Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7029/2025 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1nə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “intizam tənbehinin ləğvi" tələbi) X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil, nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 publik hüquqi şəxs və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı “xəbərdarlıq və töhmət əmrlərinin ləğv edilməsi və zərərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4954/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İş materiallarına iddiaçı (işçi) Təsərrüfat şöbəsinin rəisi vəzifəsində işləmiş İddiaçı aid tibbi sənədlər əlavə edilmişdir.
2. İş materiallarına iddiaçı (işçi) Təsərrüfat şöbəsinin rəisi vəzifəsində işləmiş İddiaçı ilə cavabdeh (işəgötürən) Cavabdeh1 arasında bağlanmış əmək müqaviləsinin 3-cü hissəsində işçinin əmək funskiyaları əksini tapmışdır.
3. İş materiallarına iddiaçı (işçi) Təsərrüfat şöbəsinin rəisi vəzifəsində işləmiş İddiaçı işəgötürərə ünvanladığı zəruri təsərrüfat əşyalarının siyahısı barədə xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli tələbnamələri əlavə edilmişdir.
4. İş materiallarına iddiaçı (işçi) Təsərrüfat şöbəsinin rəisi vəzifəsində işləmiş İddiaçı işəgötürərə ünvanladığı iş yerində həyata keçirilmiş xx.xx.2025-ci il tarixli Monitorinqin nəticələri barədə arayış əlavə edilmişdir.
5. İş materiallarına iddiaçı (işçi) Təsərrüfat şöbəsinin rəisi vəzifəsində işləmiş İddiaçı işəgötürərə ünvanladığı Mərkəzdə təsərrüfat təminatının vəziyyəti və bu sahədə mövcud olan neqativ faktlar barədə xx.xx.2025-ci il tarixli hesabatı əlavə edilmişdir.
6. İş materiallarına iddiaçı (işçi) Təsərrüfat şöbəsinin rəisi vəzifəsində işləmiş İddiaçı işəgötürərə ünvanladığı Mərkəzin xidməti sahəsinin qanunsuz icarəyə verilməsi barədə xx.xx.2025-ci il tarixli hesabatı əlavə edilmişdir.
7. İş materiallarına iddiaçı (işçi) Təsərrüfat şöbəsinin rəisi vəzifəsində işləmiş İddiaçı işəgötürərə ünvanladığı Təsərrüfat təminatına aid satınalma proseslərində neqativ faktlar barədə xx.xx.2025-ci il tarixli hesabatı əlavə edilmişdir.
8. İş materiallarında olan işəgötürən Cavabdeh1n 10 iyul 2025-ci il tarixli Yazılı Xəbərdarlıq barədə əmrinə əsasən müəyyən edilir ki, işçi Təsərrüfat Şöbəsinin müdiri İddiaçı aşkar edilmiş nöqsanlara görə xəbərdarlıq edilmişdir. Həmin əmrin verilməsinə əsas olan nöqsanlara dair xx.xx.2025-ci il tarixli akt tərtib edilmiş, aktda nöqsanlar qeyd edilmiş və akt ümumilikdə 5 nəfər xadima vəzifəsində işləyən şəxslər tərəfindən imzalanmışdır. Nöqsanlara əsasən, müəssisənin xadimələri lazımi avadanlıq və vasitələrlə təmin edilməmiş, xadimələr tərəfndən səthlərin təmizlənməsində istifadə olunan suyun və bezlərin tələblərə cavab vermədiyi müəyyən edilmişdir.
9. İşəgötürən Cavabdeh1n 29 iyul 2025-ci il tarixli 311-K nömrəli əmrinə əsasən müəyyən edilir ki, işçi Təsərrüfat Şöbəsinin müdiri İddiaçı barədə aşkar edilmiş nöqsanlara görə töhmət intizam tənbehi tətbiq edilmişdir. Həmin əmrin verilməsinə əsas olan aşkar edilən pozuntular barədə akt, fotoşəkillər və iddiaçının izahatı əlavə edilmişdir. Aktda nöqsanların siyahısı əksini tapmışdır. Müəssisənin ərazisi, inzibati binanın 1, 2, 3, 4, 5, 6, 8, 9-cu mərtəbələri, mansard ərazisində qeydə alınmış ümumilikdə 50-dən çox nöqsanlar siyahıya alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh1 publik hüquqi şəxsə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçı barədə qəbul etdiyi yazılı xəbərdarlıq və intizam tənbehi kimi töhmət əmrlərinin ləğv edilməsi, 20.000 manat fiziki və mənəvi zərərin cavabdehdən tutulması və cavabdehin vəzifəli şəxsləri barədə xüsusi qərardadın çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı barəsində Cavabdeh1 tərəfindən qəbul edilmiş yazılı xəbərdarlıq və töhmət intizam tənbehi barədə əmrlər qanunsuzdur. Həmin əmrlər cavabdeh orqanın yeni rəhbərliyinin iddiaçıya olan qərəzli münasibəti əsasında qəbul edilmişdir. Əmrlər əsaslandırılmamış və saxtalaşdırılmışdır. Belə ki, Cavabdeh1 publik hüquqi şəxsə təyin edilmiş yeni rəhbər heyətə iddiaçı tərəfindən korrupsiya və digər hüquq pozuntuları barədə məlumatlar təqdim edilmişdir. Bundan sonra, mübahisə predmeti olan qanunsuz və qərəzli əmrlər qəbul edilmişdir. Əmrlərin qəbul edilməsinə dair əsaslar mövcud deyildir, həmin əsaslar saxtalaşdırılmışdır. Bu səbəbdən, mübahisə predmeti olan əmrlər ləğv edilməsi, vurulmuş zərərin əvəzi cavabdehdən tutulmalıdır.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4954/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim X7).
13. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, işəgötürən Cavabdeh1n 10 iyul 2025-ci il tarixli Yazılı Xəbərdarlıq barədə əmrinə əsasən, işçi Təsərrüfat Şöbəsinin müdiri İddiaçı aşkar edilmiş nöqsanlara görə xəbərdarlıq edilmişdir. Həmin əmrin verilməsinə əsas olan nöqsanlara dair xx.xx.2025-ci il tarixli akt tərtib edilmiş, aktda nöqsanlar qeyd edilmiş və akt ümumilikdə 5 nəfər xadima vəzifəsində işləyən şəxslər tərəfindən imzalanmışdır. Nöqsanlara əsasən, müəssisənin xadimələri lazımi avadanlıq və vasitələrlə təmin edilməmiş, xadimələr tərəfndən səthlərin təmizlənməsində istifadə olunan suyun və bezlərin tələblərə cavab vermədiyi müəyyən edilmişdir. İşəgötürən Cavabdeh1n 29 iyul 2025-ci il tarixli 311-K nömrəli əmrinə əsasən, işçi Təsərrüfat Şöbəsinin müdiri İddiaçı barədə aşkar edilmiş nöqsanlara görə töhmət intizam tənbehi tətbiq edilmişdir. Həmin əmrin verilməsinə əsas olan aşkar edilən pozuntular barədə akt, fotoşəkillər və iddiaçının izahatı əlavə edilmişdir. Aktda nöqsanların siyahısı əksini tapmışdır. Müəssisənin ərazisi, inzibati binanın 1, 2, 3, 4, 5, 6, 8, 9-cu mərtəbələri, mansard ərazisində qeydə alınmış ümumilikdə 50-dən çox nöqsanlar siyahıya alınmışdır. Mübahisə predmeti olan əmrlərin verilməsinə əsas olan hallar (nöqsanlar) aktlaşdırılmış, əmrlər əsaslandırılmışdır. Belə ki, aktlarda qeyd edilən nöqsanlar bilavasitə iddiaçının Təsərrüfat şöbəsinin müdiri kimi funksional vəzifələrinin icrası ilə bağlıdır. Həmin nöqsanların aradan qaldırılması vəzifəsi məhz iddiaçının əmək funksiyalarının icrasına daxildir. İddiaçı iddia edir ki, onun barəsində tərtib edilmiş mübahisə predmeti olan əmrlər cavabdehin yeni rəhbərliyi tərəfindən qərəzli şəkildə verilmişdir. Məhkəmə izah edir ki, işçi barədə intizam tənbehi tətbiq etmək işəgötürənin hüququdur. Həmin hüququnun reallaşdırılması məhz işəgötürənə məxsusdur. Əsas məsələ odur ki, hüquq reallaşdırılan zaman əmr əsaslandırılmış olsun və əmək qanunvericiliyinin tələblərinə uyğun formada (müddətlər və s. nəzərə alınmaqla) verilsin. Əgər, intizam pozuntusuna dair əmr əsaslandırılmışsa, deməli, qanuni və əsaslıdır. Məhkəmə əmrin qanuniliyi və əsaslılığını yoxlanılmalıdır. Qərəzli olub-olmaması məhz bu 2 (iki) halın nəticələrindən asılıdır. Ola bilər ki, işəgötürən iddiaçı barədə həmin intizam tənbehini tətbiq etmək hüququndan istifadə etməzdi (işçilər arasında ayrı-seçkiliyə yol verilməməsi xüsusatı diqqətə alınmaqla). Lakin, işəgötürənin hüququndan istifadə etməsi bilavasitə qərəzli münasibətə dəlalət etmir. Məhkəmə isə mübahisəyə qanunun tələbləri həddində baxır. Mülki iş üzrə digər cavabdeh Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əsl olmayan cavabdehdir. Belə ki, iddiaçı işçi qismində əmək münasibətlərinə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə deyil, məhz işəgötürən Cavabdeh1 ilə daxil olmuşdur. Mübahisə predmeti olan əmrlər də Səhiyyə Nazirliyi tərəfindən verilməmişdir. Odur ki, iddia tələbi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dair hissədə tam əsassızdır. Məhkəmə qeyd etmişdir ki, delikt hüquq institunun 3 dispozitiv şərti (hər üçü eyni vaxtda mövcud olmalıdır) vardır:
1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. İddia tələbi üzrə göstərilən dispozitiv şərtlər yerinə yetirilmir. Odur ki, vurulmuş zərərlə bağlı cavabdehlərin maddi məsuliyyətlərinin maddi hüquqi əsası mövcud deyildir.
14. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 186.1-ci, 186.2-ci, 186.3-cü, 187.1-ci, 187.2-ci, 189.1-ci, 189.2-ci, 189.3-cü, 189.4-cü, 192.1-ci, 296.2-cü, 296.3-cü, 296.4-cü maddələrinə, “Mediasiya haqqında” Qanunun 35.1-ci, 35.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci 106.1-ci, 119.1-ci, 218.3cü maddələrinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qərarı ilə təsdiq edilmiş "X2"nın 1-ci, 2-ci, 7-ci bəndlərinə, “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbini təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə işin nəticəsi üçün əhəmiyyətli olan bütün faktiki halları tam və obyektiv araşdırmamışdır. Xəbərdarlğın və intizam tənbehinin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verdiyimə görə qərəzli şəkildə verilməsini təsdiq edən və məhkəməyə təqdim etdiyim çoxsaylı və əsaslı sübut materiallarını, mötəbər dəlilləri məhkəmə tədqiq etməmiş və onları düzgün qiymətləndirməmişdir. Belə ki, bu istiqamətdə 2025-ci ilin iyun-iyul aylarında təsərrüfat təminatındakı neqativ faktalr və nöqsanlar barədə S.Babazadəyə verdiyim xx.xx.2025-ci il,xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli ətraflı rəsmi məlumatlardakı sübut amilləri qərəzli şəkildə araşdırılmamışdır. Həmin rəsmi sənədlərdə İSİM-in Tender(malların və işlərin satınalınması) fəaliyyətində yol verilən pozuntulara görə anbarda zəruru olan təmizlik-gigiyenik vasitələrinin, təsərrüfat mallarının olmaması, eyni zamanda qanunvericiliyə görə tender vasitəsilə icra edilməli olan su, istilik, soyutama və elektrik sistemlərində cari təmir-bərpa işlərinin vaxtında və keyfiyyətlə aparılmaması, bu sahədə cavabdeh vəzifəli şəxslər tərəfindən ciddi pozuntulara yol verilməsi barədə konkret faktlar və qabaqlayıcı məlumatlar göstərilmişdir. Həmçinin mənim tender və maddi təminat işlərində heç bir iştirakımın və fəaliyyətimin olmadığı qeyd edilmişdir. S.Babazadə həmin məsələlərə məsul olan məlumvəzifəli şəxslər barədə zəruri tədbirlər görmək əvəzinə, məlumat verdiyimə görə qanunsuz və qərəzli şəkildə məni cəzalandırmışdır. Məhkəmə S.Babazadənin, qeyd olunan korrupsiya hüquqpozmalarına dair ona təqdim etdiyim ciddi faktlar üzrə birbaşa vəzifə borcu olmasına baxmayaraq, heç bir qanuni tədbirlər görməməsinin səbəblərini araşdırmamış və iş üçün əhəmiyyət kəsb edən bu xüsusata aydınlıq gətirməmişdir. Eyni zamanda, bu istiqamətdə verdiyi vəsatətlər heç bir əsas olmadan təmin edilməmişdir. Məhkəmə prosesində İSİM-in və onunTəsərrüfat şöbəsinin faktiki təşkilat-ştat quruluşu ilə Təsərrüfat şöbəsi müdirinin vəzifə funksiyaları arasında uyğunsuzluqlar müəyyən edilmişdir. Belə ki, İSİM-dəyanğın təhlükəsizliyinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına rəsmi şəkildə “İnsan resursları və hüquq şöbəsi”nin mühəndisi Rəna Əmirova cavabdeh olduğu halda, sonradan bu vəzifələrin gizli və əsassız olaraq mənim əmək funksiyalarıma da daxil edilməsi halı məhkəmə tərəfindən araşdırılmamış və ona iş üçün əhəmiyyətli olan zəruri hüquqi qiymət verilməmişdir; Məhkəmə qətnamədə yalnız işəgötürənin təqdim etdiyi birtərəfli, qərəzli və təhrif olunmuş məlumatlarını əsas götürmüşdür. Belə ki, işəgötürənin 10 iyul 2025-ci il tarixdə mənə ayrıca kağızda yazılmış (əmr formasında olmayan) və xüsusi qeydlə 15 iyul 2025-ci il tarixdə tanış olduğum “Xəbərdarlıq”dan sonra, yəni məhkəməyə müraciətimdən sonra, arxa tarixlə əlavə əmr və akt tərtib edilməsi, bunların ziddiyyətli olması, onların məhkəməyə qədər tanışlıq üçün mənə təqdim olunmaması xüsusatlarını araşdırmamış, aktı imzalayan 5 nəfər xadimənin şahid qismində məhkəməyə dəvət olunub ifadə vermələri vəsatətim təmin edilməmişdir. Həmin sənədlərdəkiuyğunsuzluqlar və qərəzli təhriflər, o cümlədən, aktda qeyd edilən malların anbarda mövcud olmaması, bu barədə çoxsaylı rəsmi tələbnamələrin surətlərinin təqdimolunması və işlədilən suyun sanitar tələblərə cavab verməməsinə mənim cavabdeh olmadığım(bunun korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində mövcud olduğunu əvvəlcədən rəsmi şəkildə S.Babazadəyə bildirmişəm və bu sənədlər məhkəməyə təqdim olunub) barədə rəsmi izahatıma və tutarlı dəlillərimə qiymət verilməmişdir. Eyni zamanda S.Babazadənin qərəzli göstərişi ilə tərtib olunmuş saxta aktlarıngizli şəkildə və mənim iştirakım olmadan tərtib edilməsinin səbəbləri aydınlaşdırılmamış, aidiyyatı şəxslərin bu barədə məhkəmədə izahat vermələri təmin olunmamışdır; əmrin əsassız olması barədə məhkəməyə təqdim etdiyim 30 ədəd fotoşəkillərə, aktlara, rəsmi izahata, sənədlərə məhkəmə tərəfindən ümumiyyətlə baxılmamışdır. Bu istiqamətdə verilən konkret vəsatətlərə də baxılmamış və işəgötürənə verilən yazılı sualların cavablandırılması təmin edilməmişdir. İşə məhkəmə baxışında yol verilən və göstərilən ciddi maddi və prosessual hüquq normalarının pozuntularına, həmçinin onların düzgün tətbiq edilməməsinə görə qətnamə tam şəkildə ləğv olunmalıdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olaraq göstərilmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçının şərəf və ya ləyaqəti, işgüzar nüfuzu alçaldılmamış, ləkələnməmişdir. Ona sadəcə xəbərdarlıq və intizam tənbeh növü olan töhmət verilmişdir ki, buna görə də qanunvericilikdə mənəvi ziyan nəzərdə tutulmayıb. İddiaçının heç bir əsası və sübutu olmayan istinad etdiyi digər məsələlər isə tamamilə öz mülahizələridir və heç bir sübutla təsdiqini tapmayaraq ancaq özünü müdafiə xarakteri daşıyır, bununla da məhkəmədə guya daxili inam yaratmaq istəyir. İddiaçının növbəti və 3cü tələbi isə Səbinə Babazadə, Aysel Qurbanlı, Rüstəm Məmmədov, Rəna Əmirova, Məhəmməd Hüseynov adlı şəxslər barəsində məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən xüsusi qərardadın çıxarılmasıdır. Bu şəxslər iddiaçıya qanunvericiliyə uyğun olaraq verilən töhmətin və xəbərdarlığın verilməsi ərəfəsində sadəcə öz əmək funksiyalarını yerinə yetirmişlər və hesab edirəm ki, buna görə də iddiaçının hədəfinə çevrilmişlər. Məhəmməd adlı şəxs tərəfindən onun tapşırığı ilə guya bəzi naqillərin üzərindəki izolyasiya lentlərinin qəsdən açılması, Səbinə Babazadənin guya korrupsiya hüquqpozmalarını himayə etməsi, onun hesabatına görə Aysel Qurbanlının guya baş vermiş qanunsuzluqların iştirakçısı və icraçısı olması, eynilə Rüstəm Məmmədov və Rəna Əmirova haqda əsassız, heç bir sübutla, faktla öz təsdiqini tapmayan və yalnız öz mülahizələrini qeyd edərək hakimdə daxili inam yaratmağa, özünü müdafiə etməyə, məsuliyyətdən yaxa qaçırmağa hesablanmış digər fikirləri tərəfimizdən təkzib edilir. Hesab edir ki, həmin şəxslərin əməllərində heç bir cinayət əlamətləri olmadığından bu barədə xüsusi qərardad çıxarıla bilməz. Yuxarıda sadalananları nəzərə alaraq, apellyasiya şikayətinin rədd edilməsini, 2(004)-4954/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
ç) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, barəsində çıxarılmış əmrlər qərəzli olaraq müəssisədə baş verən korrupsiya əməlləri barədə həm keçmiş, həm də yeni rəhbərliyə məlumat verməyinin nəticəsidir. Əmrlərin əsaslandığı halların ümumiyyətlə Təsərrüfat Şöbəsinə aidiyyəti yoxdur. Tender nəticəsində bina əsaslı təmirə yönəldilmişdir. Töhmət əmri 29 iyul qəbul edilmiş, 31 iyul ona elan edilmiş, avqust ayı ərzində məzuniyyətdə olmuşdur. Daha sonra bu formal prosedurlar davam etmiş, nəticədə 21 oktyabr tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilib.
19. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, habelə nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əməkhaqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçıya töhmət verilərkən cavabdeh tərəfindən qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələbləri də pozulmuşdur. 189-cu maddəsinin 1-ci bəndinə əsasən, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. 189-cu maddəsinin 2-ci bəndinə əsasən, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. 189-cu maddəsinin 3-cü bəndinə əsasən, intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 189-cu maddəsinin 4-cü bəndinə əsasən, intizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. 192.1-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
26. Hazırkı işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən Cavabdeh1n 10 iyul 2025-ci il tarixli Yazılı Xəbərdarlıq barədə əmrinə əsasən, işçi Təsərrüfat Şöbəsinin müdiri İddiaçı aşkar edilmiş nöqsanlara görə xəbərdarlıq edilmişdir. Həmin əmrin verilməsinə əsas olan nöqsanlara dair xx.xx.2025-ci il tarixli akt tərtib edilmiş, aktda nöqsanlar qeyd edilmiş və akt ümumilikdə 5 nəfər xadima vəzifəsində işləyən şəxslər tərəfindən imzalanmışdır. Nöqsanlara əsasən, müəssisənin xadimələri lazımi avadanlıq və vasitələrlə təmin edilməmiş, xadimələr tərəfndən səthlərin təmizlənməsində istifadə olunan suyun və bezlərin tələblərə cavab vermədiyi müəyyən edilmişdir. İşəgötürən Cavabdeh1n 29 iyul 2025-ci il tarixli 311-K nömrəli əmrinə əsasən, işçi Təsərrüfat Şöbəsinin müdiri İddiaçı barədə aşkar edilmiş nöqsanlara görə töhmət intizam tənbehi tətbiq edilmişdir. Həmin əmrin verilməsinə əsas olan aşkar edilən pozuntular barədə akt, fotoşəkillər və iddiaçının izahatı əlavə edilmişdir. Aktda nöqsanların siyahısı əksini tapmışdır. Müəssisənin ərazisi, inzibati binanın 1, 2, 3, 4, 5, 6, 8, 9-cu mərtəbələri, mansard ərazisində qeydə alınmış ümumilikdə 50-dən çox nöqsanlar siyahıya alınmışdır.
27. Göründüyü kimi mübahisə predmeti olan əmrlərin verilməsinə əsas olan hallar (nöqsanlar) aktlaşdırılmış, əmrlər əsaslandırılmışdır. Belə ki, aktlarda qeyd edilən nöqsanlar bilavasitə iddiaçının Təsərrüfat şöbəsinin müdiri kimi funksional vəzifələrinin icrası ilə bağlıdır. Həmin nöqsanların aradan qaldırılması vəzifəsi məhz iddiaçının əmək funksiyalarının icrasına daxildir. İddiaçı iddia edir ki, onun barəsində tərtib edilmiş mübahisə predmeti olan əmrlər cavabdehin yeni rəhbərliyi tərəfindən qərəzli şəkildə verilmişdir.
28. Halbuki iş materiallarında olan aktlara əsasən iddiaçı əmək funksiyasına uyğun olaraq təsərrüfat ehtiyacları üçün sərfiyyat materiallarının (yuyucu vasitələr, təsərrüfat inventarı) uçotunu aparmamış, əgər belə vasitələr olmayıbsa belə onların alınması üçün tələbnamə təqdim etməmiş, müəssisə ərazisində sanitariya normalarına riayət etməmiş və sair əmək funksiyalarından irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Məhz bu akt əsasında xx.xx.2025-ci il tarixdə xəbərdarlıq tərtib edilmiş və tələb olunan tədbirlər hissəsində xadimələrin işlərini tələblərə uyğun şəkildə icra etmələri üçün tələb olunan bütün təmizlik avadanlığı və vasitələrinin siyahısının tərtib edilməsi, onların təmin olunması üçün müvafiq tələbnamənin yazılması, bütün sanitar qovşaqların və işçi otaqlarının tam dezinfeksiya edilməli olması və gigiyenik vasitələrlə mütəmadi olaraq təmin edilməli olması qeyd edilmişdir. Nəticə olaraq İddiaçı xəbərdarlıq edilməsi haqqında 255-K nömrəli əmr verilmişdir.
29. Lakin iddiaçı hər dəfə guya tələbnamə göndərdiyini, mövcud problemlərin korrupsiya ilə əlaqədar hüquqpozmalardan irəli gəldiyini, problemlərin onun səlahiyyət dairəsinə aid olmadığını, alınan malların tenderə uyğun olmadığını, guya ucu açıq naqillərdə cərəyan olmadığını və sair bəhanə gətirərək məsuliyyətdən yan keçməyə çalışmışdır. Həmin bəhanələr yalnız iddiaçının öz mülahizələridir, heç bir dəlillə sübuta yetirilmir və dediyi korrupsiya hüquqpozmaları da öz təsdiqini tapmamışdır.
30. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh təşkilat töhmət əmrini və xəbərdarlığı qanunvericiliyin tələblərinə əməl etməklə düzgün qaydada verib və əsaslı olduğundan ləğv edilməsinə zərurət yoxdur.
31. Başqa sözlə işçi barədə intizam tənbehi tətbiq etmək işəgötürənin hüququdur. Həmin hüququnun reallaşdırılması məhz işəgötürənə məxsusdur. Əsas məsələ odur ki, hüquq reallaşdırılan zaman əmr əsaslandırılmış olsun və əmək qanunvericiliyinin tələblərinə uyğun formada (müddətlər və s. nəzərə alınmaqla) verilsin. Əgər, intizam pozuntusuna dair əmr əsaslandırılmışsa, deməli, qanuni və əsaslıdır. Qərəzli olubolmaması məhz bu 2 (iki) halın nəticələrindən asılıdır.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 33 Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4954/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.