Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7072/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi. İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1253/2018 saylı, 25 may 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək, Cavabdeh 18000 manat və 1000 ABŞ dolları pulun və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun alınaraq, ona verilməsinə dair qətnamə qəbul edilməsi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh qardaşı ilə birlikdə Sədərək- Binə ticarət mərkəzində ticarət ilə məşğul olmuşdur. Cavabdehə Türkiyə Respublikasından kostyum və digər mallar gətirmək məqsədilə pul lazım olduğu üçün ondan mülkiyyətində olan mənzilini banka girov qoyub pul götürülməsinə köməklik göstərilməsini xahiş etmişdir. O, cavabdehlə razılaşdığı üçün Cavabdeh ilə Parabank ASC arasında kredit müqaviləsi bağlanmış, cavabdeh əvvəlcə bankdan 43.000 manat, sonra 50.000 manat məbləğində pul götürmüş və bu zaman ona məxsus Nəsimi rayonu, D.Əliyeva küçəsi, 247 saylı evin 54 saylı, 2 otaqlı mənzili girov qoyulmuşdur. Lakin, cavabdeh kreditə götürdüyü pulun bir hissəsini ödədikdən sonra onun banka borcu qalmış və bank tərəfindən o məhkəməyə verilmişdir. Nəsimi Rayon Məhkəməsinin 21.07.2011-ci il tarixli qətnaməsi ilə iddiaçı Parabank ASC-nin cavabdehə qarşı borcun ipoteka predmetinə yönəldilməsi tələbi təmin edlimiş və cavabdehin borcu ona məxsus mənzilə yönəldilmişdir. İcra müddətində o, məcburiyyət qarşısında qalaraq cavabdehin əvəzinə banka 15.000 manat və 1000 ABŞ dollar pul ödəmişdir. Çünki həmin dövrdə cavabdeh banka olan borcunu ödəməmişdir. Cavabdeh ikinci dəfə bankdan 50.000 manat məbləğində pul götürəndə ona 3000 manat məbləğində pul və ya onun əvəzinə 2,5 sot torpaq sahəsi verməli idi. Belə ki, o, cavabdehə əvvəllər 3000 manat pul borc vermişdir. Lakin, hazırkı günədək cavabdeh həmin pulları ona qaytarmamış və torpaq sahəsini də ona verməmişdir. Dəfələrlə cavabdehə, onun qardaşına, valideynlərinə verdiyi pulların ona geri qaytarılmasını bildirsə də, cavabdeh hər dəfə onu arxayın edərək bildirmişdir ki, onun hal-hazırda pulu yoxdur, olan kimi verəcəkdir. Cavabdeh onun pulunu qaytarmaqdan imtina etdiyi üçün o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1253/2018 saylı, 25 may 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışlar ki, onun iddiaçıya borcu qalmamışdır. Belə ki, iddiaçı qeyri rəsmi sələmçilik ilə məşğul olur və sələm əldə etmək məqsədilə kredit əldə etmək üçün onun mənzili "xxxx" ASC qaşısında ipoteka ilə yüklü edilmişdir. Onun maddi vəziyyəti pisləşdikdən sonra onun qohumları bütün borclarını ödəmişlər. Onun xalası Hökümə Zeynalova 36200 manatı xalası banka ödəmiş, lakin ipoteka predmeti İddiaçı məxsus olduğundan qəbzdə də onun adı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi 39473,54 manat pulu İddiaçı ödədiyi qənaətinə gəlmişdir. Həmçinin birinci instansiya məhkəməsi iddia müddətinin ötürülmüş olmasını nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, bununla belə cavabdehin vəkili qismində X1 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışında işlərin üst-üstə düşdüyündən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. B.Həsənov ərizədə qeyd etdiklərini təsdiq edə biləcək sübutları, həmçinin vəkil orderini məhkəməyə təqdim etməmiş, bu səbəbdən kollegiya onun (cavabdehin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-76/2011 saylı, 21 iyul 2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 34473 manat 54 qəpik məbləğində əsas kredit borcu, 4992 manat 26 qəpik məbləğində faiz borcu, 5000 manat dəbbə pulu, cəmi 44465 manat 80 qəpik pul tutulması, tutmanın İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0,134 ha torpaq sahəsində yerləşən 247 nömrəli, 5 mərtəbəli binada 55 kv.m ümumi, 28,5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 54 nömrəli mənzilə yönəldilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0,134 ha torpaq sahəsində yerləşən 247 nömrəli, 5 mərtəbəli binada 55 kv.m ümumi, 28,5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 54 nömrəli mənzilin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına "xxxx" ASC-yə olan borcun ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0,134 ha torpaq sahəsində yerləşən 247 nömrəli, 5 mərtəbəli binada 55 kv.m ümumi, 28,5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 54 nömrəli mənzil açıq hərracda satıldıqdan bir ay müddətində cavabdeh İddiaçı və onun ailə üzvlərinin həmin mənzili tərk etmələri, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə hüquqi yardıma görə ödənilmiş 500 manat pul və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. İşdə olan 21 avqust 2007-ci il tarixli 127/07 PBN saylı İpoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində istifadədə olan 0,134 ha torpaq sahəsində yerləşən 247 nömrəli, 5 mərtəbəli binada 55 kv.m ümumi, 28,5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 54 nömrəli mənzili "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan İddiaçı ərizəsindən müəyyən edilir ki, Cavabdeh banka olan kredit borcunu ödəmişdir. Buna görə Cavabdeh ona 18000 manat və 1000 ABŞ dolları borcu qalmışdır. İşdə olan 27 iyul 2011-ci il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə Cavabdeh kredit borcuna görə 39473.54 manat pul ödənilmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 474.2-ci maddəsinə əsasən, zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur; 474.3-cü maddəsinə görə, zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh "xxxx" ASC-yə olan borcundan 18 000 manat və 1000 ABŞ dolları pul ödənildiyindən həmin məbləği cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində tələb olunan məbləğin xalası tərəfindən ödənildiyini irəli sürsə də, bu halı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya iddia müddətinin ötürülməsi barədə apellyasiya şikayətinin dəlilinə münasibətə bildirir ki, cavabdeh sözügedən ərizəni birinci instansiya məhkəməsinə təqdim edə bilərdi. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırda kollegiya cavabdehin həmin dəlilini gecikmiş sübut kimi dəyərləndirir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyasıGöstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1253/2018 saylı, 25 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-7072/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7072/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver