Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7023/2025 13.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin dəyişdirilməsi haqqında” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(006)-1908/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, tərəflərin arasındakı əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin direktorunun xx.xx.2025-ci il tarixli 03 nömrəli əmri ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə - həkim-laborant vəzifəsinə bərpa olunsun və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Daha sonra – xx.xx.2025-ci il tarixdə iddiaçı “iddianın dəyişdirilməsi barədə” ərizə verərək tələb edib ki, həmin əmr dəyişdirilsin, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilməsi cavabdehə həvalə olunsun. Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya şikayəti təmin oluna bilməz, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı cavabdeh təşkilatda həkim-laborant vəzifəsində işləyib. Tərəflərin arasındakı əmək müqaviləsinə cavabdehin direktorunun xx.xx.2025-ci il tarixli 03 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsçinin “ç” bəndinə əsasən xitam verilib. İddiaçı iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət edib. Belə ki, əmr və əmək kitabçası xx.xx.2025-ci il tarixdə iddiaçıya verilib, iddiaçı 5 ay sonra - xx.xx.2025-ci il tarixdə mübahisənin mediasiya vasitəsilə həlli üçün mediatora müraciət edib, xx.xx.2025-ci il tarixdə “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış verilib, xx.xx.2025-ci il tarixdə hazırkı iddia verilib. Bununla da iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində müəyyən edilmiş 1 aylıq iddia müddətini ötürüb. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində qeyd olunub ki, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi, müddət ötürüldüyü halda mübahisəyə mahiyyəti üzrə o halda baxıla bilər ki, müddət bərpa edilsin. Müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilmədi, iddiaçı ümumiyyətlə müddətin bərpası barədə vəsatət verməyib. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verib. Birinci instansiya məhkəməsi iddia müddətinin keçməsinə əsaslanaraq iddianı rədd edib. Beləliklə, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1908/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7023/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7023/2025
13.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver