Məhkəmə qərarları › İş №2(103)-7021/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7021/2022

06.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7021/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil2, Cavabdeh nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair 2(010)-2648/2022 saylı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və onun yetkinlik yaşına çatmamış övladı X2 Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi E.Məmmədov küçəsində yerləşən 3A saylı evin 2 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2648/2022 saylı mülki iş üzrə 04 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər aralarında bağladıqları barışıq sazişini təqdim edərək onun təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Yenə həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası qeyd olunan müddəaları rəhbər tutmaqla hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 191, 261, 370, 384.0.5, 402.2.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış 06 dekabr 2022-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Bu sazişin məqsədləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh X1 qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair 2(103)-7021/2022 saylı mülki iş üzrə bu sazişi aşağıdakı şərtlərlə bağladılar: 1.Barışıq sazişinə əsasən İddiaçı cavabdeh X4ma qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiasından imtina edir. 2.İddiaçı Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi E.Məmmədov küçəsi 3A saylı evin 2 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsinə görə cavabdeh X1 10000 manat məbləğində pul ödəyir. 3.Cavabdeh X3 10000 manat məbləğində pul verildiyi gün cavabdeh özü və oğlu (X5) Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi E.Məmmədov küçəsi 3A saylı evin 2 saylı mənzilindən pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür.” Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2648/2022 saylı iş üzrə 04 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar