Məhkəmə qərarları › İş №2(103)-7037/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7037/2022

14.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7037/2022 14.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Tibbi Ərazi Bölmələrini İdarəetmə X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Nəsimi RM-nin xx.xx.2022-ci il tarixli qərardadı ilə qərara alınıb ki, hazırkı iş üzrə Nəsimi RM-nin xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayəti geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, qətnamədən apellyasiya şikayəti verilərkən Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilməyib, o cümlədən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməyib. İddiaçı Nəsimi RM-nin xx.xx.2022-ci il tarixli qərardadından şikayət verib. Nəsimi RM həmin şikayətə baxıb və xx.xx.2022-ci il tarixli qərardadı ilə qərara alınıb ki, şikayət təmin edilməsin və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 10-1.3-cü maddəsinin tələbinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə şikayətin göndərilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İddiaçının qətnamədən verdiyi apellyasiya şikayətinin göndərilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməyib. Mülki-Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə görə, belə halda apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Odur ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qaytarılmasını qərara almaqla düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar