Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7020/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və mənzilin boş vəziyyətdə təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, cavabdeh, həmçinin digər cavabdehin nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “mənzildən çıxarılma və mənzilin boş vəziyyətdə təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-6844/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materillarından olan "xxxx" MTK-nin direktoru X1 ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən "xxxx" MTK-nın tikilməkdə olan binasının İİ girişinin 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqdan ibarət 207 saylı ümumi dəyəri 47698 manat məbləğində müəyyən olunmuş mənzili son variantda daxili sanitariya avadanlığı və daxili tamamlanma işləri görülmədən, bilavasitə alıcının özünə verir.
2. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 2-ci girişi, 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilin pay dəyərindən 47698 manat alıcı İddiaçı tərəfindən ödənildi.
3. İş materillarından olan "xxxx" MTK-nin sədri X1 ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış bağlanmış yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş "xxxx" MTK-nın tikilməkdə olan binasının İİ girişinin 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqdan ibarət 207 saylı ümumi dəyəri 52000 manat məbləğində müəyyən olunmuş mənzili son variantda daxili sanitariya avadanlığı və daxili tamamlanma işləri görülmədən, bilavasitə alıcının özünə verir.
4. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 2-ci girişi, 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilin pay dəyərindən 52000 manat alıcı Cavabdeh1 tərəfindən ödənildi.
5. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanda Yeni ünvan 2 mənzildə Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 və ikiazyaşlı uşaqları ilə birlikdə qeydiyyatsız olaraq yaşayır.
6. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X5 ünvan 1 ünvanda Yeni ünvan 2 mənzilində qeydiyyatsız olaraq yaşayır (övladları X4, X7).
7. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, "xxxx" MTK-da olan 3 otaqlı, 130,5 kv.m sahəli 207 nömrəli mənzil ilə əlaqədar Cavabdeh1 və İddiaçı adları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təşəbbüsü ilə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli şossesi ünvanında inşa edilən binada yerləşən 75 kv.m mənzilin ayrılması ilə əlaqədar tərtib edilmiş siyahıya daxil edilmişdir. İddiaçı xeyrinə qəbul edilmiş müvafiq məhkəmə qətnaməsi ilə Cavabdeh1 qeyd edilən mənzildən çıxarılmasını və mənzilin ona qaytarılmasını tələb etdiyindən "xxxx" MTK tərəfindən inşa edilən mənzili qəbul etməkdən imtina etmişdir.
8. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-7864/2018 saylı qiyabi qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilin boş vəziyyətdə İddiaçı təhvil verilməsinin cavabdeh "xxxx" MTK-ya həvalə edilməsi qət edilmişdir.
9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 5642/2022 saylı qərardadı ilə maraqlarına toxunan şəxs Cavabdeh1 ərizəsi əsasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-7864/2018 saylı qiyabi qətnaməsi ləğv edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənzilin boş vəziyyətdə təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə ünvan 4 ünvanında, 2-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. ibarət olan 3 otaqlı, 207 saylı mənzildən çıxarılması və mənzilin boş vəziyyətdə ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixində "xxxx" MTK ilə aralarında bağlanmış “yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən MTK-nın tikilməkdə olan binasının 2-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. olan 3 otaqlı, 207 saylı mənzili ona verməyi, o isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Aldığı mənzilin dəyərini müqavilə bağlandığı gün ödəmiş və MTK tərəfindən xx.xx.2007-ci il tarixli maliyyə arayışı verilmişdir. Çox zaman respublikadan kənarda olduğundan və daimi yaşayış yeri olduğundan, binada tikinti işlərinin aparılması ilə maraqlanmamışdır. Sonradan mənzilə baxış keçirmək üçün binanın yerləşdiyi əraziyə getmiş, lakin MTK-nın nümayəndələri ora buraxmamış və elə həmin vaxt məlum olmuşdur ki, binada bir mənzil bir neçə nəfərə satıldığından, binanı inşa edən şəxsləri həbs ediblər. Bundan sonra, mənzilə dair sənədləri götürüb MTK-nın əməkdaşlarına yaxınlaşaraq, aldığı mənzili təhvil vermələrini xahiş etmiş, lakin, mənzili göstərməkdən və təhvil verməkdən imtina edərək, orada belə bir mənzilin olmadığını qeyd etmişlər. Sonradan "xxxx" MTK-ya qarşı iddia irəli sürmüş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 7864/2018 saylı qiyabi qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbəsində, ümumi sahəsi 130,5 kv.m. olan 3 otaqlı, 207 saylı mənzilin boş vəziyyətdə ona verilməsi vəzifəsinin “Yeni Yasamal" MTK-ya həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və qətnamənin icrası zamanı məlum olmuşdur ki, mənzildə Cavabdeh1 arvadı Cavabdeh2 və iki az yaşlı uşağı ilə birlikdə yaşayırlar. Həmin şəxslərə mənzilin boşaldılması ilə bağlı dəfələrlə müraciət etsə də və mənzilin könüllü qaydada onlar tərəfindən boşaldacağlarına ümid etsə də, cavabdehlər tərəfindən mənzilin boşaldılaraq təhvil verilməsi təmin edilməmişdir. Məhz bu səbəbdən də, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 6844/2021 saylı qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 azyaşlı uşaqları ilə birlikdə ünvan 4 ünvanında, 2ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. ibarət olan 3 otaqlı, 207 saylı mənzildən çıxarılması və həmin mənzilin boş vəziyyətdə İddiaçı təhvil verilməsi qət edilmişdir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MTK tərəfindən mənzillərin bir neçə şəxsə satılması faktları ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi istintaq edilmişdir. Həmin cinayət işinin araşdırması zamanı "xxxx" MTK-dan mənzil almış bütün şəxslər istintaq orqanı tərəfindən işə cəlb edilmiş və mübahisəli mənzillərin sahibləri və aldadılmış şəxslərin dairəsi müəyyən edilmişdir. Həmin vaxt İddiaçı oğlu zərərçəkən şəxs kimi tanınmış, ona vurulmuş ziyanın əvəzi kimi digər mənzil təqdim edilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən "xxxx" MTK-nın Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən binasının 2-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. olan 3 otaqlı, 207 saylı mənziliin sahibi kimi onlara təqdim edilmişdir. Artıq 8 ildən artıqdır ki, həmin mənzili təmir edərək yaşayırlar. Həmin müddət ərzində heç kim tərəfindən onlara müraciət edilərək, mənzilə dair mübahisə açılmamışdır. Məhkəmənin qətnaməsini əsaslandırarkən Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-7864/2018 saylı qiyabi qətnaməsinə preyudisial əhəmiyyət kəsb edən sübut kimi qiymət verməsi əsassız və qanunsuz olmuşdur. Belə ki, qeyd edilən məhkəmə qətnaməsi üzrə onlar cavabdeh olmamış və bu səbəbdən də həmin qiyabi qətnamə onlara münasibətdə preyudisial əhəmiyyət kəsb edə bilməz. Bundan əlavə məhkəmə qətnaməsində "xxxx" MTK-nın xx.xx.2021-ci il tarixli, M/H- 83 saylı məktubuna (İddiaçı sorğusuna cavaba) istinad edir ki, həmin cavab məktubu da MTK-nın möhürü ilə təsdiq edilməmiş, iddiaçının belə bir sorğunu vermək səlahiyyəti belə olmamışdır. Məhkəmənin hansı əsasla həmin sənədə sübut kimi istinad etməsi və qətnaməsini əsaslandırması müəyyən deyil. Yasamal Rayon Məhkəməsi tərəfindən araşdırma aparılarkən, mübahisəli mənzilə baxış keçirilməmiş, onların cavabdehliyinə dair hər hansı bir hüquqi əsasın məhkəmə tərəfindən müəyyən edilmədiyi qeyd edilmişdir. Onlar mübahisəli mənzili qanuni əsaslarla əldə etmiş və yaşayırlar. "xxxx" MTK ilə aralarında bağlanılmış xx.xx.2014 tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən həmin mənzilə hüquqlar əldə etmişlər. Məhkəmə tərəfindən mübahisəli mənzilə baxış keçirilmədən, cavabdeh kimi onların həmin mənzildə yaşamaqlarına dair hüquqi əsasların olub-olmamasını müəyyən etmədən, həqiqiliyi şübhə doğuran məktuba və hazırki halda preyudisial əhəmiyyət kəsb etməyən qiyabi məhkəmə qətnaməsinə istinad etməklə qətnamə qəbul etmişdir. Məhkəmənin qeyd edilən xüsusatları araşdıracağı təqdirdə onların qeyd edilən mənzildə hüquqi əsaslarla yaşadığı müəyyən etdiyi təqdirdə hazırki iddia tələbinin təmin edilməsi mümkünsüz olacaqdı. Nə qədər ki, mübahisəli mənzil üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü var, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən mənzilin sahibi kimi tanınıblar, iddiaçının məhkəməyə təqdim etdiyi müqavilə hüquqi baxımdan mübahisəli olmuşdur. Mübahisəli müqaviləyə istinad edilməklə onlara qarşı hazırki mənzildən çıxarılma barədə iddia tələbi əsassız olmuşdur və bu səbəbdən də məhkəmə tərəfindən təmin edilə bilməzdi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə iclasında iştirak edən cavabdeh, həmçinin digər cavabdehin nümayəndəsi X5 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 178.8-ci maddəsinin redaksiyasına əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-ci il tarixli qərarına əsasən pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativ üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativin isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Kooperativ üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə edirlər.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutlan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
25. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi təmin olunmamalıdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
31. Hazırkı mülki mübahisə üzrə işin halları ondan ibarətdir ki, xx.xx.2007-ci il tarixdə İddiaçı ilə "xxxx" MTK ilə arasında Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən "xxxx" MTK-nın tikilməkdə olan binasının İİ girişinin 12-ci mərtəbəsində ümumi sahəsi 130,5 kv.m olan 3 otaqdan ibarət 207 saylı mənzilə dair müqavilə bağlanmış və "xxxx" MTK tərəfindən həmin mənzilin pay dəyərindən 47698 manat ödənilməsi barədə xx.xx.2007-ci il tarixli maliyyə arayışı verilmişdir. Həmçinin, xx.xx.2014-cü il tarixdə "xxxx" MTK Cavabdeh1 ilə həmin mənzilə dair müqavilə bağlamış və mənzilin dəyəri olan 52000 manat məbləğində pulun ödənilməsi barədə xx.xx.2014-cü il tarixli maliyyə arayışı təqdim etmişdir. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli arayışlarda ünvan 1 ünvanda Yeni ünvan 2 mənzilində Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 və iki azyaşlı uşaqları ilə birlikdə qeydiyyatsız olaraq yaşadığı göstərilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, "xxxx" MTK-da olan 3 otaqlı, 130,5 kv.m sahəli 207 nömrəli mənzil ilə əlaqədar Cavabdeh1 və İddiaçı adları Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təşəbbüsü ilə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli şossesi ünvanında inşa edilən binada yerləşən 75 kv.m mənzilin ayrılması ilə əlaqədar tərtib edilmiş siyahıya daxil edilmişdir. İddiaçı xeyrinə qəbul edilmiş müvafiq məhkəmə qətnaməsi ilə Cavabdeh1 qeyd edilən mənzildən çıxarılmasını və mənzilin ona qaytarılmasını tələb etdiyindən "xxxx" MTK tərəfindən inşa edilən mənzili qəbul etməkdən imtina etmişdir.
32. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)- 7864/2018 saylı qiyabi qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş yaşayış binasının 2-ci girişi, 12-ci mərtəbə, ümumi sahəsi 130,5 kv.m olan 3 otaqlı 207 saylı mənzilin boş vəziyyətdə İddiaçı təhvil verilməsinin cavabdeh "xxxx" MTKya həvalə edilməsi qət edilmişdir.
33. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, birnci instansiya məhkəməsi hazırkı mübahisə üzrə qətnaməsini əsaslandırarkən Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-7864/2018 saylı qiyabi qətnaməsinə preyudisial əhəmiyyət kəsb edən sübut kimi qiymət verməkdə haqlı olmamışdır. Belə ki, qeyd edilən məhkəmə qətnaməsi üzrə Cavabdeh1 və X5 işdə iştirak edən şəxslər olmamış və bu səbəbdən də həmin qiyabi qətnamə onlara münasibətdə preyudisial əhəmiyyət kəsb edə bilməz. Bundan əlavə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-5642/2022 saylı qərardadı ilə həmin qiyabi qətnamə ləğv edilmiş, qeyd edilən işə Yasamal Rayon Məhkəməsində baxılır.
35. Kollegiya hesab edir ki, artıq qiyabi qətnaməyə istinad etməklə iddianın təmin edilməsi üçün heç bir əsas mövcud deyildir.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli qərarında əks edilmiş hüquqi mövqeyinə əsasən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
37. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Cavabdeh1 xx.xx.2014-cü il tarixdə "xxxx" MTK ilə mübahisəli mənzilə dair müqavilə bağlayaraq dəyərini ödəməklə həmin mənzili əldə etmiş, yaşayış sahəsini təmir edərək ailəsi ilə birlikdə uzun illərdir ki, qeyd edilən mənzildə yaşayır. "xxxx" MTK-nın xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli arayışları, həmçinin Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə ünvan 1 ünvanda “Yeni ünvan 2 mənzilində Cavabdeh1, həyat yoldaşı Cavabdeh2 və ikiazyaşlı uşaqları ilə birlikdə qeydiyyatsız olaraq yaşaması təsdiq edilir.
38. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il məktubdan görünür ki, həm iddiaçı, həm də cavabdeh "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli şossesi ünvanında inşa edilən binada onlara mənzil ayrılması ilə əlaqədar tərtib edilmiş siyahıya daxil edilmişlər. İddiaçı xeyrinə qəbul edilmiş müvafiq məhkəmə qətnaməsi ilə Cavabdeh1 qeyd edilən mənzildən çıxarılmasını və mənzilin ona qaytarılmasını tələb etdiyindən "xxxx" MTK tərəfindən inşa edilən mənzili qəbul etməkdən imtina etmişdir.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutlan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Deməli, mənzilə mülkiyyət hüququnu əmlaka dair hüquq yaradan müqaviləni birinci bağlamış şəxs əldə edir. Eyni zamanda, əmlakın dəyərini ödəmiş şəxsin tələb hüququ əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Qeyd olunan hüquq normasında “mülkiyyət hüququ ilə verilmə” anlayışı əmlak üzərində sərəncam vermək hüququnu yaradan hüquqmüəyyənedici sənədə əsasən mülkiyyətə verilmə ilə bərabər, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan sahiblik və istifadəyə verilməni də əhatə edir. Həmin maddənin tələblərinə görə mənzil cavabdehlərin sahibliyinə və istifadəsinə verildiyindən iddiaçının həmin mənzili tələb hüququ aradan qalxmış olur. Yuxarıda qeyd edildiyi kimi, mübahisəli mənzilin cavabdehlərin sahibliyinə və istifadəsinə verilməsi işin mübahisələndirilməyən halıdır.
40. Məhkəmə kollegiyası iddiaçının mübahisəli mənzilə dair müqavilə bağladıqdan sonra həmin mənzilə sahiblik və istifadə hüququ həyata keçirmədiyini (özünün iddia ərizəsində etiraf etdiyi kimi çox zaman respublikadan kənarda olduğundan və daimi yaşayış yeri olduğundan, binada tikinti işlərinin aparılması ilə maraqlanmamışdır), həmin mənzildə ümumiyyətlə yaşamadığını, cavabdehlərin müqavilə əsasında əldə etdikləri mübahisəli mənzili təmir etdirərək, artıq neçə illərdir ki, həmin mənzildə daimi yaşadıqlarını, "xxxx" MTK tərəfindən mübahisəli mənzilin əvəzində iddiaçıya yeni mənzil sahəsi təklif edildiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)- 6844/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “mənzildən çıxarılma və mənzilin boş vəziyyətdə təhvil verilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.