Məhkəmə qərarları › İş №2(103)-7085/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7085/2021

16.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7085/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Tanrıverdiyev (sədrlik edən və məruzəçi) Tofiq Səməd oğlu Səmədov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi Cavabdeh2 Seyidağa qızı, cavabdehin vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Hüseynovnanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-871/2021 saylı, 17.03.2021-ci il tarixli qərardadından İddiaçı1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Nəsimi Rayon Məhkəməsinin 2(006)-871/2021 saylı, 17.03.2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Hüseynovnanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi" tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 871/2021 saylı, 17 mart 2021-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-871/2021 saylı, 04.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi və vəkili K.İsmayılov şikayətin dəlillərinə etiraz edərək, təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasının vaxtı və yeri barədə iddiaçılara və digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, kollegiya iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya həmin şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, cavabdehlər iddiaçının keçmiş həyat yoldaşı və qızı olmaqla Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 143 saylı evdə qeydiyyatdadırlar, lakin, onlar 1988-ci ildən mübahisəli mənzildə yaşamırlar. Cavabdehlər mənzildə qeydiyyatda olsalar da, orada yaşamamaqla və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə bütün əlaqələrini kəsmişlər. Odur ki, cavabdehlərin uzun bir müddət ərzində həmin mənzildə yaşamamaları hər hansı üzrlü səbəblə əlaqədar ola bilməz. Cavabdehlərin uzun müddət ərzində mənzildə yaşamamaları və mənzillə bağlı bütün əlaqələrinin kəsilməsi, onların qanunla müəyyən edilmiş müddətdən (6 aydan) sonra istifadə hüquqlarının itməsinə səbəb olmuşdur. Məhkəmə hesab etmişdir ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilə olan istifadə hüquqlarının itirilməsi mübahisə doğuran məsələ deyil və cavabdehlərin mənzildə qeydiyyatda olmaları isə onların bu mənzildən istifadə hüquqlarının yaranması üçün əsas qismində çıxış etmir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan iddiaçılar tərəfindən təqdim olunmuş ərizədən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 "yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi" tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının bu tələbini cavabdehlərin qeyd edilən mənzildən qeydiyyatdan çıxarılması mövqeyindən yanaşaraq mülki iş üzrə icraata xitam vermişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzilə olan istifadə hüquqlarının itirilməsi mübahisə doğuran məsələ olmamasını və cavabdehlərin mənzildə qeydiyyatda olmalarının isə onların bu mənzildən istifadə hüquqlarının yaranması üçün əsas qismində çıxış etmədiyinə əsaslanaraq bu halların araşdırılmadan icraata xitam verməsi iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olduğundan birinci instansiya məhkəməsi mülki iş üzrə icraata xitam verməkdə haqlı olmamışdır. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Nəsimi Rayon Məhkəməsinin 2(006)-871/2021 saylı, 17.03.2021-ci il tarixli qərardadı ləğv edilməli, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilsin. İş üzrə Nəsimi Rayon Məhkəməsinin 2(006)-871/2021 saylı, 17.03.2021-ci il tarixli qərardadı ləğv edilsin və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar