Məhkəmə qərarları › İş №2(103)-7056/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7056/2020

26.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7056/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Xumar Afət qızı Mərdanovadan və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 azyaşlı uşaqları Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi, qətnamənin adı çəkilən cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 xx.xx.2020-ci il tarixdə verdiyi apellyasiya şikayəti birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə dövlət rüsumunun ödənilməməsi səbəbi ilə geri qaytarılmış, həmin qərardaddan Cavabdeh1 verdiyi şikayət isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin edilməmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 dövlət rüsumunu ödədiyinə dair qəbzi əlavə etməklə xx.xx.2020-ci il tarixdə yenidən şikayət vermiş, birinci instansiya məhkəməsi müvafiq qəbzi işə əlavə edərək işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh1 ən azından ilk dəfə apellyasiya şikayəti verdiyi xx.xx.2020-ci il tarixdə qətnamədən xəbərdar olduğu şübhəsizdir; bu isə o deməkdir ki, onun xx.xx.2020-ci il tarixdə ikinci dəfə verdiyi apellyasiya şikayəti üzrə müddətin ötürülüb-ötürülmədiyi məsələsi müzakirə olunmadan şikayət mümkün hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1122/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya şikayəti üzrə müddətin ötürülüb-ötürülmədiyi məsələsinin müzakirəsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar