Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-705/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və kommunal haqqın ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2501/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli 2(007)- 567/2016 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı və Hüseynova Yeganə Arzuman qızı arasında 13 aprel 1999-cu il tarixdə Bakı şəhəri Xətai rayonu VVADQ şöbəsində bağlanmış və 251 nömrəsi ilə qeyd edilmiş nikah pozulmuşdur. 06 mart 2000-ci ildə anadan olmuş X9 və 25 fevral 2013-cü ildə anadan olmuş X7 anaları Hüseynova Yeganə Arzuman qızının yanında qalması müəyyən edilmişdir. 04 may 2016-cı il tarixdən başlayaraq 06 mart 2000-ci ildə anadan olmuş X9 və 25 fevral 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün X1 hər ay hər uşağa görə 120 manat, cəmi 240 manat miqdarında sabit pul məbləğində Hüseynova Yeganə Arzuman qızının xeyrinə alimentin tutulması qət edilmişdir.
2. Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 243938 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Hüseynova Yeganə Arzuman qızı arasında bağlanmış nikah xx.xx.2016-cı il tarixdə ləğv edilmişdir.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(007)- 6241/2016 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən 105 saylı evin ümumi sahəsi 125,5 kv.metr olan 3 otaqlı 11 saylı mənzilinə görə ödənilmiş 131775 manat məbləğində pul vəsaitində Hüseynova Yeganə Arzuman qızının payının ½ hissədə müəyyən edilməsi, həmin 131775 manat məbləğinin ½ hissəsini təşkil edən 65887,5 manat məbləğində pulun İddiaçı tutularaq iddiaçı Hüseynova Yeganə Arzuman qızına ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli 2(103)- 7479/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı Hüseynova Yeganə Arzuman qızının apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(007)-6241/2016 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5767/2018 saylı, 27 sentyabr 2016-cı il tarixli Qərarından görünür ki, iddiaçı Hüseynova Yeganə Arzuman qızının kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli 2(103)-7479/2017 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
6. Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(007)-6241/2016 saylı icra sənədi üzrə icraata başlanılmışdır.
7. Hüseynova Yeganə Arzuman qızı tərəfindən Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, ərizəçi Nizami Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(007)-6241/2016 saylı icra vərəqəsi üzrə qeyd olunan mənzilə pay hüququnun tanınmasını istədiyini, lakin 65887,5 manat məbləğində pulun ona verilməsini istəmədiyini bildirmişdir. O hissədə işi icra etmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir.
8. Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Nizami rayon məhkəməsi tərəfindən verilmiş 15 dekabr 2016-cı il tarixli 2(007)-6241/2016 saylı icra vərəqəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən geri qaytarılmışdır.
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publikas Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 105 nömrəli evin 11 nömrəli mənzili (yeni qaydalarla: AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 99, M6, m2) tam payla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Bu barədə qeydiyyat xx.xx.2023-cü il tarixdə aparılmışdır.
10. "xxxx" MTK tərəfindən verilmiş 11 №-li 22 may 2023-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, "xxxx" MTK-nın çoxmərtəbəli yaşayış binasının 2-ci giriş, 6-cı mərtəbəsində 11 №-li mənzilinin kommunal ödənişi ayda 50 manat təşkil edir. 2016-cı ildən – xx.xx.2021-ci ilə qədər İddiaçı kommunal borclarını özü ödəyib. xx.xx.2021-ci ildən xx.xx.2023-cü ilə qədər kommunal borcu 1050 azn təşkil edir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3652/2023 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı "xxxx" MTK cavabdehlər X17, İddiaçı, X10 və X8rşı iddia ərizəsi və sonradan MPM-in 53-cü maddəsinə əsasən X12 cavabdehlər sırasından çıxarılmasına dair iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, göstərilmiş xidmətlərin əvəzi olaraq 3601 manat əsas, 389 manat cərimə olmaqla, cəmi 3990 manat məbləğin cavabdeh İddiaçı, 1328 manat əsas, 143 manat cərimə olmaqla cəmi 1471 manatın cavabdeh X11 və 1914 manat əsas, 206 manat cərimə məbləği olmaqla, cəmi 2120 manatın X6 "xxxx" MTK-nın xeyrinə tutulması, həmçinin ödənilmiş 128 manat məbləğdə dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada "xxxx" MTK-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2023cü tarixli, e-2(005)- 915/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3652/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, e-2(005)-915/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Mənzil – Tikinti Kooperativi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, e-2(005)-915/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Nizami Rayon İcra şöbəsinə ünvanlanmış 02 avqust 2023-cü il tarixli 2(007)-6241/2016 saylı məktubdan görünür ki, Hüseynova Yeganə Arzuman qızının xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(007)-6241/2016 saylı qətnaməsi icra edilməsi üçün yenidən icra şöbəsinə göndərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və kommunal haqqın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı övladı xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 105 nömrəli evin 11 nömrəli mənzilindən (yeni qaydalarla: AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 99, M6, m2) çıxarılması və 4400 (dörd min dörd yüz) manat məbləğində kommunal xərcin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.1999-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan onların xx.xx.2000-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-567/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ilə Hüseynova Yeganə Arzuman qızı arasında bağlanmış nikah pozulmuşdur. Tərəflər birgə nikahda olarkən Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 1951-ci məhəllə, 105 nömrəli evin 11 nömrəli mənzilini əldə etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-6241/2016 nömrəli xx.xx.2016-cı il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən 105 saylı evin ümumi sahəsi 125,5 kv metr olan 3 otaqlı 11 saylı mənzilinə görə ödənilmiş 131775 manat məbləğində pul vəsaitində Hüseynova Yeganə Arzuman qızının payının ½ hissədə müəyyən edilməsi, həmin 131775 manat məbləğinin ½ hissəsini təşkil edən 65887,5 manat məbləğində pulun İddiaçı tutularaq Hüseynova Yeganə Arzuman qızına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə icra olunması üçün Nizami Rayon İcra Şöbəsinə göndərilmiş və tələbkar Hüseynova Yeganə Arzuman qızının ərizəsinə əsasən xx.xx.2018-ci il tarixdə icra vərəqəsi icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Qeyd edir ki, İddiaçı nikahın pozulması ərəfəsində, yəni 2016-cı ilin yanvar ayında Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 1951-ci məhəllə, 105 nömrəli evin 11 nömrəli mənzilini tərk etmək məcburiyyətində qalmışdır. Həmin tarixdən etibarən Cavabdeh azyaşlı oğlu X4 ilə birlikdə mübahisəli mənzildə yaşayır. Ona görə də iddiaçı özünə məxsus olan mənzildən cavabdehin yaratdığı maneəyə və həmin mənzildən çıxmaqdan imtina etdiyinə görə mülkiyyətçi kimi istifadə edə bilmir. Cavabdeh özünə məxsus mənzili vardır, hətta Təbriz küçəsində yerləşən fərdi yaşayış evi söküldüyünə görə ona yeni tikilmiş binadan mənzil də verilmişdir. Hazırki günə qədər həmin mənzilə görə ayda 600 manat kirayə pulu alır. Lakin cavabdeh yenə də iddiaçının mülkiyyətində olan mənzili tərk etməyərək onun mülkiyyət hüquqlarını pozur. Göründüyü kimi qanunvericilik normaları da mülkiyyətçinin hüquqlarını müdafiə edir. Hesab edir ki, cavabdehin azyaşlı övladı ilə birlikdə mülkiyyətçi kimi iddiaçının hüquqlarının həyata keçirilməsinə mane törətməsi qanunsuzdur. Bu iddiaçının mülkiyyət hüquqlarını pozur. Yuxarıda qeyd edildiyi kimi İddiaçı 2016-cı ilin yanvar ayından mübahisəli mənzili tərk etmişdir. O, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 1951-ci məhəllə, 105 nömrəli evin 11 nömrəli mənzilinə dair hər ay üçün nəzərdə tutulmuş 50 manat məbləğində kommunal ödənişləri etmişdir. Belə ki, 2016-cı ilin yanvar ayından xx.xx.2021-ci il tarixə kimi o, 67 ayın kommunal xərcini, 3350 manat məbləğində pulu qeyd olunan binanın kommunal xərclərini yığan şirkətə, yəni "xxxx" MTK-ya ödəniş etmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan kommunal borcu isə 1050 manat (21 ay) təşkil edir və həmin borcu da mülkiyyətçi kimi İddiaçı ödəniş edəcəkdir. Göründüyü kimi Cavabdeh azyaşlı oğlu X4 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 1951-ci məhəllə, 105 nömrəli evin 11 nömrəli mənzilində yaşasa da, mənzilə dair kommunal ödənişləri də etməkdən imtina edir. İddiaçı isə həmin xərcləri özü ödəyərək mənzilə dair öz adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarışı almışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 1951-ci məhəllə, 105 nömrəli evin 11 nömrəli mənzili İddiaçı tam xüsusi mülkiyyətindədir. Hesab edir ki, kommunal xidmətlərə görə yaranmış borc həmin mənzildə yaşayan və kommunal xidmətlərdən faydalanan şəxs kimi Cavabdeh tərəfindən ödənilməli idi. Ona görə də iddiaçı hesab edir ki, cavabdeh azyaşlı övladı ilə mənzildən çıxarılmalı və iddiaçının mənzilə görə ödədiyi kommunal xərc də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2501/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməsi qət edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 43-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.2, 16.1, 152.1, 157.2, 157.8, 221, 560.2, 560.3.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 4.1, 14.2, 15.2, 77.1, 82.3, 119.1, 124.2, 217.2-217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır və əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə səhv nəticəyə gələrək Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(007)-6241/2016 nömrəli icra sənədi üzrə borclu İddiaçı tərəfindən pul məbləğinin ödənilməməsini hazırki işlə əlaqələndirmişdir. Belə ki, məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli mənzilə ödənilmiş məbləğə pay hüququnun tanınması və pulun bölünməsinin əvəzində onun həmin mənzilə hüquqlarına xitam veriləcəkdir. Məhkəmənin gəldiyi bu nəticə absurd və qanunsuzdur. Çünki tərəflər arasındakı mübahisəyə 2016-cı ildə baxılarkən qətnamənin nəticə hissəsi konkret göstərilərək 65887,5 manat məbləğində pulun İddiaçı tutularaq Hüseynova Yeganə Arzuman qızına ödənilməsi qət edilmişdir. Nizami Rayon Məhkəməsində baxılmış iddia üzrə icra sənədi hazırda icra mərhələsindədir və borclu İddiaçı həmin işdə olan pulu tələbkar Cavabdeh ödəməyə hazırdır. Lakin həmin icra sənədi icra olunmasa belə, onun hazırki iş üzrə iddia tələbinə heç bir aidiyyəti və təsiri yoxdur. Cavabdehin azyaşlı övladı ilə birlikdə mülkiyyətçi kimi iddiaçının hüquqlarının həyata keçirilməsinə maneə törətməsi qanunsuzdur. Bu iddiaçının mülkiyyət hüquqlarını pozur. Göründüyü kimi məhkəmə maddi hüquq normalarının tələbini pozmuş və iddianı təmin etməməklə əsassız nəticəyə gəlmişdir. Qeyd edilənlərdən əlavə, birinci instansiya məhkəməsində əsassız olaraq kommunal borc da cavabdehdən tutulmamışdır. Məhkəmə kommunal borcun İddiaçı tərəfindən ödənildiyini nəzərə almalı idi. Belə ki, İddiaçı 2016-cı ilin yanvar ayından mübahisəli mənzili tərk etmişdir. O, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 1951-ci məhəllə, 105 nömrəli evin 11 nömrəli 13. mənzilinə dair hər ay üçün nəzərdə tutulmuş 50 manat məbləğində kommunal ödənişləri etmişdir. Belə ki, 2016-cı ilin yanvar ayından xx.xx.2021-ci il tarixə kimi o, 67 ayın kommunal xərcini, 3350 manat məbləğində pulu qeyd olunan binanın kommunal xərclərini yığan şirkətə, yəni "xxxx" MTK-ya ödəniş etmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan kommunal borcu isə 1050 manat (21 ay) təşkil edir və həmin borcu da mülkiyyətçi kimi İddiaçı ödəniş edəcəkdir. Göründüyü kimi Cavabdeh azyaşlı oğlu X4 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 1951-ci məhəllə, 105 nömrəli evin 11 nömrəli mənzilində yaşasa da, mənzilə dair kommunal ödənişləri də etməkdən imtina edir. İddiaçı isə həmin xərcləri özü ödəyərək mənzilə dair öz adına hüquqların dövlət qeydiyyatı haqqında çıxarışı almışdır. Kommunal xidmətlərə görə yaranmış borc həmin mənzildə yaşayan və kommunal xidmətlərdən faydalanan şəxs kimi Cavabdeh tərəfindən ödənilməli idi. Baxmayaraq ki, "xxxx" MTK İddiaçı və digərlərinə qarşı göstərilmiş xidmətlərin əvəzi olaraq pul tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
21. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
22. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
24. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
26. Azərbaycan Respublikasının tərafdar çıxdığı İnsan Hüquqlarının və X14 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
28. Maddə 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi nəzərdə tutulmuşdur.
29. Maddə 152.1 mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
30. Maddə 157.2 mülkkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
31. Maddə 157.4 əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
38. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
41. Hazırki halda, iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2501/2023 nömrəli, 26 sentyabr 2023cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.
43. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
44. İş materiallarından məlum olur ki, tərəflər arasındakı rəsmi nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli 2(007)-567/2016 saylı qətnaməsinə əsasən pozulmuşdur. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(007)-6241/2016 saylı qətnaməsinə əsasən, birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən 105 saylı evin ümumi sahəsi 125,5 kv metr olan 3 otaqlı 11 saylı mənzilinə görə ödənilmiş 131775 manat məbləğində pul vəsaitində Hüseynova Yeganə Arzuman qızının payı ½ hissədə müəyyən edilmiş, həmin 131775 manat məbləğinin ½ hissəsini təşkil edən 65887,5 manat məbləğində pulun İddiaçı tutularaq iddiaçı Hüseynova Yeganə Arzuman qızına ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə icraata başlanılmış, tələbkar Hüseynova Yeganə Arzuman qızı xx.xx.2018-ci il tarixdə icra şöbəsinə müraciət edərək, mənzilə pay hüququnun tanınmasını istədiyini, lakin 65887,5 manat məbləğində pulun ona verilməsini istəmədiyini bildirmiş və həmin hissədə işi icra etmədən məhkəməyə qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin qərarı ilə Nizami rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(007)-6241/2016 saylı icra vərəqəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən – tələbkarın xahişinə əsasən geri qaytarılmışdır. Həmin icra vərəqəsi Hüseynova Yeganə Arzuman qızının xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən icra edilməsi üçün yenidən icra şöbəsinə göndərilmişdir. İcra sənədi hazırki tarixədək icra edilməmişdir. Hazırda İddiaçı Cavabdeh azyaşlı övladı ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 105 nömrəli evin 11 nömrəli mənzilindən çıxarılması və mənzilə dair kommunal xərcin ona ödənilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir.
45. Kollegiya mübahisələndirilən əmlakın hüquqi statusu ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
46. Kollegiya bildirir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisial əlaqəsi yaranmış olur.
47. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(007)-6241/2016 saylı qətnaməsi ilə işin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən 105 saylı evin 11 saylı mənzili tərəflərin birgə nikah dövründə əldə edilmiş və mənzilin ümumi dəyərinə görə İddiaçı tərəfindən 131775 manat ödənilmişdir. Hüseynova Yeganə Arzuman qızı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, həmin mənzilin alınmasına ödənilmiş 131775 manat məbləğində pulun üzərində pay hüququnun müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə qətnaməsi ilə mənzilə ödənilmiş məbləğ tərəflərin ümumi birgə mülkiyyəti hesab edilməklə, ödənilmiş məbləğ üzərində tərəflərin bərabər payı müəyyən edilmişdir. Yəni, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2016cı il tarixli 2(007)-6241/2016 saylı qətnaməsi ilə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən 105 saylı evin 11 saylı mənzilin birgə nikah dövründə əldə edilən əmlak olması sübut edilir. Göründüyü kimi, mübahisəli mənzil tərəflərin birgə nikahı dövründə əldə edildiyindən, onun üzərində ər-arvad kimi tərəflərin hər ikisinin ailə və mülki qanunvericiliklə müəyyən olunmuş hüquqları yaranmışdır. Bununla belə, cavabdeh Hüseynova Yeganə Arzuman qızının birgə nikah dövründə alınmış mübahisəli mənzilə dair hüquqları həmin mənzilə görə ödənilmiş 131775 manat məbləğə ½ hissədə onun payının tanınması və həmin pulun İddiaçı tərəfindən Hüseynova Yeganə Arzuman qızına ödənilməsi barədə qət edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə əvəzləşdirilmişdir. Başqa sözlə desək, cavabdehin mənzilə dair ümumi paylı mülkiyyət hüquqlarına onun öz istəyi ilə (cavabdeh mənzilə deyil, ona ödənilmiş məbləğə pay hüququnun tanınması barədə iddia ilə məhkəməyə müraciət etmişdir) həmin mənzilə ödənilmiş məbləğə pay hüququnun tanınması və pulun bölünməsi əvəz verilməsi ilə xitam verilməsi nəzərdə tutulmuşdur.
48. Mülki işin apellyasiya instansiya məhkəməsində baxılması zamanı təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli, e159909/2019-7-9-002 nömrəli icraata xitam verilməsi haqqında məlumatından görünür ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-2536/2019-002 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə qeyd olunan tələb borclu X5 tərəfindən tam şəkildə təmin olunmuşdur və icra sənədinə xitam verilməsi qərara alınmışdır.
49. Kollegiya qeyd edir ki, birgə nikah dövründə əldə olunmuş, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən 105 saylı evin 11 saylı mənzilin iddiaçıya aid ½ hissəsinə uyğun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 65.887,5 manat məbləğində pul hazırkı iş üzrə iddiaçı tərəfindən ödənildiyindən, iddiaçının tələbi cavabdehin mənzildən çıxarılması hissəsində əsaslı hesab olunmalıdır.
50. Belə ki, mənzilə ödənən pula tərəflərin pay hüququnu müəyyən edən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli 2(007)-6241/2016 saylı qətnaməsi artıq icra edildiyindən Hüseynova Yeganə Arzuman qızının birgə nikah dövründə əldə edilən mənzildə yaşaması iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, iddiaçının tələbinin qeyd olunan hissədə təmin olunması və cavabdehin mənzildən çıxarılması onun mənzildən istifadə hüququnun pozulması kimi başa düşülməməlidir.
51. Apellyasiya şikayətinin digər dəlili olan, iddia tələbinin kommunal haqqın ödənilməsi hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Nəzərə alınmalıdır ki, "xxxx" MTK İddiaçı və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərilmiş xidmətlərin əvəzi olaraq 3601 manat əsas, 389 manat cərimə olmaqla, cəmi 3990 manat məbləğin cavabdeh İddiaçı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2023-cü tarixli, e-2(005)- 915/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-3652/2023 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
52. Məhkəmə qətnaməsinə əsasən, "xxxx" MTK çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq həyata keçirdiyindən və onun kommunal borclarının tutulmasına dair tələbinin hər hansı bir hüquqi əsası olmadığından onun göstərilmiş xidmətlərin əvəzi olaraq tələb edilən məbləğin ödənilməsi barədə iddiası təmin edilməmişdir.
53. Hazırki iş üzrə iddiaçı 4400 manat kommunal borcun cavabdehden tutulması üçün "xxxx" MTK tərəfindən verilən arayışa əsaslanır. "xxxx" MTK tərəfindən 22 may 2023-cü il tarixdə verilən arayışda 2016-cı ildən xx.xx.2021-ci il tarixə qədər olan borcun İddiaçı tərəfindən ödənildiyi qeyd edilsə də, "xxxx" MTK İddiaçı qarşı borcun ödənilməsi ilə bağlı iddia qaldırmış və yuxarıda qeyd edilən qətnamə ilə iddia tələbi rədd edilmişdir. Hər hansı ödəniş sənədləri isə iş materiallarına əlavə edilməmişdir. Qeyd edilən tarixlərə borcun hansı qaydada ödənildiyi isə sübuta yetirilmir. Arayışda qeyd edilən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tatixə qədər hesablanmış və ödənilmədiyi göstərilən 1050 manat borcun isə yaranma əsasları müəyyən edilmir.
54. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının "xxxx" MTK-da yerləşən mənzilə dair kommunal borcun cavabdeh tərəfindən ödənilməsi barədə tələbi əsaslı hesab edilə bilməz.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2501/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi cavabdehin mənzildən çıxarılması hissəsində təmin edilməli, qalan hissədə rədd edilməlidir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
57. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
58. Kollegiya hesab edir ki, iş üzrə apellyator tərəfindən iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2501/2023 nömrəli, 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı iddiası “Cavabdeh azyaşlı övladı xx.xx.2013-cü il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 105 nömrəli evin 11 nömrəli mənzilindən (yeni qaydalarla: AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 99, M6, m2) çıxarılması” hissəsində təmin edilsin. İddia tələbi “4400 (dörd min dörd yüz) manat məbləğində kommunal xərcin Cavabdeh tutularaq İddiaçı ödənilməsi” hissəsində rədd edilsin. İş üzrə iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.