Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-704/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı İddiaçı, onun nümayəndəsi-vəkil Abdullayev Samir Tofiq oğlunun, X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul, həmin məbləğə uyğun bank uçot dərəcəsinin, vurulmuş maddi zəzərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-921/19 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq, Cavabdeh 3000 (üç min) EURO və 3300 (üç min üç yüz) ABŞ dolları pulun Azərbaycan Respublikası Mərkəzi Bankının manata məzənnəsi ilə məbləğində pul vəsaitinin alınıb İddiaçı Aleksandrovaya verilməsi və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir. Qalan hissədə iddia rədd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 3000 EURO və 3300 ABŞ^dolları pulun Azərbaycan Respublikası Mərkəzi Bankının manata məzənnəsi ilə tutularaq ona ödənilməsi, həmçinin 3000 EURO - 3300 ABŞ dolları pulun 2016-cı ilin aprel ayından məhkəmə qətnaməsi çıxanadək olan dövr üçün bank uçot dərəcəsinin və əldən çıxmış faydanın 10000 ABŞ dolları olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının manata məzənnəsi ilə cavabdehdən tutularaq ona ödənilməsi və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini оnunlа əsаslаndırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 65 A saylı binanın birinci mərtəbəsində «Paris Beauty» gözəllik mərkəzində kosmetoloq həkim işləyir. Həmin «Paris Beauty» gözəllik mərkəzində sonradan oraya - administrator vəzifəsinə işə düzələn Cavabdeh ilə işlədiyi müddətdə tanış olmuşdur. Həmin Cavabdeh digər adminstrator işləyən İlhamə mərkəzə daxil olan pulların saxlanıldığı seyfi açmaq üçün açarı olmuş və onlar aldıqları pulları Təranə və İlhaməyə verirdilər ki, orada saxlanmasına və .xərclənməsinə nəzarət etsinlər. 2015-ci ilin oktyabr ayında Cavabdeh maşınını əzdiyindən aprel ayının axırına kimi qaytaracaq adı ilə 3000 EURO bir, daha sonra anası İradə müalicə üçün xaricə gedir təcili pul lazım olduğundan 2000 ABŞ dolları bir, sonradan isə daha 1300 ABŞ dolları da bir pullar alaraq qısa vaxta qaytaracağı adı ilə Paris Beauty gözəllik mərkəzindən işdən çıxaraq getmiş və hazırda ondan gizlənir. Bu müddət ərzində o, hər dəfə Cavabdeh pulun qaytarılmasını tələb etsə də Cavabdeh müxtəlif bəhanələr ilə yayınaraq, ondan gizlənərək,telefonlarına cavab vermir. Onun özünün bildiyinə və Cavabdeh təsdiq etdiyinə görə onun tanışı prospekti 76 ünvanında yerləşən «Sərin» şirkətinin direktoru Bağırzadə Azər idi. Əgər onun problemi olsa dərhal Azərim bunu həll edəcək kimi söyləyirdi. Cavabdeh işlədiyi müddətdə Azər Bağırzadə də dəfələrlə «Paris Beauty» mərkəzinə gəlirdi. Təranə işdən çıxdıqdan sonra bu insanın da oraya ayağı kəsildi. Axırda o, məcbur olub Cavabdeh qarşılıqlı razılıq yolu ilə qəbz aldı ki, 3000 (üç min) EURO və 3300 (üç min üç yüz) ABŞ dolları ondan pulları alıb və həmin məbləğdə ona borcu var. Lakin bildirir ki, bu pullar borc deyil və Cavabdeh onun etibarından sui-istifadə etməklə bu pulları bilərəkdən şəkildə ondan almış və indi isə gizlənməkdədir. O, «Paris Beauty» gözəllik mərkəzinin müdirəsi Şəbinə Əliyeva ilə birlikdə Bakı şəhəri Binəqədi Rayon Polis Bölməsinə və Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə müraciət etsə də ona aid hissəsinin mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyini tövsiyə etdilər. Belə ki, onda artıq məlumat vardır ki, X6, X4 və «Paris Beauty» gözəllik mərkəzinin müdirəsi X7 adlı şəxslərə qarşı aldatma yolu ilə etibarlarından sui istifadə edərək onlara qarşı dələduzluq edən Cavabdeh qarşı etdikləri şikayətə görə Bakı şəhəri Binəqədi Rayon məhkəməsi tərəfindən cəza verilməklə hökm oxunmuşdur. Bu halı cavabdehi xarakterizə edən əlamət olaraq göstərmək istəyir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada qismən təmin edilmişdir. Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi-vəkil X8 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, işə birtərəfli baxmaqla yanaşı, məhkəmə tərəfindən mötəbər hallara qiymət verilməmişdir. məhkəmə hazırki işə baxarkən iş üçün əhəmiyyətli olan sübutları tam araşdırmayaraq qətnamə qəbul etmişdir. Məhkəmə iddia üzrə İddiaçı fikirləri əsasında iddianı qismən təmin etmişdir. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən xx xxxxx 2016-cı il tarixində yazılmış əlyazmanın kimi tərəfindən yazılmasını və kimin tərəfindən imza edilməsini araşdırmamış və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmədə cavabdehin iştirakı təmin edilməmişdir. İştirakı təmin edilsə idi keçirilən ekspertiza nəticəsində bəlli olacaqdıki həmin əlyazma cavabdehə aid deyil. Lakin məhkəmə bu halı araşdırmamış və hüquqlarını pozan qətnamə qəbul etmişdir.Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, kollegiyanın əvvəlki iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən cavabdeh, onun səlahiyyətli nümayəndəsini, şikayətlə razı olmayaraq rədd olunmasını xahiş edən iddiaçını və nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarına əlavə olunan xx xxxxx 2016-cı il tarixli əlyazmada qeyd olunur: “Mən, Cavabdeh İddiaçı 3000 evro və 3300 ABŞ dolları məbləğində pul götürmüşəm və 2016-cı ilin aprel ayının axırına qaytacacağam”. Həmin qəbzin sonunda cavabdehin adından imza qeyd edilmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə belə hesab edir ki, tərəflər arasında borc müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin hallarından görünür ki, İddiaçı Cavabdeh xx.xx.2016-cı il tarixdə 3000 evro və 3300 ABŞ dolları məbləğində pul vermişdir. Kollegiyanın iclasında Cavabdeh izahatında iddiaçı tərəfindən təqdim edilmiş xx xxxxx 2016cı il taixli əlyazması və həmin əlyazmasında imzanın ona məxsus olmadığını bildirmiş və məhkəmə-xətşünaslıq ekspertizası təyin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 4/1094 saylı xx xxxxxx 2020-ci il tarixli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Həmin ekspert rəyinə əsasən ekspertizaya təqdim edilmiş mülki işin 8ci vərəqində Cavabdeh adından olan xx.xx.2016-cı il tarixli qəbzdəki «Я Тарана Османлы Азад взяла у Кузьмины Любовью Александовна сумму 3000 евро и 3.00 доллары. Обезднюсь вернуть до конца апреля 2016 года xx.xx.2016» yazılar və “xx.xx.2016” rəqəmləri qarşısındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur. Göründüyü kimi mülki işidə olan Cavabdeh adından olan xx.xx.2016-cı il tarixli qəbzdəki xətt və imzanın cavabdehə məxsus olması müəyyən edilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddianı yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qə t etdi: Cavabdeh səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-704/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-704/2021
22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver