləri üzrə direktoru müavini Vəfa Əliyeva, “Müalicə işi” şöbəsinin müdiri X4, həmin şöbənin laborantı X12 imzaladıqları 23.12.2021-ci il tarixli aktdan görünür ki, onların iştirakı ilə 2020-ci ilin noyabrdekabr ayları ərzində (bəzi sənədlər olmadığına görə) ardıcıllıqla “Tibbi profilaktika” şöbəsinin müdiri İddiaçı şöbəyə aid normativ sənədləri İ.E.Allahverdiyevaya təhvil vermişdir.(dərs jurnalları, təqaüd qovluğu, imtahan vərəqələri, təhsil haqqının ödənilməsinə dair arayışlar və s.) İş materiallarında olan 2 nömrəli Bakı Baza Tibb Kollecinin kadrlar üzrə böyük mütəxəssis Mehparə Əhmədovanın direktor Dilarə Məmmədəliyeva yazdığı 16.03.2021-ci il tarixli izahatından görünür ki, 30.10.2020-ci il tarixli 188 №li əmrə əsasən “Tibbi profilaktika” şöbəsinin müdiri İddiaçı müəllim keçməsi ilə əlaqədar sənədində imzanı ala bilməmişdir. Dərslərin onlayın olması səbəbindən İddiaçı zəng edərək onun kollecə gəlib imza atmalı olduğunu bildirmişdir. O isə heç bir etiraz etmədən gələcəyini bildirmişdir. Bu haqda isə sizə bir məlumat verməmişdir. Sonra o onu kollecdə görüb kadrlara qalxmanın və sənədi imzalayacağını yenə də ona bildirmişdir. O isə tələsdiyini bildirərək gələcəyini demişdir. Mart ayının 9-u isə kadrlara gəlib birdən-birə imza atmayacağını bildirdi. Bu barədə onlara heç bir məlumat vermədiyi üçün özünü günahkar bilir və hər bir inzibati tənbeh ilə cəzalanmağına hazır olduğunu bildirmişdir. İş materiallarında olan 2 nömrəli Bakı Baza Tibb Kollecinin kadrlar üzrə böyük mütəxəssis M.Z.Əmrahovanın, kadrlar üzrə mütəxəssis A.X.İsmayılovanın və laborant F.Y Süleymanovanın imzaladıqları 28.12.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı dəfələrlə zəng edirmiş və müəllim keçməsi haqqında sənədləri imzalaması üçün məlumat verilmişdir. İddiaçı gələcəyini bildirmiş, sonradan kollecə gəlmiş və foyedə Əmrahova ilə qarşılasanda tələsdiyini bildirərək çıxıb getmiş və sonra gələcəyini bildirmişdir. şöbədə tələbə sayının az olması ilə əlaqədar olaraq həmin şöbənin “Müalicə işi” şöbəsi ilə birləşdirilməsi haqqında məlumatlandırılmış və ona müəllim kimi 650 saat dərs yükü verilmişdir. İş materiallarında olan Binəqədi RİH Qaçqınlar və Məcburi köçkünlərin işləri üzrə şöbənin 19.05.1999-cu il tarixli 2 №li Tibb məktəbinə verdikləri arayışdan görünür ki, X1 rayonunda məcburi köçkün olmaqla Biləcəri qəs. Y.Hüseynov küç. Ev 98 m. 6- da məskunlaşmışdır. İş materiallarında olan 2 nömrəli Bakı Baza Tibb Kollecinin Tədris işləri üzrə böük mütəxəssisi Xanım Məmmədovanın imzaladığı 03.11.2020-ci il tarixli sənədlərdən görünür ki, 2020\2021-ci tədris ilində “Tibbi profilaktika” şöbəsi üzrə tələbə kontingentinin 137 nəfər, “Müalicə işi” şöbəsi üzrə 220 nəfərdir. İş materiallarında olan 2 nömrəli Bakı Baza Tibb Kollecinin Tədris işləri üzrə böük mütəxəssisi Xanım Məmmədovanın imzaladığı 16.04.2021-ci il tarixli sənəddən görünür ki, tələbə kontingetinin sayına görə 2006\2017-ci tədris ilində “Ortopedik stomatologiya” şöbəsi “Əczaçılıq” şöbəsi ilə, 2007-2011-ci illərdə “Tibbi profilaktika” şöbəsi “Laboratoriya” şöbəsi ilə birləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoruna ünvanladığı 31.03.2021-ci il tarixli məktubundan görünür ki, tibbi profiliktika şöbəsində tələbə sayı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 126 №li 25 fevral 1997-ci il tarixli əmri ilə təsdiq olunmuş “Orta ixtisas dövlət təhsil müəssisələrinin şöbələri haqqında Əsasnamə”sinə və 203 №li 20 aprel 1998-ci il tarixli əmri ilə təsdiq olunmuş “Orta ixtisas təhsilli müəssisələrin maddi-texniki təhcizatı, kadr potensialı və struktu”na uyğun gəlmədiyi üçün tibbi profilaktika şöbəsinin müalicə işi şöbəsi ilə birləşməsinə etiraaz etmir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki iddiaçı cavabdeh Kollecdə 14.09.2017-ci il tarixdən fəaliyyətini «Tibbi profilaktika» şöbəsinin müdiri vəzifəsində davam etdirdiyi halda direktorun 30.10.2020-ci il tarixli 188-k saylı əmrinə əsasən 02.11.2020-ci il tarixdə «Müalicə işi» və müdiri olduğu «Tibbi profilaktika» şöbələrinin birləşdirilməsi və şöbə müdiri kimi X4 təyin edilərək onun da şöbə müdiri vəzifəsindən azad edilməsinin qanuniliyini mübahisələndirir və bu barədə ona 2020-ci ilin mart ayında məlum olmasını göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı sözügedən əmrin və X2 hər iki birləşdirilmiş şöbənin müdiri kimi fəaliyyət göstərməsinin ona 2020-ci ilin mart ayında məlum olmasını təsdiq edən hər hansı sübutları nə birinci instansiya məhkəməsinə, nə də ki, kollegiyanın iclasında təqdim etməmişdir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddiaçının 2021-ci ilin mart ayında müdir vəzifəsindən azad edilməyi barədə əmrin verilməsindən xəbər tutduqdan sonra ona əmrin surətinin verilməməsi, yalnız israrlı tələbindən sonra şəxsi işinə baxış keçirilməyinə şərait yaradılarkən o da telefon vasitəsilə şəxsi işindəki sənədlərin fotolarını çəkdikdən sonra barəsində verilən 30.10.2020-ci il tarixli 188-k saylı əmrin və məzmunu ilə tanış ola bilməsinə dair izahatlarını inandırıcı sayılmadı, bunların onun subyektiv mülahizələri kimi qiymətləndirilmişdir. Belə ki, iddiaçının bununla bağlı irəli sürdüyü dəlillərin əsassız olmaqla inandırıcı olmaması cavabdeh tərəfin izahatları və təqdim etdiyi sənədlərlə tam təkzib edilmişdir. İş materiallarından görünür ki, 2 nömrəli Bakı Baza Tibb Kollecinin əməkdaşlarının tərtib edərək imzaladıqları 30.10.2021-ci il tarixli aktda “Tibbi profilaktika” şöbəsinin müdiri İddiaçı şöbədə tələbə sayının az olması ilə əlaqədar olaraq həmin şöbənin “Müalicə işi” şöbəsi ilə birləşdirilməsi haqqında məlumatlandırılması və ona müəllim kimi 650 saat dərs yükü verilməsi göstərilmişdir. Həmçinin işin hallarından görünür ki, iddiaçı tutduğu vəzifədən azad olunduğuna görə 02.11.2020-ci il tarixindən kollecə daha gəlməyərək yalnız müəllim kimi dərslərini onlayn şəkildə aparmışdır. Bu müddət ərzində isə “Tibbi profilaktika” şöbəsinə aid olan bütün işlərin yerinə yetirilməsi şöbə müdiri İ.E.Allahverdiyeva tərəfindən həyata keçirilmişdir. Göründüyü kimi, 02.11.2021-ci il tarixdən iddiaçı “Tibbi profilaktika” şöbəsinin müdiri kimi üzərinə düşən vəzifələri yerinə yetirməməsi faktı mövcuddur və iddaçı bu halı təkzib edən hər hansı sübut təqdim etməmiş və hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, iddiaçı göstərilən normaların dispozisiya şərtlərini pozmuş, tərəfindən iddia qaldırmaqla məhkəmə instansiyasına müraciət etmə müddətinə riayət olunmamış, müddətin üzürlü səbəbdən buraxılması təsdiq olunmamış və bunun səbəbli əlaqəsi olaraq iddia tələbi üzrə iddiaçının mübahisə açdığı hallara dair dəlillərini dəyərləndirməklə onun istinad etdiyi arqumentlərə tam həcmdə hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Cavabdeh tərəf də iddianın həmçinin bu əsasla da rədd edilməsini yazılı izahatında göstərmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, iddiaçı tərəfindən məhkəmə instansiyasına müraciət etmə müddətinə riayət olunduğu təqdirdə belə onun iddia tələbləri əsaslı sayıla bilməz. Belə ki, iddiaçı tələbində əvvəlki iş yerinə bərpa edilməsi üçün əsas olan digər 2 məsələnin qanuniliyini mübahsələndirmişdir: 1) 02.11.2020-ci il tarixdən “Müalicə işi” və “Tibbi Profilaktika” şöbələrinin birləşdirilməsi və şöbə müdiri X2 təyin edilərək onun şöbə müdiri vəzifəsindən azad edilməsi barədə Kollecin 30.10.2020-ci il tarixli 188-K №- li əmrinin ləğv edilməsi. 2) 02.11.2020-ci il tarixdən şöbə müdiri vəzifəsindən azad edilərək 1.0 vahid tarif həcmində 630 saat dərs yükü ayrılmaqla müəllim vəzifəsinə keçirilməsi barədə iddiaçı ilə Koll arasında 06.09.2016-cı il tarixli əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 30.10.2020-ci il tarixli müqavilənin ləğv edilməsi. Bunula bağlı məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25.02.1997-ci il tarxili 126 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 04.03.1997-ci il tarixdə 35 nömrə altında qeydiyyata alınmış “Orta ixtisas dövləət təhsili müəssisələrinin şöbələri haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən orta ixtisas təhsili müəssisələrinin şöbələri qanunvericilikdə müəyyən olunmuş qaydada açılır, təşkil edilir və ləğv olunur. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən orta ixtisas təhsili müəssisələrinin gündüz şöbəsi bir və ya bir neçə uyğun ixtisas üzrə ən azı 150 tələbə olduqda açılır. Həmçinin qüvvədə olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 203 №- li 20.04.1998-ci il tarixli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 97 nömrə altında 27.04.1998-ci il tarixdə qeydiyyata alınmış “Orta ixtisas təhsili müəssisələrinin maddi texniki təchizat, kadr potensialı və strukturuna qoyulan minimum” Normaların 4-cü bölməsinə əsasən orta ixtisas təhsili müəssisələrinin gündüz şöbəsi bir və ya bir neçə uyğun ixtisas üzrə ən azı 150 tələbə olduqda açılır. Həmin Normaların 5-ci bölməsinə əsasən bu Standartın tələblərinə əməl edilməsində Dövlət Nəzarəti Azərbaycan Respublikası qanunvericiliyi ilə həll olunur. Bu standartın tələblərinə əməl olunmasına X7 müvafiq Nazirlik və İdarələrlə birlikdə Azərbaycan Respublikası Təhsil Nazirliyi həyata keçirir. Standartın tələblərinə riayət etmədən orta ixtisas təhsili müəssisələri qanunvericiliyə görə məsuliyyət daşıyırlar. Göründüyü kimi, normativ sənədlərdə hansı hallarda şöbənin mövcud ola bilməsi öz əksini tapmışdır. Həmçinin həmin normativlərə riayət olunmamasının məsuliyyətə səbəb olacağı da qeyd olunmuşdur. Təqdim edilmiş sənədlərdən də görünür ki, hələ 2006-2007 və 2010-2011-ci tədris illərindən Kollecin şöbələrinin bəzilərinin birləşdirilməsi halları baş vermiş və bu birləşdirmələrin həyata keçirilməsi üçün müəyyən əsaslar da olmuşdur. 2020\2021-ci tədris ilində “Tibbi profilaktika” şöbəsi üzrə tələbə kontigenti 137 nəfər, “Müalicə işi” şöbəsi üzrə isə 220 nəfərdir. İşin materiallarından görünür ki, X10 Komitəsinin 15.10.2020-ci il tarixdə keçirilmiş iclasının gündəliyinə həmçinin “Tibbi profilaktika” şöbəsinin bağlanması salınmış, bu məsələ də iclasda müzakirə olunmuş və yekun olaraq qanunvericiliyə uyğun olaraq “Tibbi profilaktika” şöbəsinin bağlanması və "Müalicə” işi şöbəsi ilə birləşdirilməsi təklif olunaraq "Tibbi profilaktika” şöbə müdirinin fəaliyyətini dayandırıldığı üçün İddiaçı tam dərs yükü ilə təmin edilməsi irəli sürülmüş, daha sonra Kollecin direktorunun 188-K №-li 30.10.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Ədliyyə və Təhsil Nazirliyinin “Orta ixtisas təhsil müəssisələrinin maddi texniki təchizatı, kadr potensialı və strukturuna qoyulan minimum” normalarına əsasən “Tibbi profilaktika” şöbəsində tələbələrin sayı bu normativlərə cavab vermədiyi üçün 02.11.2020-ci il tarixdən “Müalicə işi” və “Tibbi profilaktika” şöbələri birləşdirilmiş və şöbə müdiri X4 təyin edilmişdir. Eyni zamanda cavabdeh tərəfin izahatından görünür ki, şöbə müdiri İddiaçı bu vəzifədən azad edilərək müəllim vəzifəsinə keçirilməklə müəllimin 1.0 vahid tarif həcmində dərs yükü 500 saat olduğu halda İddiaçı 630 saat - 1.25 vahid tarif həcmində dərs yükü ayrılmışdır. Məhkəmə kollegiyası iddiaçının 30.10.2020-ci il tarixli 188-k saylı əmrin ləğvinin əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları» adlanan 77- ci maddəsinin İ və İİİ hissələrinə, “İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər» adlanan 78-ci maddəsini İ hissəsinə istinad etməsini düzgün saymır. Belə ki, əvvəla iddiaçıya münasibətdə cavabdeh kollecdə işçilərin sayının və ştat ixtisarı olunması halı deyil, bir işdən başqa işə keçirilmə halı baş vermişdir. Bu halda isə Əmək Məcəlləsinin 77-ci maddəsi hazırki işə şamil edilə bilməz. İşə baxan birinci instansiya məhkəməsi göstərilən qənaətə gələrkən haqlı olaraq nəzərə almışdır ki, iddiaçı ilə Kollec arasında əmək münasibətləri pozulmamış, iddiaçı hazırda Kollecdə müəllim vəzifəsində öz əmək fəaliyyətini davam etdirməkdədir. Bundan əlavə, işçilərin ixtisarı olunmadığı üçün birləşdirilmiş şöbəyə məhz iddiaçının deyil, başqa şəxsin təyin edilməsinin qanuniliyi də Əmək Məcəlləsinin 78-ci maddəsini müddəaları baxımından qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25.02.1997- ei il tarxili 126 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 04.03.1997-ci il tarixdə 35 nömrə altında qeydiyyata alınmış “Orta ixtisas dövlət təhsili müəssisələrinin şöbələri haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən şöbə müdiri kifayət qədər pedaqoji staj və səriştəsi, yüksək səviyyəli nailiyyətləri və göstəriciləri olan, həmin Şöbədə hazırlanan ixtisaslara uyğun mütəxəssislərdən orta ixtisas təhsili müəssisəsi direktorunun əmri ilə təyin olunur. Əsasnamədən də göründüyü kimi, şöbə müdiri vəzifəsinə kimin təyin olunması məsələsi birbaşa olaraq direktorun səlahiyyətindədir. X3 şöbəsi deyil, İddiaçı şöbəsi birləşdirmənin təsirinə məruz qalmışdır. Belə ki, “Tibbi profilaktika” şöbəsindən (137 nəfər) fərqli olaraq “Müalicə işi” şöbəsində tələbə kontingenti 220 nəfər olmuşdur. Təqdim edilmiş sənədlərdən də görünür ki, Allahverdiyev İlahə 09.06.2016-cı il tarixdən, İddiaçı isə 14.09.2017-ci il tarixdən şöbə müdiri vəzifəsinə keçirilmişdir. X6 Şuşa rayonundan məcburi köçkün statusuna malik olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki vəziyyətdə direktor ona verilmiş hüquqdan istifadə edərək həmin vəzifəyə nəyə görə iddiaçını deyil, məhz İlahə Allahverdiyevanı təyin etməsini əsaslandırmağına hüquqi əsas olmamış və bununla da heç bir qanun pozuntusuna yol verməmişdir. Eyni zamanda məhkəmə kollegiyası iddiaçının 30.10.2020-ci il tarixli 188-k saylı əmrin qanunsuz olmasına dair irəli sürdüyü dəlillərə hüquqi qiymət verərək hesab edir ki, cavabdehin əməllərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin İİ hissəsinin və 84-cü maddəsinin İ hissəsinin müddəalarının pozulması halları olmadığı üçün həmin əmr 84-cü maddəsinin İİ hissəsinə əsasən də etibarsız sayılması üçün də hüquqi əsaslar mövcud deyildir. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi halı baş verməmişdir. Göstərilən normalar isə əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasını və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu tənzimləyir. Həmçinin məhkəmə kollegiyası iddiaçının cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin tələblərinin pozulması ilə bağlı dəlilləri ilə bağlı qeyd edir ki, şöbə müdiri birbaşa olaraq direktor tərəfindən həyata keçirildiyindən attestasiya normalarının hazırki mübahisəyə aidiyyəti yoxdur. Qeyd edilən norma işçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtlərini tənzimləyir ki, hazırki halda da şöbələrin birləşdirilməsi zamanı hər iki şöbənin müdirinin hansının birləşdirilmiş şöbəyə təyin edilməsi zamanı attestasiya keçirilməsinin mütləq olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halında qiymət verərək iddiaçı barəsində verilən əmrin qanunsuz olmasının əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi üçün iddiaçının 30.10.2020-ci il tarixli 188-k saylı əmrin qanunsuz olmasına dair dəlillərinin əsaslı olmaması nəticəsinə gəlir. Eyni zamanda məhkəmə kollegiyası iddia tələbinin 02.11.2020-ci il tarixdən şöbə müdiri vəzifəsindən azad edilərək 1.0 vahid tarif həcmində 630 saat dərs yükü ayrılmaqla müəllim vəzifəsinə keçirilməsi barədə onunla Kollec arasında 06.09.2016-cı il tarixli əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 30.10.2020-ci il tarixli müqavilənin ləğv edilməsi dəlilinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-ci hissəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Məhkəmə kollegiyası qeyd edir ki, Kollecin “Tibbi profilaktika” şöbəsinin müdiri İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinə əsasən dəyişiklik və əlavələr haqqında Kollecin direktoru Dilarə Məmmədəliyeva arasında 06.09.2016cı il tarixli əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 30.10.2020-ci il tarixli müqaviləsində iddiaçının imzası olmaması faktı mövcuddur. Lakin bu halın mövcudluğu da iddiaçının tələbinin bu hissəsinin əsaslı olması üçün yetərli deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2020-ci ilin noyabr ayından etibarən müəllim kimi vəzifə funksiyalarını icra etməyə başlamış və buna uyğun əmək haqqı almışdır. Başqa sözlə, işin araşdırılmış halları və tərəflərin tələbin bu hissəsi əlaqədar verdikləri izahatlardan aydın olur ki, iddiaçı 02.11,2020-ci il tarixdən etibarən artıq şöbə müdiri vəzifəsində işləmədiyini bilirdi, lakin iddiaçıya həmin müqaviləyə əlavənin imzalanması müxtəlif formalarda ( telefonla, şifahi surətdə) dələlərlə təklif edilməsinə baxmayaraq o bu sənədi imzalamalı olduğu halda bundan yayınmış və sonradan pandemiya ilə əlaqədar distant tədris mövcud olduğundan bu günə qədər də həmin əlavəni imzalamağa təşəbbüs göstərməmişdir. Bütün bu hallar ona dəlalət edir ki, iddiaçı əmək şəraitinin dəyişdirilməsinə susmaqla razılığını bildirmişdir. Əks halda iddiaçı bununla əlaqədar olaraq vaxtında həmin müqaviləyə edilən əlavə və dəyişikliyi mübahisələndirmək hüququndan istifadə edərdi. Lakin yuxarıda qeyd edildiyi kimi iddiaçı bununla bağlı məhkəməyə müraciət müddətini də buraxmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddiaçının 02.11.2020-ci il tarixdən etibarən artıq şöbə müdiri vəzifəsində işləmədiyini, bununla bağlı əmək müqaviləsinə əlavə və dəyişiklik edilməsi ilə əlaqədar onu imzalamalı olmasını bildiyi halda, sözügedən müqavilədə imzasının olmamasından istifadə edərək məhkəməyə müraciət müddətini ötürməklə hazırki iddianı qaldırmasını haqlı olaraq hüquqdan sui-istifadə kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Müılki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mılki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. İddiaçı hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə 07 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7020/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7020/2021
14.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver