Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7040/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdehdən 38.299 manat pul tutulsun. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, cavabdehdən 5.260 manat pul tutulsun. İddianın qalan hissəsi təmin edilməyib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Qətnamə apellyasiya qaydasında tam yoxlanılmalıdır. Belə ki, apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməməsinə aid olan hissəsi mübahisələndirilsə də apellyasiya şikayətində ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməzdir, yəni qətnamənin iddianın təmin edilməsinə aid olan hissəsi yoxlanılmadan iddianın rədd edilməsinə aid olan hissəsinin yoxlanılması mümkün deyil. Məhkəmə hesab edir ki, qətnamə tutulmalı olan pulun məbləğinə aid olan hissədə dəyişdirilməli, tutulmalı olan pulun məbləği 5.620 manat müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə ilk öncə qeyd edir ki, cavabdeh birinci və apellyasiya instansiyası məhkəmələrinə keçirilən məhkəmə iclaslarına gəlməmiş, iddiaya və apellyasiya şikayətinə münasibətini bildirməmiş və heç bir sübut təqdim etməmişdir. Mülki-Prosesual Məcəllənin 106.2-ci maddəsində qeyd olunub ki, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. İzahat subütetmə vasitəsidir, əgər cavabdeh izahat vermək üçün məhkəməyə gəlmirsə, bu hal sübutun təqdim edilməməsi kimi qiymətləndirilir. Ona görə də məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında iş üçün əhəmiyyəti olan halları müəyyən etmişdir. İddiaçı bildirir ki, cavabdeh 2016-cı ildə iddiaçı təşkilatın rəhbərliyi ilə ticarət əlaqəsi yaratmış, 2019-cu ildə şifahi alqı-satqı müqaviləsi əsasında iddiaçı cavabdehə avtomatik qapılar və onun ehtiyat hissələrini nisyə satmış, əşyaların qiyməti kimi cavabdehin 38.299 manat borcu yaranmışdır. Bu məsələ ilə əlaqədar polis orqanında da araşdırma aparılıb. Cavabdehin polisə verdiyi 10.03.2021-ci il tarixli yazılı izahatın surəti (iş v. 39) iddiaçı tərəfindən məhkəməyə təqdim olunub. Həmin izahatda cavabdeh ticarət əlaqəsi ilə bağlı 5.620 manat borcunun qaldığını etiraf edib, borcun pandemiya ilə əlaqədar yarandığını bildirib və onu tezliklə ödəyəcəyinə söz verib. Cavabdehin etiraf etdiyi borc iddiaçı təşkilata olan borcdur. Belə ki, cavabdeh polisə verdiyi izahatda iddiaçı təşkilatın adını (İddiaçı MMC) çəkmir, Məlikəjdər Baxşəliyev adlı şəxslə ticarət əlaqəsinin olduğunu bildirir. Məlikəjdər Baxşəliyev adlı şəxs isə polis orqanına verdiyi izahatında (iş v. 34) elektrik və jalüzlü qapıların düzəldilməsi şirkətinin sahibkarı oluğunu bildirir, bu zaman “şirkət” deyiləndə İddiaçı MMC-ni nəzərdə tutur. İddiaçı MMC isə iddia ərizəsində cavabdehə satılmış əşyaların özünə məxsus olduğunu bildirir. Başqa sübutlar olmadığına görə hesab olunur ki, alqı-satqıda satıcı İddiaçı MMCdir. Beləliklə, iddiaçının təqdim etdiyi sübutlar belə qənaətə gəlməyə əsas verir ki, 2019-cu ildə iddiaçı (satıcı) ilə cavabdehin (alıcının) arasında şifahi formada alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə avtomatik qapılar və onun ehtiyat hissələrini nisyə satmış, cavabeh aldığı əşyaların qiymətini ödəməmişdir. Həmin qiymət 5.620 manat təşkil edir, cavabdehin polisə verdiyi izahatda bunu etiraf edib. Qalan məbləğə münasibətdə tələb sübut olunmur. Ona görə də məhkəmə Mülki Məcəllənin 567 və 600-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, cavabdeh etiraf etdiyi məbləği iddiaçıya ödəməlidir. Birinci instansiya məhkəməsi 5.620 manatı qətnamədə səhvən 5.260 manat kimi göstərmişdir. Ona görə də qətnamə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun məbləği 5.620 manat müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli qətnaməsi tutulmalı olan pulun məbləğinə aid hissədə dəyişdirilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalı olan pulun məbləği 5.620 (beş min altı yüz iyirmi) manat müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilkmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7040/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7040/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver