Məhkəmə qərarları › İş №2(103)-7070/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7070/2022

14.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7070/2022 14.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7256/2021 saylı, 16 noyabr 2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 100 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməklə, həmin evdən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbdə göstərilir ki, Cavabdeh onun əmisi oğludur. Cavabdeh 2011-ci ildə Gədəbəy rayonundan Bakı şəhərinə təhsil almaq və işləmək üçün gəldikdən sonra müvəqqəti olaraq mübahisəli fərdi yaşayış evində qalmış və müvəqqəti olaraq fərdi yaşayış evinə pasport qeydiyyatına alınmış, lakin hazırda ondan evdən və pasport qeydiyyatından çıxmasının tələb edilməsinə baxmayaraq, bundan imtina etmiş, həmçinin evlənərək həyat yoldaşını da həmin evə köçürmüşdür. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1969/2022 saylı, 10 avqust 2022ci il tarixli qətnaməsi (hakim Fuad Abdıyev) ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 100 saylı fərdi yaşayış evindən bütün əşyaları ilə birlikdə çıxarılması; iddianın qalan hissədə rədd edilməsi və ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə işə baxılmasının yeri və vaxtı barədə ona məlumat verməməklə və iddia tələbini qismən təmin etməklə onun hüquq və azadlıqlarını pozmuşdur. Cavabdeh məhkəməyə “Elektron məhkəmə İnformasiya sistemi”, eləcə də dəftərxana vasitəsilə daxil olmuş ərizəsində apellyasiya şikayətindən imtina etdiyi və ərizəsinin təmin edilməsini xahiş etdiyi qeyd edilir. İşə baxılmasının yeri və vaxı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından imtina qəbul olunmalı və ona münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7256/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və ona münasibətdə mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar