Məhkəmə qərarları › İş №2(103)-705/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-705/2021

25.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-705/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Nüsrət Qasım oğlu Ağazadənin katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və qeyr. qarşı “yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-2034/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, onun azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü Mutayev Rəsul Ömər oğlunun və xx.xx.2018-ci il təvəllüdlü Mutayeva Albina Ömər qızının Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 54 saylı evin 49 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 2019-cu il tarixli, AN – İ, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iş üzrə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 54-də yerləşən 49 saylı mənzili Bakı şəhəri 32 saylı notariat ofisində iddiaçı Cavabdeh satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli (qeydiyyat nömrəsi **********) Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 54 saylı evin 49 saylı mənzili iddiaçının tam mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan mənzildə əvvəllər qeydiyyatda olan Cavabdeh mənzili iddiaçıya satdıqdan sonra xx.xx.2019-cu il tarixinədək qeydiyyatdan çıxacağı barədə öhdəlik götürsə də (xx xxxxxxxx 2019-cu il tarixli AN - İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin 13-cü bəndi) əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdır, bu da iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda cavabdehin, onun azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü Mutayev Rəsul Ömər oğlunun və xx.xx.2018-ci il təvəllüdlü Mutayeva Albina Ömər qızının harada yaşamaları da onlara məlum deyil, sözügedən mənzildə cavabdehə aid heç bir əmlak yoxdur. ASAN1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ******* nömrəli arayışından görünür ki, cavabdeh və onun azyaşlı uşaqları hazırda ünvan 1 ünvanında qeydiyyatda qalmışdırlar. İddiaçının nümayəndəsi və vəkili iddia tələblərinin dəqiqləşdirilməsi ilə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh, onun azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü Mutayev Rəsul Ömər oğlunun və xx.xx.2018-ci il təvəllüdlü Mutayeva Albina Ömər qızının Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 54 saylı evin 49 saylı mənzilinə istifadə hüquqlarının itirilimiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-2034/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 54 saylı evin 49 saylı mənzilindən cavabdehlər Cavabdeh və onun uşaqları - xx.xx.2014-cü il təvəllüdlü Mutayev Rəsul Ömər oğlunun və xx.xx.2018-ci il təvəllüdlü Mutayeva Albina Ömər qızının istifadə hüquqların itirilmiş hesab edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2034/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qanunsuz və əsassızdır ona görədə ləğv edilməlidir. Onun və ailə üzvlərinin bu barədə qətnamə qəbul edilməsindən məlumatı olmamışdır. İlk öncə onu qeyd etmək istəyir ki, o, rəsmi şəkildə iddiaçı ilə notariat ofisində alqı-satqı etməmişlər. O, sadəcə olaraq etibarnamə vermiş, həmin şəxs və ya şəxlərə ki, alqı -satqı etdikdən sonra onun pul vəsaitini ödəsinlər. Ancaq alqı satqı edildiyini və onun bundan məlumatı olmadığını, notariat ofisində alqı -satqı aparılan vaxt pul vəsaiti hansı şəraitdə və nə formada edildiyinin ona məlum olmadığını və onun həmin alqı -satqı vaxtı ödənilən pul vəsaitlərindən məlumatsız olduğunu qeyd etmişdir. Onun belə bir hadisə həmin qeydiyyatda olduğu ünvanla əlaqədar olaraq başına gəldiyini bildirmişdir. Həmin vaxt Nəsimi rayon Məhkəməsinin hakimi Pərviz Hüseynovun sədrliyi ilə onun evinin özünə geri qaytarılgığını və saxta iş görənlər barədə xüsusi qərardad qəbul edilərək Baş Prokurorluğa göndərildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil iddia tələbinin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.Belə ki, məhkəmə iclası barədə bildiriş Cavabdeh apellyasiya şikayətində göstərdiyi ünvana göndərilsə də poçt xidməti tərəfindən “köçüb” qeyd edilərək məhkəməyə qaytarılmış, həmçinin onun apellyasiya şikayətində göstərdiyi telefon nömrəsinə SMS elektron bildiriş göndərilmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəllillərini, tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 54 saylı evin 49 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 823 nömrəli reyestr kitabının 76713 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, iddiaçı mənzilin mülkiyyətçisi olduğundan müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki,satıcı Cavabdeh mülkiyyətindəolanBakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 54 saylı evin 49 saylı mənzilini alıcı İddiaçı satmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcıya alıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi və 13-cü bəndinə əsasən isə xx.xx.2019-cu il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, Notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, satıcı Cavabdeh və alıcı İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin 87000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. İş materiallarından görünür ki, X1 notariatqaydasındatəsdiqedilmişərizənin surətindəngörünürki, o, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 54 saylı evin 49 saylı mənzilinin satılmasına etiraz etməmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 54 saylı evin 49 saylı mənzilində İddiaçı başqa, xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh, xx.xx.2014-cü il təvəllüdlü Mutayev Rəsul Ömər oğlunun və xx.xx.2018-ci il təvəllüdlü Mutayeva Albina Ömər qızı da qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsinin baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 54 saylı evin 49 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə göstərilən mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi və mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh uşaqları - xx.xx.2014-cü il təvəllüdlü Mutayev Rəsul Ömər oğlunun və xx.xx.2018-ci il təvəllüdlü Mutayeva Albina Ömər qızı azyaşlı olduqlarından onların qqeydiyyatda olduqları mənzilin satılmasına razılıqları alınmamışdır. Beləliklə Cavabdeh və onun uşaqları - xx.xx.2014-cü il təvəllüdlü Mutayev Rəsul Ömər oğlunun və xx.xx.2018-ci il təvəllüdlü Mutayeva Albina Ömər qızı daimi yaşamaq üçün köçdüyü başqa yaşayış yeri üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Mənzilin əvvəlki mülkiyyətçisi olan cavabdehin mənzildən qeydiyyatdan çıxmaması onunla iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, həmin müqavilənin 13-cü bəndinə əsasən, satıcı xx.xx.2019cu il tarixədək satdığı mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Bundan başqa, şəxsin yaşayış sahəsində yaşamadan orada qeydiyyatda olması şəxsi əmlak üzərində sahiblikdən mərum etməsə də, mülkiyyət hüququnun, habelə qanuni əsaslarla əmlaka sahiblik edən şəxsin hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunduğu kimi, şəxsin qeydiyyatda olduğu ünvan üzrə yaşayış sahəsindən istifadə hüququnun olduğu prezumpsiyası qüvvədə olduğundan, bu hal mülkiyyətçinin və ya titul sahibini öz hüquqlarının həyata keçirilməsinə mane yaradır. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununa əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün isə onun yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması tələb edilir. Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində manelərin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələbi başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. X2 Məcəlləsinin 563.1-ci maddəsinə əsasən fiziki şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, cavabdehin, mülkiyyət hüququna xitam verildiyi mənzildə yaşamadan orada qeydiyyatda olması yeni mülkiyyətçinin hüquqlarının pozulması kimi qiymətləndirilərək, onun yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Beləliklə, iddiaçı həm mülkiyyətçi kimi, həm də kreditor kimi cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir, cavabdeh isə mənzildən könüllü qaydada qeydiyyatdan çıxmamaqla, müqavilə öhdəliyini icra etməyərək, onun bu subyektiv hüququnu pozmuşdur. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən alqı-satqı müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Cavabdeh öz öhdəliyini icra etmədiyindən, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası azyaşlı cavabdehlərin atasının Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 54 saylı evin 49 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilməli olduğundan və yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri onların valideynlərinin yaşayış yeri ilə müəyyən olunduğundan hesab edir ki, hazırki iddia onlara münasibətdə də təmin olunmalıdır. Belə ki, MM-nin 27.2-ci maddəsinin tələblərinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mənzilə mülkiyyət hüququ iddiaçıya keçdiyindən və cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırdığından iddianın təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 54 saylı evin 49 saylı mənzilindən cavabdehlər Cavabdeh və onun uşaqları - xx.xx.2014-cü il təvəllüdlü Mutayev Rəsul Ömər oğlunun və xx.xx.2018-ci il təvəllüdlü Mutayeva Albina Ömər qızının istifadə hüquqlarının itirilmiş hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə Kollegiya qeyd edir ki, Cavabdeh apellyasiya şikayətində istinad etdiyi və şikayətə əlavə etdiyi Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli Qətnaməsi və xüsusi qərardadının hazırkı iş üzrə tərəflər arasındakı mübahisəyə hansı aidiyyəti olmasını əsaslandırmamış, nə hər hansı aidiyyəti olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-2034/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar