Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7022/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2912/2021 saylı, 16.05.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı ləğv prosesində olan "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Lada” filialı (bundan sonra “Bank” adlanacaq) ilə Cavabdeh1 arasında bağlanmış 2275 №-li 16 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “VAZ21095” markalı (Tip:sedan, Buraxılış ili- 2013, Ban-0115605), ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədi ilə cavabdehə 36 (otuz altı) ay müddətinə illik 22 (iyirmi iki) qaytarılma müddətləri pozulduğu hallarda illik 44% dərəcəsi ilə) yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan “VAZ-21095” markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban-Ol 15605), ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 2275 №-li 16 iyul 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “VAZ-21095” markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban-0115605), ** EO *** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 16 iyul 2013-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********276 saylı 30.05.2019-cu il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh1 10 iyun 2019-cu il tarixə kredit üzrə borcu cəmi 7148.65 manat təşkil edir. Bundan 4345.97 manat əsas borc, 2171.91 faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 630.77 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 12-ci bəndinə əsasən müqavilə pozulduğu halda Bankın kredit üzrə borcun qaytarılmasını və hesablanacaq faizlərin, cərimələrin və müqavilədə göstərilmiş digər xərclərin ödənilməsini cavabdehdən tələb etmək hüququ vardır. Kredit müqaviləsinin 4-cü bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə borcalan bank qarşısında özünün bütün əmlakları ilə kerdit borcu, faizlər və cərimələr həddində cavab verir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənlərə əsasən cəmi 7148.65 manat məbləğində kredit borcunun – bundan 4345.97 manat əsas, 2171.91 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 630.77 faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti “VAZ- 21095” markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban-0115605), ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 Eləsən oğlunun borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2912/2021 saylı, 16.05.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (sədrlik edən: Toğrul Axundov). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2912/2021 saylı, 16.05.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Lada” filialı (bundan sonra “Bank” adlanacaq) ilə Cavabdeh1 arasında bağlanmış 2275 №-li 16 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən “VAZ-21095” markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban- 0115605), ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması məqsədi ilə cavabdehə 36 (otuz altı) ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə(kreditin qaytarılma müddətləri pozulduğu hallarda illik 44% dərəcəsi ilə) 8800 (səkkiz min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətində olan “VAZ-21095” markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban-0115605), ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 2275 №-li 16 iyul 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Belə ki, Yasamal Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətinin ötürmüşdür. Lakin, birinci instansiya məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Eyni tələb ilə birinci dəfə 07.06.2019-cu ildə Yasamal rayon məhkəməsinə iddiaçı tərəfindən müraciət edilmişdir. Yasamal rayon məhkəməsi (hakim Toğrul Axundov) tərəfindən qəbul edilmiş 28.06.2019-cu il tarixli 2(004)- 4522/2019 saylı qərardadla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı fərmanına istinad edilərək, geri qaytarılmışdır. Göründüyü kimi, Cavabdeh1 ilə bağlanmış 16.07.2013-cü il tarixli kredit müqaviləsinə əsasən müqavilə üzrə öhdəliyin icra müddəti 16.07.2016-cı il tarixdə bitir. Qanunvericiliyin tələbinə əsasən isə iddia müddəti müqavilə müddəti başa çatdığı vaxtdan 3 il sonra yəni, hazırkı halda 16.07.2019-cu il tarixdə başa çatmış hesab edilir. Lakin iddiaçı tərəfindən iddia ərizəsi ilə 07.06.2019-cu ildə müraciət edildiyi üçün iddia müddəti keçmiş hesab edilə bilməzdir. Belə ki, mövcud məhkəmə təcrübəsinə və yuxarı instansiya məhkəmələrinin mövqeyinə əsasən, belə olan hallarda iddia müddətinin keçməsi iddiaçı tərəfinin təqsiri əsasında keşmiş hesab edilə bilməz. İddiaçı, daxili imkanlarından istfadə edərək, 07.06.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki dövrdə Fərmanın icra müddəti başa çatmayıb və gələcəkdə vətəndaşın bu fərmandan irəli gələn hüquqlarından istfadə etmək imkanı olduğu üçün iddia ərizəsi geri qaytarılmalıdır. Fərmanın icra müddəti bitəndən sonra və cavabdeh tərəfindən restrukturizasiya ilə bağlı hər hansı müraciət edilmədiyindən yenidən məhkəmədə iddia qaldırmaq hüququndan istfadə edilmişdir. Belə olan halda iddia müddətinin keçməsindən söhbət gedə bilməz. Bundan başqa, Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)-2912/2021 nömrəli, 16.05.2021-ci il tarixli qətnaməsində iddia müddətinin tətbiqi nəticəsində iddia tələbinin təmin edilməməsi qanunsuz və əsassızdır. Belə ki, mülki işin baxışı zamanı Cavabdeh1 məhkəmə baxışında iştirak etməmiş, iddia müddətinin tətbiq edilməsinə dair məhkəməyə yazılı və ya şifahi şəkildə müraciət etməmişdir. Cavabdeh-zamin Cavabdeh2 belə bir ərizə ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Bildiyimiz kimi, zaminliklə bağlı iddia müddəti 1 il təşkil edir, bu müddət kəsici müddətdir və məhkəmə tərəfindən cavabdehin yazılı müraciəti olmadan belə tətbiq edilə bilər. Belə olan halda Cavabdeh2 zaminlik subyektidir və müqavilə tələbi üzrə 3 illik iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək hüququna malik deyil. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq edilməsi məsələsini araşdırarkən iki kobud pozuntuya yol vermişdir. Birinci pozuntu ondan ibarətdir ki, iddia müddəti tətbiqi yalnız o halda mümkündür ki, məhkəmə tərəfindən sübuta yetirilsin ki, iddiaçı vaxtında iddia qaldırmaq hüququndan öz təqsiri ucbatından istifadə etməyib. Belə olan halda isə aydın görünür ki, 07.06.2019—ci il tarxidə iddiaçı məhkəməyə müraciət edib, lakin özündən asılı olmayan səbəblərdən iddia ərizəsi geri qaytarılıb. İkinci hüquq pozuntusu isə ondan ibarətdir ki, iddia müddətinin tətbiqi cavabdehin yazılı ərizəsi əsasında mümkündür. Burdan isə aydın görünür ki, kredit müqaviləsi üzrə tərəf, yəni Cavabdeh1 bu məzmunda ərizə ilə məhkəməyə müraciət etməmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi S.Abbasov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxs kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarından müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 2275 nömrəli, 16.07.2013-cü il kredit müqaviləsinin müddəti bitmiş və tərəflər arasında həmin müqavilənin uzadılması halı baş verməmişdir. Hüquqi dəyərləndirmə: İş materiallarından görünür ki, hazırda mübahisələndirilən kredit müqaviləsinin müddəti 16 iyul 2016-cı il tarixində başa çatmışdır. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Qeyd edilən maddənin tələblərinə əsasən, müqavilə üzrə iddia müddətinin son günü 16 iyul 2019-cu il olmuşdur. Lakin, iddiaçı hazırki iddia ilə məhkəməyə 07.04.2021-ci il tarixində müraciət etmişdir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, daha əvvəl 07.06.2019-cu il tarixində məhkəməyə iddia ərizəsiilə müraciət etmiş, lakin Yasamal rayon məhkəməsi tərəfindən qəbul edilmiş 28.06.2019-cu il tarixli 2(004)-4522/2019 saylı qərardadla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı fərmanına istinad edilərək, geri qaytarılmışdır. Kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddia ərizəsi 28.02.2019-cu il tarixində geri qaytarılsa da, bank növbəti dəfə məhkəməyə yalnız 07.04.2021- ci ildə - yəni bir il bir aydan da artıq müddət keçdikdən sonra müraciət etmişdir. Bu səbəbdən də iddiaçının iddia müddətinin tətbiq edilməməsi barədə göstərdiyi dəlillər əsassızdır. İddiaçı həmçinin apellyasiya şikayətində bildirmişdir ki, bank tərəfindən məhkəməyə 07.06.2019-cu il tarixində müraciət edildiyindən, iddia müddəti ötürülməmiş hesab edilməli, iddia ərizəsi həmin tarixdən məhkəməyə verilmiş hesab edilməlidir. Kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Lakin iş materiallarından görünür ki, Yasamal rayon məhkəməsinin iddia ərizəsinin geri qaytarılması ilə bağlı 28.06.2019-cu il tarixli 2(004)-4522/2019 saylı qərardadı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10708/2019 saylı, 05.08.2019-cu il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Qərardad ləğv edilmədiyindən, iddia ərizəsi məhkəməyə müraciət edildiyi 07.06.2019-cu il tarixindən hesablana bilməz. İddiaçı apellyasiya şikayətində cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etməməsi halına istinad etmişdir. Kollegiya qeyd edir ki, iş materiallarında olan iddia müddətinin tətbiq edilməsi barədə ərizədən (i.v. 63) görünür ki, cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı 06.05.2021-ci il tarixində iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq edilərək iddia tələbinin təmin edilməməsinə dair qətnaməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı ləğv prosesində olan "xxxx" KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2912/2021 saylı, 16.05.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7022/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7022/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver