Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7076/2024 23.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-59/2024 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 mülkiyyətçi tərəfindən kompensasiya verməklə onların Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsindəki 6 saylı evin 52-ci mənzilindən istifadə hüququna xitam verilməsi, kompensasiyanın məbləğinin hər 4 cavabdeh üçün birgə olmaqla cəmi 12000 manat müəyyən edilməsi, mediasiya və məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-59/2024 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, ev 6, 52 saylı mənzilə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 istifadə hüququna ümumilikdə 12000 (on iki min) manat məbləğdə kompensasiya müqabilində xitam verilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat və mediasiya xərci kimi ödənilmiş 60 (altmış) manat məbləğində pul Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, Xətai Rayon Məhkəməsinin e-2(011)-59/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsininin ləğv edilməsi və cavabdehin istifadə hüququnun saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-59/2024 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 59/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh3 şikayət verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı mülki iş üzrə qəbul edilmiş qətnamə ona şəxsən təqdim edilmədiyi üçün qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin başlanğıcı müəyyən edilməmişdir. Məhkəmənin qeyd etdiyi mövqe ilə razılaşmayaraq bildirir ki, məhkəmə, qətnamənin elektron məhkəmə sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə məhkəmə sənədinin S.Süleymanova çatdırılmış olduğu qənaətinə gəlməklə hesab edir ki, prosessual hüquq normasının tətbiqində yanlışlığa yol vermiş və bununla da prosessual hüquq normasının göstərişlərini pozmaqla qərardad qəbul etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-59/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 59/2024 saylı qətnaməsi cavabdehin ünvanına xəbərnaməli poçt vasitəsilə göndərilmiş, xəbərnamə imza edilməklə rəsmi qaydada alınmış, cavabdehin qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 1 aylıq prosessual müddətin axını xx.xx.2024-cü il tarixdən başlamış və xx.xx.2024-cü il tarixdə bitmişdir. Göründüyü kimi, qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin başlanğıcının müəyyən edilsə də, qeyd edilən qətnamədən apellyasiya şikayəti cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə, yəni qanunvericiliklə müəyyən edilmiş 1 aylıq mübahisələndirmə müddəti ötürülməklə məhkəməyə təqdim edilmiş, bununla belə şikayətə buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir. Qeyd edilən hallar isə apellyasiya şikayətinin geri qaytarılması üçün əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-59/2024 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Şikayətin, cavabdeh hazırkı mülki iş üzrə qəbul edilmiş qətnamənin ona şəxsən təqdim edilmədiyi üçün qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin başlanğıcının müəyyən edilməməsini göstərməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi 13 avqust 2024-cü il tarixdə cavabdehə çatdırılmışdır. Hətta cavabdeh apellyasiya şikayətində həmin qətnamənin 06 avqust 2024-cü il tarixdə əldə edildiyini qeyd etmişdir.(cild 2, i.v. 26) Həmçinin şikayətdə məhkəmənin qətnamənin elektron məhkəmə sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə məhkəmə sənədinin ona çatdırılmış olduğu qənaətinə gəlməsi, bununla da prosessual hüquq normasının göstərişlərini pozmaqla qərardad qəbul edilməsi göstərilsə də, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qərarında qətnamənin elektron məhkəmə sistemində yaradılmış elektron kabinetə yerləşdirilməsinə ümumiyyətlə istinad etməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. «Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Bu baxımdan, məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş şikayətin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin apelyasiya şikayətinin geri qaytarılması ilə bağlı gəldiyi bu nəticəsi tam qanuni və işin hallarına uyğundur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-59/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-7076/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7076/2024
23.12.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver