Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7027/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı X7, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı X7 Cavabdehnə (Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası üçüncü şəxs qismində cəlb edilməklə) qarşı ödənilmiş pulun qaytarılması tələbinə iddia ərizəsi üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-325/2021 saylı 20.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdehndən 5786 (beş min yeddi yüz səksən altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun alınaraq iddiaçı X8 verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, X11 - Cavabdehnə (Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 2017/2018 və 2018/2019-cu tədris illəri üçün qanunsuz alınmış 5000 (beş min) manat məbləğində təhsil haqqının və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2017-ci il tarixdə X10 tərəfindən Ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 554 bal toplayaraq Cavabdeh (UNEC) “Maliyyə və mühasibat” fakültəsinin “Mühasibat uçotu və audit” ixtasasına ödənişli (illik təhsil haqqı 2500 manat olmaqla) əsaslarla qəbul olunmuşdur. Hal-hazırda qeyd edilən universitetin 4-cü kurs tələbəsidir. X1 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olduğundan Azərbaycan Respublikasının Prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamına əsasən o, təhsil haqqından azad edilməli idi. Belə ki, 24 sentyabr 2019-cu il tarixli, 7317 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 30.08.2016-cı il tarixli, 7JW727T0001 nömrəli müayinə barədə məlumatından və Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair 16.12.2019-cu il tarixli müayinə barədə məlumatından görünür ki, X1 19.10.1996- cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlaması nəticəsində xəsarət almışdır. Ona hərbi əməliyyatlar nəticəsində digər növ partalayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı yaralanması, ayağın diz səviyyəsində və ya dizdən aşağı qazanılma olmaması, sağ baldırın aşağı 1/3-də amputasion güdülü, sağ aşağı ətraf dayaq hərəkət funksiyasının pozulması diaqnozu qoyulmuş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. Qeyd edilən sərəncamın təsir dairəsinə düşdüyündən atası qanunvericiliyə uyğun şəkildə sənədləri toplayaraq Cavabdehnə təqdim etdikdə Univeristetdən bildirdilər ki, “sənədlərdə uyğunsuzluq var, sənədlər düzgün tərtib edilməyib və siz sərəncamın təsir dairəsinə düşmürsünüz, ödəniş etməlisiniz". “Əks halda ödəniş etməsəniz oğlunuz Universitetin tələbəsi kimi qeydiyyata alınmayacaqdır”. Halbuki, sənədlər qanunvericiliyə uyğun tərtib edilərək Universitetə təqdim edilmişdir. Lakin, qeydiyyata çox az vaxt qaldığından məcbur qalaraq 2017/2018-ci tədris ili üçün 2500 manat təhsil haqqı ödəniş etmək məcburiyyətində qalmışdır. Bundan əlavə növbəti tədris ilində də qeyd edilən sərəncamın ona şamil edilmədiyi əsas gətirilərək yenidən ondan 2018/2019cu tədris ili üçün təhsil haqqı ödənişi tələb edildiyindən həmin tədris ili üçün də 2500 manat təhsil haqqı ödənişi həyata keçirmişdir. Beləliklə, 2017/2018 və 2018/2019-cu tədris illəri üçün iki il ardıcıl olaraq təhsil haqqı ödəmək məcburiyyətində qalmışdır. Həmin müddət ərzində atası sənədləri eynilə yenidən toplayaraq Universitetə təqdim etdikdə bildirildi ki, sənədləri qaydasındadır və 2017/2018 və 2018/2019-cu tədris illəri üçün ödədiyi məbləğlər tezliklə onlara geri qaytarılacaqdır. 2020-ci ilin yanvar ayından sənədlər Universitetə təqdim edilməsinə baxmayaraq 2017/2018 və 2018/2019-cu tədris illəri üçün qanunsuz alınmış 5000 manat məbləğində təhsil haqqının bu günə kimi Universitet tərəfindən ona geri qaytarılması təmin edilməmişdir. O, 01.07.2020-ci il tarixli məktubla Universitet rəhbərliyinə müraciət edərək, 2017/2018 və 2018/2019-cu tədris illəri üçün qanunsuz alınmış 5000 manat məbləğində təhsil haqqının ona geri qaytarılmasına köməklik göstərilməsini xahiş etdikdə isə Universitetin 23 iyul 2020-ci il tarixli, 010- 042678/02/2020 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, 01.07.2020-ci il tarixli müraciətinə baxılmış Azərbaycan Respublikasının Prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamına əsasən 16.01.2020-ci il tarixli 20/42020 nömrəli əmrlə təhsil haqqının ödənilməsindən azad edilmişdir. Qeyd edilən əmrlə təhsil haqqından azad edilsə də, lakin bu günə kimi 2017/2018 və 2018/2019-cu tədris illəri üçün qanunsuz alınmış 5000 manat məbləğində təhsil haqqının bu günə kimi Universitet tərəfindən ona geri qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı X11 Azərbaycan Respublikasının MPM-ni 53- cü maddəsinə uyğun olaraq iddia tələbi həcminin artırılmasına dair ərizə təqdim edərək ondan 2017/2018 və 2018/2019-cu tədris illəri üçün qanunsuz alınmış 5786 (beş min yeddi yüz səksən altı) manat məbləğində təhsil haqqının və tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-325/2021 saylı 20.04.2021-ci il tarixli qətnaməsindən cavabdehin səlahiyyətli nümayəndəsi X5 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, işə birtərəfli baxmaqla yanaşı, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. məhkəmə hazırki işə baxarkən iş üçün əhəmiyyətli olan sübutları tam araşdırmayaraq qətnamə qəbul etmişdir. Şikayətdə İddiaçı məhkəmə iclasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasından daxil olmuş məktubla tanış olarkən Cavabdeh onun təhsil haqqı güzəştindən istifadə edə bilməməsində universitetin deyil, yalnız həmin Komissiyanın günahı ucbatından olduğunu etiraf etmişdir. Buna baxmayaraq, məhkəmə qətnamədə göstərilən 5786 manat və dövlət rüsumunun əvəzi olan 30 manat məbləğdə pul vəsaitinin universitetdən alınaraq iddiaçıya verilməsini qət edərək bu məbləğin dövlət büdcəsi hesabına ödənilməsini qeyd etməmişdir. Bu və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehin nümayəndəsini, şikayətlə razılaşmayaraq rədd olunması, Səbail Rayon Məhkəməsinin 2(009)- 325/2021 saylı 20.04.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edən iddiaçının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, Səbail Rayon Məhkəməsinin 2(009)-325/2021 saylı 20.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan İddiaçı məxsus 0003/AT00005728 nömrəli tələbə kartının surətindən görünür ki, İddiaçı Cavabdeh tələbəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən verilmiş 23.04.1999-cu il tarixli 016348 nömrəli vəsiqənin surətindən görünür ki, X6 müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş 30.08.2016-cı il tarixli, 7JW727T0001 nömrəli müayinə barədə məlumatından görünür ki, X4 mina partlayışı yaralanması, sağ baldırın aşağı 1/3-nin amputasion güdülü, sağ aşağı ətraf dayaq hərəkət funksiyasının pozulması diaqnozu qoyulmuş və ona ikinci dərəcəli əlillik verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 24 sentyabr 2019-cu il tarixli 7317 nömrəli xəstəlik haqqında şəhadətnaməsinin surətindən görünür ki, X6 19.10.1996-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlaması nəticəsində sağ baldırın aşağı 1/3-də səviyyəsindən travmatik qapmasına görə aparılmış sağ baldırın aşağı 1/3 səviyyəsində amputasion güdülü, sağ aşağı ətraf dayaq hərəkət funksiyasının pozulması diaqnozu qoyulmuş və hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN Dövlət Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 16.12.2019-cu il tarixli müayinə barədə məlumatından görünür ki, X6 hərbi əməliyyatlar nəticəsində digər növ partalayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı yaralanması, ayağın diz səviyyəsində və ya dizdən aşağı qazanılma olmaması, sağ baldırın aşağı 1/3-də amputasion güdülü, sağ aşağı ətraf dayaq hərəkət funksiyasının pozulması diaqnozu qoyulmuş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. İş materiallarında olan X6 tərəfindən Cavabdeh rektoruna ünvanlanmış 01.07.2020-ci il tarixli ərizədən görünür ki, oğlu İddiaçı 2017-ci ilin qəbul imtahanlarında 554 bal toplayaraq universitetin mühasibat uçotu və audit ixtisası üzrə fakultəsinə qəbul olmuşdur. Hal-hazırda üçüncü kursu bitirir. Məlumat üçün bildirir ki, o, ikinci qrup Qarabağ müharibəsi əlilidir. 2017-ci ildə övladını qeydiyyatdan keçirərkən Qarabağ müharibəsi əlili olmağı barədə sənədləri təqdim etsə də, ona bildirdilər ki, düzgün tərtib edilməmiş və onlar ödəniş etməlidirlər. O, da iki il ardıcıl olaraq övladının təhsil haqqını ödəmişdir. Bu müddət ərzində öz sənədlərini qaydasına salaraq universitetə təqdim etmiş və ona tezliklə ödədiyi məbləğin geri qaytarılacağı bildirilmişdir. Yanvar ayından sənədləri təqdim etməyinə baxmayaraq bu günədək heç bir ödəniş olmamışdır. İşdə olan Cavabdeh tərəfindən X4 ünvanlanmış 23.07.2020-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamını rəhbər tutaraq övladı X11 tərəfindən təqdim olunmuş sənədlərə UNEC-in Təhsil haqqından azad etmə komissiyasının 09.01.2020-cı il tarixli iclasında baxılmış və o, 16.01.2020-ci il tarixli 20/4/2020 nömrəli əmrlə təhsil haqqının ödənilməsindən azad olunmuşdur. UNEC-in Təhsil haqqından azad etmə komissiyasında övladı Əhmədov Zəkanın əvvəlki illər üzrə təhsil haqqı güzəştlərinə təkrar baxılması üçün onun həmin dövr üzrə «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı» səbəbi ilə əlil olmağını təsdiq edən sənədləri dekanlığa təqdim etməyi xahiş olunmuşdur. İşə əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş 18.09.2020-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Cavabdeh Maliyyə və mühasibat fakültəsində əyani şöbə, təhsilin İV ilində ödənişli əsaslarla oxuyur. İllik təhsil haqqı 2500 (iki min beş yüz) manat təşkil edir. Tələbəyə hesablanmış təhsil haqqı məbləğləri və onun üçün ödənişlər aşağıda göstərildiyi kimi olmuşdur: təhsilin İ ili üzrə (2017/2018-ci tədris ili): hesablanmış təhsil haqqı 2500 manat; ödənilmiş təhsil haqqı 2500 manat; təhsilin İİ ili üzrə (2018/2019-cu tədris ili): hesablanmış təhsil haqqı 2635,42 manat, o cümlədən illik təhsil haqqı 2500 manat, təkrar imtahanlarda iştiraka görə 135,42 manat; ödənilmiş təhsil haqqı 2636,00 manat təşkil edir. İşdə olan Cavabdeh tərəfindən qəbul edilmiş 16 yanvar 2020-ci il tarixli, 20/4/2020 nömrəli təhsil haqlarının ödənilməsindən azad olunma haqqında əmrdən görünür ki, İddiaçı 16.12.2019-cu il tarixdən 2020/2021-ci tədris ilinin sonunadək təhsil haqqından azad olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 11.03.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Cavabdeh “Maliyyə və mühasibat” fakültəsində əyani şöbə, təhsilin İV ilində ödənişli əsaslarla oxuyur. İllik təhsil haqqı 2500 (iki min beş yüz) manat təşkil edir. O, UNEC-in 16.01.2020-ci il tarixli 20/4/2020 nömrəli əmri ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları kateqoriyasından olduğuna görə 16.12.2019-cu il tarixdən 2020/2021-ci tədris ilinin sonunadək təhsil haqqını ödəməkdən azad edilmişdir. Tələbəyə hesablanmış təhsil haqqı məbləğləri və onun üçün ödənişlər aşağıda göstərildiyi kimi olmuşdur: təhsilin 1 ili üzrə (2017/2018-ci tədris ili): hesablanmış təhsil haqqı 2500 manat; ödənilmiş təhsil haqqı 2500 manat; təhsilin İİ ili üzrə (2018/2019-cu tədris ili): hesablanmış təhsil haqqı 2635,42 manat, o cümlədən illik təhsil haqqı 2500 manat, təkrar imtahanlarda iştiraka görə 135,42 manat, ödənilmiş 2636 manat təşkil edir. İddiaçı 11.03.2021-ci il tarixinə ödənilməmiş təhsil haqqı 784,64 (yeddi yüz səksən dörd manat altmış dörd qəpik) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəmənin sorğusuna verilmiş 05.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, N saylı hərbi hissənin zabiti baş leytenant X3 19.10.1996-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən həmin vaxt qüvvədə olmuş SSRİ Müdafiə Nazirinin 1987-ci il tarixli 260 nömrəli əmrinin tələblərinə müvafiq olaraq “Travma, bəli, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilərək ona 21.11.1996-cı il tarixli 260 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. SSRİ Müdafiə Nazirinin 1987-ci il tarixli, 260 nömrəli əmrinin tələblərində, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb-əlaqəsi ifadəsi nəzərdə tutulmadığından həmin dövrdə bu cür travmaların hərbi xidmətlə səbəb-əlaqəsi “Travma, bəli, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin olunurdu. A.M.Əhmədov 24.09.2019-cu il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının tərəfindən yenidən şəhadətləndirilərkən onun 19.10.1996-cı il tarixdə aldığı travmanın hərbi xidmətlə səbəb-əlaqəsi hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq olunmuş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin “a” yarımbəndinin tələblərinə uyğun olaraq “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi təyin olunmuşdur. MN MHHK-sı tərəfindən hər iki rəyin verilməsinə əsas olmış hadisə A.M.Əhmədovun 19.10.1996-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində travma alması faktıdır. İşdə olan 20.04.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Cavabdeh «Maliyyə və mühasibat» fakültəsində əyani şöbə, təhsilin İV ilində ödənişli əsaslarla oxuyur. İllik təhsil haqqı 2500 (iki min beş yüz) manat təşkil edir. Onun 20.04.2021-ci il tarixinə ödənilməmiş təhsil haqqı borcu yoxdur. İşə əlavə edilmiş 12.03.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Cavabdeh hesabına 785 manat və ödənişlə bağlı “Kapital Bank”a 1 manat məbləğində komissiya ödənişi olmaqla, cəmi 786 manat ödəniş etmişdir İşin hallarından görünür ki, iddiaçı 2017-ci il tarixdə X10 tərəfindən Ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 554 bal toplayaraq Cavabdeh (UNEC) “Maliyyə və mühasibat” fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasına ödənişli əsaslarla daxil olmuş, tərəflər arasında müvafiq müqavilə bağlanmış və illik təhsil haqqı 2500 manat olmaqla 2017/2018-ci tədris ili və 2018/2019-cu tədris ili üçün 5000 manat ödəniş həyata keçirilmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəmə baxışı dövründə 2019/2020-ci tədris illəri üçün ödənilməmiş təhsil haqqı üçün 786 AZN (1 manat komissiya ödənişi nəzərə alınmaqla) məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarından görünür ki, iddiaçı qeyd edilən universitetin 4-cü kurs tələbəsi olmaqla X1 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuşdur. Belə ki, o 19.10.1996-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlaması nəticəsində xəsarət almışdır. Ona hərbi əməliyyatlar nəticəsində digər növ partalayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayışı yaralanması, ayağın diz səviyyəsində və ya dizdən aşağı qazanılma olmaması, sağ baldırın aşağı 1/3- də amputasion güdülü, sağ aşağı ətraf dayaq hərəkət finksiyasının pozulması diaqnozu qoyulmuş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. İşin bu halı 24 sentyabr 2019-cu il tarixli, 7317 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 30.08.2016-cı il tarixli, 7JW727T0001 nömrəli müayinə barədə və Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair 16.12.2019-cu il tarixli müayinə barədə məlumatları ilə təsdiq edilir. İş materiallarından görünür ki, N saylı hərbi hissənin zabiti baş leytenant X3 19.10.1996-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi “Travma, bəli, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilərək ona 21.11.1996-cı il tarixli 260 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəmənin sorğusuna verilmiş 05.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, SSRİ Müdafiə Nazirinin 1987-ci il tarixli, 260 nömrəli əmrinin tələblərində, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb-əlaqəsi ifadəsi nəzərdə tutulmadığından həmin dövrdə bu cür travmaların hərbi xidmətlə səbəbəlaqəsi “Travma, bəli, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin olunurdu. Buna görə də X3 travmasının hərbi xidmətlə səbəb əlaqəsi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən həmin vaxt qüvvədə olmuş SSRİ Müdafiə Nazirinin 1987-ci il tarixli 260 nömrəli əmrinin tələblərinə müvafiq olaraq “Travma, bəli, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilərək ona 21.11.1996-cı il tarixli 260 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi, A.M.Əhmədov 24.09.2019-cu il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının tərəfindən yenidən şəhadətləndirilərkən onun 19.10.1996-cı il tarixdə aldığı travmanın hərbi xidmətlə səbəbəlaqəsi hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq olunmuş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci maddəsinin “a” yarımbəndinin tələblərinə uyğun olaraq “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi təyin olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş və işə əlavə edilmiş 05.04.2021-ci il tarixli cavab məktubundan həmçinin görünür ki, MN MHHK-sı tərəfindən hər iki rəyin verilməsinə əsas olmuş hadisə A.M.Əhmədovun 19.10.1996-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində travma almışdır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən iddiaçının valideyninə birinci dəfə verilən arayışında onun əlillik səbəbinin “hərbi xidməti vəzifəsinin yerinə yetirilməsi ilə ələqadar” olması, ikinci arayışında isə səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmasının göstərilməsinə istinad edərək, sonuncu arayışın təqdim edilməsindən sonra Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamını rəhbər tutaraq övladı X11 tərəfindən təqdim olunmuş sənədlərə UNEC-in Təhsil haqqından azad etmə komissiyasının 09.01.2020-cı il tarixli iclasında baxılaraq onu 16.01.2020-ci il tarixli 20/4/2020 nömrəli əmrlə təhsil haqqının ödənilməsindən azad etmiş, lakin əvvəlki illər üzrə təhsil haqqı güzəştlərini tətbiq etməməsinin səbəbi kimi iddiaçının həmin dövr üzrə atasının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” səbəbi ilə əlil olmasını təsdiq edən sənədləri dekanlığa təqdim etməməsinə istinad etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş və həmin tarixdən qüvvəyə minmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin: 1.1 bəndinə əsasən bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbihəkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2-ci bəndinin «a» yarımbəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarını çıxardır. Bu qərarın çıxarılmasına aid olan hallardan biri də şəhadətləndirilən şəxsin xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almasıdır. Azərbaycan Respublikasının Prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir”. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 22 avqust tarixli 365 №li Qərarı ilə təsdiq edilmiş Cavabdeh Nizamnaməsinin 3.3-cü bəndinə əsasən UNEC-də təhsil dövlət sifarişi, dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş şəxslərin UNEC-də təhsil xərcləri müvafiq qaydada dövlət hesabının büdcəsi vəsaiti hesabına ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının atası, N saylı hərbi hissənin zabiti, baş leytenant X3 19.10.1996-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində aldığı travma ilə əlaqədar istər 21.11.1996-cı il tarixli 260 nömrəli xəstəlik haqqında şəhadətnamədə, istərsə də 24.09.2019-cu il tarixdə verilən şəhadətnamədə qoyulan diaqnoz eyni olsa da, ilkin şəhadətnamədə travmanın hərbi xidmətlə səbəb əlaqəsi “Travma, bəli, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi, sonrakı şəhadətnamədə isə “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi təyin olunmuş və sonuncu verilən şəhadətnamədə qeyd edilmişdir ki, “230 nömrəli hərbi hissənin hospitalı hərbi həkim komissiyasının 21.11.1996-cı il tarixli 260 saylı xəstəlik haqqında şəhadətnaməsi və qərarı qüvvədə düşür.” Göründüyü kimi, X3 19.10.1996-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi “Travma, bəli, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi təyin edilərək ona verilmiş 21.11.1996-cı il tarixli 260 nömrəli xəstəlik haqqında şəhadətnamə hazırda qüvvədə deyil və 3-cü şəxs kimi cəlb edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəmənin sorğusuna verilmiş 05.04.2021-ci il tarixli cavab məktubundan görünür ki, bu şəhadətnamə verilərkən həmin vaxt qüvvədə olmuş SSRİ Müdafiə Nazirinin 1987-ci il tarixli 260 nömrəli əmrinin tələblərinə istinad edilmişdir. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 21.11.1996-cı il tarixli 260 nömrəli xəstəlik haqqında şəhadətnamə verilən dövrdə SSRİ Müdafiə Nazirinin 1987-ci il tarixli 260 nömrəli əmri qüvvədə olmaqla onun tələblərinə istinadən də müvafiq qərarlar qəbul edilməsinə baxmayaraq, qeyd edilən şəhadətnaməni verən Həkim Komissiyasına X3 19.10.1996-cı il tarixdə döyüş tapşırığını yerinə yetirərkən mina partlayışı nəticəsində aldığı hərbi travma ilə əlaqədar qoyulan diaqnozun hansı şəraitdə alması məlum idi, başqa sözlə onun bu travmanı məhz Azərbaycan Respublikasının müdafiəsi zamanı alması mübahisəsiz idi və hazırda da belədir. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, 24.09.2019-cu il tarixdə 260 nömrəli xəstəlik haqqında şəhadətnamədə «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi səbəb-əlaqəsi ifadəsinin göstərilməsi əslində 21.11.1996-cı il tarixli 260 nömrəli xəstəlik haqqında şəhadətnaməsində «Travma, bəli, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır» kimi səbəb əlaqə ifadəsini də özündə ehtiva edir. Məhz buna görə də cavabdehin 2017/2018 və 2018/2019-cu tədris illəri üçün iddiaçıya təhsil haqqı güzəştlərini tətbiq etməsindən imtinanın səbəbi kimi onun atasının həmin dövr üzrə «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı» səbəbi ilə əlil olmağını təsdiq edən sənədləri dekanlığa təqdim etməməsinə istinad etməsi əsaslı olmamışdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, məhz cavabdehin 24.09.2019-cu il tarixdə 260 nömrəli xəstəlik haqqında şəhadətnamədə «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi səbəb-əlaqəsi ifadəsinin göstərilməsinin əslində 21.11.1996-cı il tarixli 260 nömrəli xəstəlik haqqında şəhadətnaməsində «Travma, bəli, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır» kimi səbəb əlaqə ifadəsini də özündə ehtiva etməsini nəzərə almaması ilə ona 2017/2018 və 2018/2019-cu tədris illəri üçün iddiaçıya təhsil haqqı güzəştlərini tətbiq etməsindən imtina kimi hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulduğundan sonuncu hazırki iddia ilə haqlı olaraq məhkəməyə müraciət etmişdir. Belə ki, işin araşdırılmış sübutları ilə tam təsdiq edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamının təsiri altına düşür və belə olan halda cavabdeh Əhmədov Zəkanın əvvəlki illər üzrə təhsil haqqı güzəştlərini tətbiq etmək üçün qeyd edilən sənədlərin təqdim edilməsini iddiaçıdan tələb etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddianı yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Xəta rayon Məhkəməsinin hazırkı iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7027/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7027/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver