Məhkəmə qərarları › İş №2(103)-7044/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7044/2022

21.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7044/2022 21.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədirliyi və məruzəsi ilə, Rafael Əmir oğlu Eyvazov və X2 ibarət tərkibdə, Cavabdeh tərəfindən Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(009)-1890/2022 saylı qərardadından verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəmənin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı - Cavabdeh qarşı «cavabdehə kompensasiya ödəmək şərti ilə mənzildən istifadə hüquqlarının ləğv edilməsi» 25.000 manat kompensasiya ödənilməklə cavabdehin azyaşlı uşaqları xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X4 ilə birlikdə iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 22/29, 31 saylı mənzildən istifadə hüququna xitam verilməsinə, cavabdehlərin həmin mənzildən çıxarılmaları və iddiaçının həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı X5 cavabdeh X1 qarşı Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi, ev 22/29, 31 saylı mənzili üzərində ½ payın müəyyən edilməsi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(009)-1890/2022 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan X5 şikayət vermişdir. Şikayəti belə əsaslandırmışdır ki, məhkəmə iclas zalında rüsumun elektron qaydada ödənilməsinə şərait yaradılmış olsaydı o, həmin rüsumu ödəyərdi. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2(009)-1890/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətə etiraz təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Kollegiya şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, Səbail Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 07 sentyabr 2022-ci il tarixli qərardadı əsaslı şəkildə qəbul edilmişdir və şikayətdə göstərilən dəlillər onun ləğvi üçün əsas ola bilməz. Belə ki, ddiaçı tərəfindən qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə iddiaçı tərəfindən ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası MPM-nin maddələrinə əsasən: 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli 2(009)-1890/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar