Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7069/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zəbt olunmuş fərdi yaşayış evindən çıxarılma və evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin 16.10.2020-ci il tarixli, 2(008)-1364/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zəbt olunmuş fərdi yaşayış evindən çıxarılma və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək onun və ailə üzvlərinin həmin evə köçürülməsi və cavabdehin həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 evdən çıxarılmaları və özünün həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin 16.10.2020-ci il tarixli, 2(008)-1364/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X6 küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları, İddiaçı həmin evə köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan qətnamədən X3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin 23.04.2021-ci il tarixli, 2(008)-1364/2020 nömrəli qərardadı ilə Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin 16.10.2020-ci il tarixli, 2(008)-1364/2020 nömrəli qətnaməsi X1 hüquq və vəzifələrinə toxunmadığından, onun tərəfindən verilən apellyasiya şikayəti geri qaytarılmışdır. Mülki işin apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərardadından X3 tərəfindən məhkəməyə şikayət daxil olmuşdur. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə apellyasiya baxışı zamanı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə baxılması üçün, mülki iş apellyasiya baxışından çıxarılmalı və baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zəbt olunmuş fərdi yaşayış evindən çıxarılma və evə köçürülmə” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7069/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7069/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver