Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7032/2025 26.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Cavabdehin nümayəndəsi-vəkili https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3759263Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 3518/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı,“Payçı” İddiaçı ilə cavabdeh “Kooperativ” Cavabdeh MTK arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən “Kooperativ” inşa ediləcək binanın, 1 giriş, 13 mərtəbə, 95 saylı mənzilini “Payçı”-ya təhvil verməyi öhdəsinə götürmüş və “Payçı” müqavilə bağlanan gün mənzilin proqnozlaşdırılmış dəyərinin 50% miqdarında ilkin ödəniş etmişdir. Daha sonra xx.xx.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən İddiaçı Cavabdeh MTK-ya 26.700.000 (iyirmi altı milyon yeddi yüz min) manat (Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" imzalanmış fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılmışdır. Yeni manata keçid zamanı 1 yeni manat 5.000 köhnə manata bərabər tutulmuşdur) ödəniş etmiş, iddiaçı tərəfindən “Kooperativ”lə bağlanmış müqavilə üzrə mənzilə dair öhdəliklər tam yerinə yetirilmiş, mənzil faktiki istifadəyə verilmiş, lakin cavabdeh MTK tərəfindən müvafiq sənədlər iddiaçıya verilməmişdir. Hazırda İddiaçı ünvan 1 ünvanındakı binanın 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 109 kvm olan, 95 saylı mənzilə dair pay haqqının tam ödənilməsini təsdiq edən sənədin, mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və həmin mənzilə dair yaşayış binasının işçi layihəsindən çıxarışın təsdiq olunmuş surətinin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər X3, X6 və Cavabdehnə qarşı “sənədlərin təqdim edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanındakı binanın 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 109 kvm olan, 95 saylı mənzilə dair İddiaçı borcunun olmaması barədə ona maliyyə arayışının verilməsi öhdəliyi, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün həmin mənzilin ona verilməsinə barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (plan-cizgi əlavə edilməklə) verilməsi öhdəliyi cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativi ilə xx.xx.2003-cü il tarixdə kooperativ mənzil tikintisi haqqında müqavilə bağlamışdır. Həmin müqavilədən də göründüyü kimi bu müqaviləni podratçı qismində cavabdeh hüquqi şəxsin sədri X3 bağlayıb və imzalayıb. Həmin müqavilənin şərtlərinə əsasən ünvan 2 ünvanında payçıların vəsaiti hesabına yaşayış binası inşa edilməli və inşa ediləcək binanın 1-ci giriş, 13-cü mərtəbəsindəki, 3 otaqdan ibarət, ümumi sahəsi 109 kvm olan 95 saylı mənzil iddiaçıya təhvil verilməli idi. Müqavilənin şərtlərinə əsasən mənzilin proqnozlaşdırılmış dəyərinin 50% miqdarı xx.xx.2003-cü il tarixində ilkin ödəniş olaraq ödənilmiş, qalıq 50% məbləğ isə xx.xx.2005-ci il tarixdə ödənilmişdir. Hazırda iddiaçının cavabdehə heç bir borcu olmasa da, cavabdehlər müxtəlif bəhanələr gətirərək iddiaçının borcunun olmaması ilə bağlı maliyyə arayışı verməkdən imtina edirlər. Bununla bağlı MTK-nın faktiki sahibi kimi tanıdığı cavabdehin əmisi İsfəndiyar Axundovun qəbulunda olmuşdur. Dəfələrlə ora getsə də, bu günə kimi iddiaçıya maliyyyə arayışı təqdim edilməyib. Hətta cavabdehin əmisi İsfəndiyar Axundov maliyyə arayışının iddiaçıya təqdim edilməsi üçün iddiaçıdan əsassız olaraq 20.000 ( iyirmi min manat) manat pul tələb etmişdir. Hazırda digər cavabdeh X6 da iddiaçının müraciətini təmin etmək iqtidarında deyildir. Cavabdehlər X6 və X3 bildirirlər ki, əsas söz sahibi İsfəndiyar Axundov olduğu üçün onunla razılaşmalıdır. Hesab olunur ki, cavabdehlərin hərəkətləri qanuna zidd olduğu üçün, ünvan 2 ünvanında yerləşən binanın 1-ci giriş, 13cü mərtəbəsindəki, 3 otaqdan ibarət, ümumi sahəsi 109 kvm olan, iddiaçıya məxsus 95 saylı mənzilə dair Cavabdeh Mənzil-Tikinti Kooperativinə borcunun olmaması barədə iddiaçıya maliyyə arayışı verilməlidir. Həmçinin iddiaçı bildirir ki, bina tikilib yekunlaşmış, sakin kimi iddiaçı mənzilini təmir etdirirək, hal-hazırda da həmin mənzildə yaşamaqdadır. İddiaçı mənzilin dəyəri ilə bağlı tam ödəniş edərək öz öhdəliyini 100% yerinə yetirmişdir. Bununla bağlı ödəniş qəbzləri mövcuddur. Mənzilin dəyərini iddiaçı cavabdehlərin kassasına ödəmiş və ona ödənişə görə sözügedən mənzilin dəyərinin ödənilməsi barədə imzalı, möhürlü qəbz verilib. Bina istismara qəbul edildiyindən və artıq sakinlərin öz mülkiyyətlərini dövlət reyestrində qeydiyyata aldırdığından (reyestrdən çıxarış), iddiaçı da cavabdehlərə borcu olmadığından mənzilinə çıxarışın alınması üçün maliyyə arayışının, ümumi yığıncağın qərarının (plan-cizgi əlavə edilməklə) verilməsi ilə bağlı müraciət edib. Lakin cavabdehlər mənzilə dair həmin sənədlərin verilməsindən imtina edərək, 20.000 manat ödəniş tələb ediblər. Həmin ödənişlərin hansı əsasla, müqavilənin hansı bəndinə, qanunvericiliyin hansı müddəasına əsasən 20 ildən sonra istəmələrini əsaslandıra bilməyərək, hər hansı yazılı cavab verməyiblər. Mənzil almaq üçün müqavilə ilə müəyyən edilmiş pul vəsaitini tam ödəmiş şəxsdən hər hansı əlavə ödənişin tələb edilməsi tamamilə qanunsuzdur. Hesab olunur ki, cavabdehlərin imtinası qanunsuz və əsassız olmaqla, iddiaçının mülkiyyətindən istifadə hüququnu məhdudlaşdırır. İddiaçı müqavilə ilə üzərinə qoyulmuş öhdəlikləri tam yerinə yetirmişdir. Lakin cavabdehlər mənzilə çıxarış verilməsi üçün qanunla tələb olunan sənədləri pul qarşılığında verə biləcəklərini bildirməklə öz öhdəliklərini yerinə yetirmirlər. Hesab edir ki, mənzil almaq üçün müqavilə ilə müəyyən olunmuş pul vəsaitini tam ödəmiş şəxsdən hər hansı əlavə ödənişin tələb olunması tamamilə qanunsuz tələbdir və qətiyyən təmin edilə bilməz. Bu səbəbə görə mənzilə çıxarış almaq üçün sənədləri verməkdən imtina etmək hüquqa zidd əməldir. Həmçinin bildirir ki, Cavabdeh Mənzil-Tikinti Kooperativi 2008-ci il tarixədək 9 rəqəmli, ********* saylı VÖEN istifadə etsədə, hazırda 10 rəqəmli, **********1 saylı VÖEN istifadə edir. Həmçinin Cavabdeh Mənzil-Tikinti Kooperativi xx.xx.2008-ci il tarixdə öz adında dəyişiklik etmiş (təşkilatın adındakı– işarəsi silinib) və Cavabdeh adı altında fəaliyyət göstərməyə başlamışdır. Bunu iddia ərizəsinə əlavə edilmiş vergi ödəyicisinin tarixçəsindən də görmək mümkündür. Daha sonra iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanındakı binanın 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 109 kv.m olan, 95 saylı mənzilə dair İddiaçı borcunun olmaması barədə ona maliyyə arayışının və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün həmin mənzilin ona verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (plan-cizgi əlavə edilməklə) verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh Mənzil-Tikinti Kooperativinə, X1 və X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən xahiş etmişdir ki, ünvan 3 ünvanındakı binanın 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 109 kv.m olan, 95 saylı mənzilə dair İddiaçı borcunun olmaması barədə ona maliyyə arayışının və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün həmin mənzilin ona verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (plan-cizgi əlavə edilməklə) verilməsi öhdəliyi cavabdehlərin üzərinə qoyulsun. Həmçinin hesab edir ki, hazırki iddia tələbinin hər üç cavabdehə qarşı yönəldilməsinin hüquqi əsası yoxdur. Bu baxımdan hazırki iddia tələbi dəyişdirilməli və hazırki iddia tələbi Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı yönəldilməlidir. ünvan 3 ünvanındakı binanın 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 109 kv.m olan, 95 saylı mənzilə dair İddiaçı borcunun olmaması barədə ona maliyyə arayışının və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması üçün həmin mənzilin ona verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının (plan-cizgi əlavə edilməklə) verilməsi öhdəliyi Cavabdeh Mənzil- Tikinti Kooperativinin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı binanın 1-ci girişi, 13-cü mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 109 kvm olan, 95 saylı mənzilə dair İddiaçı pay haqqının tam ödənilməsini təsdiq edən sənədin, İddiaçı Yunis oğluna mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və həmin mənzilə dair yaşayış binasının işçi layihəsindən çıxarışın təsdiq olunmuş surətinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3518/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 3169-cu məhəllə, binanın 1-ci girişi, 13-cü mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 109 kv.m olan, 95 saylı mənzilə dair İddiaçı pay haqqının tam ödənilməsini təsdiq edən sənədin, İddiaçı mənzil-tikinti kooperativi binasında yaşayış sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və həmin mənzilə dair yaşayış binasının işçi layihəsindən çıxarışın təsdiq olunmuş surətinin İddiaçı verilməsi öhdəliyinin Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, maliyyə arayışının verilməsi vəzifəsi müqavilə şərti kimi nəzərdə tutulmasa belə, qeyd edilən sənəd forma olaraq qəbul edilmiş işgüzar adətlərə əsasən pay haqqının tam verilməsini təsdiq edən sənəd olaraq qəbul edildiyindən, üzərinə düşən öhdəliyin tam icrasına dair sənədin verilməsini MTK-dan tələb etmək iddiaçının hüququdur. Belə ki, mənzil iddiaçının faktiki sahibliyində və istifadəsindədir və mənzilin dəyərindən qalıq qalan borc iddiaçı tərəfindən tam ödənilmişdir və həmin mənzilə görə "xxxx" MTK-ya borcu yoxdur. Həmçinin, məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yarandığından və həmin münasibətlər çərçivəsində cavabdeh öhdəliklərini lazımınca icra etmədiyindən, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəliyin yerinə yetirilməsini və mülkiyyət hüququna dair çıxarış alınması üçün qanunla məcburi olan sənədin verilməsi vəzifəsinin cavabdeh MTK-nın üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qeyd olunan faktlar əsassız olmuş, iddiaçının həmin mənzilin dəyərini ödəməsi ilə əlaqədar təqdim etmiş olduğu ödəniş qəbzinə kənar müdaxilənin olması bariz şəkildə gözlə görüldüyü halda, məhkəmə həmin qəbzin sübut kimi mötəbərliyinin müəyyənləşdirmək üçün ekspertiza təyin etməmiş və işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Cavabdeh MTK tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilərək mənzil iddiaçıya təhvil verilməsinə baxmayaraq iddiaçı həmin mənzilin dəyərini tam ödəməmişdir. İddiaçı tərəfindən cavabdehlə bağlanmış müqavilə üzrə öhdəliklər tam icra edilməmiş və tam icra edilməsi barədə də məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə isə yalnız iddiaçının hüquq və mənafelərini nəzərə almışdır. Belə ki, əgər məhkəmə tərəfindən işin halları obyektiv şəkildə qiymətləndirilsə idi, bu zaman Cavabdeh MTKnın mənafeyi də nəzərə alınar və tərəflər arasında bağlanmış müqavilə üzrə öz öhdəliklərini icra etməyən iddiaçının mənafeyi müdafiə edilməzdi. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh MTK ilə iddiaçı arasında xx.xx.2003-cü il tarixdə kooperativ mənzil tikintisi haqqında bağlanmış müqaviləyə əsasən nəzərdə tutulmuş məbləğin tam ödənilməsinin təsdiq edilməsi ilə bağlı məhkəməyə Cavabdeh MTK tərəfindən verilmiş 621884 №-li kassa mədaxil orderinin qəbzi təqdim edilmişdir. İddiaçı iddia ərizəsində müqavilə şərtlərinə əsasən mənzilin dəyərinin 50% miqdarının xx.xx.2003-cü il tarixdə, qalıq 50% məbləği isə xx.xx.2005-ci il tarixdə ödənilməsini qeyd etsə də, ödənişin tamamlanması ilə bağlı təqdim etdiyi Cavabdeh MTK tərəfindən verilmiş 621884 №-li kassa mədaxil orderi qəbzində bu tarix xx.xx.2007-ci il kimi göstərilmişdir. Qəbzə baxış keçirildikdə xx.xx.2007-ci il tarixində “7” rəqəminə müdaxilə edilərək tarixin qələm vasitəsi dəyişdirilməsi açıq-aşkar görünür. Bununla əlaqədar, Cavabdeh MTK tərəfindən verilmiş 621884 №-li kassa mədaxil orderinin qəbzinin ilkin vəziyyətinin müəyyən edilməsi, qəbzdə olan digər əl yazıları ilə qəbzin tarixinin dəyişdirilməsi ilə bağlı edilmiş müdaxilənin icraçısının eyniləşdirilməsi məqsədi ilə sənədlərin məhkəmə-texniki ekspertizasının təyin edilməsi barədə vəsatət verilməsinə baxmayaraq məhkəmə tərəfindən bu vəsatətə heç bir münasibət bildirilməmiş, həmin qəbzdə gözlə görüləcək bir dəyişikliyin olmasına baxmayaraq məhkəmə həmin sübutun etibarlılığını araşdırmadan müvafiq qəbzi mötəbər sübut kimi qəbul etmişdir. Eyni zamanda, məhkəmə-texniki ekspertizasının təyin edilməsi barədə verilmiş vəsatətlə bağlı məhkəmə heç bir əsaslandırılmış qərardad qəbul etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən həmin vəsatətlə bağlı heç bir əsaslandırılmış qərardad qəbul edilməmiş, qətnamədə də verilmiş vəsatətin hansı əsasla rədd edilməsi barədə heç bir cümlə ilə belə əsaslandırma aparmamışdır. Bütün bunlar məhkəmə tərəfindən yekun nəticəyə gəlinərkən mötəbərliyi şübhə doğuran bir sübuta istinad edilməsini və işin hallarının tam və hərtərəfli tədqiq edilməməsini açıqaşkar göstərir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: (əvvəlki redaksiyada) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mənzil Məcəlləsi: 8.0.1-ci maddəsinə əsasən mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsaslarından biri də qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlərdir. 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənziltikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. 113.3-cü maddəsinə əsasən, mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı “Payçı” İddiaçı ilə cavabdeh “Kooperativ” Cavabdeh MTK arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqaviləyə əsasən “Kooperativ” inşa ediləcək binanın, 1 giriş, 13 mərtəbə, 95 saylı mənzilini “Payçı”-ya təhvil verməyi öhdəsinə götürmüş və “Payçı” müqavilə bağlanan gün mənzilin proqnozlaşdırılmış dəyərinin 50% miqdarında ilkin ödəniş etmişdir. Həmçinin iş materiallarından görünür ki, xx.xx.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən İddiaçı Cavabdeh MTK-ya 26.700.000 (iyirmi altı milyon yeddi yüz min) manat ödəniş etməklə iddiaçı tərəfindən “Kooperativ”lə bağlanmış müqavilə üzrə mənzilə dair öhdəliklər tam yerinə yetirilmiş, mənzil faktiki istifadəyə verilmişdir. Məhkəmə Kollegiyası cavabdehin müqavilə üzrə öhdəliklər yerinə yetirilərək mənzil iddiaçıya təhvil verilməsinə baxmayaraq iddiaçı həmin mənzilin dəyərini tam ödəməməməsi, mənzilin dəyərini ödəməsi ilə əlaqədar təqdim etmiş olduğu ödəniş qəbzinə kənar müdaxilənin olması bariz şəkildə gözlə görüldüyü halda, məhkəmənin həmin qəbzin sübut kimi mötəbərliyinin müəyyənləşdirmək üçün ekspertiza təyin etməməsi kimi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəf iddiaçı tərəfindən mənzilin dəyərinin ödənilməsinə dair qəbzin üzərindəki tarixin dəyişdirilməsini bildirsə də, iş materiallarına əlavə edilmiş həmin qəbzdən görünür ki, qəbzdə rəqəm dəyişikliyi (düzəldilməsi) müşahidə olunur ( 2005 2007-yə düzəldilib) (i.v.67) Lakin cavabdehin nümayəndəsi-vəkilinin apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi izahatdan görünür ki, qəbzin məzmununda 2005-2007-yə kimin tərəfindən düzəldilməsi onlara məlum deyildir. Lakin buna baxmayaraq qeyd edilən dəyişiklər olan qəbzin məzmunu həqiqətdir. Belə ki, həqiqətəndə qəbzdə göstərildiyi məbləğ MTK-ya daxil edilmiş, qəbzdə əksini tapmış möhur MTK-ya məxsusdur. Qəbzdəki imzalar da MTK-nın işçilərinə məxsus olmaqla bu hallar 2005-2007-yə düzəldilməsi kimi hal istisna olmaqla iddiaçı tərəfindən mübahisələndirilmir. Məhkəmə Kollegiyası qəbzin məzmununda 2005-2007-yə düzəlişin kim tərəfindən düzəldilməsinin məlum olmamasına baxmayaraq bu halın işin mahiyətinə heç bir təsiri yoxdur və qəbul edilmiş qətnamənin qanunsuz sayılması üçün əsas vermir. Belə ki, bu dəlil əhəmiyyətsiz olmaqla qəbzin məzmununda göstərilən digər məlumatlar MTK tərəfindən təsdiq edilmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, tərəflər arasında mənzilə dair müqavilə 2003-cü ildə bağlanmış, həmin tarixdən sonra isə mənzil iddiaçıya təhvil verilmiş və hazırki vaxtadək iddiaçı həmin mənzildə yaşayır. Lakin cavabdeh mənzilin dəyərinin ödənilməməsini bildirsə də, həmin müddət ərzində mənzilin dəyərinin tələb edilməsi istiqamətində hər hansı addım atılmamış və bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Göründüyü kimi qəbzə müdaxilə edilməsi barədə cavabdehin dəlilləri ziddiyyətli olmuşdur, çünki mənzilin dəyəri ödənilməmiş qalmışdırsa bu müddət ərzində cavabdeh mənzilin dəyərini tələb etməməsi onu deməyə əsas verir ki, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklər yerinə yetirilmişdir. Ümumiyyətlə mənzilin dəyəri müqavilədə konkret olaraq göstərilmədiyi üçün MTKnın nümayəndəsi-vəkili iddiaçının hansı məbləğdə borclu olmasını kollegiyanın iclasında əsaslandıra bilməmişdir. Həmçinin iş materiallarında olan qəbzdən görünür ki, iddiaçının kommunal ödənişlərlə bağlı xx.xx.2025-ci ilədək bütün borclarını ödəmişdir (i.v.43). Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, mənzil iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Mənzilin dəyərindən qalıq qalan borc iddiaçı tərəfindən tam ödənilmişdir və həmin mənzilə görə "xxxx" MTK-ya borcu yoxdur. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, maliyyə arayışının verilməsi vəzifəsi müqavilə şərti kimi nəzərdə tutulmasa belə, qeyd edilən sənəd forma olaraq qəbul edilmiş işgüzar adətlərə əsasən pay haqqının tam verilməsini təsdiq edən sənəd olaraq qəbul edildiyindən, üzərinə düşən öhdəliyin tam icrasına dair sənədin verilməsini MTK-dan tələb etmək iddiaçının hüququdur. Digər tərəfdən cavabdeh öhdəliklərini lazımınca icra etmədiyindən, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəliyin yerinə yetirilməsini və mülkiyyət hüququna dair çıxarış alınması üçün qanunla məcburi olan sənədin verilməsi vəzifəsinin cavabdeh MTK-nın üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Bununla da Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3518/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.