Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7024/2025 08.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 5 saylı Dövlət Notariat Ofisinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X21rşı; iddiaçı Cavabdeh1 cavabdehlər X5, X8 və İddiaçı qarşı mülki iş (Açar sözlər: qətnaməyə izah verilməsi) hakimlər X9 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 barət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1599/2023 saylı, 29 oktyabr 2025-ci il tarixli qərardadından borclu İddiaçı nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayət əsasən işə yazılı icraat qaydasında baxaraq İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 5 saylı Dövlət Notariat Ofisinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X21rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 5 saylı DNK-nın 10814 saylı xx.xx.1957-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin **********77-10301 nömrəli çıxarışın ləğv olunması, Bakı şəhəri Nəsimi rayonu Topçubaşov küçəsi 143 saylı evin üzərində vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1599/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 5 saylı Dövlət Notariat Ofisinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X21rşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və s.» tələbinə dair iddiası rədd edilmişdir.
3. İddiaçı Cavabdeh1 cavabdehlər X5, X8 və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə təqidm edərək cavabdehlər X3, İddiaçı, X6 yetkinlik yaşına çatmayan övladları olan X16, X17, X4, X14, X22, X10 və X1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam verilməklə mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2022 saylı xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər X5, X8 və İddiaçı qarşı «mənzilə istifadə hüququna xitam verilməklə, mənzilin boşaldılması» tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X3, X7 və İddiaçı yetkinlik yaşına çatmayan övladları olan X16, X17, X4, X14, X22, X10 və X1 ilə birlikdə ünvan 2 ünvanda yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilməklə mənzilin boşaldılması qət edilmişdir.
5. İddiaçı Cavabdeh1 cavabdehlər X5, X8 və İddiaçı qarşı «mənzilə istifadə hüququna xitam verilməklə, mənzilin boşaldılması» tələbinə dair iddiası üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 473/2022 nömrəli 13 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılması xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-680/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh İddiaçı aid hissədə ləğv edilmiş, iddia həmin hissədə rədd olunmuşdur (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov, Elşən Kazımov).
7. Həmin qətnamədən iddiaçı Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 2901/2023 nömrəli, 8 avqust 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-680/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
9. Həmçinin İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1599/2023 saylı iş üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2(103)-6212/2023 nömrəli qərardadı ilə hər iki iddia üzrə mülki işlər bir icraatda baxılması üçün birləşdirilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-919/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətləri təmin edilməmiş; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1599/2023 saylı iş üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 473/2022 nömrəli 13 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Həmin qətnamədən iddiaçı (cavabdeh) İddiaçı kassasiya şikayəti verərək onun ləğv edilib, öz iddia tələbinin təmin digər iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1798/2024 nömrəli 20 may 2024-cü il tarixli qərarı ilə iddiaçı (cavabdeh) İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-919/2024 nömrəli, 10 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Bundan sonra borclu İddiaçı nümayəndəsi-vəkili Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin qeyri-müəyyən və əsaslandırılmamış hissələrinə rəsmi izah verilməsini xahiş etmişdir.
15. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-473/2022 saylı qətnaməsi ilə cavabdehlərin ünvan 2 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilməklə mənzilin boşaldılması qət edilmişdir. Mübahisəli ev İddiaçı atası X23 tərəfindən inşa olunmuşdur və onlar ailəlikcə orada yaşamışlar. Mübahisəli evin bir hissəsi, təxminən 29 kv.m hissəsi vərəsəlik qaydasında X11 mülkiyyətinə keçmiş, onun vəfatından sonra həyat yoldaşı Cavabdeh1 adına keçmişdir. Lakin, Cavabdeh1 heç vaxt həmin evdə yaşamamışdır. Cavabdeh1 və digər mülkiyyətçilərə məxsus olan əmlakın bir çıxarışı vardır və qeyd edilən ünvanda olan fərdi həyət evinin ümumi sahəsi 119,3 kv.m təşkil edir. Bu əmlakın 1/4 hissəsi Cavabdeh1 aiddir. Bu da 29,8 kv.m ərazi olmuş olur. Ancaq tərtib edilmiş plan sxemdən də aydın görünür ki, onların yaşadıqları ev faktiki olaraq 63,38 kv.m sahədən ibarətdir. Əgər 63,38 kv.m sahədən İlhamə Davidovnanın payına düşən 29,8 kv.m sahəni çıxdıqda, 33,58 kv.m sahə sənədsiz olaraq, amma faktiki mövcud olmuş olur. Bu artırmalar çox uzun illər bundan öncə atası tərəfindən öz şəxsi vəsaiti hesabına inşa edilmiş, çıxarışda əks olunmasa da, faktiki olaraq onların istifadələrindədir. İddiaçı o evdə doğulmuş və ailə həyatı qurana qədər orada yaşamışdır. Hətta, ailə həyatı qurandan sonra da anasının ağır xəstəliyi səbəbindən ailəsi ilə birlikdə həmin evə köçərək orada yaşamışdır. Əmlaka faktiki olaraq sahiblik və istifadə hüququnu o həyata keçirir. Əmlak üzərində gözlənilən tam mülkiyyət hüququ vardır və bu hüququn rəsmiləşdirilməsi üçün müvafiq addımlar atır. Məhz bu səbəbdən icra məmuru qətnaməni icra etməkdə çətinlik çəkir. Tələbkarın mülkiyyətində 29,8 kvm sahə olduğu halda o, bütün əmlaka sahib olmaq istəyir. Nə icra məmuru və nə də ki o, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 473/2022 saylı qətnaməsinin nəticə hissəsini başa düşə bilmirlər. ünvan 2 ünvanı 119.3 kv.m. hissədən ibarət olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Tələbkarın tələb etdiyi isə həmin ünvanda mülkiyyət hüququ kimi qeydə alınmamış hissədən də onların çıxarılmasından ibarətdir ki, həmin hissə mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmamış, dövlət reyestrində həmin hissə ilə bağlı hər hansı bir hüquq tanınmamışdır. Həmin mübahisələndirilən tikililər daşınmaz əmlakın dövlət reyestrində vahid əmlak kimi qeydə alınmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan tələbkar tərəfindən çıxarılması tələb edilən tikililər ünvan 2 ünvanında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 119.3 kv.m. daşınmaz əmlakın tərkibinə daxil olmadığı halda, qanuni qüvvəyə minmiş qətnamə həmin 119.3 kv.m. hissənin tərkibinə daxil olmayan, həmin tələbkarın hüquqları ilə bağlı olmayan daşınmaz əmlaklar üzrə də onun çıxarılmanı tələb etməsi üçün əsasdırmı? Əgər Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaklardan da çıxarılmanı ehtiva edirsə, qətnamə həmin daşınmaz əmlaklar (özbaşına tikililər) üzrə hüquqların tanınması üçün əsas hesab edilə bilərmi? Çünki tələbkarın həmin özbaşına tikili (borclulara münasibətdə göstərilən mülkiyyət hüququ tanınmalı olan) ilə bağlı tələb etmə hüququ tanıyırsa, borclu şəxsin də müvafiq olaraq hüquqlarının yaranması anlamına gəlmirmi? Ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir (bax: İatridisin işi üzrə qərara, b. 55). Göründüyü kimi tələbkarın mübahisələndirilən ərazidə təxminən 29,8 kv.m sahəsi vardır. Ərazi isə faktiki olaraq 63,38 kv.m-dir. Hazırda qətnamədə anlaşılmayan sual yaranır. Cavabdehlər iddiaçıya məxsus olan 29,8 kvm-dən çıxarılsın, yoxsa ümumiyyətlə həmin ərazidən? Məhkəmənin qətnaməsində qeyd olunan sualı aydınlaşdırmaq mümkün olmadığından qətnamənin icrası mümkünsüz olur. Eyni zamanda yuxarıda qeyd etdiyi kimi artıq olan ərazi onların ailəsinə məxsusdur. Həmin ərazinin hər bir daşı, taxtası, bütün nə varsa onlara məxsusur. Sual yaranır ki, iddiaçı özünün olmayan bir sahəyə, əmlaka necə sahiblənmək istəyir? Bəlkə, həmin sahənin inşa olunmasında onun əməyi, zəhməti, maddi vəsaiti sərf olunmuşdur? Haqqa, ədalətə görə o vərəsəlik qaydasında sahib olduğu əraziyə sahib çıxmalıdır. Lakin, o vərəsəlik qaydasında bu əmlakın bir hissəsini əldə edib əraziyə gəldikdən sonra artıq ərazilər mənimsəmək istəyir və niyyəti yəqin ki, əsassız varlanmaqdır. Odur ki, məhkəmədən Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-473/2022 saylı qətnaməsinə izah verilməsi, aşağıdakı suallara aydınlıq gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir: a) İcra sənədində göstərilən, ünvan 3 ünvanı üzərində borclu və ailə üzvləri tərəfindən inşa edilmiş özbaşına tikililər Nəsimi rayonu, Əlimərdanbəy Topçubaşov küçəsi, ev 143 ünvanının tərkib hisəsinə aiddirmi? b) Aid olduğu halda borclu tərəfindən inşa edilmiş özbaşına tikilinin tələbkarın mülkiyyətində olan hissəyə aidiyyəti nə qədərdir? v) Tələbkarın mülkiyyətində 29,8 kvm sahə olduğu halda o borculunu ümumi, özbaşına tikilidən çıxarmaq tələbində haqlıdırmı və icra məmuru borclunu 29,8 kvm-dən, yoxsa ümumi sahədən, hətta özbaşına tikilidən çıxarmalıdırmı?
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1599/2023 nömrəli 29 oktyabr 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 473/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi barədə borclu İddiaçı nümayəndə və vəkili Vəkil2 ərizəsi rədd edilmişdir.
17. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, izah verilməsi xahiş edilən qətnamə kifayət qədər aydın şəkildə ifadə edilmişdir. Məhkəmənin qənaətinə görə qətnamədə aydın olmayan, izaha ehtiyacı olan hər hansı məqam yoxdur, qətnamənin məzmunu tam aydındır və orada anlaşılmayan fikir və ifadələrdən istifadə olunmamışdır. Məhkəmə onu da qeyd etmişdir ki, borclunun hazırki ərizəsində qeyd etdiyi hallar – evdəki çıxarışda əks olunmayan artırmaların uzun illər bundan öncə atası tərəfindən öz şəxsi vəsaiti hesabına inşa edilməsi, faktiki olaraq onların istifadədə olması, evin yalnız 29,8 kv.m sahəsinin İlhamə Davidovnanın paylı mülkiyyətində olması cavabdehin qətnamədən verdiyi apellyasiya şikayətinin dəlilləri eynilik təşkil etməklə məhkəmə icraatının aparıldığı dövrdə işə baxan məhkəmələrə və hər iki tərəfə məlum olmuş və göstərilən hallar nəzərə alınmaqla iddia tələbi üzrə araşdırma aparılan zaman bu məsələyə yuxarıda qeyd edilən məhkəmə aktları ilə artıq hüquqi qiymət verilmişdir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1599/2023 saylı, 29 oktyabr 2025-ci il tarixli qərardadından borclu İddiaçı nümayəndəsi-vəkili Vəkil2 şikayət verərək onun ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
19. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-473/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər X5, X12 və İddiaçı qarşı «mənzilə istifadə hüququna xitam verilməklə, mənzilin boşaldılması» tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X3, X26 zının və İddiaçı yetkinlik yaşına çatmayan övladları olan X16, X17, X4, X14, X22, X10 və X1 ilə birlikdə ünvan 2 ünvanda yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilməklə mənzilin boşaldılması qət edilmişdir. Qeyd olunan qətnamənin izah edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir və məhkəmənin qəbul etdiyi e-2(006)-1599/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İşin halları ilə bağlı məhkəmənin diqqətinə onu çatdırır ki, mübahisəli ev atası X23 tərəfindən inşa olunmuşdur və onlar ailəlikcə orada yaşamışlar. Mübahisəli evin bir hissəsi, ¼ hissəsi (təxminən 29 kvm hissəsi) vərəsəlik qaydasında X11 mülkiyyətinə keçmiş, onun vəfatından sonra həyat yoldaşı Cavabdeh1 adına keçmişdir. Lakin, Cavabdeh1 heç vaxt həmin evdə yaşamamışdır. Cavabdeh1 və digər mülkiyyətçilərə məxsus olan əmlakın bir çıxarışı vardır və qeyd edilən ünvanda olan fərdi həyət evinin ümumi sahəsi 119,3 kv.m təşkil edir. Bu əmlakın 1/4 hissəsi Cavabdeh1 aiddir. Bu da 29,8 kv.m ərazi olmuş olur. Ancaq tərtib edilmiş plan sxemdən də aydın görünür ki, onların yaşadıqları ev faktiki olaraq 63,38 kv.m sahədən ibarətdir. Əgər 63,38 kv.m sahədən İlhamə Davidovnanın payına düşən 29,8 kv.m sahəni çıxarıqşlıdırsa, 33,58 kv.m sahə sənədsiz olaraq, amma faktiki mövcud olmuş olur. Bu artırmalar çox uzun illər bundan öncə atası tərəfindən öz şəxsi vəsaiti hesabına inşa edilmiş, çıxarışda əks olunmasa da, faktiki olaraq onların istifadəsindədir. O evdə doğulmuş və ailə həyatı qurana qədər orada yaşamışlar. Hətta, ailə həyatı qurandan sonra da anasının ağır xəstəliyi səbəbindən ailəsilə birlikdə həmin evə köçərək orada yaşamışlar. Əmlaka faktiki olaraq sahiblik və istifadə hüququnu o, həyata keçirir. Əmlak üzərində gözlənilən tam mülkiyyət hüququ vardır və bu hüququn rəsmiləşdirilməsi üçün müvafiq addımlar atır. Məhz bu səbəbdən icra məmuru qətnaməni icra etməkdə çətinlik çəkir. Tələbkarın mülkiyyətində 29,8 kvm sahə olduğu halda o, bütün əmlaka sahib olmaq istəyir. Nə icra məmuru və nə də ki o, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-473/2022 saylı qətnaməsinin nəticə hissəsini başa düşə bilmirlər. Qətnamənin nəticə hissəsi aşağıdakı kimidir: cavabdehlər X15, X18 və İddiaçı yetkinlik yaşına çatmayan övladları olan X16, X17, X4, X14, X22, X10 və X1 ilə birlikdə ünvan 2 ünvanda yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilsin və mənzil boşaldılsın. ünvan 2 ünvanı 119.3 kv.m. hissədən ibarət olmaqla bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Tələbkarın tələb etdiyi isə həmin ünvanda mülkiyyət hüququ kimi qeydə alınmamış hissədən də onların çıxarılmasından ibarətdir ki, həmin hissə mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmamış, dövlət reyestrində həmin hissə ilə bağlı hər hansı bir hüquq tanınmamışdır. Həmin mübahisələndirilən tikililər daşınmaz əmlakın dövlət reyestrində vahid əmlak kimi qeydə alınmamışdır. Daşınmaz əmlakın dövlət resyrində qeydə alınmayan tələbkar tərəfindən alınmamışdır. Daşınmaz əmlakın dövlət resyrində qeydə alınmayan tələbkar tərəfindən çıxarılması tələb edilən tikililər ünvan 2 ünvanında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış 119.3 kv.m. daşınmaz əmlakın tərkibinə daxil olmadığı halda, qanuni qüvvəyə minmiş qətnamə həmin 119.3 kv.m. hissənin tərkibinə daxil olmayan, həmin tələbkarın hüquqları ilə bağlı olmayan daşınmaz əmlaklar üzrə də onun çıxarılmanı tələb etməsi üçün əsasdırmı? Əgər Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaklardan da çıxarılmasını ehtiva edirsə, qətnamə həmin daşınmaz əmlaklar (özbaşına tikililər) üzrə hüquqların tanınması üçün əsas hesab edilə bilərmi? Çünki tələbkarın həmin özbaşına tikili (borclulara münasibətdə göstərilən mülkiyyət hüququ tanınmalı olan) ilə bağlı tələb etmə hüququ tanıyırsa, borclu şəxsin də müvafiq olaraq hüquqlarının yaranması anlamına gəlmirmi? Ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edir.
20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1599/2023 nömrəli 25 noyabr 2025-ci il tarixli qərardadı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1599/2023 saylı, 29 oktyabr 2025-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayət təmin edilməyərək şikayət işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
21. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
22. 220.1-ci maddəsinə əsasən qətnamə anlaşılan ifadələrdən istifadə edilməklə tərtib olunmalıdır.
23. 230-cu maddəsinə görə, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir.
24. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndində göstərilir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işə baxmış hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Belə ki, izah verilməsi xahiş edilən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdehlər X15, X19 və İddiaçı yetkinlik yaşına çatmayan övladları olan X16, X17, X4, X14, X22, X10 və X1 ilə birlikdə ünvan 2 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilməklə mənzil boşaldılmalıdır.
26. Yuxarıda sadalanan maddələrin məzmunundan görünür ki, qətnaməyə izah verilməsi qətnamədəki hüquqi terminlərin və ifadələrin yerində və Azərbaycan dilinin qrammatik qaydalarına uyğun işlədilməməsi, qətnamənin tərtib olunmasında anlaşılmayan, çoxmənalı söz və ifadələrdən istifadə olunması nəticəsində məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi və qətnamənin icrasında çətinlik yaranması ilə əlaqədar olur. Qətnamədə sözün, söz birləşməsinin və ya cümlənin ehtiva etdiyi mənanın müəyyən edilməsi zərurəti olduqda da qətnamə izah oluna bilər.
27. Çünki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda onun icrası çətin və ya qeyri-mümkün olur. Belə hallarda adətən qətnamənin izah edilməsi zərurəti yaranır ki, bu da məhkəmə qətnaməsinin icrasında yaranan çətinliklərin aradan qaldırılmasının prosessual vasitəsidir.
28. Qətnaməyə yuxarıda göstərilənlərlə əlaqədar olmayan hallarda izahın verilməsi onun məzmununun dəyişdirilməsinə səbəb ola bilər. Halbuki qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.
29. Məhkəmə kollegiyası hazırki ərizəni nəzərdən keçirərək, birinci instansiya məhkəməsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)- 473/2022 saylı qətnaməsinə izahın verilməsinə ehtiyac olmadığı barədə qənaəti ilə razılaşır. Belə ki, borclunun izah verilməsini xahiş etdiyi məsələnin qətnamədə istifadə olunmuş hüquqi terminlərin və ifadələrin yerində və Azərbaycan dilinin qrammatik qaydalarına uyğun işlədilməməsi, habelə qətnamənin tərtib olunmasında anlaşılmayan və ya çoxmənalı söz və ifadələrdən istifadə olunması ilə bağlı olmadığı müəyyən edilmişdir.
30. Borclunun hazırki ərizəsində qeyd etdiyi hallar – evdəki çıxarışda əks olunmayan artırmaların uzun illər bundan əvvəl atası tərəfindən öz şəxsi vəsaiti hesabına inşa edilməsi, faktiki olaraq onlardan istifadə olması, evin yalnız 29,8 kv.m sahəsinin Cavabdeh1 paylı mülkiyyətində olması - cavabdehin tərəf olduğu mülki iş üzrə çıxarılmış məhkəmə aktlarından verdiyi apellyasiya və kassasiya şikayətlərində göstərilən dəlillərlə eynilik təşkil edir. İstinad olunan hallar məhkəmə çəkişmələrinin aparıldığı dövrdə işə baxan məhkəmələrə və hər iki tərəfə məlum olmuş, bu məsələlər üzrə iddia tələbləri çərçivəsində araşdırma aparılmış və yuxarıda qeyd edilən məhkəmə aktları ilə hüquqi qiymət verilmişdir.
31. Hazırkı halda barəsində izah verilməsi xahiş edilən bu məsələlərə borclunun seçdiyi prosessual üsulla toxunulması, adıçəkilən qətnamənin məzmununun dəyişdirilməsinə gətirib çıxara bilər. Məsələnin bu qaydada həll edilməsi mülki prosessual qanunvericiliyə ziddir.
32. Beləliklə yuxarıda şərh edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Borclu İddiaçı nümayəndəsi-vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1599/2023 saylı, 29 oktyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev