Məhkəmə qərarları › İş №2(103)-7034/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7034/2021

16.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7034/2021 16.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı İddiaçı və onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2205/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya vermədən xitam verilməsi və mənzilə hüququn itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-Yaqubova X1 verilmədən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi və mənzilə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirlilmişdir). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2205/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, sübutlara obyektiv qiymət verilməmiş, cavabdeh onun qızıdır, o, 23.11.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, əri ilə birlikdə ünvan 1 ünvanında yaşayır və formal olaraq iddiaçının mənzilində qeydiyyatdadır. Beləliklə, iddiaçı keçmiş ailə üzvünün mənzildən istifadə hüququna müvafiq kompensasiya verilmədən xitam verilməsinə qanuni əsasın yarandığından qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şiakyətinə uyğun izahat verərək bildirdi ki, cavabdeh onun qızıdır və mənzilə ehtiyacı aradan qalxdığı üçün faktiki həmin ünvanda yaşamır. Belə ki, cavabdeh artıq iki ildir ailə qurub və ünvan 1 ünvanında əri, özü və qaynanası ilə birlikdə 5 otaqlı evdə yaşayır, iş materiallarına əlavə edilmiş sübutlarla bu fakt təsdiq olunur. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Q.Məmmədov apellyasiya şikayətini müdafiə edərək və Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına istinad edərək, cavabdehin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı üçün onun həmin mənzilə olan istifadə hüququna xitam verilməsinin kompensasiya ödəmədən mümkün olduğunu bildirdi. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Sübutların tədqiqi: Bakı şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM №188328 seriyalı Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və bu barədə reyestr kitabında 15.04.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. Mülki işdə olan 347037 seriyalı nikah haqqındakı şəhadətnamənin surətindən müəyyən olunur ki, cavabdeh Yaqubova X2 Vüqar Vətən oğlu ilə 23.11.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı 22.05.2004-cü il tarixdən həmin mənzildə qeydiyyatdadır. Bundan əlavə mübahisəli mənzildə xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh da qeydiyyatdadır. Bakı şəhəri Yasamal rayonu 24 saylı Mənzil Kommunal İstismar sahəsinin işçiləri Q.Kərimov, A.Həsənova, T.Məmmədova, İ.Quliyev, F.Quliyeva tərəfindən tərtib olunmuş 04.05.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh 2019-cu ildən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzilində yaşamır. Birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon MənzilKommunal Təsərrüfat Birliyinə ünvanlamış sorğuya cavab olaraq bildirilmişdir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzilində yaşamadığından bildirişin çatdırılması mümkün olmamışdır. Mülki iş materillarında olan AZEMİS elektron məhkəmə çıxarışına əsasən müəyyən edilir ki, Cavabdeh adına heç bir əmlak mövcud deyildir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin edilməlidir. Hazırkı iddia tələbini təmin etməyən rayon məhkəməsi öz qərarını belə əsaslandırmışdır ki, cavabdehin mənzilə istifadə hüququnun yaranması vaxtı müəyyən olunmadığından, istifadə hüququnun yaranmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, məhkəmə mübahisəli hüquq münasibətinin yaranması vaxtını və buna uyğun tətbiq edilməli olan maddi hüquq normasını müəyyən edə bilmir. Bununla bağlı, Kollegiya qeyd edir ki, rayon məhkəməsinin həmin yanaşması əsassız olmaqla, həm də qəbuledilən deyildir. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı 22.05.2004-cü il tarixdən həmin mənzildə qeydiyyatdadır. Bundan əlavə mübahisəli mənzildə xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh da qeydiyyatdadır. Rayon məhkəməsi həmçinin göstərir ki, iddiaçı cavabdehin ailə həyatı quraraq ünvan 3 ünvanında öz ailəsi ilə birlikdə yaşadığını qeyd etsə də, şəxsi servitit zərurətinin aradan qaldırılmasına dair hər hansı mötəbər sübutu iş materiallarına əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Mülki işdə olan 347037 seriyalı nikah haqqındakı şəhadətnamənin surətindən müəyyən olunur ki, cavabdeh Yaqubova X2 Vüqar Vətən oğlu ilə 23.11.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Eyni zamanda, mülki işdə olan, Bakı şəhəri Yasamal rayonu 24 saylı Mənzil Kommunal İstismar sahəsinin işçiləri Q.Kərimov, A.Həsənova, T.Məmmədova, İ.Quliyev, F.Quliyeva tərəfindən tərtib olunmuş 04.05.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh 2019-cu ildən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzilində yaşamır. Cavabdehin nikaha girərək ər evinə köçməsi ilə artıq həmin mənzildə yaşamadığı iddiaçının izahatları ilə də təsdiq olunur.Göründüyü kimi, bu hala dair də rayon məhkəməsi iş üzrə mövcud sübutlara düzgün qiymət verə bilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında götərilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında qeyd etdiyi istifadə hüququna kompensasiya ödəmədən xitam verilməsinin hər iki halı, yəni cavabdehin nikaha daxil olaraq ər evinə köçməsi və uzun müddət ərzində və davamlı olaraq mənzilə olan istifadə hüququndan istifadə edilməməsi faktı təsdiq olunduğundan iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Beləliklə, iddiaçının apellyasiya şikayəti təmin edilməli və qətnamə ləğv edilməli, iş üzrə qiyabi qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, cavabdeh-Yaqubova X1 verilmədən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məcəllənin 244-cü maddəsinə əsasən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-253, 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-2205/2021 saylı, 18 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia təmin edilsin. Cavabdeh Yaqubova X1 verilmədən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilsin. Hazırkı qətnamə Cavabdeh Yasamal rayonu, Mətbuat prospekti, 42 saylı evin, 15 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar