Məhkəmə qərarları › İş №2(103)-7089/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7089/2020

27.08.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7089/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızının (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdehlər X2 və ləğv prosesində olan "Cavabdeh2" ASC-yə qarşı “kompensasiyanın əvəzləşdirilməsi və s. tələbi”nə tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3897/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının nümayəndəsitərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər X2 və ləğv prosesində olan "Cavabdeh2" ASC-yə qarşı «kompensasiyanın əvəzləşdirilməsi və s. tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, İddiaçı nümayəndəsi X3 iddianın təmini tədbiri haqqında ərizə təqdim edərək, mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək X1 üzərinə kreditə dair hesablanan faizlərin dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3897/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı nümayəndəsinin həmin qərardaddan verdiyi şikayət birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab olunmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. İddiaçı nümayəndəsi adından verilmiş şikayət ümumiyyətlə imzalanmadığından kollegiya hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilərək mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3897/2020 saylı, xx xxxx 2020-ci il qərardadından İddiaçı nümayəndəsi tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və iş həmin şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar