Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7057/2022 21.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Cavabdeh1 göstərilməklə) cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 25000 manat məbləğində sığorta ödənişinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-36/2022 saylı qətnaməsindən çıxarışda iddia qismən təmin edilmiş, "xxxx" ASC-dən İddiaçı xeyrinə 22890.72 (iyirmi iki min səkkiz yüz doxsan manat yetmiş iki qəpik) manat sığorta ödənişi tutulması, keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası xərci, 100 manat məbləğinin 70 manatı "xxxx" ASCdən, 30 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, cavabdeh "xxxx" ASC-dən 20 manat, İddiaçı 10 manat dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi pul tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmənin öz təşəbbüsü ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 36/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qərardadı ilə “Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-36/2022 saylı qətnaməsindən çıxarışda düzəliş edilərək, “İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 17870.82 manat (on yeddi min səkkiz yüz yetmiş manat səksən iki qəpik) manat sığorta ödənişi tutulsun. Keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizası xərci, 100 manat məbləğinin 70 manatı "xxxx" ASC-dən, 30 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. Cavabdeh "xxxx" ASC-dən 20 manat, İddiaçı 10 manat dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin” kimi oxunsun” qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə cavabdeh "xxxx" ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-36/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Cavabdeh1 göstərilməklə) qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(009)-36/2022 saylı qərardadının ləğv edilməsi barədə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş ərizə təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3172/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(009)-36/2022 saylı qərardadı ləğv edilmiş, mülki iş materialları qərardadda qeyd olunan pozuntuların aradan qaldırılmaqla yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, şikayətin dəlili olmaqla, iş materiallarından görünür ki, məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə ünvanlanmış məhkəmə bildirişlərinin qanunvericiliklə müəyyən olunmuş qaydada onlara göndərildiyi və çatdırıldığı barədə iş materiallarında hər hansı bir sübut olmamasına baxmayaraq birinci instansiya məhkəməsi, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə tərəflər məhkəmə iclasına dəvət edilməklə "xxxx" ASC-nin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-36/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qərardadından verilən şikayətə baxılaraq “Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-36/2022 saylı qətnaməsindən çıxarışda düzəliş edilərək, “İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 17870.82 manat (on yeddi min səkkiz yüz yetmiş manat səksən iki qəpik) manat sığorta ödənişi tutulsun. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci, 100 manat məbləğinin 70 manatı "xxxx" ASC-dən, 30 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cavabdeh "xxxx" ASC-dən 20 manat, İddiaçı 10 manat dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin” kimi oxunsun” qərara alınmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-36/2022 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-36/2022 saylı qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiyasına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4960/2022 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)- 36/2022 saylı qərardadı ləğv edilmiş və Mülki Prosessual Məcəlləsinin tələblərinin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3172/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(009)- 36/2022 saylı qərardadı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 4960/2022 saylı qərardadı ilə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)- 36/2022 saylı qərardadı ləğv edilmiş, mülki iş materialları qərardadda qeyd olunan pozuntuların aradan qaldırılmaqla yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-36/2022 saylı qərardadı ilə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-36/2022 saylı “qətnamədən çıxarışa edilmiş düzəliş qərardadı” ləğv edilmiş, şikayətdə qeyd edilənlər qalan hissədə təmin edilməmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, 2(009)-36/2022 saylı qətnamənin nəticə hissəsinə düzəliş edərək "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalı olan sığorta ödənişinin 22890,72 (iyirmi iki min səkkiz yüz doxsan manat yetmiş iki qəpik) manat kimi müəyyən olunması ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbi üzrə 2(009)- 36/2022 saylı iş baxılmış və iddia qismən təmin edilmişdir. Bildirir ki, xx.xx.2022-ci il tarixli məhkəmə iclas zalında cavabdehdən 22890,72 (iyirmi iki min səkkiz yüz doxsan manat yetmiş iki qəpik) manat məbləğində sığorta ödənişinin tutulması qərarı elan edilmişdir. Lakin xx.xx.2022-ci il tarixli qərardadla qətnamədən çıxarışa düzəliş edilərək qət edilən sığorta ödənişi məbləği 17870,82 (on yeddi min səkkiz yüz yetmiş manat səksən iki qəpik) manat məbləğinə dəyişdirilmişdir. Bundan sonra tərəflərindən müvafiq şikayətlər verilmiş və Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-36/2022 saylı qərardadı ilə xx.xx.2022-ci il tarixli, 2(009)- 36/2022 saylı “qətnamədən çıxarışa edilmiş düzəliş qərardadı” ləğv edilmişdir. Lakin məhkəmə xx.xx.2022ci il tarixli, 2(009)-36/2022 saylı qətnaməyə düzəliş edilməsi ilə bağlı müraciətlərinə münasibət bildirərək qeyd etmişdir ki, “Hazırda məhkəmənin öz təşəbbüsü ilə qətnamədən çıxarışa düzəliş edilməsi məsələsinə baxıldığından qətnaməyə düzəliş edilməsinə dair dəlillərinə münasibət bildirilməsini məqsədə müvafiq bilmir.” Qərardadda, həmçinin cavabdehin qətnaməyə düzəlişlə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bununla bağlı bildirir ki, qərardadın ləğv edilməsinin əsas məqsədi məhz qətnaməyə düzəliş edilərək elan olunduğu kimi tərtib edilməsi olmuş, lakin qətnaməyə düzəlişlə bağlı məsələnin həll edilməməsi qərardadının ləğv olunmasının hüquqi nəticəsinin nədən ibarət olması məsələsini sual altında qoymuşdur. Aydındır ki, xx.xx.2022-ci il tarixli 2(009)-36/2022 saylı qətnamənin nəticə hissəsində iddiaçıya ödənilməsi nəzərdə tutulan sığorta ödənişi məbləğinin məhkəmə zalında elan edilmiş 22890,72 (iyirmi iki min səkkiz yüz doxsan manat yetmiş iki qəpik) manat məbləğində deyil, 17870,82 (on yeddi min səkkiz yüz yetmiş manat səksən iki qəpik) manat məbləğlə dəyişdirilmə əsası, məhz xx.xx.2022-ci il tarixli, 2(009)- 36/2022 saylı qərardad olmuş, lakin həmin qərardad da Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 36/2022 saylı qərardadı ilə ləğv edilmişdir. Belə olan halda qətnamədən çıxarışa düzəlişə əsas aradan qalxdığı üçün qətnamədən çıxarış və nəticə etibarı ilə qətnamə əvvəlki vəziyyətinə qayıtmalıdır. Lakin məhkəmə, bu məsələyə toxunmayaraq hüquqi boşluğun yaranmasına və nəticəsiz qalmasına səbəb olmuşdur. Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-36/2022 saylı qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilməmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-36/2022 saylı qərardadının ləğv edilməsini, yeni qərardad qəbul edilərək xx.xx.2022-ci il tarixli 2(009)- 36/2022 saylı qətnamənin nəticə hissəsinin elan olunduğu formada düzəldilməsinin həmin qərardadla həll edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-36/2022 saylı qərardadının ləğv olunması məqsədi ilə tərəflərindən daha əvvəl iki dəfə məhkəməyə qərardadın ləğv olunması ilə bağlı şikayət ərizəsi ünvanlanmış və həmin qərardadın ləğv edilməsi xahiş edilmişdir. Qeyd edilən işlə bağlı sonuncu şikayətə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılaraq təmin edilmiş, daha sonra Səbail Rayon Məhkəməsi, xx.xx.2022-ci il tarixli, 2(009)-36/2022 saylı qərardadı ilə şikayəti qismən təmin edərək xx.xx.2022-ci il tarixli, 2(009)-36/2022 saylı “qətnamədən çıxarışa edilmiş düzəliş qərardadını ləğv etmiş, lakin qərardadda qətnaməyə düzəliş edilməsini mümkün hesab etməmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli, № 1193/22 saylı ərizə ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli, 2(009)- 36/2022 saylı qətnamənin nəticə hissəsinə düzəliş edilməsi xahiş olunsa da məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli, 2(009)-36/2022 saylı qərardadla ərizə təmin edilməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya işin hallarını nəzərdən keçirərək, hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, BB seriyalı, 057100 nömrəli Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, sığorta ödənişinin yuxarı həddi 25000 manat müəyyən edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsindən də görünür ki, məhkəmə həmin nəticəyə gələrkən sığorta ödənişinin yuxarı həddini nəzərə almış və cavabdehdən məhz 17870.82 manatın tutulması qənaətinə gəlmişdir. Kollegiya cavabdehin şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə gəldiyi nəticəni ümumilikdə qəbul etməyərək, əslində qətnaməni mahiyyəti üzrə mübahisələndirir. MPM-nin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Kollegiya hesab edir ki, qətnamənin nəticə hissəsi (qət etdi) əsaslandırıcı hissəsi ilə uyğunluq təşkil etdiyindən qətnamədə hər hansı yalnışlığa yol verilməmişdir. Odur ki, cavabdehin ərizəsinin təmin edilməməsindən ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Qeyd olunan qanunvericilin tələblərinə və işin hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7057/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7057/2022
21.10.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver