Məhkəmə qərarları › İş №2(103)-7076/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7076/2021

29.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7076/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı Şüalla oğlunun və onun nümayəndəsi və vəkili Heydərov Çingiz Məmmədxan oğlunun, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7198/2019 saylı 11 dekabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Şüalla oğlu Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi haqqında 16.10.2019-cu il tarixli, kb№ 911 saylı əmrinin ləğv edilməsi, Cavabdeh MMC-nin Texniki departamentinin Energetika şöbəsinin Enerji sistemiərinin planlanması və istismarı sektorunun müdiri vəzifəsinə bərpa edilməsi, iş buraxma müddəti üçün əmək haqqı məbləğinin, vəkilə ödənilmiş 200 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Şüalla oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, 03.05.1999-cu il tarixindən 23.02.2018-ci il tarixinədək "xxxx" MMC-də baş energetik vəzifəsində çalışmışdır. Çalışdığı illərdə hər zaman intizamlı olmuş, verilən tapşırıqları vaxtında yerinə yetirmişdir. 1980-ci ildə energetika günündə Respublikada energetika sektorunun inkişafında aktiv iştirakına görə və QOELRO planının 60 illiyi ilə əlaqədar mükafatlandırılmışdır. Eyni zamanda, cəmiyyətdə işlədiyi müddətdə heç bir ciddi əmək və icra intizamını pozmamışdır. 20 ildən artıq “Aztelekom" MMC-də intizamla çalışmasına baxmayaraq, sadəcə struktur dəyişikliyi bəhanə edilərək 23.02.2018-ci il tarixində baş energetik vəzifəsindən azad edilmiş və sektor müdiri vəzifəsinə təyin edilmişdir. İşdən azad olunan günədək həmin vəzifədə çalışmışdır. 01.09.2019-cu il tarixində baş direktorun köməkçisi İlqar Nehmətov ona ərizəsini yazıb işdən könüllü çıxması barədə göstəriş vermişdir. Daha sonra həmin şəxs işdən öz ərizəsi ilə çıxmayacağı təqdirdə, ona şər, böhtan atacağı və beləliklə əmək müqaviləsinə xitam veriləcəyi ilə hədələmişdir. Onun öz ərizəsi ilə işdən çıxmayacağını gördükdə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə onu işdən azad etmişlər. Ona qarşı atılan böhtanların heç bir hüquqi, məntiqi əsası yoxdur. 2019-cu ilin sentyabr ayında müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin baş ofısinin yerləşdiyi inzibati binanın 7-ci mərtəbəsində "xxxx" MMCyə icarəyə verilmiş sahədə yerləşdirilmiş avadanıqların istifadə etdiyi elektrik enerjisi sərfiyatının müəyyən edilməsi üçün Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı sektoru tərəfındən aralıq sayğacının sərfiyyat göstəricilərinin müəyyən edilməsinə dair hər aylıq aktlar tərtib edilməli olduğu halda icra edilməmişdir. Müvafıq aktlar sonuncu dəfə 2015-ci il mart ayında tərtib edilməklə hesablanaraq fakturanın "xxxx"ə təqdim edilməsi üçün müvafiq şöbəyə təqdim edilmişdir. Təxminən 4 il yarım ərzində sayğacın aylıq göstəricilərinin müəyyən edilməsi məqsədi ilə aktlaşma aparılmamışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, sayğacın işləməsində texniki qüsurlar var və sayğac hesablamanı geriyə doğru aparır və nəticədə istifadə olunan elektrik enerjisinin sərfiyyatının sayğac vasitəsi ilə hesablanmasının aparılması mümkün deyildir. Belə ki, cəmiyyət tərəfindən istifadə edilmiş elektrik enerjisinin dəyəri (o cümlədən qeyd olunan sahədə quraşdırılmış "xxxx"ə məxsus avadanlıqların istifadə etdiyi elektrik enerjisinin dəyəri) aylıq ümümi sayğac göstəricisinə əsasən müvafiq quruma ("xxxx" ASC-yə) ödənilir. Mövcud vəziyyətdə inzibati binada quraşdırılmış elektrik sayğacının sərfiyyatına dair hesablamaların aparılması üçün göstəricilərinə dair aktların tərtib edilməməsi nəticəsində Cavabdeh MMC-yə xeyli miqdarda maddi zərər dəymişdir. Cəmiyyətdə istifadə olunan enerji avadanlıqlarının istismarına nəzarəti təşkil etmək Enerji sistemlərinin planlanması və istismarı sektorunun, o cümlədən onun rəhbərinin birbaşa əmək fəaliyyəti üzrə öhdəliyidir. Həmin sektorun müdiri İddiaçı öz işinə etinasız yanaşaraq, vəzifə öhdəliklərini icra etməmiş və nəticədə Cəmiyyətə xeyli miqdarda 15257 manat məbləğində zərər dəymişdir. Bundan başqa Hacıqabul TKQ-nın MEATS-də inzibati binanın birinci mərtəbəsində 0,4 KV-luq elektrik ayrıcısından TKQ-nın balanslnda olan 6/0,4 KV-luq transfarmator Y/St-dakı 0,4 KV-luq elektrik şitinə qədər məsəfədə mövcud AVVQ 4x16 markalı elektrik kabeli MMV 3x70x35 markalı elektrik kabeli ilə əvəz olunması üçün İddiaçı Hacıqabul TKQ-yə 18-20 sentyabr 2019-cu il tarixlərində ezam olunmuşdur. Qeyd olunan işlərin icrası zamanı İddiaçı səhlənkarlığı nəticəsində fazalar arası birləşmələrin düzgün təyin edilməməsi nəticəsində TKQ-nın inzibati binasında 220 V gərginlik əvəzinə 2 faza ilə yüksək gərginliyin daxil olması səbəbindən MEATS-də rabitə avadanlıqlarında, transmisiya avadanlıqlarında, komputer şəbəkəsirıdə, işıqlanma sistemində, siqnalizasiya sistemində, şaxta otağında, kompressor qurğusunda, nəzarət kamerasında, bir sözlə, 220 V gərginliklə işləyən bütün avadanlıqlarda qısaqapanma baş vermiş, qeyd olunan avadanlıqların bir çoxu sıradan çıxmışdır. TKQ-nın inzibati binasında, iş və istehsalat otaqlarında elektrik lampalar, patronlar, UPS-lar, elektrik şitində bir ədəd avtomat ayırıcı, 8 ədəd adaptor, modemlər sıradan çıxmış. Umumilikdə komputer şəbəkəsi zədələnmişdir. Nəticədə Cəmiyyyətə (Hacıqabul TKQ-yə) maddi zərər dəymişdir. Beləliklə, İddiaçı Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndini, 72-ci maddəsinin “c” bəndinin yuxarıda adları qeyd edilən “Qaydalar"ının və vəzifə təlimatının tələblərini ciddi şəkildə pozmuşdur. Əmrin 1-ci bəndi ilə bağlı aşağıdakıları qeyd edir: Əmrin həmin bəndində qeyd edilənlər əsassızdır, çünki, belə bir qeydin apanlması yalnız qanunsuzluğu pərdələmək məqsədi güdür. Əmrin birinci hissəsində qeyd edilən nöqsanların olub-olmamasının araşdınlmasından əvvəl həmin nöqsanlara görə kimin məsuliyyət daşıdığı aydınlaşdırılmalıdır. Belə ki, Cavabdeh MMC-nin baş energetikinin vəzifə təlimatı ilə 25.01.2016-cı il tarixdə tanış edilmiş və tərəfindən vəzifə təlimatı imzalanmışdır. Qeyd edilən vəzifə təlimatının 1.1-ci bəndində qeyd edilir ki, Cavabdeh MMC-də baş energetik energetika xidmətinin işini aparan şəxsir. Energetikin vəzifə təlimatında “icarəyə verilmiş sahəyə nəzarət etmək” deyə bir bənd yoxdur. Belə bir bəndin olması isə qanunvericiliyə zidd olardı. Belə ki, "xxxx" MMC həmin sahəni Cavabdeh MMCdən icarəyə götürmüş və həmin sahə "xxxx" MMC-nin istifadəsində və sərəncamında olmuşdur. Həmçinin, həmin sahəyə nəzarət və müdaxilə etməsi qeyd edilən vəzifə təlimatının tələblərinə ziddir. Həmin vəzifə təlimatının 3.1-ci bəndində qeyd edilmişdir ki, “tabeçilikdəki (Cavabdeh MMC-nin) bütün müəssisələrdə elektrik avadanlıqlarının istismar qaydalarına əməl olunmasına nəzarət etmək, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün vəzifəli şəxslərə göstəriş vemıək”. Təlimatın bu bəndi qeyd edilən əmrin birinci hissəsi əsassız olmasına dəlalət edir. Belə ki, "xxxx" MMC Cavabdeh MMC-nin tabeçiliyində olan müəssisə deyil, icrarə müqaviləsinə əsasən həmin sahənin icarədarıdır və sahədən istifadə hüququ ona məxsusdur. Əmrin birinci hissəsində qeyd edilən vəzifə və məsuliyyəti olmadığı halda həmin “nöqsan”lara görə onu işdən azad etmişlər. Vəzifə təlimatında onun bu işlərə görə məsul olmadığı halda yol verilmiş nöqsanlara görə məsuliyyətin onun üzərinə qoyulması son dərəcə anlaşılmayan və absurd haldır, eyni zamanda Əmək qanunvericiliyinə ziddir. Əmrin 2-ci bəndi ilə bağlı aşağıdakıları qeyd edir: Əmrin həmin bəndində qeyd edilən 18-20 sentyabr 2019-cu il tarixdə nöqsanların heç biri olmamışdır. Bununla bağlı təkzibedilmə sübutu kimi Hacıqabul TKQ-də bağlanmış 20.09.2019- cu il tarixli Aktı məhkəmənin diqqətinə çatdırır. Həmin aktda aşağıdakılar qeyd edilmişdir: Biz aşağıda imza edənlər,

1. Cavabdeh MMC, EŞ, ESPİS-nun müdiri İddiaçı;

2. "Aztelekom” MMC, EŞ, ESPİS-nun mütəxəssisi Məmməd Məmmədov;

3. Hacıqabul TKQ-nin Q.Q üzrə böyük elektro mexaniki Əlikram Əliyev aktı tərtib etdik ondan ötrü ki, Hacıqabul TQK-nın transfarmator məntəqəsində istismar olunan 2 ədəd 250 KVA gücündə transfarmatordan AVR (avtomatik qoşulma) qurğusuna kimi MMV3x16 markalı elektrik kabeli və bina daxili elektrikpaylayıcı qurğusundan dəhlizdəki elektrik şitinə qədər AWQ 4x16 markalı elektrik kabelləri 2 MMV 3x70+1x35 markalı elektrik kabelləri ilə əvəz olurıdu. Eyni zmanada elektrik şitləri arasında 1 ədəd ötürücü AVVQ 3x70 markalı elektrik kabeli quraşdırıldı. İşin görülməsi zamanı EATS-in yükü akumlyatorların üzərinə qoşulmuş, təkrar elektrik enerjisi verilən zaman akumlyatorlar növbə ilə doldurulmuşdur. Bu da qida qurğusunun qəza vəziyyətində olduğunu göstərir. Nəzərə alsaq ki, TQK-da avtomatik işləyən generator oluğu üçün elektrik enerjisninin kəsintisinin olduğuzamam generator 10 saniyə müddətində işə düşür. Qeyd edilənlərdən də aydın olur ki, müvafiq əmrin birinci və ikinci bəndində qeyd edilən nöqsanlann heç biri üzrə onun məsuliyyəti olmamışdır. Daha doğrusu birinci hissəsi onun vəzifə təlimatlanna aid deyil, ikinci hissəsinə dair isə Hacıqabul TKQ-də bağlanmış 20.09.2019-cu il tarixli akta əsasən tərəfindən heç bir pozuntuya yol verilməmişdir. Hesab edir ki, intizam tənbehini verərkən şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi və guya törətdiyi xətanın xarakteri nəzərə alınmamamışdır. Halbuki, sadalananlar Əmək Məcəlləsinin işəgötürən üçün bir başa göstərişləridir. 18 saylı Vəkil Bürosunun vəkili Umudov Ruslan Fazil ilə aralarında 06.11.2019-cu il tarixli, 2185 saylı müquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və tərəfındən 200 manat məbləğində pul Vəkil Bürosunun hesabına ödənilmişdir. Cavabdeh MMC iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmədiyindən göstərilənlərlə razı deyil və bu səbəbdən də iddiaya etiraz edir. Belə ki, “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 16.10.2019-cu il tarixli əmrdə göstərilənlər konkret faktlarla sübuta yetirilmiş, bu səbəbdən də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının həm məhkəməyə təqdim etdiyi 25.01.2016-cı il tarixli Cavabdeh MMC-nin baş energetikinin vəzifə təlimatında, həm də Enerji sistemlərinin planlaması və istismarı sektorunun müdirinə dair vəzifə təlimatında onun vəzifə öhdəlikləri aydın şəkildə göstərilmişdir. 25.01.2016-cı il tarixli Cavabdeh MMC-nin baş energetikinin vəzifə təlimatının 2.2-ci bəndində göstərilmişdir ki, baş energetik elektrik qurğularının texniki saz vəziyyətdə saxlanmasına, texniki istismar, texniki təhlükəsizlik qaydalarına və normativ tələblərinə əməl edilməsinə, aşkar olunmuş nöqsanların aradan qaldırılması, elektrik qurğularına baxış, əsaslı və cari təmir işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsi işinin təşkili və tədbir görülməsinə nəzarət edir. Həmin təlimatın 3.1-ci bəndində isə tabeçilikdəki bütün müəssisələrdə elektrik avadanlıqlarının istismar qaydalarına əməl olunmasına nəzarət etməməyə, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün vəzifəli şəxslərə göstəriş verməməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Təlimatın 3.1-ci bəndində qeyd edilən “tabeçilikdəki” sözünə iddiaçının yanaşması yanlışdır. Çünki həmin bənddəki “tabeçilikdəki” sözü onu göstərir ki, baş energetik qeyd edilən vəzifələri yalnız Cavabdeh MMC-nin özündə deyil, tabeçilikdə olan və rayonlarda yerləşən Telekommunikasiya Qovşaqlarında da həyata keçirməlidir. Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdirinə dair vəzifə təlimatının 4.6-cı bəndinə əsasən, sektor müdiri enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normadan kənara çıxmamasını təmin edir. Təlimatın 4.8-ci bəndinə əsasən istismar sahələrinin ehtiyyat hissələri və alətlərlə təmin olunmasına, həmçinin ölçü cihazları ilə təmin olunmasına nəzarət edir və lazım gəldikdə bu haqda rəhbərlik qarşısında məsələ qaldırır. Göründüyü kimi İddiaçı hərəkəti hər iki təlimatın tələbləri ilə ziddiyyət təşkil etmişdir. Eyni zamanda, İddiaçı təlimatda “icarəyə verilmiş sahəyə nəzarət etmək” deyə bəndin olmamasını əsas gətirməsi onu bu məsuliyyətdən azad etmir. Çünki istifadəyə verilmiş sahə Cavabdeh MMC-yə məxsusdur və həmin sahənin elektrik enerjisi ilə təmin olunması nəticəsində enerji sərfiyyatına görə hesablanmış ödəniş məhz Cavabdeh MMC tərəfindən aidiyyəti təşkilata ("xxxx" ASC-yə) ödənilir. Bu səbəbdən də həmin sərfiyyata və sərfiyyatı ölçən elektrik sayğacına nəzarət birbaşa Cavabdeh MMC tərəfindən - vəzifə təlimatına əsasən İddiaçı tərəfindən aparılmalı idi. Qeyd ediləniərlə bağlı 18.09.2019-cu il tarixdə İddiaçı özünün də iştirakı ilə akt tərtib edilmişdir. Həmin aktla elektrik sərfiyyatının ölçülməsi məqsədilə quraşdırılmış elektrik sayğacının qüsurlu olması və elektrik sayğacının göstəricisinin 25.06.2015-ci il tarixində tərtib edilmiş aktdakı göstəricidən az olması müəyyənləşmiş, elektrik sayğacının düzgün işləmədiyi təsdiqlənmişdir. Bundan əlavə, sayğacda yaranmış problemlə bağlı İddiaçı iştirakı ilə akt tərtib edilmiş, o cümlədən həmin akt əsasında müvafiq faktı təsdiq edən arayış hazırlanmış və iddiaçı öz imzası ilə aktı və həmin arayışı təsdiq etmişdir. Həmin arayışda qeyd edilənlərlə bağlı Cavabdeh MMC-yə dəymiş zərərin məbləğinin 15257,63 təşkil etdiyi göstərilmişdir. Hacıqabul TKQ-də baş verənlərlə bağlı iddiada qeyd edilənlər tam deyil və həqiqətlərin təhrif olunmasına yönəlmişdir. Belə ki, 20.09.2019-cu il tarixdə tərtib edilmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş akta diqqət yetirdikdə aydın şəkildə görünür ki, Qovşaqda müəyyən işlərin aparılması qeyd edilsə də, işin yekununda qurğuların yoxlanması və istismara verilməsi barədə məlumatlar əks etdirilməmişdir, belə ki həmin akt yalnız müəyyən işlərin görüldüyünü təsdiq edir. Bu isə sübut edir ki, o, icra etdiyi işi qüsursuz təhvil verə bilməmiş, yəni istismara verilmiş yeni kabeli qoşduqdan sonra işin yekunu barədə rəsmiləşdirmə aparmamış və bunu etməkdən qəsdən yayınmışdır. Belə ki, Hacıqabul TKQ-də elə həmin gün - 20.09.2019-cu il tarixində istismara verilən kabel xəttində qısa qapanma baş vermiş, nəticədə Qovşağın inzibati binasında iş və istehsalat otaqlarında elektrik lampaları, patronlar, UPS-lər, elektrik şitində 1 ədəd avtomat ayırıcı, 8 ədəd adapter, modemlər sıradan çıxmış, ümumilikdə komputer şəbəkəsi zədələnmişdir. Bununla bağlı 20.09.2019-cu il tarixdə Hacıqabul TKQ-nin rəisi, baş mühasibi və digər əməkdaşlarının iştirakı ilə akt tərtib edilmişdir. Məlum olmuşdur ki, yeni qoşulmuş və istismara verilmiş kabeldə fazalararası qoşulma düzgün edilməmiş və nəticədə yaranmış yüksək gərginlik Qovşaqda elektrik cərəyanına qoşulu olan avadanlıqların sıradan çıxmasına səbəb olmuşdur. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, İddiaçı təqsiri nəticəsində həm "xxxx" MMC-yə verilən elektrik enerjisi ilə bağlı, həm də Hacıqabul TKQ-də baş verənlərlə bağlı Cavabdeh MMC-yə maddi zərər dəymişdir. Bununla əlaqədar olaraq, İddiaçı 30.09.2019-cu il tarixində Cavabdeh MMC-nin Hüquq şöbəsinə dəvət edilərək izahat yazması təkilf olunmuşdur. Lakin İddiaçı izahat yazmaqdan imtina etmiş, imtina etməsi barədə müvafiq şöbədə izahatın alınmasında iştirak edən əməkdaşlar tərəfindən akt tərtib edilmişdir. 03.10.2019-cu il tarixdə Cavabdeh MMC-nin baş direktorunun birinci müavini Zaman Verdiyev, İnsan resursları departamentinin direktoru Səidə Hüseynova və Hüquq şöbəsinin Korporativ tənzimləmə sektorunun müdiri Ayaz Mirzəzadənin imzası ilə İddiaçıla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi məsələsi ilə bağlı baş direktor Suat Paşayevə təqdimat veriimişdir. Bundan sonra Cavabdeh MMC-nin baş direktoru qeyd edilən məsələ ilə bağlı Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının Bakı 1 Şöbəsinə (HİK) qeyd olunan işçi ilə əmək münasibətlərinə xitam verilməsinə razılıq verilməsi məqsədilə müraciət etmişdir. HİK-in Rəyasət Heyətinin 11.09.2019-cu il tarixdə keçirilən iciasında vəzifə öhdəliklərini lazımınca yerinə yetirmədiyinə və Cavabdeh MMCyə maddi zərər dəyməsinə səbəb olduğuna görə Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq verilmişdir. Beləliklə də, 16.10.2019-cu il tarixdə İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmr verilmişdir. Yuxarıda qeyd edilənlərdərı bir daha aydın olur ki, İddiaçı iddia ərizəsində qeyd etdiklərinin heç bir faktiki və hüquqi əsası yoxdur. Əksinə, İddiaçı onun təqsiri səbəbindən dəymiş zərərin tələb oluna biləcəyini ehtimal etdiyindən, müxtəlif dövlət qurumlarına və məhkəməyə müraciət edərək özünü məsuliyyətdən kənar saxlamaq istəyir. Göstərilənləri nəzərər alaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7198/2019 saylı 11 dekabr 2019cu il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin olunması, Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi haqqında 16.10.2019-cu il tarixli, kb№ 911 saylı əmri ləğv edilməsi, İddiaçı Şüalla oğlu Cavabdeh MMC-nin Texniki departamentinin Energetika şöbəsinin Enerji sistemiərinin planlanması və istismarı sektorunun müdiri vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma günlərinə görə əmək haqqı hesablanaraq ödənilməsi, Cavabdeh MMC-dən vəkilə hüquqi yardıma görə ödənilmiş 20 manat və 30 manat dövlət rüsumu olmaqla, cəmi 50 (əlli) manat pul vəsaitinin tutularaq İddiaçı Şüalla oğluna ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və İddiaçı iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan aşağıdakı əsaslara görə ləğv edilərək, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, iddiaçının həm məhkəməyə təqdim etdiyi 25.01.2016-cı il tarixli “Aztelekom" MMC-nin baş energetikinin vəzifə təlimatında, həm də Enerji sistemlərinin planlaması və istismarı sektorunun müdirinə dair vəzifə təlimatında onun vəzifə öhdəlikləri aydın şəkildə göstənlmişdir. 25.01.2016-cı il tarixli "xxxx" MMC-nın baş energetikinin vəzifə təlimatının 2.2-cı bəndində göstərilmişdir ki, baş energetik elektnk qurğularının texniki saz vəziyyətdə saxlanmasına, texniki istismar, texniki təhlükəsizlik qaydalarına və normativ tələblərinə əməl edilməsinə, aşkar olunmuş nöqsanların aradan qaldırılması, elektrik qurğularına baxış, əsaslı və cari təmir işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsi işinin təşkili və tədbir görülməsinə nəzarət edir. Həmin Təlimatın 3.1-ci bəndində isə tabeçılikdəki bütün müəssisələrdə (Telekommunikasiya Qovşaqlarında) elektrik avadanlıqlarının istismar qaydalarına əməl olunmasına nəzərat etməməyə, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün vəzifəli şəxslərə göstəriş verməməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Təlimatın 3.1-ci bəndində qeyd edilən ‘tabeçılikdəki’ sözünə iddiaçının yanaşması yanlışdır. Çünki həmin bənddəkı “tabeçilikdəki" sözü onu göstərir ki. baş energetik qeyd edilən vəzifələri yalnız “Aztelekom' MMC-nin özündə deyil, tabeçilikdə olan və rayonlarda yerləşən Telekommunikasiya Qovşaqlarında da həyata keçirməlidir. Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdirinə dair vəzifə təlimatının 4.6-cı bəndinə əsasən, sektor müdiri enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normadan kənara çıxmamasını təmin edir; Həmin Təlimatın 4.8-ci bəndinə əsasən istismar sahələrinin ehtiyyat hissələri və alətlərlə təmin olunmasına, həmçinin ölçü cihazları ilə təmin olunmasına nəzarət edir və lazım gəldikdə bu haqda rəhbərlik qarşısında məsələ qaldırır. Göründüyü kimi İddiaçı hərəkətləri hər iki təlimatın tələbləri ilə ziddiyyət təşkil etmişdir. “Avirtel" MMC-yə istifadəyə verilmiş sahə "Aztelekom” MMC-yə məxsusdur və həmin sahənin elektrik enerjisi ilə təmin olunması nəticəsində enerji sərfiyyatına görə hesablanmış ödəniş məhz Cavabdeh MMC tərəfindən aidiyyəti təşkilata (Azərişıq) ödənilir. Bu səbəbdən də həmin sərfiyyata və sərfiyyatı ölçən elektrik sayğacına nəzarət (o cümlədən elektrik səıfıyyatını ölçən cihazda olan nasazlığı vaxtında müəyyən etməklə aradan qaldırılması üçün zəruri addımları atmaq və lazım gəldikdə bununla bağlı Cəmiyyət rəhbərliyi qarşısında məsələ qaldırmaq) birbaşa “Aztelekom" MMC tərəfindən - vəzifə təlimatına əsasən İddiaçı tərəfindən aparılmalı idi. Qeyd edilənlərlə bağlı 18.09.2019-cu il tarixdə İddiaçı özünün də iştirakı ilə akt tərtib edilmişdir. Həmin aktla elektrik sərfiyyatının ölçülməsi məqsədilə quraşdırılmış elektrik sayğacının qüsurlu olması və elektrik sayğacının göstəricisinin 25.06.2015-ci il tarixində tərtib edilmiş aktdakı göstəricidən (rəqəmdən) böyük olmalı olduğu halda, əksinə az (daha kiçik rəqəm) olması müəyyən edilmiş, elektrik sayğacının düzgün işləmədiyi təsdiqlənmişdir. Bundan əlavə, sayğacda yaranmış problemlə bağlı İddiaçı iştirakı ilə akt tərtib edilmiş, o cümlədən həmin akt əsasında müvafiq faktı təsdiq edən arayış hazırlanmış və iddiaçı öz imzası ilə aktı və həmin arayışı təsdiq etmişdir. Həmin arayışda qeyd edilənlərlə bağlı Cavabdeh MMC-yə dəymiş zərərin məbləğinin 15257,63 (on beş min 257 manat altmış üç qəpik) təşkil etdiyi göstərilmişdir. Hacıqabul TKQ-də baş verənlərlə bağlı iddiaçının iddia ərizəsində qeyd etdikləri tam təsvir olunmamış və həqiqətlərin təhrif olunmasına yönəlmişdir. Belə ki, 20.09.2019-cu il tarixdə tərtib edilmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş akta diqqət yetirdikdə aydın şəkildə görünür ki, Qovşaqda müəyyən işlərin aparılması qeyd edilsə də, işin yekununda qurğuların yoxlanması və istismara verilməsi barədə məlumatlar əks etdirilməmişdir. Belə ki, həmin akt yalnız müəyyən işlərin görüldüyünü təsdiq edir. Bu isə sübut edir ki, o, icra etdiyi işi qüsursuz təhvil verə bilməmiş, yəni istismara verilmiş yeni kabeli qoşduqdan sonra işin yekunu barədə rəsmiləşdirmə aparmamış və bunu etməkdən qəsdən yayınmışdır. Belə ki, Hacıqabul TKQ-də elə həmin gün - 20.09.2019-cu il tarixində istismara verilən kabel xəttində qısa qapanma baş vermiş, nəticədə Qovşağın inzibati binasında iş və istehsalat otaqlarında elektrik lampaları, patronlar, UPS-lər, elektrik şitində 1 ədəd avtomat ayırıcı, 8 ədəd adapter, modemlər sıradan çıxmış, ümumilikdə kompüter şəbəkəsi zədələnmişdir. Bununla bağlı 20.09.2019-cu il tarixdə Hacıqabul TKQ-nin rəisi, baş mühasibi və digər əməkdaşlarının iştirakı ilə akt tərtib edilmişdir. Məlum olmuşdur ki, yeni qoşulmuş və istismara verilmiş kabeldə fazalararası qoşulma düzgün edilməmiş və nəticədə yaranmış yüksək gərginlik Qovşaqda elektrik cərəyanına qoşulu olan avadanlıqların sıradan çıxmasına səbəb olmuşdur. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, İddiaçı təqsiri nəticəsində həm Aztelekoma məxsus sahədə yerləşmiş “Avirtel" MMC-nin avadanlıqlarının qidalandığı Cəmiyyət tərəfindən dəyəri aidiyyəti təşkilata (Azərişığa) ödənilmiş elektrik enerjisi ilə bağlı, həm də Hacıqabul TKQ-də baş verənlərlə bağlı “Aztelekom" MMC-yə maddi zərər dəymişdir. Bununla əlaqədar olaraq, İddiaçı 30.09.2019-cu il tarixində Cavabdeh MMC-nin Hüquq şöbəsinə dəvət edilərək izahat yazması təkilf olunmuşdur. Lakin S. Məhərrəmov izahat yazmaqdan imtina etmiş, imtina etməsi barədə müvafiq şöbədə izahatın alınmasında iştirak edən əməkdaşlar tərəfindən akt tərtib edilmişdir. 03.10.2019-cu il tarixdə “Aztelekom’’ MMC-nin baş direktorunun birinci müavini Zaman Verdiyev, İnsan resursları departamentinin direktoru Səidə Hüseynova və Hüquq şöbəsinin Korporativ tənzimləmə sektorunun müdiri Ayaz Mirzəzadənin imzası ilə İddiaçıla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç bəndi ilə xitam verilməsi məsələsi ilə bağlı baş direktor Suat Paşayevə təqdimat verilmişdir. Bundan sonra Cavabdeh MMCnin baş direktoru qeyd edilən məsələ ilə bağlı Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının Bakı 1 Şöbəsinə (HİK) qeyd olunan işçi ilə əmək münasibətlərinə xitam verilməsinə razılıq verilməsi məqsədilə müraciət etmişdir. HİK-in Rəyasət Heyətinin 11.09.2019-cu il tarixdə keçirilən və İddiaçı, o cümlədən işəgötürənin səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilən iclasında vəzifə öhdəliklərini lazımınca yerinə yetirmədiyinə və "xxxx" MMC-yə maddi zərər dəyməsinə səbəb olduğuna görə Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə xitam verilməsinə dair qərar qəbul edilmiş və bununla bağlı Cəmiyyətin baş direktorunun (işəgötürənin) əmək müqaviləsinin xitam olunmasına razılıq verilməsi barədə müraciətinə müsbət cavab verilmişdir (əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir). Beləliklə də 16.10.2019-cu il tarixdə İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmr verilmişdir. Birinci instansiya məhkəməsi işə çox səthi yanaşmış, heç bir əsaslandırma aparmadan və sübutlara istinad etmədən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmənin əsaslandırmalarından biri bu olmuşdur ki, "xxxx" MMC tərəfindən vurulmuş zərər 12.11.2019-cu il tarixində ödənilmişdir. Lakin məhkəmə dəymiş zərərin ödənilməsi məsələsinə istinad edərkən həmin ödənişin iddiaçının əmək müqaviləsinə xitam verilməsindən təxminən bir ay sonraya təsadüf etməsinə diqqət yetirməmişdir. Yəni, iddiaçının özünün də iştirakı ilə tərtib olunmuş aktdan (18.09.2019-cu il tarixli) və arayışdan da görünür ki, həqiqətən də zərər dəymişdir və həmin zərərin dəyməsinə səbəb olan halların aradan qaldırılması isə Vəzifə təlimatına əsasən iddiaçının vəzifəsi olmuşdur. Əsaslardan biri də bu olmaqla, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildikdən təxminən bir ay sonra dəymiş zərərin ödənilməsi xitamla bağlı əmrin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə əmək qanunvericiliyinin tələblərinə əsasən işçisinin bilərəkdən və ya səhlənkarlıq nəticəsində (hərəkət və ya hərəkətsizliyinə görə) ona (işəgötürənə) dəymiş maddi zərərə görə təqsirkar işçi barəsində intizam tənbehinin görülməsi (ƏM-nin 186-cı maddəsinin 2-ci hissəsinin “ç" bəndinə əsasən) hüququnu məhdudlaşdırması qəbuledilməzdir Belə ki, Əmək qanunvericiliyi işəgötürənin və işçinin hüquq və öhdəliklərini açıq şəkildə müəyyən etmişdir, məhkəmənin əmək münasibətlərinin tərəflərinə münasibətdə bir tərəfli yanaşması və işəgötürənin qanundan irəli gələn hüquqlarını məhdudlaşdırmaqla işçiyə xüsusi güzəştlər tanıması ümumilikdə həm maddi, həm də prosessual qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə nəzərə almamışdır ki, Əmək qanunvericiliyinə əsasən (ƏMnin 187.2-cı maddəsi) işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bır ay keçənədək ona intizam tənbehi venlə bilər. İşəgötürən müəssisəyə xeyli miqdarda maddı zərər vurulmasına səbəb olan işçi barəsində qanunvericiliyin qeyd olunan tələblərim nəzərə alaraq, intizam tənbeh tədbiri görməyə haqlıdır. Eyni zamanda, məhkəmə qətnamədə əsaslandırmağa çalışmışdır ki, icarəyə verilmiş sahədə quraşdırılmış elektrik avadanlıqlannın texniki vəziyyətinə nəzarət edilməsi vəzifə təlimatına daxil olmadığından, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilə bilməz. Məhkəmənin bu əsaslandırması tamamilə qəbuledilməzdir. Belə ki, S. Məhərrəmovun (Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdirinin) vəzifə təlimatının 4.6-cı bəndinə əsasən, o, enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normadan kənara çıxmamasını təmin etməli idi. "xxxx" MMC-nin avadanlıqları Cavabdeh MMC-yə məxsus sahədə yerləşmişdir və həmin avadanlıqların istifadə etdiyi enerjinin dəyərini “Aztelekom" aidiyyəti təşkilata (Azərişığa) ödəyir və qeyd olunan sayğac “Aztelekom" MMC-nin inzibatı binasında olan enerji şəbəkəsinin bir hissəsi olmaqla həmin avadanlıqların istifadə etdiyi enerjinin miqdarına hesablamaqla sonradan “Avirtel" həmin məbləğin tələb olunması üçün əsas vasitə olmuşdur. İddaçının Vəzifə təlimatı üzrə öhdəliyi Cavabdeh MMC üzrə bütün enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normadan kənara çıxmamasını, o cümlədən şəbəkənin bir hissəsini təşkil edən qeyd olunan avadanlığın (sayğac cihazının) dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərinin normadan kənara çıxmamasını təmin etmək olsa da, bu qeyd olunan vəzifəsini bilərəkdən (qəsdən) və ya etinasızlıqdan (kobud ehtiyatsızlıqdan) icra etməmişdir. Nəticədə dövlət müəssisəsinə (dövlət əmlakına) ciddi zərər dəymişdir. Bundan əlavə, məhkəmə işçiyə əmək və ya icra intizamını pozduğu hallarda işəgötürən tərəfindən venlə bilən və qanunvericiliklə müəyyən edilmiş intizam tənbehlərindən biri vermək işəgötürənin Əmək Məcəlləsinə əsasən huququ olduğu halda, sanki həmin hüquqa və onun verilməsinə işəgötürənin öhdəliyi kimi yanaşaraq, işçiyə istənilən əmək və ya icra intizamı pozuntusuna görə ilkin olaraq daha yüngül, intizam tənbehinin verilməli olduğunu və ya intizam tənbehi hesab edilməyən “Xəbərdarlıq’’ edilməli olduğunu qeyd etmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə işəgötürən pozuntunun əhəmiyyət və miqyasına görə birbaşa qanunla müəyyən edilmiş daha ağır intizam tənbehini verməkdə haqlıdır və pozuntunun müəssisə üçün ağırlıq dərəcəsini müəyyən etmək və qanunda müəyyən edilmiş intizam tənbehlərindən birini vermək və ya verməmək işəgötürənin hüququdur. Qətnamənin əsaslandırılmasında yol verilmiş hüquqi nöqsanlar bir daha sübut edir ki. məhkəmə iddia ərizəsini qanunun tələblərinə deyil, şəxsi mülahizəyə əsaslanaraq təmin etmişdir. Yuxarıda sadalananlar qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması üçün tam əsasdır. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2433/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-7198/2019 saylı işi üzrə 11.12.2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, ekspertiza xərci olan 150 (yüz əlli) manat məbləğdə pul vəsaiti Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 2(103)-2433/2020 saylı qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələblərinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 may 2021-ci il tarixli, 2(102)-2003/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2433/2020 saylı, 12 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına qaytarılmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, iddiaçının əvvəllər Cavabdeh MMC-də baş energetik işlədiyini, sonra sektor müdiri keçdiyini, sonradan onunla bağlanmış əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini, istifadəyə verilmiş sahənin “Aztelekom" MMC-yə məxsus olduğunu və həmin sahənin elektrik enerjisi ilə təmin olunması nəticəsində enerji sərfiyyatına görə hesablanmış ödənişin məhz "Aztelekom“ MMC tərəfindən aidiyyəti təşkilata (Azərişıq) ödənildiyini, bu səbəbdən də vəzifə təlimatına əsasən, İddiaçı tərəfindən aparılmalı olduğunu, elektrik sayğacının düzgün işləmədiyinin təsdiqləndiyini, bundan əlavə, sayğacda yaranmış problemlə bağlı İddiaçı iştirakı ilə akt tərtib edildiyini, bundan əlavə Hacıqabul TKQ-də elə 20.09.2019-cu il tarixində istismara verilən kabel xəttində qısa qapanma nəticəsində maddi zərər dəydiyini, ümumilikdə kompüter şəbəkəsinin zədələndiyini, bununla bağlı 20.09.2019-cu il tarixdə Hacıqabul TKQ-nin rəisi baş mühasibi və digər əməkdaşlarının iştirakı ilə akt tərtib edildiyini, İddiaçı 30.09.2019-cu il tarixində "Aztelekom MMC-nin Hüquq şöbəsinə dəvət edilərək izahat yazması təklif olunduğu, lakin İddiaçı izahat yazmaqdan imtina etdiyini, imtina etməsi barədə müvafiq şöbədə izahatın alınmasında iştirak edən əməkdaşlar tərəfindən akt tərtib edildiyini, borcun sonradan “Avirtel" MMC-nin isə “Aztelekom" MMC arasında olan razılığa əsasən 2019-cu ilin noyabr ayında “Avirtel" MMC tərəfindən ödənildiyini, sənədlər təqdim edilmədiyi təqdirdə ekspert tərəfindən rəy verməkdən imtina edilməli olduğunu, ekspertin öz səlahiyyətinə aid olmayan sualları cavablandırdığını, buna görə təkrar ekspertiza keçirilməli olduğunu, Hacıqabul şəhərində hadisə baş verən zaman əməkdaşlar tərəfindən audit cəlb edildiyini, hal-hazırda təqdim edilən mütəxəssis rəyini bir aydır ki əldə etdiklərini, mütəxəssisin sahə yerinə gedib araşdırdığını, hazırda həmin yerdə nasazlıq olmadığını, 18.09.2020-ci il tarixdə "xxxx" MMC-yə məxsus sayğacda hadisə baş verdikdən bir ay sonra iddiaçının işdən azad edildiyini, sayğac qoyulmasına görə "xxxx" ASC-dən icazə alınmadığını, lakin "xxxx" ASC-nin hesabına ödənişlər edildiyini, "xxxx" MMC ilə Cavabdeh MMC arasında razılaşma əsasında sayğacın quraşdırıldığını, "xxxx" MMC-nin hesablanmış borcu sayğaca uyğun olaraq ödədiyini, iddiaçının digər müəssisələr üçün bütün illərdə akt tərtib etdiyini, lakin "xxxx" MMC-nin sayğacı ilə bağlı akt tərtib etmədiyini, iddiaçının son 3 ayda sayğaca baxış keçirtmədiyini, qəza baş verməsə də, iddiaçının öz vəzifə funksiyalarını icra etmədiyinə görə müəssisəyə zərər dəydiyini, 2019-cu il tarixdə sayğacın göstəricisinin geri göstərdiyinin məlum olduğunu, Cavabdeh MMC-nin 25.01.2016-cı il tarixli baş energetikinin vəzifə təlimatının 2.1, 2.2, 4.6, 4.8, 4.23-cü bəndlərinə əsasən vəzifə öhdəliklərini yerinə yetirmədiyini bildirdir və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, kassasiya instansiya məhkəməsinin qərarında göstərilən məcbiri göstəriş, yəni təkrar ekspertizanın təyin edilməsinə lüzum yoxdur və təkrar ekspertizanın təyin edilməsinə dair vəsatətdən imtina edirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Şüalla oğlu və onun nümayəndəsi və vəkili Heydərov Çingiz Məmmədxan oğlu apellyasiya şikayətini qəbul etməyərək, iddiaçının vəzifə təlimatında sayğaca nəzarət etmək vəzifəsinin olmadığını, MMC-nin tabeliyində olan müəssəsisələrin sayğaclarına nəzarət etmək səlahiyyətinin olduğunu, “Avirtel" MMC-nin isə “Aztelekom" MMC-nin tabeliyində olmadığını, sayğac olan əraziyə heç kimin buraxılmadığını, borcun “Avirtel" MMC tərəfindən bağlandığını, həmin borcun ona heç bir aidiyyatının olmadığını, Hacıqabul rayonunda baş verən hadisə ilə əlaqədar məsələdə isə orada sayğacın işləməməsi barədə onun məlumat verdiyini, sayğacın nə geri, nə dəki dayanmaq funskiyasının olmadığını, spataların yeri dəyişik düşəndə qısa qapanma baş vermədiyini, 0 xəttinin yerində qaldığını, 20 sentyabr 2019-cu il tarixdə Hacıqabul şəhərində onun təqsirindən heç bir qəza baş vermədiyini, işləri görüb təhvil verib çıxdıqlarını, “Aztelekom" MMC tərəfindən ona şər atıldığını, MMC tərəfindən əvvəl ona ərizə yazıb işdən çıxmağı təklif etdiklərini, əvəzinə oğlunu işə götürə biləcəklərini, sonra onun yerinə başqa şəxsin gətirildiyini, həmin şəxsin özünü doğrultmadığını, oğlunu çağırıb onu ələ saldıqlarını, özünü də şər ataraq işdən azad etdiklərini, onun özünün 1968-ci il tarixdən energetika sahəsində işlədiyini, 2016-cı il tarixdə yeni rəhbərlik gəldikdən sonra onlara limit təqdim edilmədiyini, onun yerinə xəbəri olmadan başqa şəxsi keçirtdiklərini, 11-12 sentyabr 2019- cu il tarixlərdə Hacıqabul şəhərinə ilk dəfə ezamiyyətə getdiyini, sayğac "xxxx" MMC-nin otağında yerləşdiyini, qapının bağlı olduğunu, təlimat üzrə vəzifəsi olmasa da ona tapşırdıqları üçün əvvəllər 2016-cı ilin sonlarına kimi hər dəfə sayğaca baxaraq hesabatı yazdığını, lakin 2017-ci ildən etibarən baş energetik vəzifəsindən sektor müdiri vəzifəsinə keçdikdən sonra hesabat aparmadığını, ona zorla təzyiq edərək ərizə yazıb işdən çıxmağı tələb etdiklərini, əks halda ona şər atıb çıxaracaqlarını ilə hədələdiklərini, cavabdeh tərəfindən təqdim edilən rəyin mütəxəssis rəyinə oxşamadığını bildirdilər və apellyasiya şikayətin təmin edilməməsini xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7198/2019 saylı 11 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Şüalla oğlunun Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair” iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Cavabdeh MMC-nin texniki direktoru tərəfindən təsdiq edilmiş 25.01.2016-cı il tarixli Cavabdeh MMC-nin baş energetikinin vəzifə təlimatı”nın surətindən görünür ki, baş energetik elektrik qurğularının texniki saz vəziyyətdə saxlanması, texniki istismar, texniki təhlükəsizlik qaydalarına və normativ tələblərə əməl edilməsi, aşkar olunmuş nöqsanların aradan qaldırılması, elektrik qurğularına baxış, əsaslı və cari təmir işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsi işinin təşkili və tədbir görülməsinə nəzarət edir.Baş energetik tabeçilikdəki bütün müəssisələrdə elektrik avadanlıqlarının istismar qaydalarına əməl olunmasına nəzarət etmək, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün vəzifəli şəxslərə göstəriş vermək üzrə hüquqi məsuliyyət daşıyır. İş materiallarında olan Cavabdeh MMC-nin 07.12.2017-ci il tarixli. 422 saylı əmri ilə təsdiq edilmiş 25.01.2016-cı il tarixli “Enerji sistemlərinin planlanması və istismarı sektoru müdirinin vəzifə təlimatı”nın surətindən görünür ki,Sektor müdirinin əsas vəzifəsi birbaşa rəhbərin nəzarəti altında Cavabdeh MMC-də Enerji sistemlərinin İstismarı prosesi və ona aid olan bütün sənədləri yaradıb, daim təkmilləşdirməyindən və prosesə riayət edilməsindən ibarətdir. İş materiallarında olan 18.09.2019-cu il tarixli aktın və arayışın surətindən görünür ki, Cavabdeh MMC-nin EŞ-nin müdiri baş energetik Habil Həsənov, EŞ-nın ESPİS-nun müdiri İddiaçı, HŞ-nin müdiri vəzifəsini icra edən Ayaz Mirzəzadə, MHŞ-nin müdiri Məmmədov Həzrətqulu, “Avirtel" MMC-nın hüqurşünası Qəzənfər Paşayev, İT mühəndisi Əhməd Hüseynov bu aktı tərtib edərək "xxxx" MMC-nin "Aztelekom” MMC-nin inzibati binasının 7-ci mərtəbəsində yerəşən otağında mövcud olan "Avirtel” MMC-yə məxsus iki şirkət arası elektrik sərfiyyatını təyini məqsədi iliə quraşdırılmış elektrik sayğacının qüsurlu olması aşkarlanmış, elektrik sayğacının gostəricisinin 25.06.2015-ci il tarıxində bağlanmış aktdakı sayğac göstəricisidən 106456 kvt) 6111 vt az olduğunu müəyyən etmiş, mövcud yükün metodiki hesabianmasında elektrik sayğacının düzgün işləmədiyini təsdiqləmişlər. Orta aylıq elektrik enerjisi sərfiyyatı çıxarılaraq dəymiş ziyanın 15257,63 manat təşkil etdiyi məyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Hacıqabul TKQ-nin rəisi Məmmədov Asif Əkbər oğlu və qovşağın digər əməkdaşları tərəfindən tərtib olunmuş 20.09.2019-cu il tarixli aktın surətindən görünür ki, MEATS-də inzibati binanın birinci mərtəbəsində 0,4 kv-luq elektrik ayrıcısından TKQ-nin balansında olaıı 6/0,4 kv-İuq transformator Y\St-dakı 0,4 KV-İuq elektrik şitinə qədər məsafədə mövcud AVVQ 4x16 markalı elektrik kabeli MMV 3x70x35 markalı elektrik kabeli ilə əvəz olunması üçün Cavabdeh MMC-nin EŞ ESPİS-nın müdiri İddiaçı Hacıqabul TKQ-na ezam olunmuşdur. Qeyd olunan işlərin icrası zamanı İddiaçı səhlənkarlığı nəticəsində fazalar arası birləşmələri düzgün təyin etməmiş, nəticədə TKQnin inzibati binasına 220 V gərginlik əvəzinə 2 fazla gərginlik daxil olmuş, bu səbəbdən MEATS-də rabitə avadanlıqlarında, transmissiya avadanlıqlarında, komputer şəbəkəsində, işıqlanma sistemində, siqnalizasiya sistemində, şaxta otağında, kompressor qurğusunda, nəzarət kamerasında, bir sözlə, 220V gərginliklə işləyən bütün avadanlıqlarda qısa qapanma baş vermiş, qeyd olunan avadanlıqlar sıradan çıxmışdır. TKQ-nin inzibati binasında, iş və istehsalat otaqlarında elektrik İampaları, patronlar, UPSlər, elektrik şitində 1 ədəd avtomat ayırıcı, 8 ədəd adaptor, modemlər sıradan çıxmış, ümumilikdə komputer şəbəkəsi zədələnmişdir. Qeyd olunan səbəbdən TKQ-na mənəvi və maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin EŞ, ESPİS-nun müdiri İddiaçı, ESPİS-nun mütəxəssisi Məmməd Məmmədov və Hacıqabul TKQ-nin Q.Q üzrə böyük elektromexaniki Əlikram Əliyev tərəfindən tərtib olunmuş 20.09.2019-cu il tarixli digər aktın surətindən görünür ki, Hacıqabul TQK-nın transfarmator məntəqəsində istismar olunan 2 ədəd 250 KVA gücündə transfarmatordan AVR (avtomatik qoşulma) qurğusuna kimi MMV3x16 markalı elektrik kabeli və bina daxili elektrikpaylayıcı qurğusundan dəhlizdəki elektrik şitinə qədər AWQ 4x16 markalı elektrik kabelləri 2 MMV 3x70+1x35 markalı elektrik kabelləri ilə əvəz olurımuş, elektrik şitləri arasında 1 ədəd ötürücü AVVQ 3x70 markalı elektrik kabeli quraşdırılmışdır. İşin görülməsi zamanı EATS-in yükü akkumlyatorların üzərinə qoşulmuş, təkrar elektrik enerjisi verilən zaman akkumlyatorlar növbə ilə doldurulmuşdur. Bu da qida qurğusunun qəza vəziyyətində olduğunu göstərir. İş materiallarına əlavə edilmiş 03.10.2019-cu il tarixli təqdimatdan görünür ki, Cavabdeh MMC-nin baş direktorunun birinci müavini Zaman Verdiyev, İnsan resursları departamentinin direktoru Səidə Hüseynova və Hüquq şöbəsinin Korporativ tənzimləmə sektorunun müdiri Ayaz Mirzəzadə tərəfindən İddiaçıla bağlanmış 23.02.2018-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi məsələsi ilə bağlı baş direktor Suat Paşayevə təqdimat verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin baş direktoru Suat Paşayev tərəfindən Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının Bakı 1 Şöbəsinə ünvanlanmış 03.10.2019-cu il tarixli, 102-15/16/0339-19 saylı məktubunun surətindən görünür ki, vəzifə öhdəliklərıni lazımınca yerinə yetirməyərək yuxarıda qeyd olunan hər iki hal üzrə Cəmiyyətə maddi zərər dəyməsinə səbəb olan Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri İddiaçı ilə bağlanmış 23 fevral 2018-ci i! tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç' bəndınə əsasən işəgötürən tərəfindən xıtam verilməsı məsələsinə münasibət bıldırilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının Bakı 1 Şöbəsinin 11.10.2019-cu il tarixli yazılı razılığının surətindən görünür ki, Həmkarlar İttifaqı Cavabdeh MMC-də Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri vəzifəsində çalışan İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Cavabdeh MMC-nin 16.10.2019-cu il tarixli, kb№ 911 saylı əmrinin surətindən görünür ki, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Texniki departament Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri İddiaçı 16.10.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrə əsas kimi Cavabdeh MMC-nin baş direktorunun birinci müavini Zaman Verdiyev, İnsan resursları departamentinin direktoru Səidə Hüseynova və Hüquq şöbəsinin Korporativ tənzimləmə sektorunun müdiri Ayaz Mirzəzadənin təqdimatı və RİMHİ Bakı 1 şöbəsinin razılığı qeyd edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin baş direktoru İsmayıl Şabani və "Aztelekom” MMC-ninbaş direktoru Suat Paşayev arasında bağlanmış 07.11.2019-cu il tarixli Razılaşma protokolunun surətindən görünür ki, tərəflər "xxxx" MMC-nin avadanlıqların yerləşdirilməsinə görə və hesablanmış elektrik enerjisindən istifadəyə görə "Aztelekom” MMC-yə ümumi borc məbləğinin 17 756,04 manat olduğu və həmin məbləğin bu Protokolun imzalandığı tarixdən 2 iş günü ərzində tam həcmdə Cavabdehun bank hesabına ödənilməsinin təmin edilməsi barədə razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş 12.11.2019-cu il tarixli, 64020119(2) və 64020119(3) saylı ödəniş tapşırıqlarının surətindən görünür ki, "xxxx" MMC" Cavabdeh MMC-nin hesabına cəmi 15257,62 manat pul köçürülmüşdür. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan ekspert rəyinə işin digər sübutları ilə birlikdə düzgün hüquqi qiymət verməmiş, təkrar ekspertizanın təyin edilməsi barədə vəsatətin təmin edilməməsinin səbəblərini əsaslandırmamış, ekspertin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kolegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq cavabdeh təşkilatın nümayəndəsinə iş üzrə təkrar ekspertizanın təyin edilməsi barədə vəsatətlərini müdafiə edib-etməməsini aydınlaşdırmış və məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə təkrar ekspertizanın təyin edilməsinə lüzum olmadığını bildirərək vəsatətdən imtina etdiklərini bildirmişdir. Məhkəmə kolegiyası eyni zamanda kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq ekspertin məhkəmə iclasında iştirakını təmin edilməsi barədə göstəriş versə də, ekspertin iştirakını təmin etmək mümkün olmamışdır. Ona görə də, kollegiya iş materiallarına olan sübutlar əsasında mülki işə baxaraq qiymət verilməsi qənaətinə gəlmişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən təqdim edilmiş 18.09.2019-cu il tarixli aktda "xxxx" MMC-nin "Aztelekom” MMC-nin inzibati binasının 7-ci mərtəbəsində yerəşən otağında mövcud olan "Avirtel” MMC-yə məxsus iki şirkət arası elektrik sərfiyyatını təyini məqsədi ilə quraşdırılmış elektrik sayğacının qüsurlu olmasının aşkar edilməsi, elektrik sayğacının gostəricisinin 25.06.2015-ci il tarıxində bağlanmış aktdakı sayğac göstəricisindən (106456 kvt) 6111 vt az olduğu, mövcud yükün metodiki hesablanmasında elektrik sayğacının düzgün işləmədiyi, orta aylıq elektrik enerjisi sərfiyyatı çıxarılaraq dəymiş ziyanın 15257,63 manat təşkil etdiyi qeyd olunmuşdur. "xxxx" MMC" tərəfindən 12.11.2019-cu il tarixli, 64020119(2) və 64020119(3) saylı ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC-nin hesabına cəmi 15257,62 manat pul ödənilmişdir. Hacıqabul TKQ-də tərtib edilmiş 20.09.2019-cu il tarixli aktda qeyd edilmişdir ki, MEATS-də inzibati binanın birinci mərtəbəsində 0,4 kv-luq elektrik ayrıcısından TKQ-nin balansında olaıı 6/0,4 kv-İuq transformator Y\St-dakı 0,4 KV-İuq elektrik şitinə qədər məsafədə mövcud AVVQ 4x16 markalı elektrik kabeli MMV 3x70x35 markalı elektrik kabeli ilə əvəz olunması üçün ezam olunmuş Cavabdeh MMC-nin EŞ ESPİS-nın müdiri İddiaçı səhlənkarlığı nəticəsində fazalar arası birləşmələri düzgün təyin edilməmiş, nəticədə TKQ-nin inzibati binasına 220 V gərginlik əvəzinə 2 fazla gərginlik daxil olmuş, bu səbəbdən MEATS-də rabitə avadanlıqlarında, transmissiya avadanlıqlarında, komputer şəbəkəsində, işıqlanma sistemində, siqnalizasiya sistemində, şaxta otağında, kompressor qurğusunda, nəzarət kamerasında, bir sözlə, 220V gərginliklə işləyən bütün avadanlıqlarda qısa qapanma baş vermiş, qeyd olunan avadanlıqlar sıradan çıxmış, TKQ-nin inzibati binasında, iş və istehsalat otaqlarında elektrik İampaları, patronlar, UPS-lər, elektrik şitində 1 ədəd avtomat ayırıcı, 8 ədəd adaptor, modemlər sıradan çıxmış, ümumilikdə komputer şəbəkəsi zədələnmiş və TKQ-na maddi ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçının təqdim etdiyi Hacıqabul TKQ-nin 20.09.2019-cu il tarixli digər aktından isə görünür ki, Hacıqabul TQKnın transfarmator məntəqəsində istismar olunan 2 ədəd 250 KVA gücündə transfarmatordan AVR (avtomatik qoşulma) qurğusuna kimi MMV3x16 markalı elektrik kabeli və bina daxili elektrikpaylayıcı qurğusundan dəhlizdəki elektrik şitinə qədər AWQ 4x16 markalı elektrik kabelləri 2 MMV 3x70+1x35 markalı elektrik kabelləri ilə əvəz olurımuş, elektrik şitləri arasında 1 ədəd ötürücü AVVQ 3x70 markalı elektrik kabeli quraşdırılmışdır. İşin görülməsi zamanı EATSin yükü akkumlyatorların üzərinə qoşulmuş, təkrar elektrik enerjisi verilən zaman akkumlyatorlar növbə ilə doldurulmuşdur. Bu da qida qurğusunun qəza vəziyyətində olduğunu göstərir. Qeyd edilənlərə görə, icarəyə verilmiş sahədə quraşdırılmış elektrik avadanlıqlarının texniki vəziyyətinə nəzarət edilməsivəzifə təlimatına daxil olmayan, əvvəllər barəsində hər hansı intizam tənbeh tədbiri tətbiq edilməyən Cavabdeh MMC-də Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri vəzifəsində çalışan İddiaçı ilə əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair 16.10.2019-cu il tarixli, kb№ 911 saylı əmr verilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC 16.10.2019-cu il tarixli, kb№ 911 saylı əmri ilə icarəyə verilmiş sahədə quraşdırılmış elektrik avadanlıqlarının texniki vəziyyətinə nəzarət edilməsi vəzifə təlimatına daxil olmayan, əvvəllər barəsində hər hansı intizam tənbeh tədbiri tətbiq edilməyən, tərəfindən yol verilmiş nöqsanlar nəticəsində cavabdeh təşkilata maddi ziyan dəyməsi sübuta yetirilməyən Energetika şöbəsinin Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdiri vəzifəsində çalışan İddiaçı onun qeyd edilən pozuntularda hansı dərəcədə təqsirli olub-olmamasını aydınlaşdırmadan, şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi və əvvəllər hər hansı intizam məsuliyyətinə cəlb edilməməsi nəzərə alınmadan ona əmək qanunvericiliyində nəzərdə tutulmuş ən ağır intizam tədbiri olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi növündə tənbeh tədbiri tətbiq etmişdir. Cavabdeh iddia tələbinə etirazında İddiaçı onun təqsiri səbəbindən dəymiş zərərin tələb oluna biləcəyini ehtimal etdiyindən, müxtəlif dövlət qurumlarına və məhkəməyə müraciət edərək özünü məsuliyyətdən kənarda saxlamaq istədiyini bildirsə də, belə bir halı təsdiq edən sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənəti ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən araşdırma tam aparılmayaraq və təqdim edilən sübutlara düzgün qiymət verilməmiş və maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı mübahisələndirilən əmrin qanunsuz olmasının əsası kimi Cavabdeh MMCnin baş energetikinin vəzifə təlimatının 1.1-ci bəndində Cavabdeh MMC-də baş energetik energetika xidmətinin işini aparan şəxsin olmasının qeyd edilməsini, Energetikin vəzifə təlimatında “icarəyə verilmiş sahəyə nəzarət etmək” deyə bir bənd olmamasına, İddiaçı həmin sahəyə nəzarət və müdaxilə etməsi qeyd edilən vəzifə təlimatının tələblərinə zidd olmasına istinad etmişdir. 25.01.2016-cı il tarixli Cavabdeh MMC-nin baş energetikinin vəzifə təlimatının 2.2-ci bəndində göstərilmişdir ki, baş energetik elektrik qurğularının texniki saz vəziyyətdə saxlanmasına, texniki istismar, texniki təhlükəsizlik qaydalarına və normativ tələblərinə əməl edilməsinə, aşkar olunmuş nöqsanların aradan qaldırılması, elektrik qurğularına baxış, əsaslı və cari təmir işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsi işinin təşkili və tədbir görülməsinə nəzarət edir. Həmin təlimatın 3.1-ci bəndində isə tabeçilikdəki bütün müəssisələrdə elektrik avadanlıqlarının istismar qaydalarına əməl olunmasına nəzarət etməməyə, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün vəzifəli şəxslərə göstəriş verməməyə görə məsuliyyət nəzərdə tutulmuşdur. Enerji sistemlərinin planlanması və istismarı sektorunun müdirinə dair vəzifə təlimatının 4.6-cı bəndinə əsasən, sektor müdiri enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normadan kənara çıxmamasını təmin edir. Təlimatın 4.8-ci bəndinə əsasən istismar sahələrinin ehtiyat hissələri və alətlərlə təmin olunmasına, həmçinin ölçü cihazları ilə təmin olunmasına nəzarət edir və lazım gəldikdə bu haqda rəhbərlik qarşısında məsələ qaldırır. Göründüyü kimi, əmrdə göstərilənlərin birbaşa iddiaçının vəzifə təlimatında əks olunan öhdəliklərinə zidd olması müəyyən edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndini və 72-ci maddəsini düzgün təfsir etməmişdir. Mübahisələndirilən əmrdən görünür ki, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə xitam vermək üçün iki əsası olmuşdur: - iddiaçının əmək funksiyalarını və vəzifə təlimatlarını icra etməməsi, yəni sayğacın göstəricilərinin vaxtlı-vaxtında aktlaşdırılmaması və bunun nəticəsində Cavabdehin mənafeyinə ciddi ziyan, o cümlədən maddi zərər dəyməsi; - iddiaçının Hacıqabul TKQ-də 18-20 sentyabr 2019-cu il tarixlərinə apardığı təmir işlərindən dərhal sonra qəzanın baş verməsi və cavabdehə maddi ziyanın dəyməsi. Qanunvericiliyə əsasən işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi ilə xitam verməsi üçün işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməli və qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin normal ahəngi pozulmuş olmalı və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməli və işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan dəyməlidir. Qanunverici əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndi üzrə xitam verilməsi zamanı görülməli olan tədbirləri Məcəllənin 71-ci maddəsində təsbit edir. Həmin maddənin tələbinə əsasən, bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə o şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə 1) müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya 2) mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, qanunverici “və ya” bağlayıcısından istifadə etmiş və müqaviləyə 70-ci maddəsinin (ç) maddəsi ilə xitam verilməsinin əsaslarını 2 müstəqil şərtdən asılı etmişdir. Əmək Məcəlləsinin 72-ci maddəsində isə hansı konkret hallarda işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin «e» bəndinin tələbinə görə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, Əmək Məcəlləsinin 70 və 72-ci maddələrinin dispozitiv şərtində əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər dedikdə əmək funksiyalarının icrasında yol verdiyi nöqsanları da özündə ehtiva etməsinə birinci instansiya məhkəməsi düzgün qiymət verməmişdir. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən əmrdə qeyd edilən əsaslandırma üzrə həmkarlar ittifaqından məktub göndərilsə də qərarlarının təqdim edilməməsi qənaəti ilə bağlı hesab edir ki, bu halda hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarınıişəgötürənə təqdim etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən əmrdə qeyd edilən əsaslandırma üzrə həmkarlar ittifaqının qərarının işə baxan məhkəməyə təqdim edilməməsi əmrin qanunsuz olmasını təsdiq etmir. İşin materiallarından görünür ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində göstərilən əsaslarla işəgötürən tərəfindən əmək müqaviləsinə müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin icarəyə verilmiş sahədə quraşdırılmış elektrik avadanlıqlarının texniki vəziyyətinə nəzarət edilməsinin iddiaçının vəzifə təlimatına daxil olmaması və mübahisələndirilən əmrdə qeyd edilən əsaslandırma üzrə xidməti araşdırma aparılmadan bir (neçə) vəzifəli şəxsin subyektiv mövqeyi əsasında qərar qəbul edilməsinə və sair nəticəsinə qiymət verərək hesab edir ki, məhkəmə işin bu halına diqqət yetirməmişdir ki, iş materiallarında olan iddiaçının vəzifə öhdəlikləri 23 fevral 2018-ci il tarixə qədər 25 yanvar 2016-cı il tarixli, Cavabdeh MMC-nin baş energetikinin vəzifə təlimatlarında, 23 fevral 2018-ci il tarixdən sonra isə Enerji planlanması və istismarı sektorunun müdirinə dair vəzifə təlimatında aydın şəkildə öz əksini tapmışdır. İddiaçının əmək funksiyası və vəzifə təlimatlarına daxil olan öhdəliklərdən biri cavabdehin inzibati binasında yerləşən və müxtəlif telekommunikasiya provayderlərinə icarəyə verilmiş ərazilərdə yerləşdirilmiş avadanlıqların istifadə etdiyi enerji sərfiyyatının hesablanmasını həyata keçirən sayğacların işləməsinə nəzarət və sayğac göstəricilərinin aktlaşdırılması olmuşdur. Bu cür aktlar cavabdehin maliyyə şöbəsinə təqdim olunmuş və maliyyə şöbəsi də öz növbəsində, bu cür aktlar əsasında müəyyən edilmiş enerji sərfiyyatına görə ödənişlərin ödənilməsi üçün fakturaları müvafiq icarəçi-provayderlərə təqdim etmişdir. İddiaçı cavabdeh ilə əmək münasibətlərində olduğu bütün müddət ərzində icarəçilərlə olan sayğac göstəricilərini bu formada aktlaşdırmış və öz imzası ilə təsdiq etmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi elektrik sayğacının icarəyə verilmiş sahədə yerləşməsi və ona nəzarət etmək öhdəliyinin iddiaçının əmək funksiyalarına daxil edilmədiyi üçün elektrik sayğacına nəzarət etməyin iddiaçının vəzifə təlimatlarına daxil olmaması, eləcə də sayğacın müvafiq qaydada qeydiyyata alınmadığı üçün qanunsuz olduğu və buna görə də, sayğaca nəzarətin iddiaçının vəzifə təlimatlarına daxil olmadığı qənaətinə gəlsə də, işin bu halına diqqət yetirməmişdir ki, sayğac cavabdehə məxsus olsa da, Avirtel-ə icarəyə verilmiş otaqda yerləşdirilmiş, iddiaçının həmin otağa giriş imkanı olmuş və vəzifə təlimatlarında həmin otaqda yerləşən elektrik sayğacına nəzarət etmək vəzifəsi də nəzərdə tutulmuşdur. Başqa sözlə, iddiaçı sahənin özünə deyil, cavabdehin inzibati binasında yerləşən və icarəyə verilmiş otaqda olan elektrik sayğacına nəzarət etmək öhdəliyi daşımışdır. Belə ki, Cavabdeh MMC-nin baş energetikinin 25 yanvar 2016-cı il tarixli vəzifə təlimatında, həm də Enerji sistemlərinin planlaması və istismarı sektorunun müdirinə dair vəzifə təlimatında iddiaçının vəzifə öhdəliklərinin nədən ibarət olması göstərilmişdir (Təlimatın 2.2, 2.3, 3.1, 4.6, 4.8, 4.23-cü bəndləri ). Məhkəmə kollegiyası daha sonra hesab edir ki, birinci instansiya məhkəməsi icarəyə verilmiş sahənin cavabdehin tabeçiliyində olmamaqla ona məxsus hər hansı bir avadanlığın (elektrik sayğacı) cavabdehin icarəyə verdiyi sahədə yerləşərsə, iddiaçının həmin avadanlığa - sayğaca nəzarət etməyə borclu olmamaqla bu cür müddəanın vəzifə təlimatında əks etdirilməsinin qanunsuz olmasına dair qənaəti ilə razılaşmır və hesab edir ki, məhkəmə təlimatın 3.1-ci bəndində qeyd edilən “tabeçilikdəkisözünü düzgün təfsir etməmişdir. Belə ki, həmin bənddəki “tabeçilikdəki sözünün məqsədi baş energetikin qeyd edilən vəzifələri yalnız Cavabdeh Aztelekom-un inzibati binasında deyil, həmçinin Cavabdehin tabeçiliyində olan və rayonlarda yerləşən Telekommunikasiya Qovşaqlarında da həyata keçirməli olmasını diqqətə çatdırmaqdır. İddiaçının isə vəzifə öhdəliyi icarəyə verilmiş sahəyə və ya icarəyə verilmiş sahədə yerləşdirilmiş və icarəçi Avirtel-ə məxsus olan avadanlıqlara nəzarət etmək deyil, Cavabdehə məxsus olan və Cavabdehlə Avirtel arasında olan münasibətləri tənzimləmək üçün quraşdırılmış sayğaca nəzarət etmək və sayğac göstəricilərini aktlaşdırmaq olmuşdur. Sayğacın fiziki olaraq telekommunikasiya provayderlərinə icarəyə verilmiş otaqda yerləşməsi sayğaca nəzarət etməyin İddiaçının vəzifə təlimatlarına aid olmadığı anlamına gəlmir. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin Avirtel-in istifadə etdiyi enerji sərfiyyatını hesablayan sayğacın istismar müqaviləsinin olmamasına, sayğacın Azərişıq-ın balansında mövcud olmamasına və sayğacın qeydiyyata alınmamasına istinad etməklə belə sayğacın qanunsuz olmaqla bu cür sayğaca texniki baxış keçirilməsi ilə bağlı gəldiyi qənaətlə də razılaşmır və hesab edir ki, məhkəmə bu nəticəsini əsaslandırmamışdır. Belə ki, qeydiyyata dair tələb heç bir qanunvericilik aktında, o cümlədən “Elektrik enerjisindən istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 saylı qərarında da öz əksini tapmamışdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi bununla bağlı Nazirliyin 23 iyun 2020-ci il tarixli məktubunda və Nazirliyin nümayəndəsi, mütəxəssis Süleymanov Rəşad Kamal oğlunun izahatında göstərilənlərə düzgün hüquqi qiymət verməyərək işin bu halına diqqət yetirməmişdir ki, sayğacın quraşdırılması hər hansı qanun pozuntusu ilə müşayiət olunduğu halda belə, bu, yalnız həmin qanunvericiliyin pozuntusu hesab edilə bilər və sayğacın qeydiyyata alınıb-alınmamasının iddiaçının vəzifə təlimatlarına və öhdəliklərinə heç bir aidiyyəti yoxdur. Cavabdehin dəlillərinə əsasən sayğaca nəzarətin aparılmaması ilə iddiaçının öz vəzifə təlimatlarında nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməməsi nəticəsində cavabdehə 15.548 (on beş min beş yüz qırx səkkiz) manat məbləğində maddi ziyan dəymişdir. Bu məbləğ Avirtel tərəfindən ödənilmiş olsa belə, ödənilmiş məbləğ cavabdehə dəymiş maddi ziyanı və ödənilməli olan məbləği tam şəkildə əks etdirmir. Cavabdehin iddiaçı ilə olan əmək müqaviləsinə xitam verməsi üçün iddiaçının Sayğacın göstəricilərinin aktlaşdırılmamasından əlavə digər əsas onun 18-20 sentyabr 2019-cu il tarixlərində Hacıqabul TKQ-də apardığı təmir işləri, həmin təmir işlərindən dərhal sonra iddiaçının təqsirli hərəkətləri nəticəsində qəzanın baş verməsi və cavabdehə maddi ziyanın dəyməsi olmuşdur. Qəzanın baş verməsindən sonra Hacıqabul TKQ-nin əməkdaşları tərəfindən akt tərtib edilmiş, qəzanın səbəbinin aparılmış təmir işləri zamanı kabellərin düzgün quraşdırılmaması olduğu müəyyən edilmiş, həmçinin cavabdehə məxsus olan və qəza nəticəsində yanan və sıradan çıxan avadanlıqların inventarizasiyası aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Hacıqabul TKQ-da baş verənlərlə bağlı iş üzrə təqdim edilən aktların ziddiyyətli olması və buna görə də iddiaçının baş verən qəzada heç bir təqsirinin olmamasına dair qənaəti işin araşdırılmış hallarına əsasən düzgün əsaslandırılmamışdır. Belə ki, işin materiallarından görünür ki, iddiaçının iştirakı ilə Hacıqabul TKQ-də apardığı təmir işlərinin yekununda 20 sentyabr 2019-cu il tarixdə tərtib edilmiş aktda iddiaçı tərəfindən qovşaqda aparılmış işləri təsvir edilmişdir. Lakin iddiaçının tərtib etdiyi aktda işin yekununda qurğuların yoxlanması və istismara verilməsi barədə heç bir qeyd əks etdirilməmişdir. İşin materiallarına əsasən birinci akt tərtib edilərkən qəza baş verməmiş, qəza baş verdikdən sonra 20 sentyabr 2019-cu il tarixdə tərtib edilmiş digər aktda isə müəyyən etmişdir ki, yeni qoşulmuş və istismara verilmiş kabeldə fazalararası qoşulmanın düzgün edilməməsi nəticəsində yaranan yüksək gərginlik qovşaqda elektrik cərəyanına qoşulu olan avadanlıqların sıradan çıxmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi eyni tarixli aktların ziddiyyətli olması qənaətinə gəlsə də, nəzərə almamışdır ki, bir akt quraşdırılma mərhələsini əhatə edir, digəri isə qəzanın baş verməsi nəticəsində dəymiş zərəri müəyyən edir. yəni, birinci akt tərtib edilən vaxt qəza heç baş verməmişdir və buna görə də, qəzanın baş vermə səbəbi ilə bağlı aktda hər hansı bir qeydin olması mümkün deyildi. Başqa sözlə, birinci aktda qəzanın baş vermə səbəbi ilə hər hansı bir qeyd mövcud deyilsə və birinci akt tərtib edilən vaxt qəza baş verməmişdirsə, birinci aktla ikinci akt arasında hər hansı bir ziddiyyətin olmasından söz gedə bilməz. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi iddiaçının apardığı təmir işlərindən dərhal sonra qəzanın baş verməsinin özü-özlüyündə iddiaçının apardığı təmir işləri zamanı müəyyən səhvlərə yol verməsinin qəza və onun səbəbləri, habelə dəymiş ziyan müvafiq qaydada həm həmin gün tərtib edilmiş aktla, həm də cavabdehin daxili auditinin apardığı xidməti yoxlama və bu cür yoxlamanın nəticələri ilə bağlı aktla rəsmiləşdirilməsinə düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək daha sonra hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki mübahisəni araşdırarkən iddiaçının əmək müqaviləsi və hər iki vəzifə təlimatı üzrə harada yerləşməsindən asılı olmayaraq, cavabdehə məxsus elektrik qurğularının texniki saz vəziyyətdə saxlanması, texniki istismar, texniki təhlükəsizlik qaydalarına və normativ tələblərə əməl edilməsi, aşkar olunmuş nöqsanların aradan qaldırılması, elektrik qurğularına baxış, əsaslı və cari təmir işlərinin vaxtlı-vaxtında yerinə yetirilməsi işinin təşkili üzrə öhdəliklər daşımasına düzgün hüquqi qiymət verməmişdir. Göründüyü kimi, İddiaçı təqsiri nəticəsində həm Aztelekoma məxsus sahədə yerləşmiş “Avirtel" MMC-nin avadanlıqlarının qidalandığı Cəmiyyət tərəfindən dəyəri aidiyyəti təşkilata (Azərişığa) ödənilmiş elektrik enerjisi ilə bağlı, həm də Hacıqabul TKQdə baş verənlərlə bağlı “Aztelekom" MMC-yə maddi zərər dəymişdir. Kollegiya hesab edir ki, işçiyə əmək və ya icra intizamını pozduğu hallarda işəgötürən tərəfindən verilə bilən və qanunvericiliklə müəyyən edilmiş intizam tənbehlərindən daha yüngülü vermək işəgötürənin Əmək Məcəlləsinə əsasən huququdur və “Aztelekom" MMC-də qanunvericiliklə ona verilmiş hüquqdan istifadə etməklə 16.10.2019-cu il tarixdə İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq əmr vermişdir. Kollegiya hesab edir ki, mübahisə predmeti olan əmrin qanunazidd olması sübuta yetirilmədiyindən və əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, əmrin ləğvi, işə bərpa barədə iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Kollegiya həmçinin iddia tələbinin iş buraxma müddəti üçün əmək haqqı məbləğinin, vəkilə ödənilmiş 200 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı onu qeyd edir ki, iddia tələbi qeyd edilən hissələrdə iddianın əmrin ləğvi, işə bərpa hissəsindən aslıdır. Məhkəmənin yuxarıda qeyd olunan qənaəti ilə iddia tələbi əmrin ləğvi, işə bərpa hissəsində təmin edilmədiyindən qeyd edilən hissələr üzrə əlavə araşdırmanın aparılmasına lüzum yoxdur və iddia tələbi qeyd edilən hissələrdə də təmin edilə bilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7198/2019 saylı 11 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Şüalla oğlunun Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair” iddia ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7198/2019 saylı 11 dekabr 2019cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Şüalla oğlunun Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair” iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar