Məhkəmə qərarları › İş №2(103)-7056/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7056/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7056/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(011)-882/2022 saylı mülki iş üzrə Bakı şəhər Xətai Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında 18 mart 2020-ci il tarixdə 1**-MF-***1689/KM saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 25000 manat məbləğində kredit verilmişdir.

2. İddiaçı ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 18 mart 2020-ci il tarixdə ******* saylı və ******* saylı zaminlik müqavilələri bağlanmış, cavabdehlər 18 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə borclunun (Cavabdeh1) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşlər.

3. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 18 mart 2020-ci il tarixli ***-*******/İM saylı ipoteka müqaviləsinə əsasən ipotekaya qoyulmuşdur.

4. İddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışında Cavabdeh1 18 mart 2020ci il tarixli kredit müqaviləsi üzrə 22 noyabr 2021-ci il tarixə 24298,05 manat əsas borcu, 6728,52 manat faiz borcu olmaqla, cəmi 31026,57 manat məbləğində borcunun olması qeyd edilmişdir.

5. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəsis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh2 məxsus fərdi yaşayış evinin likvid dəyəri 170000 manat, bazar qiyməti isə 200000 manat təşkil edir.

a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə əsas borc üzrə 24298,05 manat, 22 noyabr 2021-ci il tarixə faiz borcu üzrə 6728,52 manat, cəmi 31026,57 manat kredit borcunun, 183,10 manat məbləğində dövlət rüsumunun və 40 manat məbləğində digər xərclərin (ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı), ümumilikdə 31249,67 manat pulun tutulması, ipoteka qoyan Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutma yönəldilməsi, evin açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan 31249,67 manat məbləğində borcun ödənilməsi, ipoteka qoyan Cavabdeh2 məxsus fərdi yaşayış evinin məcburi boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə onun iddiaçı banka borcu yaranmışdır. Buna görə də bank borcun həm əsas borcludan, həm də zaminlərdən tutulması və tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi üçün məhkəmədə iddia qaldırmışdır.

8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-882/2022 saylı mülki iş üzrə 05 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 mart 2020-ci il tarixli 1**-MF-***1689/KM saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə 24298,05 manat əsas borc, 6534,99 manat faiz borcu, daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat xidmət haqqı və 183,10 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 31056,14 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin likvid dəyəri 170000 manat olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı ASC-yə olan 31056,14 manat məbləğində pulun ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evi satıldıqdan sonra bir ay ərzində məcburi boşaldılması qət edilmişdir. (hakim Pərviz Zamanlı)

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehlərin iddiaçı bank qarşısında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlikləri yaranmışdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 385.1, 739, 421.2, 423.2, 442, 470.1, 472.2-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən əsas və faiz borcunun məbləğini düzgün müəyyən etməmiş, Cavabdeh1 tərəfindən ödənişlərin edilməməsinin bütün dünyada, eləcə də ölkədə baş vermiş pandemiyadan sonra işsizlik ucbatından olmasını nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

15. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətb Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Qətnamə yalnız Cavabdeh1 tərəfindən mübahisələndirilmiş, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən mübahisələndirilməmişdir. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub iddianın rədd olunması xahiş olunsa da, qətnamə yalnız Cavabdeh1 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmışdır. Ape

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi borcun məbləği barədə düzgün nəticəyə gəlmişdir.

19. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı bankla Cavabdeh1 arasında 18 mart 2020-ci il tarixdə kredit müqaviləsi, həmin müqavilənin təminatı olaraq, Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri və Cavabdeh2 məxsus fərdi yaşayış evinə dair 18 mart 2020-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh1 sonuncu dəfə banka 31 avqust 2021-ci ildə ödəniş etmişdir.

20. Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəlik daşıyır. Lakin Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

21. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 06 aprel 2022-ci il tarixli 9/1428 saylı rəyi ilə müəyyən edilmişdir ki, 18 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə 22 noyabr 2021-ci il tarixə Cavabdeh1 iddiaçıya 24529,56 manat əsas borcu, 6534,99 manat məbləğində faiz borcu vardır.

22. İddia ərizəsində iddiaçı bank 22 noyabr 2021-ci il tarixə 24298,05 manat əsas borc, 6728,52 manat məbləğində faiz borcunun tutulmasını tələb etsə də, məhkəmə məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən, Cavabdeh1 İddiaçı ASC-yə 24529,56 manat əsas borcu, 6534,99 manat məbləğində faiz borcunun olması müəyyən edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi düzgün olaraq əsas borcun məbləğini iddia tələbi həcmində---24298,05 manat, faiz borcunun məbləğini isə ekspert rəyinə uyğun olaraq 6534,99 manat məbləğində müəyyən etmişdir.

23. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi kifayət qədər əsaslandırılmış və iş materiallarına uyğun olmuşdur. Məhkəmə tərəfindən əsas və faiz borcunun məbləğinin düzgün müəyyən olunmaması barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır.

24. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-882/2022 saylı mülki iş üzrə 05 avqust 2022-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar