Məhkəmə qərarları › İş №2(103)-7065/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7065/2025

07.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-7065/2025 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı X16 Şirkətinin cavabdehlər cavabdeh2, cavabdeh11, cavabdeh9, cavabdeh10, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh14, cavabdeh5, cavabdeh4, cavabdeh13, cavabdeh12, cavabdeh3 və cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə (açar sözlər: torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X20 katibliyi, iddiaçının nümayəndələri Nümayəndə və vəkil2, cavabdehlər cavabdeh11, cavabdeh8, cavabdeh4, cavabdeh13, cavabdeh12, cavabdeh cavabdeh9 nümayəndəsi X5 iştirakı ilə, iddiaçı İddiaçı X16 Şirkətinin cavabdehlər cavabdeh2, cavabdeh11, cavabdeh9, cavabdeh10, cavabdeh8, cavabdeh7, cavabdeh6, cavabdeh14, cavabdeh5, cavabdeh4, cavabdeh13, cavabdeh12, cavabdeh3 və cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma, özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı X16 Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən ## ###### 2025-ci il tarixdə verilmiş cavab məktubundan müəyyən olunur ki, İddiaçı X16 Şirkətinin adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin cənubşərq hissəsində yerləşən 1.5 ha torpaq sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Sözügedən torpaq sahəsi dövlət mülkiyyəti olmaqla ARDNŞ-nin ərazisidir və sahə ətrafında ləğv olunmuş neft quyularının baza məlumatı mövcuddur.

2. Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçının nümayəndəsi Nümayəndə ünvanlanmış ## #### 2024-cü il tarixli cavab məktubunun surətindən müəyyən olunur ki, hal-hazırda komitə tərəfindən işğaldan azad edilmiş ərazilərə köçürüləcək məcburi köçkün ailələrinin siyahıları üzrə müvafiq işlər aparılır, Azərbaycan Respublikasının işğaldan azad edilmiş bütün ərazilərində erməni təcavüzü və işğalı nəticəsində zərər dəymiş ərazilərin bərpası ilə bağlı işlər aparılır, bu istiqamətdə artıq bir çox işlər görülüb və görülməkdədir, Böyük Qayıdışla bağlı məcburi köçkün ailələri mərhələli şəkildə öz doğma yurduna köçürülən zaman sözügedən ünvanda (Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Mədən – 2 ünvanında yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığı) məskunlaşan məcburi köçkün ailələrinin də köçürülməsi həyata keçiriləcək və ərazi boşaldılaraq geri təhvil veriləcək.

3. ## ###### 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, cavabdeh2 tərəfindən Əliyeva Sədaqət Həsən qızına məxsus torpaq sahəsinin zəbt edilməsi barədə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və ərizəçi vətəndaşa mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

4. ## #### 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən müəyyən olunur ki, cavabdeh11 tərəfindən Nümayəndə məxsus torpaq sahəsinin alğı-satqısı barədə toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və ərizəçiyə qeyd edilən məsələyə dair mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Işlər üzrə Kollegiyasının ## #### 2008-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən müəyyən olunur ki, iş üzrə maraqlı şəxs X4 apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Suraxanı Rayon Məhkəməsinin ##.##.2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı İddiaçı X16 şirkətinin cavabdehlər X1 və X8 və qeyrilərinə qarşı Bakı şəhəri, Qaraçuxur qəsəbəsinin cənub-şərqində yerləşən 1.5 hektar torpaq sahəsindən, həmin torpaq sahəsindəki ofis və anbardan çıxarılmaları, eləcə də cavabdehlər tərəfindən həmin sahədə aparılmış özbaşına tikililərin sökülməsinə dair tələbin rədd olunması qət edilmişdir.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## ####### 2008-ci il tarixli, *(***)-****/** nömrəli qərarından müəyyən olunur ki, iddiaçı İddiaçı X16 Şirkətinin direktoru Əliyeva Sədaqət Həsən qızının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin ## #### 2008 ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Işlər üzrə Kollegiyasının ## ###### 2008-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən müəyyən olunur ki, maraqlı şəxs X4 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2006-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı İddiaçı X16 şirkətinin cavabdehlər Azərbaycan “Dizayn” X19 və Bakı şəhəri Icra Hakimiyyətinə qarşı vəzifəli şəxsin qanunsuz qərarının ləğv edilməsi, torpaq sahəsinə və tikiliyə sahiblik, istifadə hüququnun tanınması tələbinin rədd edilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı X16 Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən 2 ünvanında yerləşən iddiaçının istifadəsində olan torpaq sahəsindən cavabdehlərin çıxarılması və qanunsuz tikililərin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı X16 Şirkəti Azərbaycan Dizaynerlər Ittifaqının nəzdində fəaliyyət göstərən zonalar arası “Təmirtikintidizayn” * saylı Trestin rəhbərliyinə ## ### 1993-cü il tarixdə müraciət edərək, trestin ** saylı zonalar arası təmirtikinti idarəsinin istifadəsində olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin cənub şərqində keçmiş neft buruqlarının ərazisində yerləşən 1,5 hektar yararsız vəziyyətdə olan mazutlu torpaq sahəsinin haqq-hesabını ödəyəndən sonra şirkətin balansına verilməsi xahiş edilmiş və trestin rəhbərliyi ## ### 1993-cü il tarixli məktubla həmin torpaq sahəsinin balans dəyərinin ödənildikdən sonra **/** saylı, ## ####### 1993-cü il tarixli əmri ilə torpaq sahəsi daimi olaraq şirkətin istifadəsinə verilmişdir. Şirkət öz vəsaiti hesabına torpaq sahəsini mazutdan və digər tullantılardan təmizləyərək yararlı hala gətirmiş, orada anbar və ofis binası inşa edilmiş və bu günə kimi də həmin tikililər şirkətin istifadəsindədir. Mübahisəli torpaq sahəsi şirkətin adına rəsmiləşdirilmişdir. Sonra, cavabdehlər həmin torpaq sahəsinə icazəsiz daxil olaraq ofis və anbar binalarını zəbt edərək yaşamağa başlamışlar. Onların məcburi köçkün olmaları səbəbindən çıxarılma barədə müraciət olunmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2-813/2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər X1 və X8 ailə üzvləri ilə birlikdə İddiaçı Müstəqil Kommersiya Şirkətinin daimi istifadəsində olan Bakı şəhəri, Qaraçuxur qəsəbəsinin cənub-şərqində yerləşən 1,5 hektar torpaq sahəsindən, oradakı qeyri-yaşayış sahələrindən ofis və anbardan çıxarılmaları və cavabdehlər tərəfindən həmin sahədə aparılmış özbaşına tikintilərin sökülməsi qət edilmişdir. Cavabdehlər müxtəlif vaxtlarda iddiaçıya aid torpaq sahəsinə qanunsuz olaraq daxil olmuş, anbar və ofis binalarını zəbt edib bəziləri əlavə tikililər tikərək öz ailələri ilə yaşayırlar. Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Suraxanı şöbəsinin əməkdaşları və müvafiq polis şöbələrinin araşdırması zamanı cavabdehlər iddiaçıya aid sahədə müvəqqəti yaşadıqlarını və çıxmağa hazır olduqlarını bildirmişlər.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

11. Qətnamə onunla əsaslandırılmışdır ki, mübahisənin düzgün həlli edilməsi baxımından hazırkı iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin (mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər) təşkil etməsi nəzərə alınmalı və iş üzrə araşdırma aparılması zamanı iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtləri rəhbər tutulmalıdır. Ilk növbədə, məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbi 3 hissədən: 1) cavabdehlərin torpaq sahəsindən çıxarılması, 2) həmin torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilən özbaşına tikililərin sökülməsi və 3) torpaq sahəsinin qaytarılmasından ibarətdir. Hər üç iddia tələbi ətrafında araşdırma aparılması, iş üzrə qanuni və əsaslı nəticəyə gəlinməsi üçün, ilk növbədə iddiaçının müvafiq iddia tələbini irəli sürməklə bağlı subyektiv hüququnun olub-olmaması məsələsinə aydınlıq gətirilməlidir. Iddiaçı iddia ərizəsində mübahisə predmeti olan torpaq sahəsinin **/** saylı, ## ####### 1993-cü il tarixli əmr ilə daimi olaraq şirkətin istifadəsinə verilməsini, həmçinin həmin torpaq sahəsinin şirkətin adına rəsmiləşdirilməsini, ona müvafiq hüquqla məxsus olan torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz şəkildə zəbt edildiyini, torpaq sahəsində özbaşına tikililər inşa edildiyini qeyd etmişdir. Iddiaçı tərəf özünün mübahisəli torpaq sahəsinin daimi istifadə hüququ ilə ona məxsus olduğunu, həmin torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ əldə etdiyini, lakin bu hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmadığını iddia etsə də, buna dair mötəbər sübutlar məhkəməyə təqdim olunmamış, məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin hüquqi statusunun öyrənilməsi məqsədi ilə sorğu ilə müvafiq dövlət orqanına müraciət olunmuşdur. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən ## ###### 2025 ci il tarixdə verilmiş cavab məktubu ilə müəyyən edilmişdir ki, İddiaçı X16 Şirkətinin adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin cənub-şərq hissəsində yerləşən 1.5 ha torpaq sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmiş, sözügedən torpaq sahəsi dövlət mülkiyyəti olmaqla ARDNŞ-nin ərazisidir və sahə ətrafında ləğv olunmuş neft quyularının baza məlumatı mövcuddur. Bundan əlavə, iddiaçı mübahisəli torpaq sahəsinə dair daimi istifadə hüququnun müvafiq məhkəmə qətnamələri ilə təsdiq olunduğunu vurğulamışdır. Həmin məhkəmə aktları hazırda baxılan iş üzrə preyudisial əhəmiyyətə malik olmasa da, məhkəmə aktlarının qanuni qüvvəsini alıb-almaması, hüquqi müstəvidə etibarlı akt kimi çıxış edibetməməsi məsələlərinə aydınlıq gətirilməsi üçün məhkəmə araşdırması davam etdirilmiş və sözügedən məhkəmə qətnamələrinin müvafiq olaraq apellyasiya və kassasiya qaydasında ləğv edildiyi öz təsdiqini tapmışdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Istinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Lakin, iddiaçı tərəfindən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş və həqiqətən də, mübahisəli torpaq sahəsinin iddiaçı hüquqi şəxsin adına dövlət qeydiyyatından keçməsi faktı öz təsdiqini tapmamışdır. Hər bir halda məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, dövlət qeydiyyatından keçməsə belə, torpaq sahəsinin faktiki sahibinin də sahibliyin müdafiəsi – özbaşınalıqdan müdafiə qaydasında iddia etmək hüququ istisna edilmir (Mülki Məcəllənin 166.3-cü maddəsinin ikinci cümləsi). Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən və formalaşdıran ## #### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarında qeyd olunur ki, əşyanın geri qaytarılması və ya pozuntuya son qoyulması barədə iddialar aşağıdakı növlərdə ola bilər: a) hüquq haqqında mübahisələr – vindikasiya iddiası (MM, m.157.2), neqator iddia (MM, m.157.4) və sair; b) sahibliyin özbaşınalıqdan müdafiəsinə dair iddialar – geriqaytarma tələbi (MM, m.164.2) və pozuntuya son qoyulması tələbi (MM, m. 165.1). Bu iddia növləri mahiyyəti və təyinatı etibarilə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Hüquq haqqında mübahisələrdə iddiaçı mübahisənin obyektinə münasibətdə özünün mülki hüquqlarını - mülkiyyət haqqını, qanundan və ya müqavilədən irəli gələn əmlak hüquqlarını sübuta yetirməyə borcludur. Hüquq haqqında mübahisələrdə tələb edilən əşya üzərində tərəflərin hüquq sahibi olub olmaması önəm kəsb edir və iddianın həllinə təsir göstərir. Bununla belə, sahibliyin müdafiəsi məqsədilə qaldırılan iddialar mülki qanunvericiliyimizdə hüquq haqqında mübahisə kimi yox, özbaşınalığın qarşısının alınmasını təmin edən tələblər kimi nəzərdə tutulmuşdur. Hazırki işdən isə iddiaçının həmin torpaq sahəsi üzərində əvvəlki və ya mövcud sahibliyi müəyyən olunmur.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139- 1.1, 148.2, 157.2, 157.8, 166.3-cü maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5, 56, 66, 67, 68-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Iddiaçı İddiaçı X16 Şirkəti həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, direktoru olduğu İddiaçı X16 Şirkəti Azərbaycan Dizaynerlər Ittifaqının nəzdində fəaliyyət göstərən zonalararası “Təmirtikintidizayn” * saylı Trestin rəhbərliyinə ## ### 1993-cü il tarixdə müraciət edərək, trestin ** saylı Zonalararası Təmirtikinti Idarəsinin istifadəsində olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin cənub-şərqində keçmiş neft buruqlarının ərazisində yerləşən 1,5 hektar yararsız vəziyyətdə olan mazutlu torpaq sahəsinin haqq-hesabının ödəyəndən sonra şirkətin balansına verilməsini xahiş etmiş və trestin rəhbərliyi ## ### 1993-cü il tarixli məktubla həmin torpaq sahəsinin balans dəyərinin ödənildikdən sonra **/** saylı ##.##.1993-cü il tarixli əmri ilə torpaq sahəsi daimi olaraq şirkətin istifadəsinə verilmişdir. Direktoru olduğu Şirkət öz vəsaiti hesabına torpaq sahəsini mazutdan və digər tullantılardan təmizləyərək ,yararlı hala gətirmiş, orada ambar və ofis binası inşa etdirmiş və bu günə kimi də həmin tikililər Şirkətin istifadəsindədir. Mübahisəli torpaq sahəsi Şirkətin adına rəsmiləşdirmişdir. Sonra cavabdehlər icazəsiz olaraq həmin torpaq sahəsinə daxil olaraq, ofis və ambar binalarını zəbt edərək, yaşamağa başlamışlar.

a) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Iddiaçının nümayəndələri Nümayəndə və vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişlər.

17. Cavabdehlər cavabdeh11, cavabdeh8, cavabdeh4, cavabdeh13, cavabdeh12 və cavabdeh cavabdeh9 nümayəndəsi X5 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişlər.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 13. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ - hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində hər hansı yeni bir dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir əsas qeyd olunmamışdır. Şikayət iddiaçının birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərlə əsaslandırılmış, həmin dəlillər əsasında isə məhkəmə tərəfindən ətraflı araşdırma və qiymətləndirmə aparılmışdır.

25. Işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı İddiaçı X16 Şirkəti iddia ərizəsində mübahisə predmeti olan torpaq sahəsinin **/** saylı, ##.##.1993-cü il tarixli əmr ilə daimi olaraq şirkətin istifadəsinə verilməsini, həmçinin həmin torpaq sahəsinin şirkətin adına rəsmiləşdirilməsini, ona müvafiq hüquqla məxsus olan torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz şəkildə zəbt edildiyini, torpaq sahəsində özbaşına tikililər inşa edildiyini qeyd etmişdir. Iddiaçı tərəf özünün mübahisəli torpaq sahəsinin daimi istifadə hüququ ilə ona məxsus olduğunu, həmin torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ əldə etdiyini, lakin bu hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmadığını iddia etsə də, buna dair mötəbər sübutlar məhkəməyə təqdim olunmamış, məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin hüquqi statusunun öyrənilməsi məqsədi ilə sorğu ilə müvafiq dövlət orqanına müraciət olunmuşdur.

26. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən ##.##.2025 ci il tarixdə verilmiş cavab məktubu ilə müəyyən edilmişdir ki, İddiaçı X16 Şirkətinin adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin cənub-şərq hissəsində yerləşən 1,5 ha torpaq sahəsinin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmiş, sözügedən torpaq sahəsi dövlət mülkiyyəti olmaqla ARDNŞnin ərazisidir və sahə ətrafında ləğv olunmuş neft quyularının baza məlumatı mövcuddur. Bundan əlavə, iddiaçı mübahisəli torpaq sahəsinə dair daimi istifadə hüququnun müvafiq məhkəmə qətnamələri ilə təsdiq olunduğunu vurğulamışdır. Həmin məhkəmə aktları hazırda baxılan iş üzrə preyudisial əhəmiyyətə malik olmasa da, məhkəmə aktlarının qanuni qüvvəsini alıb-almaması, hüquqi müstəvidə etibarlı akt kimi çıxış edib etməməsi məsələlərinə aydınlıq gətirilməsi üçün məhkəmə araşdırması davam etdirilmiş və sözügedən məhkəmə qətnamələrinin müvafiq olaraq apellyasiya və kassasiya qaydasında ləğv edildiyi öz təsdiqini tapmışdır

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı mövqeyə əsasən hazırkı vəziyyətdə ilkin olaraq araşdırılmalı məsələ iddiaçının subyektiv hüququnun olub – olmaması, mövcuddursa, bu hüququn cavabdeh tərəfindən pozulub – pozulmamasıdır.

28. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Istinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Lakin, iddiaçı tərəfindən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş və həqiqətən də, mübahisəli torpaq sahəsinin iddiaçı hüquqi şəxsin adına dövlət qeydiyyatından keçməsi faktı öz təsdiqini tapmamışdır.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və əlavə olaraq qeyd edir ki, iddiaçı İddiaçı X16 Şirkətinin mübahisə predmeti olan torpaq sahəsi üzərində əvvəlki və ya mövcud sahibliyi müəyyən olunmur.

30. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əsas kimi təqdim etdiyi sənədlər, o cümlədən mübahisə predmeti olan əraziyə istifadə hüququnun tanınması barədə qətnamə iddianın təmin olunması üçün əsas ola bilməz. Belə ki, sənədlərə ərazinin koordinatlarını əks etdirən hər hansı bir sənəd əlavə olunmamışdır, yəni, cavabdehlərin məskunlaşdığı ərazinin iddiaçının mübahisələndirdiyi sahə olduğu müəyyən etmək mümkün deyildir.

31. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı X16 Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar