Məhkəmə qərarları › İş №2(103)-7046/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7046/2023

06.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7046/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “hüquqi faktın müəyyən edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1353/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən ölüm haqqında şahadətnaməyə əsasən Cavabdeh2 Nağı oğlu 29 avqust 1946-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1946-cı il tarixdə 193 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən ölüm haqqında şahadətnamənin surətindən görünür ki, Pikə Mişədi qızı 29 may 1954-cü il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1965-cı il tarixdə 14 nömrə ilə qeyd edilmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8559 saylı iş üzrə ərizəçi X3 ərizəsi təmin edilərək, Bakı şəhəri, Bülbülə qəsəbəsi, M.Bəydəmirov (köhnə Pravda küçəsi) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin inventarızasıyası və qiymətləndirilməsinə aid pasportu”nun 21 dekabr 1970-ci ildə ölmüş X10 məxsus olması faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 6936/2022 saylı iş üzrə X8 qanuni nümayəndəsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-8559/2017saylı qətnaməsi ləğv edilmiş, ərizəçi Cavabdeh2 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmışdır.

3. Azərbaycan Kommunal Təsərrüfatı Nazırlıyi tərəfindən tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”dan görünür ki, Ordjonikidze rayonu, Bül-Bülə yaşayış məntəqəsində Pravda küçəsi ev № 19-da yerləşən ev sahibinin adı "Багиров Гаджи Ага оглы” ("X38 oqlı”) kimi qeyd edilmişdir. Həmin sənədin "kartoçka” hissəsində tərtibetmə tarixi kimi 1963-cü ilin sentyabr ayı göstərilmişdir. Sənəddə 1-ci və 2-ci mərtəbələrin planları öz əksini tapır.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır.

5. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 04 sentyabr 2020-ci il tarixli, DA- 00150-2020 saylı arxiv arayışından görünür ki, "Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1941-ci ilə dair Bakı şəhəri Orconikidze (Suraxanı) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında 25 avqust 1941-ci ildə doğulan İddiaçı təvəllüdü qeyd olunur. Atası: Cavabdeh2 Nağı oğlu, anası: X36, valideynlərinin daimi yaşayış ünvanı: Bülbülə kəndi, Pravda küçəsi, ev 13 olmuşdur.

6. Azərbaycan Respublikası Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən vəkil sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən, Bülbülə qəsəbəsi, keçmiş Pravda küçəsi ev 13, indiki dislokasiyaya əsasən Mövsüm Bəydəmirov ev 19 kimi qeydiyyatdan keçir.

7. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Bülbülə qəsəbəsi İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mərhum Bağırov X5 Mövsüm Bəydəmirov küçəsi 19 nömrəli evdə xx.xx.1964-cü ildən xx.xx.1970-ci ilə qədər (vəfat edən günə qədər) qeydiyyatda olmuşdur.

8. Bülbülə qəsəbəsi, M. Bəydəmirəv küçəsi ev 19 üzrə ev kitabının surətində həmin ünvanda qeydiyyatda olan şəxslərin adları, qeydiyyata düşmə və qeydiyyatdan çıxma tarixləri sadalanır. X36, doğum tarixi 1984-cü il, ölüm tarixinə kimi (xx.xx.1958) qeydiyyatda olmuşdur. İddiaçı, doğum tarixi 1941 -ci il, bir neçə dəfə uçotdan çıxarılmış və yenidən qeydiyyata alınmışdır. X41 Bəhrətoviç, doğum tarixi xx.xx.1915, İsmayıllı rayonundan gəlib, xx.xx.1964-cü il tarixində qeydiyyata düşmüş, ölüm tarixinə kimi (xx.xx.1970) qeydiyyatda olmuşdur. Sənəd üzrə birinci məlumatın qeydiyyatı 1936-cı ildən başlayır. Sənəddə Cavabdeh2 Nağı oğlu barədə məlumat yoxdur.

9. Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilən ölüm haqqında şahadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 Bəhrəli oğlu 22 dekabr 1970-cı il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1971-ci il tarixdə 22 nömrə ilə qeyd edilmişdir.

10. Azərbaycan Xalq Daxili X7 vəziyyəti Aktları Şöbəsi tərəfindən verilən evlənmə haqqında xx.xx.1940-cı il tarixli şəhadətnamədən görünür ki, X39 Baxramov və Nənəbadji Məşədi-Mesta qızı ilə 25 sentyabr 1940-cı ildə nikaha daxil olublar. Nikahın qeydiyyatı Bakı şəhəri, Ordjonikidze rayonunda aparılmışdır.

11. Azərbaycan Respublikası Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən vəkil sorğusuna 5/20-2-2-31 saylı xx.xx.2023-cü il tarixli cavab məktubdan görünür ki, mərhum 1915-ci il təvəllüdlü Cavabdeh3 Bəhrəli oğlu xx.xx.1964-cü ildən vəfat etdiyi xx.xx.1970-ci il qədər Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, 19 saylı evdə pasport qeydiyyatında olmuşdur.(əsas: təqdim olunan ev kitabı) Faktiki olaraq 1915-ci ildən 1964-cü ilə qədər harada yaşaması barədə məlumat yoxdur.

12. Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il **********00 saylı sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi M.Bəydəmirov küçəsi, 19 saylı fərdi yaşayış evinə dair 1963-cü il tarixində tərtib edilmiş ilkin texniki pasportun tərtib edilməsinə əsas olmuş sənədlər haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir.

13. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4405 nömrəli məlumatına əsasən, Bakı şəhəri, Bülbülə qəsəbəsi, M. Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinin birinci və ikinci (əgər varsa) mərtəbələrin tikintisinin hansı illərə təsadüf etdiyini, habelə evin son təmir işlərinin hansı illərdə apardığını müəyyən etməsi sualına cavab verməsi üçün metodika olmadığından, ekspertizanın aparılmasından imtina edilmişdir.

14. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 9 iyun 2023-cü il №3-48-TA/2-B-00393/2023 saylı arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin "Bakı qradonaçalnikin dəftərxanası” fondunun sənədlərində Bülbülə kənd icmasının ev sahiblərinin 5 fevral 1914cü ilə dair qərarından məlum olur ki, Bəhrəli Nağı oğlunun Bülbülə kəndində evi olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "mülkiyyət hüququ ilə əlaqədar mübahisələrə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov (keçmiş Pravda) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un 29.081946-cı ildə ölmüş Cavabdeh2 Nağı oğluna məxsus olması faktının müəyyən edilməsi, həmin evi daşınmaz əmlakın Dövlət reyestrində xüsusi mülkiyyət hüquqi ilə Cavabdeh3 Bəhrəli oğlunun adına qeydə alınmasına dair 25 aprel 2019-cu il tarixli, ********** nömrəli qeydin etibarsız hesab edilməsi, V-159/2019 saylı vərəsəlik işi üzrə 4 saylı Bakı "Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-306 və 2V-307 nömrəsi ilə qeydə alınmış, 29 aprel 2019-cu il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”lərin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh3 ilə Cavabdeh2 arasında bağlanmış 4 saylı Bakı "ASAN Xidmət Mərkəzində notariat ofisinin xüsusi notariusu X19 tərəfindən təsdiq edilərək, reyestrdə 3M-170 nömrəsi ilə qeydə alınmış 29 aprel 2019-cu il tarixli "Miras payın bağışlanması Müqaviləsi”nin ləğv edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə X4 adına qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış reyestr qeydinin və bu barədə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. xx.xx.2023-cü tarixli e-2(010)-1353/2023 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "mülkiyyət hüququ ilə əlaqədar mübahisələrə” dair mülki iş üzrə iddiası "Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov (keçmiş Pravda) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü də tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un 29 avqust 1946-cı ildə ölmüş Cavabdeh2 Nağı oğluna məxsus olması faktının müəyyən edilməsi” hissəsində ayrıca icraata ayrılmışdır.

17. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 25 avqust 1941-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh2 Nağı oğlu və anası Pikə Hacı qızı 1894-cü ildə isə anadan olmuş, atası X16 anası Pikə Hacı qızı ilə 29 mart 1914-cü ildə nikaha daxil olaraq ailə qurmuşlar(anasının adı bəzi mənbələrdə Pikə Məşədi qızı, bəzi mənbələrdə X36 göstərilir). Hal-hazırda onun yaşadığı Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı (Pravda küçəsi, ev 13) yaşayış evi atası Cavabdeh2 məxsus olub. Atası Cavabdeh2 Nağı oğlu 29 avqust 1946-cı ildə, anası Pikə Məşədi qızı isə 29 may 1954-cü ildə Bakı şəhərində yaşadıqları Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evində ölmüşlər. Onlar 10 uşaq olmuş, anası X22 ana statusu almışdır. Onun bütün bacı və qardaşları Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evində yaşayıb boya-başa çatmış, bacıları sonradan ailə quraraq köçüb getmiş, qardaşı Cavabdeh3 Bəhrəli oğlu 1942-ci ildə Balakən rayonu Mazımçay kəndində Meşə Sənayesində mühəndis işləmiş, sonradan isə İsmayıllı rayonunda yaşamış, bir sözlə 1942-ci ildən 1964-cü ilədək hazırki evdə yaşamamışdır. Belə ki, qardaşı Cavabdeh3 Bəhrəli oğlu 25 sentyabr 1940-cı ildə ailə qurmuş, iki il birlikdə yaşadıqdan sonra ailəsi ilə Balakən rayonuna, sonra isə İsmayıllı rayonuna köçüb getmişdir. Qardaşı Cavabdeh3 Bəhrəli oğlunun 1942-ci ildən Balakən rayonunda yaşaması faktı onun oğlanları - X13 01 fevral 1945-ci ildə və Cavabdeh2 xx xxxxx 1951-ci ildə Balakən rayonunda doğulması ilə sübuta yetir. Bütün bu dövrlərdə onların yaşadığı Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı (Pravda küçəsi 13) yaşayış evinin hüquqmüəyyənedici sənədləri olmamışdır. 1963-cü ildə Bakı ətrafı qəsəbələrdə bütün evlərin qeydiyyatı aparılan zaman atasına məxsus həmin evə dair texniki pasport tərtib edilmişdir. Lakin, Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport” tərtib edilən zaman, onun atasının adı səhv göstərilmiş, texniki pasportda atasının adı səhvən "X38 oqlu” kimi yazılmışdır. El arasında onun atası Hacı çağırıldığına görə texniki pasportda onun adı "Qadji” kimi göstərilmiş, atası atasının adı isə Nağı olmuş, texniki pasportda səhvən "Aqa oqlu” yəni "Ağa oğlu” kimi göstərilmişdir. Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport” onun atası Cavabdeh2 Nağı oğluna məxsus olmuşdur. Onlar həmin sənəddə olan səhvə heç bir zaman diqqət yetirməmiş, lakin, qardaşı Hacıağanın oğlu Cavabdeh2 onun xəbəri olmadan ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportu”nun 21 dekabr 1970-ci ildə ölmüş X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2(010)-8559/2017 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. O, bu barədə xəbər tutan kimi həmin qətnamədən apellyasiya şikayəti vermiş, evin qardaşına deyil, atasına məxsus olmasını göstərmiş, Cavabdeh2 qətnamənin ləğv ediləcəyini görüb, onu aldadaraq evin ona məxsus hissəsini ayırıb ona verəcəyinə vəd vermiş, (bu barədə yazılı ərizə vermiş) onlar öz aralarında razılığa gəldikdən sonra, işin daha asan yol ilə həll edilməsi məqsədi ilə o şikayətini geri götürmüş, qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra Cavabdeh2 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2(010)-8559/2017 saylı qətnaməsi əsasında Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evini xüsusi mülkiyyət hüququ ilə atası Cavabdeh3 Bəhrəli oğlunun adına 25 aprel 2019- cu il tarixdə ********** nömrəsi ilə Dövlət reyestrində qeydə aldırmış və bu barədə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Daha sonra Cavabdeh3 Bəhrəli oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ərizə ilə 4 saylı Bakı "ASAN Xidmət” Mərkəzində notariat ofisinə müraciət edərək, həmin evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. V-159/2019 saylı vərəsəlik işi üzrə 4 saylı Bakı "ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-306 nömrəsi ilə qeydə alınmış, 29 aprel 2019cu il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən, Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evindən ¼ hissədə Cavabdeh3 və ¼ hissədə Cavabdeh1 miras payı müəyyən edilmişdir. Eyni zamanda həmin vərəsəlik işi üzrə 4 saylı Bakı "ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-307 nömrəsi ilə qeydə alınmış, 29 aprel 2019cu il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evindən % hissədə Cavabdeh2 miras payı müəyyən edilmişdir. Daha sonra Cavabdeh1 və Cavabdeh3 29 aprel 2019-cu il tarixli "Miras payın bağışlanması Müqaviləsinə əsasən özlərinə məxsus miras payı Cavabdeh2 bağışlamış və onlar arasında bağlanmış bu müqavilə 4 saylı Bakı "ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X17 tərəfindən təsdiq edilərək, reyestrdə 3M170 nömrəsi ilə qeydə alınmışdır. Bundan sonra Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. Cavabdeh2 ev onun mülkiyyətinə alındıqdan sonra evin miras qismində ona çatası hissəsinin onun adına keçirəcəyinə dair verdiyi vədə əməl etməmiş, bütün evin ona məxsus olmasını iddia edib, ona öz payını verməyəcəyini bildirmişdir. X2 atasının evinin Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 04 oktyabr 2017ci il tarixli qətnaməsinə əsasən qardaşımızın adına keçməsi barədə məlumat aldıqdan sonra o, həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6936/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 oktyabr 2017-ci il tarixli, 2(010)-8559/2017 saylı qətnaməsi ləğv edilərək, Cavabdeh2 Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportu”nun 21 dekabr 1970-ci ildə ölmüş X10 məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evinin xüsusi mülkiyyət hüququ ilə 21 dekabr 1970-ci ildə ölmüş X6 adına dövlət reyestrində qeydə alınmasına əsas olmuş qətnamə artıq ləğv edilmiş, bu hal ona həmin evin onun atasına məxsus olması faktının müəyyən edilməsini, Cavabdeh2 adına verilmiş Çıxarışın ləğv edilməsini tələb etmək hüququ vermişdir. Belə ki, Bakı şəhəri, Bül¬Bülə qəsəbəsi, M.Bəydəmirov küçəsində yerləşən 19 saylı yaşayış evi onun atası, 1894-cü ildə Bakı şəhərində anadan olmuş Cavabdeh2 Nağı oğlu tərəfindən inşa edilmiş, onlar hamısı, yəni o, qardaşları və bacıları həmin evdə anadan olmuşdur. Qardaşı Cavabdeh3 Bəhrəli oğlu özü də həmin yaşayış evində anadan olmuş, o həmin evi inşa etdirməmiş, həmin texniki pasportda onun adı göstərilməmiş, ümumiyyətlə 1942-ci ildən 1964-cü ilədək, (yəni həmin texniki pasport tərtib edilən zaman) qardaşı Cavabdeh3 Bəhrəli oğlu həmin evdə yaşamamışdır. Qeyd edilən yaşayış evinin Cavabdeh3 Bəhrəli oğlu tərəfindən deyil, onun atası Cavabdeh2 Nağı oğlu tərəfindən inşa edilməsi danılmaz faktdır ki, bu fakt həmin evə dair ev kitabçası və arxiv arayışları ilə də sübuta yetir. Həmin evin Cavabdeh3 Bəhrəli oğlu tərəfindən 1957-ci ildə tikilməməsinin bir təsdiqi isə ondan ibarət olmuşdur ki, həmin dövrdə qardaşı Bağırov X11 və İsmayıllı rayonlarında yaşamışdır. Bildirmək istəyir ki, mübahisə predmeti olan fərdi yaşayış evi faktiki olaraq artıq uzun illərdir ki, aralarında bölünmüş, həmin evdə o və cavabdehlər yaşamış, onların hər birinin özünə məxsus yaşayış otaqları olmuş, həyətyanı sahələri isə bir-birindən təcrid edilmişdir.

18. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1353/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir (hakim X20).

19. Məhkəmə iddia ərizəsini rədd edərkən ona istinad etmişdir ki, Cavabdeh2 Nağı oğlunun sağlığında Bülbülə qəsəbəsində evin olması istisna olunmur, lakin 1963-cü ildə müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi - tərəfindən qeydiyyat aparıldığı zaman, Cavabdeh2 Nağı oğlunun adına aparılmamışdır. 1963-cü il üçün Cavabdeh2 Nağı oğlu artıq 17 ildir ki, rəhmətə getmişdir, 1963-cü ildə onun mülki hüquq qabiliyyəti olmadığından, onun adına qeydiyyat aparmaq mümkün deyildir. Əlavə olaraq, yuxarıda sadalanan səbəblərə görə, məhkəmə elə nəticəyə gəlmişdir ki, "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un etibarsızlığına əsas olmadığından, orada göstərilmiş məlumatlar doğru hesab olunur. Amma Cavabdeh2 Nağı oğlunun adı bu pasportda qeyd olunmur. Təqdim olunan ev kitabında da Cavabdeh2 Nağı oğlunun adı yazılmamışdır. X1, X9 və X14 öz ifadələrində Cavabdeh2 Nağı oğluna "Hacı” deməyinə baxmayaraq, rəsmi sənədlərdə onun adı Bəhrəli Nağı oğlu kimi qeyd edilir və heç yerdə "Hacı” sözü yoxdur. Əksinə, ev kitabında "Гаджи Мамед” ("Hacı Mamed”) şəxsin adı mövcuddur, lakin onun Bəhrəli Nağı oğluna aidiyyatı yoxdur. Pasportun üz səhifəsində ev sahibinin adı "X38 oqlı” yazılsa da, ev kitabında "Багиров Гаджи Ага Бахратович” ("X41 Bəhrətoviç”) adlı şəxs qeyd olunur. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia təmin edilməməli, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov (keçmiş Pravda) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un 29 avqust 1946-cı ildə ölmüş Cavabdeh2 Nağı oğluna məxsus olunması sübut olunmadığından, müəyyən edilə bilməz.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (qüvvədən düşmüş)10-cu, 88-ci, 101-ci, 102-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasinin Qanununun 2-ci, 4-cü, 8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddiaçı apellyasiya şikayətinin məzmununu iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, Cavabdeh2 texniki pasportun onun atasına məxsus olmasını sübut edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiaçı həmin evin iddiaçının atasına məxsus olması barədə kifayət qədər sübut təqdim etsə də, məhkəmə bu sübutlara ümumiyyətlə qiymət verməmişdir. Belə ki, Cavabdeh2 Nağı oğlunun Bülbüləkəndində 1914-cü ildə evi olması barədə Arxiv arayışı, onun Pravda 13 ünvanda yaşaması barədə Arxiv arayışı, Pravda 13 ünvanının sonradan Pravda 19 ünvanı olması barədə, Cavabdeh3 Bəhrəli oğlunun 1964-cü ilədək həmin ünvanda yaşamaması barədə Yerli icra hakimiyyətinin arayışı bir-biri ilə əlaqəli surətdə qiymətləndirilməli və həmin ev Cavabdeh2 Nağı oğluna məxsus olduğu və onun 10 uşağının olduğu halda niyə həmin evin 1963-cü ildə orada yaşamayan oğlunun adına texniki pasport tərtib edilməsinə izah verməli idi. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətini Bakı şəhəri Suraxanı rayon şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Cavabdeh3 Bəhrəli oğlunun bu rayonda hərbi uçotu aşkar olunmadığı müəyyən olunmuşdur. Bu sübutla müəyyən edilir ki, cavabdehin atası Cavabdeh3 Bəhrəli oğlu hətta Suraxanı rayonunda hərbi qeydiyyatı olmamış, yəni o, Suraxanı rayon sakini olmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

24. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.2.5-ci maddəsinə görə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. İddiaçıh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

31. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, ərizəçi (bu iş üzrə cavabdeh) Cavabdeh2 ərizəsi təmin edilərək, Bakı şəhəri, Bülbülə qəsəbəsi, M.Bəydəmirov (köhnə Pravda küçəsi) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin inventarızasıyası və qiymətləndirilməsinə aid pasportu”nun 21 dekabr 1970-ci ildə ölmüş X10 məxsus olması faktı müəyyən edilmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadı ilə, həmin qətnamə, hüquq haqqında mübahisə yarandığından, ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. Hazırki iş üzrə İddiaçı hesab edir ki, mübahisəli ev onun atası Cavabdeh2 Nağı oğluna məxsus idi. Cavabdeh2 isə mübahisəli evin onun atasına, yəni Cavabdeh3 Bəhrəli oğluna məxsus olmasını təsdiq etmək üçün müəyyən hərəkətləri etmişdir.

32. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.

33. Lakin iş materiallarından göründüyü kimi, Cavabdeh2 Nağı oğlu 29 avqust 1946-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin "Bakı qradonaçalnikin dəftərxanası” fondunun sənədlərində Bülbülə kənd icmasının ev sahiblərinin 5 fevral 1914-cü ilə dair qərarından məlum olur ki, Bəhrəli Nağı oğlunun Bülbülə kəndində evi olmuşdur. Eyni zamanda, Azərbaycan Kommunal Təsərrüfatı Nazirlıyi tərəfindən 1963-cü il tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”dan görünür ki, Ordjonikidze rayonu, Bül-Bülə yaşayış məntəqəsində Pravda küçəsi ev № 19-da yerləşən ev sahibinin adı "Багиров Гаджи Ага оглы” ("X38 oqlı”) kimi qeyd edilmişdir. Həmin sənədin "kartoçka” hissəsində tərtibetmə tarixi kimi 1963-cü ilin sentyabr ayı göstərilmişdir. Sənəddə 1 -ci və 2-ci mərtəbələrin planları öz əksini tapır. Həmçinin, Azərbayan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, mübahisəli evə dair 1963-cü il tarixində tərtib edilmiş ilkin texniki pasportun tərtib edilməsinə əsas olmuş sənədlər haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir.

34. Bununla da, Cavabdeh2 Nağı oğlunun sağlığında Bülbülə qəsəbəsində evin olması istisna olunmur, lakin 1963-cü ildə müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi - tərəfindən qeydiyyat aparıldığı zaman, Cavabdeh2 Nağı oğlunun adına aparılmamışdır. 1963-cü il üçün Cavabdeh2 Nağı oğlu artıq 17 ildir ki, rəhmətə getmişdir, 1963-cü ildə onun mülki hüquq qabiliyyəti olmadığından, onun adına qeydiyyat aparmaq mümkün deyildir. Əlavə olaraq, yuxarıda sadalanan səbəblərə görə, "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un etibarsızlığına əsas olmadığından, orada göstərilmiş məlumatlar doğru hesab olunur. Amma Cavabdeh2 Nağı oğlunun adı bu pasportda qeyd olunmur. Təqdim olunan ev kitabında da Cavabdeh2 Nağı oğlunun adı yazılmamışdır.

35. Birinci instansiya məhkəməsində dindirilmiş X1, X9 və X14 öz ifadələrində Cavabdeh2 Nağı oğluna "Hacı” deməyinə baxmayaraq, rəsmi sənədlərdə onun adı Bəhrəli Nağı oğlu kimi qeyd edilir və heç yerdə "Hacı” sözü yoxdur. Əksinə, ev kitabında "Гаджи Мамед” ("Hacı Mamed”) şəxsin adı mövcuddur, lakin onun Bəhrəli Nağı oğluna aidiyyatı yoxdur. Pasportun üz səhifəsində ev sahibinin adı "X38 oqlı” yazılsa da, ev kitabında "Багиров Гаджи Ага Бахратович” ("X41 Bəhrətoviç”) adlı şəxs qeyd olunur.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov (keçmiş Pravda) küçəsində yerləşən 19 saylı yaşayış evinə dair 1963-cü ildə tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”un 29 avqust 1946-cı ildə ölmüş Cavabdeh2 Nağı oğluna məxsus olunması sübut olunmadığından iddia tələbini təmin etməmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1353/2023 nömrəli, 18 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar