Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-7082/2025 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı («xxxx» ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ilk, Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “yaşayış sahəsi üçün artıq alınmış vəsaitin qaytarılması və müqavilə üzrə öhdəliyin icrası” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin vəkili və nümayəndəsi vəkil2 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı («xxxx» ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “yaşayış sahəsi üçün artıq alınmış vəsaitin qaytarılması” tələbinə dair ilk və Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilə üzrə öhdəliyin icrası” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı (alıcı) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (satıcı) arasında bağlanmış ##.##.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı üçün beh haqqında razılaşmanın surətindən görünür ki, "satıcı" ünvan 10 ünvanında özünə məxsus torpaq sahəsində inşa etdiyi "Star Life" yaşayış kompleksində B blokun, 16-cı mərtəbəsində yerləşən ümumi inşaat sahəsi 104,76 m2 olan 2 otaqlı, * nömrəli təmirsiz mənzil ilə "alıcını" təmin etməyi öhdəsinə götürür. Tərəflər arasındakı razılaşmaya əsasən mənzilin dəyəri 195,377.40 təşkil edir. "Alıcı" həmin mənzili almaq niyyətində olduğu üçün ##.##.2022-ci il saat 23:59:59-dək "satıcı" ilə "mənzil inşaatı" müqaviləsini bağlamağı öhdəsinə götürür. Müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə "alıcı" "satıcıya" 2,000 manat məbləğində beh ödəyir.
2. İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru Fatih Işılaka ünvanlanmış ##.##.2022-ci il tarixli üzərinə “Etiraz etmirəm” yazılmaqla dərkənar edilmiş ərizənin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC tərəfindən ünvan 10 ünvanında özünə məxsus torpaq sahəsində inşa etdiyi "Star Life" yaşayış kompleksində B blokun, 16-cı mərtəbəsində yerləşən ümumi inşaat sahəsi 104,76 m2 olan, ümumi dəyəri 195.377,40 olan 2 otaqlı, * nömrəli təmirsiz mənzilin alqı-satqısına dair onunla müqavilənin bağlanmasını və ##.##.2022-ci il tarixində ödədiyi beh məbləğini həmin müqavilə üzrə aparılacaq hesablaşmalarda müqavilə üzrə öhdəliklərinin icrası hesabına daxil edilərək nəzərə alınmasını xahiş etmişdir.
3. İddiaçı (sahib) ilə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (inşaatçı) arasında bağlanmış ##.##.2022-ci il tarixli, BSLP-***/** nömrəli mənzil inşaatı müqaviləsinin surətindən görünür ki, inşaatçı Azərbaycan Respublikasının qanunvericiliyinə, inşaat sənayesində mövcud olan işgüzar adətlərə və müvafiq qaydada aidiyyəti təşkilatlar tərəfindən təsdiq olunmuş layihə sənədlərinə uyğun olaraq, ünvan 10 ünvanında özünə məxsus olan torpaq sahəsində inşa etdiyi “Star Life” yaşayış kompleksinin B blokunun 16cı mərtəbəsində yerləşən, ümumi inşaat sahəsi 104,76 m2 olan, 2 otaqlı, * nömrəli təmirsiz mənzil ilə sahibi təmin etməyi və sahib əldə etdiyi mənzilin həmin müqavilə ilə razılaşdırılmış dəyərini (qiymətini) müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə İnşaatçıya ödəməyi öhdəsinə götürür. “Təmirsiz” dedikdə mənzilin girişinə qədər su, elektrik, qaz xətlərinin verilməsi, çöl giriş qapısının və çöl pəncərələrinin qoyulması, balkon qapısı ilə təmin olunması nəzərdə tutulur. Müqavilədə başqa hal nəzərdə tutulmazsa, inşaatçı mənzilin inşaatının başa çatdırılması üçün lazım olan bütün materialları, işçi qüvvəsini və avadanlıqları öz vəsaiti hesabına təmin edir. Bu maddənin məqsədləri üçün “inşaat sahəsi” dedikdə, mənzilin daxili, hol və çöl divarları, eyvan, eləcə də kolonların tutduğu sahələrin hamısı, qonşu divarlarının isə yarısı nəzərdə tutulur. Müqavilə ilə mənzilin ümumi dəyəri 195.377,40 manat müəyyən olunmuşdur.
4. «xxxx» ASC-nin 20 Yanvar filialı ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli DKM/***N**A******** saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 166070,40 manat məbləğində illik 9% ödənilməsi şərtilə 264 ay müddətinə Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 31 ünvanında "Star Life" yaşayış kompleksində B blokun, 16-cı mərtəbəsində yerləşən 104,76 m2 ümumi sahədən ibarət 2 otaqlı, * nömrəli mənzilin qalıq dəyərinin ödənilməsi məqsədilə kredit verilir.
5. ##.##.2022-ci il tarixli DKM/***N**A********/GM saylı girov müqaviləsindən görünür ki, «xxxx» ASC-nin 20 Yanvar filialı ilə Cavabdeh MMC-nin direktoru F.İsılak arasında girov saxlayanla İddiaçı arasında Bakı şəhərində bağlanmış ##.##.2022-ci il tarixli DKM/***N**A******** saylı kredit müqaviləsindən irəli gələn bütün pul tələblərinin təmin edilməsi üçün girov müqaviləsi bağlanmışdır. Girov predmeti kimi hazırki müqavilədə təsvir edilən bank əmanəti müqaviləsi üzrə pul vəsaitlərinin müqavilənin 3.1-ci bəndi ilə müəyyən edilmiş miqdarda hissəsi çıxış edir.
6. “xxxx” ASC (girov saxlayan) ilə Cavabdeh MMC (girov qoyan) arasında bağlanmış ##.##.2022-ci il tarixli DKM/***N**A********/GM saylı girov müqaviləsinin surətindən görünür ki, həmin müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə girov qoyan tərəflər arasında bağlanmış ##.##.2021-ci il tarixli ***S************ №-li bank əmanəti müqaviləsinə əsasən əmanətdə yerləşdirilmiş pul vəsaitlərinin bu müqavilənin 3.1-ci bəndi ilə müəyyən edilmiş miqdarda hissəsini girov saxlayana girova verir. Bununla tərəflər razılığa gəlir və təsdiq edir ki, bu müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliklərin mövcud olduğu müddət ərzində əmanət müqaviləsinə əmanət müddətinin bitməsi nəticəsində və ya həmin müqavilədə nəzərdə tutulmuş hər hansı digər əsasla xitam verilərsə və buna uyğun olaraq əmanətdə olan vəsaitlərin qalığı əmanət müqaviləsi ilə müəyyənləşdirilən şərtlərlə girov qoyana girov saxlayanda açılmış müvafiq cari hesaba köçürülərsə, həmin pul vəsaitlərinin kredit müqaviləsi üzrə öhdəliklərin icrasına kifayət edən məbləğdə hissəsi qeyd edilən cari hesabda bloklaşdırılır.
7. ##.##.2022-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş 3M-4452 reyestr saylı müqavilədən görünür ki: - 1.1. ünvan 10 ünvanında mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış və həmin torpaq sahəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölərək, bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış «Satıcı/Podratçı» bölünmə planına əsasən yaranan paylardan birini – *** nömrəli pay ((bundan sonra bu Müqavilədə «Pay» adlanacaq) (mülkiyyət hüququnu təsdiq edən sənəd: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış; reyestr №-si: 008013001210; qeydiyyat №-si: 1122052699)) və tikintisi başa çatmayan binanın həmin Payla bağlı olan tərkib hissəsi (B blokunun 16-cı mərtəbəsində yerləşən, ümumi inşaat sahəsi 90,7 m2 olan, 2 otaqlı, * nömrəli təmirsiz mənzil (bundan sonra bu Müqavilədə «Tərkib Hissə» adlanacaq)) ilə «Alıcı/Sifarişçi»ni təmin etməyi öhdəsinə götürür. «Alıcı/Sifarişçi» əldə etdiyi Payın və Tərkib Hissənin bu Müqavilə ilə razılaşdırılmış dəyərini (qiymətini) Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə «Satıcı/Podratçı»ya ödəməyi öhdəsinə götürür. 2.1. Payın və Tərkib Hissənin ümumi dəyəri 195 377 manat məbləğində müəyyən olunur. Payın və Tərkib Hissənin bu maddədə müəyyən edilmiş ümumi dəyərindən 29.307 manat məbləğində pul vəsaitini «Alıcı/Sifarişçi» «Satıcı/Podratçı»ya Müqavilə imzalandığı tarixdə, qalan 166.070 manat məbləğində pul vəsaitini isə «Alıcı/Sifarişçi» ilə «xxxx» ASC arasında bağlanacaq kredit müqaviləsinə əsasən Payın və Tərkib Hissənin qalıq dəyərinin ödənilməsi məqsədilə ona veriləcək kredit hesabına ##.##.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürür.
8. ƏMDX yanında DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş ##.##.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi 139, 141, *** saylı evin * saylı mənzili (Yeni qaydalarla: M16, m3) xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
9. «xxxx» MMC-nin ##.##.2024-cü il tarixli M-****-*/XB saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 6 (Əbdülvahab Salamzadə küçəsi, giriş 141, M16, m3) ünvanda yerləşən, çıxarış üzrə ümumi sahəsi 85,60 m2 (faktiki texniki pasport üzrə lociyalar tam daxil 90,40 m2) olan, 2 otaqlı (faktiki 3 otağa düzəldilib), İddiaçı məxsus * nömrəli mənzilin ## ##### 2024-cü il tarixinə bazar və likvid dəyərləri aşağıdakı kimidir: bazar dəyəri 230.000 manat, likvid dəyəri 211.000 manat.
10. ##.##.2024-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş 4Ə-611 reyestr saylı, AN-İ seriyalı ******* saylı müqavilədən görünür ki, Cavabdeh MMC Bakı şəhəri Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi, ev 139, 141, 143, mənzil 1 (yeni qaydalarla: AZ1111, ünvan 9) ünvanda yerləşən, ümumi sahəsi 117,7 m2 olan mənzili 289.360 manata X3.
11. ##.##.2024-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş 4Ə-762 reyestr saylı, AN-İ seriyalı ******* saylı müqavilədən görünür ki, Cavabdeh MMC Bakı şəhəri Nəsimi rayonu Əbdülvahab Salamzadə küçəsi, ev 139, 141, 143, mənzil 1 (yeni qaydalarla: AZ1111, ünvan 8) ünvanda yerləşən, ümumi sahəsi 115,1 m2 olan mənzili 314.180 manata X1.
12. ##.##.2024-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş 4Ə-1367 reyestr saylı, AN-İ seriyalı ******* saylı müqavilədən görünür ki, Cavabdeh MMC yeni qaydalarla: AZ1111, ünvan 7 ünvanda yerləşən, ümumi sahəsi 123,1 m2 olan mənzili 361.488 manata X2.
13. Cavabdeh MMC-nin İddiaçı ünvanladığı ##.##.2024-cü il tarixli ***/** saylı və ##.##.2024-cü il tarixli ***/** saylı məktublarından görünür ki, Cavabdeh MMC İddiaçı müraciət etmişdir. Qeyd olunmuşdur ki, İddiaçı ilə Cavabdeh MMC arasında ##.##.2022-ci il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış və notariat qaydasında təsdiqlənmiş (reyestrdə 3M-4452 № ilə qeyd edilib) müqavilə ilə üzərinə düşən vəzifələr lazımi qaydada icra edilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 6.4-cü bəndinə əsasən, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində tərkib hissələrin bağlı olduğu paylarla əlaqədar təminat qeydi daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən 10 təqvim günündən gec olmayaraq «Alıcı/Sifarişçi», Payın və Tərkib Hissənin əldə edilməsinin maliyyələşdirilməsi məqsədi ilə onunla Bank («xxxx» ASC) arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün Bank ilə müvafiq ipoteka müqaviləsi bağlamaqla Payın və Tərkib Hissənin sonuncunun ipoteka hüququ ilə yüklü edilməsini öhdəsinə götürür. Bu öhdəliyin icra olunması üçün zəruri olan hərəkətləri «Alıcı/Sifarişçi» şəxsən yerinə yetirə bilmədikdə, həmin hərəkətlərin «Satıcı/Podratçı»nın təyin etdiyi şəxs tərəfindən yerinə yetirilməsi üçün «Alıcı/Sifarişçi» həmin şəxsə notarial qaydada təsdiq olunmuş müvafiq etibarnamə verməlidir. Bu maddədə göstərilmiş öhdəliklərin Sahib tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsi Müqavilənin 10.1 və 10.2-ci bəndlərində nəzərdə tutulmuş hüquqi nəticələrin yaranmasına səbəb olacaqdır. Lakin yaşayış kompleksinin istismara verilməsindən xeyli müddət keçməsinə baxmayaraq, İddiaçı Mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından və Bank ilə müvafiq ipoteka müqaviləsi bağlamaqdan müxtəlif bəhanələrlə yayınır. Xatırladılmışdır ki, tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq, «Alıcı/Sifarişçi» tərəfindən hər hansı bir səbəbə görə müqavilə şərtləri (bir və ya bir neçə maddənin tələbləri tam və ya qismən) pozularsa, bu Müqavilə ilə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra edilməzsə, «Satıcı/Podratçı»nın Müqaviləni birtərəfli qaydada ləğv etmək və Mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququ var. «Alıcı/Sifarişçi» bununla əlaqədar «Satıcı/Podratçı»ya qarşı heç bir pretenziya (tələb) irəli sürə bilməz. Müqavilə bu əsasla (əsaslarla) «Satıcı/Podratçı»nın təşəbbüsü ilə birtərəfli qaydada ləğv edildiyi halda «Alıcı/Sifarişçi» Pay və Tərkib Hissəyə görə ödənilmiş ümumi məbləğin 10 faizi miqdarında «Satıcı/Podratçı»ya cərimə ödəməlidir (Müqavilənin 10.1 və 10.2-ci maddələri). Eyni öhdəlik daha əvvəl, yəni ##.##.2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış müqavilədə də nəzərdə tutulmuşdur. Həm ##.##.2022-ci il tarixli müqavilədə (6.2-ci bənd), həm də sonradan tərəflər arasında imzalanmış və notariat qaydasında təsdiqlənmiş ##.##.2022-ci il tarixli müqavilədə (6.4-cü bənd) bu öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsinin hər iki Müqavilənin 10.1 və 10.2-ci bəndlərində nəzərdə tutulmuş hüquqi nəticələrin yaranmasına səbəb olacağı, yəni Müqavilənin Cavabdeh MMC tərəfindən birtərəfli qaydada ləğv edilməsi və Mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququna malik olması nəzərdə tutulmuşdur. Şərh olunanları nəzərə alaraq bildirilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli və ##.##.2022-ci il tarixli müqavilələri, müqavilə şərtlərinin İddiaçı tərəfindən əhəmiyyətli dərəcədə pozulması səbəbindən birtərəfli qaydada ləğv olunmuş hesab olunur.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli **/**** saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndinin tələblərinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının ## ###### 2012-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş «Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları»na əsasən, baxış zamanı təqdim edilmiş ünvan 6 (yeni qaydalarla M16, m3) ünvanda yerləşən * saylı mənzilin ümumi sahəsinin 86,85 m2 təşkil etdiyi müəyyən olunur (Qərardadın 1, 2, 7 və 8- ci sualları üzrə). * saylı mənzilin faktiki sahəsi, həmçinin mənzilin kənar divarlarının və arakəsmələrinin, məhəccərlərin yerləşdiyi sahələr, şaxta altına, beton sütunlar altına düşən sahələr daxil olmaqla faktiki tikinti sahəsinin 112,3 m2 (91,6 + 20,7) təşkil etdiyi müəyyən edilmişdir (Qərardadın 3 və 6-cı sualları üzrə). Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir (Qərardadın 4-cü sualı üzrə). * saylı mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadan, bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr, sobanın (buxarının), sütunların və şaxtaların yerləşdiyi sahə nəzərə alınmadan) 91,6 m2 təşkil etdiyi müəyyən edilmişdi.
15. «xxxx» MMC-nin ##.##.2025-ci il tarixli MB**/**** saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 6 (yeni qaydalarla: M16, m3) ünvanda yerləşən * saylı mənzilin iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı ##.##.2024-cü il tarixdə mövcud olmuş və hazırda mövcud olan qiymətlər (mənzildə aparılmış təmir işləri və əmlakı yaxşılaşdıran, onun dəyərini artıran işlər nəzərə alınmadan) nəzərə alınmaqla ##.##.2024cü il tarixə bazar dəyəri 172.000 manat, ##.##.2025-ci il tarixə bazar dəyəri 209.700 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
16. İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı («xxxx» ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «İnşaatçı» Cavabdeh MMC ilə bağlanmış ##.##.2022-ci il tarixli müqaviləyə əsasən ünvan 6 ünvanda (Yeni qaydalarla: M16, m3) yerləşən * saylı mənzil üçün cavabdeh tərəfindən artıq alınmış 35.733,40 manat məbləğin cavabdeh «İnşaatçı» Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə «İnşaatçı» Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ümumi sahəsi 104,76 m2 -dən ibarət olan ünvan 5 ünvanda inşaat etdiyi «Star Life» yaşayış kompleksinin «B» blokunun 16-cı mərtəbəsində yerləşən ümumi inşaat sahəsi 104,76 m2 olan 2 otaqlı * nömrəli təmirsiz mənzil ilə sahibi təmin etməyi öhdəsinə götürür və əmlak mülkiyyətçisinin mülkiyyətinə verməyi öhdəsinə götürməsi barədə ##.##.2022-ci il tarixli BSLP-***/** №-li müqavilə bağlanmışdır. Müqavilənin predmeti «B» blokun 16 mərtəbəsində yerləşən 104,76 m2 -dən ibarət * nömrəli mənzildir. Müqavilənin qiyməti 195.377,40 manatdır. Müqavilə qiymətinin son ödəniş tarixi ##.##.2022-ci il müəyyən olunmuşdur. İddiaçı ##.##.2022-ci il tarixli daşınmaz əmlakın alğı-satqısı üçün beh haqqında razılaşmaya əsasən 2.000 manat ödəmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən mənzilin ümumi dəyəri 195.377,40 manat məbləğində müəyyən olunmuşdur. Mənzilin bu maddədə müəyyən edilmiş ümumi dəyərindən 2.000 manat + 27.307 manat = 29.307 manat məbləğində pul vəsaitini iddiaçı qabaqcadan nağd şəkildə «İnşaatçı»ya müqavilənin imzalandığı tarixdə ödəmiş, qalan 166.070,40 manat məbləğində pul vəsaitini isə iddiaçı ilə «xxxx» ASC arasında bağlanmış ##.##.2022- ci il tarixli DKM/***N**ao******* nömrəli kredit müqaviləsinə əsasən ona verilmiş kredit hesabına ##.##.2022-ci il tarixədək tam ödəmişdir. İddiaçı ##.##.2024-cü il tarixdə ünvan 4 ünvanda yerləşən * saylı (Yeni qaydalarla: M16, m3) mənzilə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alarkən məlum olmuşdur ki, mənzilin ümumi sahəsi 104,76 m2 deyil, 85,60 m2 -dir və iddiaçıdan mövcud olmayan 19,16 m2 mənzil sahəsi üçün 19,16 m2 x 1.865 manat = 35.733,40 manat artıq alınmışdır. «İnşaatçı» Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış ##.##.2022-ci il tarixli müqavilə üzrə mənzilin ümumi sahəsi 104,764 m2 göstərilsə də, pulu tam ödənilsə də, lakin çıxarış sənədinə istinadən müqavilə üzrə mənzil üçün cavabdeh iddiaçıya olmayan aşağıda qeyd edilən sahəni satmışdır. Mənzilin ümumi sahəsi müqavilədə qeyd edilən kimi 104,76 m2 deyil, çıxarış üzrə 85,60 m2 -dir və iddiaçıdan mövcud olmayan 19,16 m2 mənzil sahəsi üçün 19,16 m2 x 1.865 manat = 35.733,40 manat artıq alınmışdır. Beləliklə, iddiaçı müqavilə şərtlərinə tam əməl edərək üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirib, lakin «İnşaatçı» Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dəyərini tam ödədiyi mənzilin ümumi sahəsində aldadılmış və aldadıldığını çıxarış aldıqdan sonra bilmişdir.
18. Cavabdeh MMC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə Cavabdeh MMC arasında ##.##.2022- ci il tarixdə bağlanmış müqavilənin və Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2022-ci il tarixdə bağlanmış və notariat qaydasında təsdiqlənmiş (reyestrdə 3M-4452 nömrə ilə qeyd edilib) müqavilənin ləğv edilmiş hesab olunması; Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2022-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, ünvanı ünvan 2 (reyestr №-si: 008013001392-05301- 093121; qeydiyyat №-si: 1124042683) üzərində Daşınmaz Əmlakın Dövlət Reyestrində İddiaçı adına aparılmış mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi; həmin mənzilin Cavabdeh MMC-yə təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC ilə bağlanmış ##.##.2022-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən * saylı mənzil üçün artıq alınmış 35.733,4 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsası kimi İddiaçı, onunla Cavabdeh MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli müqaviləyə istinad etmişdir. Lakin iddiaçı nəzərə almamışdır ki, daha sonra, yəni ##.##.2022-ci il tarixdə tərəflər arasında həmin mənzilə dair Bakı şəhəri ** saylı notariat ofisində notariat qaydasında təsdiqlənmiş (reyestrdə 3M- 4452 № ilə qeyd edilib) yeni müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, ünvan 5 ünvanda mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış və həmin torpaq sahəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölərək, bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış «Satıcı/Podratçı» (Cavabdeh MMC) bölünmə planına əsasən yaranan paylardan birini – *** nömrəli pay (mülkiyyət hüququnu təsdiq edən sənəd: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış; reyestr №-si: 008013001210; qeydiyyat №-si: 1122052699)) və tikintisi başa çatmayan binanın həmin payla bağlı olan tərkib hissəsi olan B blokunun 16-cı mərtəbəsində yerləşən, ümumi inşaat sahəsi 90,7 m2 olan, 2 otaqlı, * nömrəli təmirsiz mənzil ilə «Alıcı/Sifarişçi»ni (İddiaçı) təmin etməyi, «Alıcı/Sifarişçi» isə əldə etdiyi Payın və Tərkib Hissənin bu Müqavilə ilə razılaşdırılmış dəyərini (qiymətini) müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə «Satıcı/Podratçı»ya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin razılaşmasına əsasən, mənzilin ümumi dəyəri 195.377 manat müəyyən olunmuşdur. Mənzilin ümumi dəyərindən 29.307 manat məbləğində pul vəsaiti ilkin ödəniş olaraq İddiaçı tərəfindən Cavabdeh MMCyə ödənilmiş, qalan 166.070 manat məbləğində pul vəsaiti isə İddiaçı ilə «xxxxı» ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən mənzilin qalıq dəyərinin ödənilməsi məqsədilə ona verilmiş kredit hesabına Cavabdeh MMC-nin depozit hesabına köçürülmüşdür. Bununla yanaşı, Bankla Cavabdeh MMC arasında bağlanmış ##.##.2021ci il tarixli Əməkdaşlıq haqqında sazişin şərtlərinə, eləcə də İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilənin (2.2-ci bənd) və İddiaçı ilə Bank arasında bağlanmış ##.##.2022-ci il tarixli DKM/***N**A******** nömrəli kredit müqaviləsinin (1.3.1-ci bəndi) şərtlərinə müvafiq olaraq bankla Cavabdeh MMC arasında ##.##.2022-ci il tarixdə DKM/***N**A********/GM nömrəli girov müqaviləsi imzalanmışdır. Həmin girov müqaviləsinə əsasən, borcalan İddiaçı ilə bank arasında imzalanmış kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə mənzilin qalıq dəyərinin ödənilməsi üçün ona verilmiş kredit hesabına Cavabdeh MMC-nin depozit hesabına köçürülmüş, mənzilin qalıq dəyəri olan 166.070,4 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən bankın xeyrinə girov qoyulmuşdur. Yalnız Cavabdeh MMC tərəfindən inşa ediləcək bina istismara qəbul edildikdən və borcalan İddiaçı əldə etdiyi mənzilə dair mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına aldıraraq, bankla müvafiq ipoteka müqaviləsi bağlamaqla mənzili sonuncunu ipoteka hüququ ilə yüklü etdikdən sonra yuxarıda qeyd olunan pul vəsaiti girovdan azad olunacaqdır. Həm ##.##.2022-ci il tarixli müqavilə ilə (6.2-ci bənd), həm də sonradan tərəflər arasında imzalanmış və notariat qaydasında təsdiqlənmiş ##.##.2022-ci il tarixli müqavilə ilə (6.4-cü bənd) belə bir öhdəlik (mənzilin yerləşdiyi binanın istismara qəbul edildikdən sonra mənzilə dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınması və bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün bankla müvafiq ipoteka müqaviləsi bağlamaqla mənzili sonuncunun ipoteka hüququ ilə yüklü edilməsi öhdəliyi) İddiaçı üzərinə qoyulmuşdur. Bu öhdəlik İddiaçı ilə bank arasında bağlanmış ##.##.2022-ci il tarixli DKM/***N**A******** nömrəli kredit müqaviləsinin 3.4.2-ci bəndində də borcalanın vəzifəsi kimi nəzərdə tutulmuşdur. Lakin yaşayış kompleksinin istismara verilməsindən xeyli müddət keçməsinə, mənzilə dair İddiaçı mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınmasına və Reyestrdən müvafiq çıxarışın verilməsinə baxmayaraq, o, müqavilə ilə üzərinə götürdüyü öhdəliyi pozaraq, bankla müvafiq ipoteka müqaviləsini bağlamaqdan müxtəlif bəhanələrlə yayınır. Halbuki, həm ##.##.2022-ci il tarixli Müqavilədə (6.2-ci bənd), həm də sonradan tərəflər arasında imzalanmış və notariat qaydasında təsdiqlənmiş ##.##.2022-ci il tarixli Müqavilədə (6.4-cü bənd) bu öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsinin hər iki Müqavilənin 10.1 və 10.2-ci bəndlərində nəzərdə tutulmuş hüquqi nəticələrin yaranmasına səbəb olacağı, yəni Müqavilənin Cavabdeh MMC tərəfindən birtərəfli qaydada ləğv edilməsi və mənzilə dair üçüncü şəxslərlə yeni şərtlərlə müqavilə bağlamaq hüququna malik olması nəzərdə tutulmuşdur. Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərinin lazımi qaydada icra edilməsi, əks təqdirdə müqaviləyə birtərəfli qaydada xitam veriləcəyi barədə bildirişin də İddiaçı təqdim edilməsinə baxmayaraq, heç bir müsbət nəticə əldə olunmamış və o, bu öhdəlikləri yenə də icra etməmişdir. Bunların nəticəsində isə, Cavabdeh MMC müqavilə üzrə öz öhdəliklərinin icrası kimi İddiaçı təhvil verdiyi mənzilin qalıq dəyəri olan və «xxxx» ASC-nin girovunda qalan 166.070,4 manat məbləğində pul vəsaitini öz cari hesabına köçürmək və həmin vəsaitdən istifadə etmək imkanından məhrum olmuşdur. Beləliklə, göründüyü kimi, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilə üzrə münasibətlər daha sonra, yəni ##.##.2022-ci il tarixdə tərəflər arasında Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış və notariat qaydasında təsdiqlənmiş eyni məzmunlu digər müqavilə üzrə münasibətlərə transformasiya olunmuşdur. Hər iki müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin İddiaçı tərəfindən lazımi qaydada icra edilməməsi nəticəsində Cavabdeh MMC müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Hesab edirlər ki, İddiaçı müqavilə üzrə onun üzərinə düşən öhdəlikləri icra etməməklə müqaviləni əhəmiyyətli dərəcədə pozduğuna görə və müqavilədə, onun birtərəfli qaydada ləğv edilməsi imkanı nəzərdə tutulduğuna görə tərəflər arasında bağlanmış hər iki müqavilə ləğv edilmiş hesab olunmalıdır. ##.##.2022-ci il tarixdə tərəflər arasında Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış və notariat qaydasında təsdiqlənmiş (reyestrdə 3M-4452 nömrəsi ilə qeyd edilib) müqaviləyə əsasən, ünvanı ünvan 2 (reyestr №-si: 008013001392-05301-093121; qeydiyyat №-si: 1124042683) üzərində Daşınmaz Əmlakın Dövlət Reyestrində İddiaçı adına aparılmış mülkiyyət hüququnun qeydiyyatı ləğv edilməli və mənzil Cavabdeh MMC-yə qaytarılmalıdır.
20. Sonradan, Cavabdeh MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında ##.##.2022-ci il tarixdə bağlanmış müqavilə ilə və Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2022-ci il tarixdə bağlanmış və notariat qaydasında təsdiqlənmiş müqavilə ilə İddiaçı üzərinə götürdüyü öhdəliklərinin icrası olaraq, İddiaçı ilə «xxxx» ASC arasında bağlanmış ##.##.2022-ci il tarixli DKM/***N**A******** nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə müvafiq ipoteka müqaviləsini bağlamaqla, ünvanı ünvan 3 olan mənzilin sonuncunun ipoteka hüququ ilə yüklü edilməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdeh İddiaçı həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən ilk iddia tələbinin rədd edilməsi, ilk iddia üzrə ödənilmiş dövlət rüsumunun ilk iddia üzrə iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatın dəyəri olan 100 manatın İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba və 300 manat qiymətləndirmə xərcinin tutularaq «xxxx» MMC-nin təqdim etdiyi hesaba ödənilməsi, Cavabdeh MMC-nin İddiaçı qarşı “müqavilə üzrə öhdəliyin icrası” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında ##.##.2022-ci il tarixdə bağlanmış müqavilə ilə və Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2022-ci il tarixdə bağlanmış və notariat qaydasında təsdiqlənmiş müqavilə ilə İddiaçı üzərinə götürdüyü öhdəliklərinin icrası olaraq, İddiaçı ilə “xxxx” ASC arasında bağlanmış ##.##.2022-ci il tarixli DKM/***N**A******** nömrəli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank ilə müvafiq ipoteka müqaviləsi bağlamaqla, ünvanı ünvan 3 olan mənzilin sonuncunun ipoteka hüququ ilə yüklü edilməsi öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdeh İddiaçı həvalə olunması, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim Vüsalə Musayeva).
22. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış müqavilədə şərtləşdirilmiş ümumi inşaat sahəsi anlayışının meyarlarına uyğun olaraq mənzilin daxili, hol və çöl divarları, eyvan, eləcə də kolonların tutduğu sahələrin hamısı, qonşu divarlarının isə yarısı nəzərdə tutulmaqla - sahənin 104,76 m2 və ekspert rəyində göstərilən - mənzilin kənar divarlarının və arakəsmələrinin, məhəccərlərin yerləşdiyi sahələr, şaxta altına, beton sütunlar altına düşən sahələr daxil olmaqla - faktiki tikinti sahəsinin 112,3 m2 (91,6 + 20,7) təşkil etdiyini nəzərə alaraq qeyd edir ki, podratçı tərəfindən podratın icrasında qüsura yol verilməmişdir. Digər tərəfdən məhkəmə tərəflər arasında notariat qaydasında təsdiq edilməklə bağlanmış müqavilə şərtlərinə əsasən “inşaat sahəsi” anlayışının meyarları tətbiq edilməklə 90,7 m2 sahəsinin verilməsini bir daha ekspert rəyində göstərilən müvafiq azaltma əmsalları tətbiq olunmadan, bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr, sobanın (buxarının), sütunların və şaxtaların yerləşdiyi sahə nəzərə alınmadan isə sahənin ölçüsünün 91,6 m2 təşkil etməsinə dair müəyyən edilmiş halı müqayisə etməklə o qənaətə gəlir ki, hər bir halda podratçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş sahə sifarişçiyə şərtləşdirilmiş ölçüdə təqdim edilmişdir. İlk iddia üzrə iddiaçının mənzilin dövlət qeydiyyatına alınması zamanı qanunvericiliklə tətbiq edilməli əmsallar əsasında mənzilin sahəsinin müvafiq qeydiyyat sənədində müqavilədə göstərilən ölçüdən az göstərilməsi podratçının öhdəliyi lazımi qaydada icra etməməsi kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, podratçı tərəfindən müqavilə şərtlərinə uyğun ölçüdə sahə sifarişçiyə təqdim edildiyindən ilk iddia üzrə iddiaçı İddiaçı tərəfindən ilk iddia üzrə cavabdeh Cavabdeh MMC-yə hər hansı artıq ödəniş icra olunmamışdır, ilk iddia üzrə cavabdeh müqavilə öhdəliklərini icra etmişdir və ilk iddia üzrə iddiaçı qarşısında mübahisə predmeti ilə bağlı icra edilməmiş, yaxud tam şəkildə icra edilməmiş öhdəliyi qalmamışdır.Belə olduğu təqdirdə, sanki daha az ölçüdə təqdim edilmiş sahəyə görə daha artıq məbləğdə pulun ödənilməsinə dair ilk iddiaçının dəliləri əsaslı deyildir və buna dair iddia təmin edilə bilməz. Təqdim edilmiş sübutlardan göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilə bağlanmış müqavilə üzrə üzərinə mənzili üçüncü şəxs olan bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi ipoteka ilə yüklü edəcəyinə dair öhdəlik götürsə də, bu öhdəliyi icra etməmişdir. Tərəflər arasında etibarlı müqavilə münasibətləri əsasında qarşılıqlı iddia üzrə cavabdehin öz üzərinə düşən öhdəliyi icra etməməsi səbəbindən qarşılıqlı iddia üzrə iddiaçı haqqı çatanlardan məhrum olmuş, mənzil mülkiyyətçisinin həmin mənzili bankın xeyrinə ipoteka ilə yüklü etməməsinə görə podratçı şirkətinin podratın muzdu üzərində sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. Halbuki sifarişçinin müqavilə üzrə öhdəliyi icra etməsi, yəni mənzili onun tərəfindən götürülmüş kreditin təminatı olaraq ipoteka müqaviləsi bağlaması podratçının hüquqlarının bərpası deməkdir. Bu səbəbdən, qarşılıqlı iddia tələbi əsaslı və ədalətli olmaqla, təmin edilməlidir.
23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 324-cü. 385-ci, 386-cı, 404-cü, 405-ci, 442-ci. 445-ci, 448-ci, 762-ci maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 107-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
24. Qətnamədən ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti ilk iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim olunmuş ##.##.2024-ü il tarixli və ##.##.2024-cü il tarixli məktublar yalnız gözrən pərdə asmaq üçün edilmiş, heç bir hüququ əsası yoxdur, bank qarşısında üzrərimə götürdüyüm öhdəlikləri əgər hər hansı bir formada yerinə yetirməmişəmsə, bu barədə mənə MMC deyil, ilk növbədə bank özü irad tuta bilərdi, çünki ##.##.2022-ci il tarixli müqavilə bank ilə mənim aramda olan hüquq və öhdəliklərin dairəsini müəyyən edir, lakin bankın mənə qarşı belə bir xəbərdarlığı olmadığından, bu hissədə məhkəmənin gəldiyi nəticə əsassız və subyektiv fikirlərə əsaslanır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin vəkili və nümayəndəsi vəkil2 apellyasiya şikayətinə edərək təmin edilməməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, iddiaçı çıxarışı aldıqdan sonra mənzili banka ipotekaya qoymalıdır. Bu öhdəliyi icra etmədiyi təqdirdə onların müqaviləni birtərəfli qaydada ləğv etmək hüquqları müqavilədə öz əksini tapmışdır. Bununla bağlı Ali Məhkəmənin analoji işlərdə gəldiyi nəticələrə dair qərarları vardır. Həmçinin müqavilədə onlar 104 kvadrat metr mənzil sahəsi yox, inşaat sahəsi nəzərdə tutduqlarını qeyd etmişlər. Həmçinin müqavilənin 1.2-ci bəndində inşa sahəsi anlayışını təhlil edərək, oraya divarların çöl sahəsinin, ara kəsmələrin altının da aid olduğunu bildirmişlər. Notarial qaydada təsdiq edilmiş müqavilədə 90 kvadrat metr qeyd edilməsinin səbəbi isə artıq şəhərsalma və tikinti qanunvericiliyinə uyğun müqavilənin tərtib edilməsi olmuşdur. Müqavilədə 90 kvadrat göstərilməsinə baxmayaraq təyin olunmuş ekspert rəyində də mənzilin sahəsinin 112 kvadrat olmasını müəyyən etmişdir. İzahatının sonunda birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir.
28. İştirak etdiyi məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin vəkili və nümayəndəsi Kərimov İlyas Həsən oğlu apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
29. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin vəkili və nümayəndəsi vəkil1 apellyasiya şikayətinə münasibət bildirərək şikayəti ilə razılaşmadıqlarını, burada hər üç tərəfin arasında yaranan münasibətlər əlaqəli olduğunu, cavabdehin pul vəsaitini girov saxladıqlarını, hər dəfə iddiaçı ödəniş etdikcə girov məbləğindən çıxdıqlarını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.1.2-ci və 6.1.5-ci maddələrinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərinə aid edilmişdir; 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur; 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
33. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə nəticəyə gələrkən işin müəyyən edilmiş faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən qətnamədə qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməlidir.
36. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətlərinin dəlillərinə istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbi təmin etməməklə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bələ ki, tərəflər arasında bağlanmış ilkin müqavilə şərtinə əsasən ilk iddia üzrə cavabdeh Cavabdeh MMC tərəfindən ilk iddia üzrə iddiaçı İddiaçı ümumi inşaat sahəsi 104,76 m2 olan və eyni tərəflər arasında bağlanmış digər müqavilə şərtlərinə əsasən isə ilk iddia üzrə cavabdeh Cavabdeh MMC ilk iddia üzrə iddiaçı İddiaçı 90,7 m2 sahəsi olan, 2 otaqlı, * nömrəli təmirsiz mənzil verməyi, ilk iddia üzrə iddiaçı isə müqavilədə şərtləşdirilmiş pul vəsaitini ilk iddia üzrə cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilə şərtlərində “inşaat sahəsi” anlayışı verilərək bu ifadənin mənzilin daxili, hol və çöl divarları, eyvan, eləcə də kolonların tutduğu sahələrin hamısını, qonşu divarlarının isə yarısını nəzərdə tutması qeyd edilmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış ilkin və notariat qaydasında sonradan bağlanmış müqavilədə tərəflər mənzilin sahəsinin hansı qaydada ölçülməsini şərtləşdirmişlər. Müəyyən edildiyi kimi ilk iddia üzrə cavabdeh olan podratçı tərəfindən ilk iddia üzrə iddiaçıya həmin şərtlər nəzərə alınmaqla mənzil sahəsi təhvil verilmişdir. Bundan sonrakı mərhələdə ilk iddia üzrə iddiaçı mənzilin müvafiq dövlət qeydiyyatına alınması üçün aidiyyəti üzrə qeydiyyat orqanına müraciət etmiş və mənzilin müvafiq dövlət qeydiyyatına alınmasına dair sənəddə isə mənzilin sahəsi 85,60 m2 müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı təyin edilmiş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, mənzilin faktiki sahəsi, həmçinin mənzilin kənar divarlarının və arakəsmələrinin, məhəccərlərin yerləşdiyi sahələr, şaxta altına, beton sütunlar altına düşən sahələr daxil olmaqla faktiki tikinti sahəsinin 112,3 m2 (91,6 + 20,7) və müvafiq azaltma əmsalları tətbiq olunmadan, bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr, sobanın (buxarının), sütunların və şaxtaların yerləşdiyi sahə nəzərə alınmadan isə sahənin ölçüsünün 91,6 m2 təşkil etdiyi müəyyən olunur.
37. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə şərtləşdirilmiş ümumi inşaat sahəsi anlayışının meyarlarına uyğun olaraq - mənzilin daxili, hol və çöl divarları, eyvan, eləcə də kolonların tutduğu sahələrin hamısı, qonşu divarlarının isə yarısı nəzərdə tutulmaqla - sahənin 104,76 m2 və ekspert rəyində göstərilən - mənzilin kənar divarlarının və arakəsmələrinin, məhəccərlərin yerləşdiyi sahələr, şaxta altına, beton sütunlar altına düşən sahələr daxil olmaqla - faktiki tikinti sahəsinin 112,3 m2 (91,6 + 20,7) təşkil etdiyini nəzərə alaraq podratçı tərəfindən podratın icrasında qüsura yol verilməmişdir. Digər tərəfdən məhkəmə tərəflər arasında notariat qaydasında təsdiq edilməklə bağlanmış müqavilə şərtlərinə əsasən “inşaat sahəsi” anlayışının meyarları tətbiq edilməklə 90,7 m2 sahəsinin verilməsini bir daha ekspert rəyində göstərilən müvafiq azaltma əmsalları tətbiq olunmadan, bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr, sobanın (buxarının), sütunların və şaxtaların yerləşdiyi sahə nəzərə alınmadan isə sahənin ölçüsünün 91,6 m2 təşkil etməsinə dair müəyyən edilmiş halı müqayisə etməklə o qənaətə gəlir ki, hər bir halda podratçı tərəfindən müqavilə ilə nəzərdə tutulmuş sahə sifarişçiyə şərtləşdirilmiş ölçüdə təqdim edilmişdir. İlk iddia üzrə iddiaçının mənzilin dövlət qeydiyyatına alınması zamanı qanunvericiliklə tətbiq edilməli əmsallar əsasında mənzilin sahəsinin müvafiq qeydiyyat sənədində müqavilədə göstərilən ölçüdən az göstərilməsi podratçının öhdəliyi lazımi qaydada icra etməməsi kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, podratçı tərəfindən müqavilə şərtlərinə uyğun ölçüdə sahə sifarişçiyə təqdim edildiyindən ilk iddia üzrə iddiaçı İddiaçı tərəfindən ilk iddia üzrə cavabdeh Cavabdeh MMCyə hər hansı artıq ödəniş icra olunmamışdır, ilk iddia üzrə cavabdeh müqavilə öhdəliklərini icra etmişdir və ilk iddia üzrə iddiaçı qarşısında mübahisə predmeti ilə bağlı icra edilməmiş, yaxud tam şəkildə icra edilməmiş öhdəliyi qalmamışdır.
38. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflərin razılaşmasına əsasən, mənzilin ümumi dəyəri 195.377 manat müəyyən olunmuşdur. Mənzilin ümumi dəyərindən 29.307 manat məbləğində pul vəsaiti ilkin ödəniş olaraq İddiaçı tərəfindən Cavabdeh MMC-yə ödənilmiş, qalan 166.070 manat məbləğində pul vəsaiti isə İddiaçı ilə «xxxx» ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən mənzilin qalıq dəyərinin ödənilməsi məqsədilə ona verilmiş kredit hesabına Cavabdeh MMC-nin depozit hesabına köçürülmüşdür. Bununla yanaşı, bankla Cavabdeh MMC arasında bağlanmış ## ######## 2021-ci il tarixli Əməkdaşlıq haqqında Sazişin şərtlərinə, eləcə də İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli müqavilənin (2.2-ci bənd) və İddiaçı ilə Bank arasında bağlanmış ##.##.2022-ci il tarixli DKM/***N**A******** nömrəli kredit müqaviləsinin (1.3.1-ci bənd) şərtlərinə müvafiq olaraq bankla Cavabdeh MMC arasında ##.##.2022-ci il tarixdə DKM/***N**A********/GM nömrəli girov müqaviləsi imzalanmışdır. Həmin girov müqaviləsinə əsasən, borcalan İddiaçı ilə bank arasında imzalanmış kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə mənzilin qalıq dəyərinin ödənilməsi üçün ona verilmiş kredit hesabına Cavabdeh MMC-nin depozit hesabına köçürülmüş, mənzilin qalıq dəyəri olan 166.070,4 manat məbləğində pul vəsaiti Cavabdeh MMC tərəfindən bankın xeyrinə girov qoyulmuşdur. Yalnız Cavabdeh MMC tərəfindən inşa ediləcək bina istismara qəbul edildikdən və borcalan İddiaçı əldə etdiyi mənzilə dair mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alındıraraq, bank ilə müvafiq ipoteka müqaviləsi bağlamaqla mənzili sonuncunun ipoteka hüququ ilə yüklü etdikdən sonra yuxarıda qeyd olunan pul vəsaiti girovdan azad olunacaqdır. Həm ##.##.2022-ci il tarixli müqavilə ilə (6.2-ci bənd), həm də sonradan tərəflər arasında imzalanmış və notariat qaydasında təsdiqlənmiş ##.##.2022-ci il tarixli müqavilə ilə (6.4-cü bənd) belə bir öhdəlik (mənzilin yerləşdiyi binanın istismara qəbul edildikdən sonra mənzilə dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınması və Bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün Bank ilə müvafiq ipoteka müqaviləsi bağlamaqla mənzili sonuncunun ipoteka hüququ ilə yüklü edilməsi öhdəliyi) İddiaçı üzərinə qoyulmuşdur. Bu öhdəlik İddiaçı ilə Bank arasında bağlanmış ##.##.2022-ci il tarixli DKM/***N**A******** nömrəli kredit müqaviləsinin 3.4.2-ci bəndində də borcalanın vəzifəsi kimi nəzərdə tutulmuşdur. Hazırda isə qarşılıqlı iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti yaşayış kompleksinin istismara verilməsindən xeyli müddət keçməsinə, mənzilə dair İddiaçı mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınmasına və Reyestrdən müvafiq çıxarışın verilməsinə baxmayaraq, onun müqavilə ilə üzərinə götürdüyü öhdəliyi pozaraq, Bank ilə müvafiq ipoteka müqaviləsini bağlamaqdan yayınmasına istinad edərək müqavilə ilə üzərinə götürməli olan öhdəliyin ilk iddiaçının üzərinə qoyulmasını tələb edir.
39. Məhz birinci instansiya məhkəməsi də qarşılıqlı iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilə bağlanmış müqavilə üzrə üzərinə mənzili üçüncü şəxs olan bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi ipoteka ilə yüklü edəcəyinə dair öhdəlik götürsə də, bu öhdəliyi icra etməmişdir. Tərəflər arasında etibarlı müqavilə münasibətləri əsasında qarşılıqlı iddia üzrə cavabdehin öz üzərinə düşən öhdəliyi icra etməməsi səbəbindən qarşılıqlı iddia üzrə iddiaçı haqqı çatanlardan məhrum olmuş, mənzil mülkiyyətçisinin həmin mənzili bankın xeyrinə ipoteka ilə yüklü etməməsinə görə podratçı şirkətinin podratın muzdu üzərində sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır.
40. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır.
41. Belə ki, mövcud vəziyyətdə qarşılıqlı iddiaçı cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün ümumiyyətlə subyektiv hüquqa malik deyil. Bu da öz növbəsində onun iddiasının rədd edilməsini şərtləndirir.
42. Kollegiya qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
43. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir.
44. Yəni tərəflər müqavilə bağlayarkən müqavilə şərtlərini müəyyən etməkdə müstəqilliyə malik olmaları mülki qanunvericiliyin sərbəstliyi prinsipinə zidd olmamalıdır. Belə ki, hazırki iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanan ##.##.2022-ci il tarixli müqavilə ilə (6.2-ci bənd), həm də sonradan tərəflər arasında imzalanmış və notariat qaydasında təsdiqlənmiş ##.##.2022-ci il tarixli müqavilə ilə (6.4-cü bənd) belə bir öhdəlik nəzərdə tutulmuşdur ki, mənzilin yerləşdiyi bina istismara qəbul edildikdən sonra mənzilə dair mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində dövlət qeydiyyatına alınması və Bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün Bank ilə müvafiq ipoteka müqaviləsi bağlamaqla mənzili sonuncunun ipoteka hüququ ilə yüklü edilməsi öhdəliyi İddiaçı üzərinə qoyulmuşdur. Bu öhdəlik İddiaçı ilə Bank arasında bağlanmış ##.##.2022ci il tarixli DKM/***N**A******** nömrəli kredit müqaviləsinin 3.4.2-ci bəndində də borcalanın vəzifəsi kimi nəzərdə tutulmuşdur.
45. Kollegiya qeyd edir ki, sözügedən müqavilə məhz bu müqaviləni bağlayan iki tərəfin iradəsinə uyğun olmaqla iki tərəf bir-biri qarşısında müqavilədən irəli gələn hüquqları və vəzifələri mövcud olur. İddiaçı yalnız öz hüquq və manafelərinin pozulmasına əsaslanaraq iddia qaldırmalıdır. Yəni, hazırki halda iddiaçının dəlili məhz cavabdehin ipoteka müqaviləsi bağlamaqla mənzilini bank qarşısında yüklü etmədiyinə görə bankın onun depozit hesabındakı pulun çıxarılmasına icazə verməməsi yəni həmin məbləğin verilən kreditə münasibətdə girov kimi saxlaması müəyyən mənada maddi manelərini pozsa da, hazırki tələblə çıxış etmək və bu kimi iddianın təmin edilməli olması anlamına gələ bilməz. Belə ki, bu halda iddiaçı həmin bankla cavabdeh tərəf arasında müqavilənin bağlanması barədə tələblə çıxış etmək hüququ (aktiv legitimasiya) yoxdur. Bu qeyd edilən halda müqavilə bağlamaqla bir-biriləri qarşısında hüquq və vəzifələri yaranan şəxslərdən biri olan bank tərəfindən belə bir iddianın qaldırılması əlbətdə ki bu kimi niyyətinin və iradə ifadəsinin olduğu halda mümkün olar. Belə ki, bankla iş üzrə cavabdehin arasında olan kredit müqaviləsi üzrə də belə bir hal nəzərdə tutulmuşdur. Burada eyni zamanda iş üzrə cavabdeh olmayan bir şəxsin üzərinə də qətnamə ilə müqavilə bağlamaq öhdəliyinin qoyulmasından söhbət gedir ki, bu da yolverilməzdir. Müqavilə iki tərəfli olmaqla onların hər ikisinin razılı və sərbəst iradələri əsasında bağlana bilər.
46. Qeyd edilməlidir ki, hazırki halda bankın iddaçı qarşısında müqavilə bağlamaq öhdəliyi yoxdur. Məhkəmə orqanı cavabdehi və üçüncü şəxsin iradəsini əvəz edərək yeni mülki hüquq münasibətləri (hazırki halda müqavilə bağlamaq vəzifəsinin qoyulması) yarada bilməz. İddiaçının tələbi isə müqavilə münasibətlərinin məhkəmə tərəfindən yaradılmasına yönəldilmişdir. Belə ki, iddiaçı bağlanması tələb edilən ipoteka müqaviləsinin tərəfi olmayacaq. Eyni zamanda kollegiya qeyd edir ki, məhkəmə tərəfindən qəbul edilən hər bir qətnamənin yalnız kağız üzərində qalması deyil, tərəflərin əldə etmək istədiklərinin realda əldə edilməsindən ibarətdir. Belə bir qətnamənin (iddianın təmini) qəbul edilməsi hətta mümkün görünsəydi belə, qətnamənin icrası mümkün olmayacaqdır. Belə ki, qətnamənin icrası qaydasında iş üzrə cavabdeh olmayan hüquqi şəxsin müqavilənin bağlanmasına məcburi qaydada cəlb edilməsi qanuni və əsaslı hesab edilməz.
47. Göründüyü kimi, yuxarıda göstərilən şərtin müqaviləyə daxil edilməsində tərəflər sərbəst olsalar da, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti Bank ilə müvafiq ipoteka müqaviləsi bağlamaqla mənzili sonuncunun ipoteka hüququ ilə yüklü edilməsi öhdəliyinin İddiaçı üzərinə qoyulmasını tələb etməkdə subyektiv hüquqa malik deyildir. Belə bir hüquq müqavilə tərəfi kimi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs «xxxx» ASC-yə məxsusdur.
48. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
49. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqey bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” # #### 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır.
50. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edib-etməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
51. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməli, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.