Məhkəmə qərarları › İş №2(103)-7097/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7097/2025

07.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-7097/2025 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Maraqlı şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X14 katibliyi, iddiaçının nümayəndəsi vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Maraqlı şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ## ##### 2023-cü il tarixli, * saylı təsisçi qərarından görünür ki, “X3” MMC-nin fəaliyyətinə cari rəhbərliyi həyata keçirərkən və cəmiyyətin qanuni nümayəndəsi funksiyalarını yerinə yetirərkən Cəmiyyətin baş direktoru öz funksiyalarını zərurət olduğu halda uzaqdan yerinə yetirir. Səlahiyyətlərini uzaqdan həyata keçirərkən baş direktor Cəmiyyətin fəaliyyətinə operativ rəhbərlik edir, Cəmiyyəti üçüncü şəxslərlə, o cümlədən məhkəmədə təmsil edir, Ümumi Yığıncağın təsdiqinə təqdim olunan sənədləri hazırlayır, cəmiyyət adından əməliyyatlar aparır, rəsmi sənədləri imzalayır, vəzifəyə təyin edir, köçürür, işdən çıxarır, şirkət işçilərini təyin edir, Rəsmi maaşlarını müəyyənləşdirir, onlara həvəsləndirmə və intizam tədbirlərinin tətbiqi barədə əmrlər verir və qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilməyən digər vəzifələri yerinə yetirir.

2. ## #### 2023-cü il tarixli, **-a saylı əmrdən görünür ki, ## #### 2023-cü il tarixdən “X3” MMC-də icraçı direktor ştatı üzrə struktur vahidinin yaradılması təsdiq edilmişdir.

3. ## #### 2023-cü il tarixli, **A/** saylı əmrdən görünür ki, ## #### 2023-cü il tarixdən “X3” MMC-də icraçı direktor, ofis menecer, sığorta hadisələrinin araşdırılması üzrə mütəxəssis, sürücü ştatı üzrə struktur vahidlərinin yaradılması təsdiq edilmişdir.

4. ## #### 2023-cü il tarixli, **A/** saylı əmrdən görünür ki, “X3” MMC-nin Ştat Cədvəli təsdiq edilmişdir.

5. ## #### 2023-cü il tarixli, **/** saylı əmrdən, eləcə də, müvafiq təsisçi qərarından görünür ki, İddiaçı ## #### 2023-cü il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun olaraq “X3” MMC-yə Icraçı Direktor vəzifəsinə işə qəbul edilmiş, işçi ilə tam maddi məsuliyyət haqqında müqavilə imzalanması əmr edilmişdir.

6. ## #### 2023-cü il tarixdə bağlanmış ** saylı əmək müqaviləsindən görünür ki, “X3” MMC ilə İddiaçı arasında sonuncunun həmin MMC-yə işə qəbul edilməsi ilə bağlı müvafiq şərtlərin təsbit olunduğu əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə Icraçı direktor vəzifəsi üzrə vəzifə öhdəlikləri əlavə edilmişdir. Tərəflər arasında Azərbaycan və ingilis dillərində tərtib edilmiş müqavilənin ingilis dili variantında müqavilənin 12 ay müddətə bağlanması, Azərbaycan dilində olan variantda isə müddətsiz bağlanması göstərilmişdir.

7. Işəgötürən “X3” MMC və işçi İddiaçı arasında elektron sistem üzərindən bağlanmış ## #### 2023-cü il tarixli əmək müqaviləsinin məzmunundan görünür ki, müqavilə ## #### 2023-cü il tarixdən 1 il 1 gün müddətinə bağlanmışdır. Işçi əlavə iş yeri üzrə icraçı direktor vəzifəsinə qəbul edilmişdir.Iş saatı 14:00-18:00-dək müəyyən edilmişdir.

8. ## #### 2023-cü il tarixli, **A saylı əmrdən görünür ki, İddiaçı ## #### 2023-cü il tarixdən “X3” MMC-yə Icraçı Direktor vəzifəsinə təyin edilməsi barədə bağlanmış əmək müqaviləsi təsdiq edilmişdir.

9. “X3” MMC ilə İddiaçı arasında bağlanmış ## #### 2023-cü il tarixli, *******000500 saylı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əlavə iş yeri kimi “X3” MMC-yə icraçı direktor vəzifəsinə qəbul olunmuş əmək müqaviləsinin müddətli bağlanması qeyd edilmişdir.

10. “X3” MMC-nin ## ### 2024-cü il tarixli ştat cədvəlindən görünür ki, cəmiyyətin ştat cədvəlinə əsasən baş direktor, icraçı direktor, ofis meneceri və sürücü ştatları müəyyən edilmişdir.

11. Əmək müqaviləsinə ## #### 2024-cü il tarixli, ** saylı düzəlişdən görünür ki, tərəflər arasında bağlanmış ## #### 2023-cü il tarixli, ** saylı əmək müqaviləsinin müddəti ## #### 2025-ci il tarixədək uzadılmışdır.

12. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin növbədənkənar ümumi yığıncağının ##.##.2024-cü il tarixdə keçirilmiş 5 №li iclas protokolunda “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olduğu Azərbaycan Respublikasında qeydiyyata alınmış “X3” MMC-nin büdcəsinin azaldılması və işçilərin ixtisarı qərara alınmışdır.

13. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ###### 2025-ci il tarixli, ** saylı qərarından (MMC-nin yeganə idarəedici orqanının) görünür ki, əlavə iş yeri olan icraçı direktor vəzifəsi üzrə 1 ştat vahidi və sürücü vəzifəsi üzrə 1 ştat vahidinin ixtisar edilməsi qərara alınmışdır.

14. Iddiaçının iddia ərizəsinə əlavə etdiyi bildirişlərdən görünür ki, “X3” MMC İddiaçı “əmək müqaviləsinə xitam verilməsi haqqında” ## ###### 2025-ci il tarixli və ## ###### 2025-ci il tarixli bildiriş göndərərək, onunla bağlanmış ## #### 2023-cü il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ## #### 2025-ci il tarixdə, digər məktubda isə ## #### 2025-ci il tarixdə xitam veriləcəyi bildirilmiş, ona mövcud hüquqları izah olunmuşdur.

15. Elvira Məmmədovanın (elektron ünvan 1) İddiaçı (elektron ünvan 2) ünvanlanmış (surəti elektron ünvan 3) ## ###### 2025-ci il tarixli elektron məktubunda əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin göndərilməsi, sənədlə tanış olub, müvafiq qaydada imzalanması göstərilmişdir.

16. Elena Solopova və X4 tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli aktdan görünür ki, ## ###### 2025-ci il tarixdə icraçı İddiaçı şirkətin ünvan 1 yuxarı ünvanında yerləşən ofisində seyfdə saxlanılan bütün şəxsi sənədləri (o cümlədən, kağız əmək müqavilələri) götürürərək ofisin ərazisindən kənara çıxarmışdır.

17. Yelena Solopovanın (elektron ünvan 3) İddiaçı (elektron ünvan 2) ünvanlanmış ## ###### 2025-ci il tarixli elektron məktubunda müəllif ünvançıya əməkdaşlıq dövrü üçün təşəkkürünü bildirmiş, lakin qəbul edilmiş qərarın zəruri olduğunu qeyd edərək, onunla əmək münasibətlərinin davam etdirilməsinin mümkünsüzlüyünü ifadə etmişdir.

18. Solopova Yelena və Məmmədova Elvira tərəfindən tərtib edilmiş ## ###### 2025-ci il tarixli aktdan görünür ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin təhvil alınmasından imtina etmişdir.

19. ## ###### 2025-ci il tarixli poçt qəbzindən görünür ki, “X3” MMC İddiaçı məktub göndərmişdir.

20. ## ###### 2025-ci il tarixli teleqramdan və ## ######## 2025-ci il tarixli məktubdan görünür ki, müvafiq say nömrəsi verilmiş məktub ## ###### 2025-ci il tarixdə * saylı poçt filialının * saylı poçt şöbəsinə daxil olmuş, aidiyyəti sənədə imza etdirməklə ## ###### 2025-ci il tarixdə İddiaçı valideyninə (anasına) təhvil verilmişdir.

21. “X3” MMC-nin ##.##.2025-ci il tarixli, **/K-**** saylı əmrindən görünür ki, “X3” MMCdə idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədi ilə, həmçinin Azərbaycan Respublikasında olan fəaliyyətinin hal-hazırdakı vəziyyətini, inkişaf perspektivlərini və mövcud ümumi iqtisadı şəraiti nəzərə alaraq, işçi ştatlarının optimallaşdırılması məqsədi ilə və Cəmiyyətin Nizamnaməsinin 4.2.2-ci maddəsinə, yeganə idarəedici orqanının ## ###### 2025-ci il tarixli ** saylı qərarına əsasən və Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndini rəhbər tutaraq müvafiq ödənişlər edilməklə İddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış ## #### 2023-cü il tarixli əlavə iş yeri üzrə əmək müqaviləsinə ## #### 2025-ci il tarixdən xitam verilmişdir.

22. ## #### 2025-ci il tarixli, *******0005X0 saylı bildirişdən görünür ki, “X3” MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə ## #### 2025-ci il tarixdə xitam verilməsi barədə məlumatlar müvafiq sistemə əlavə olunmuşdur.

23. “xxxx” QSC tərəfindən tərtib edilmiş ## #### 2025-ci il tarixli ödəniş tapşırığından surətindən görünür ki, “X3” MMC tərəfindən İddiaçı hesabına 26.231,71 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

24. “X3” MMC-nin ## ### 2025-ci il tarixli ştat cədvəlindən görünür ki, cəmiyyətin ştat cədvəlinə əsasən baş direktor və ofis meneceri ştatları müəyyən edilmişdir.

25. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin ## #### 2025-ci il tarixli məktubundan görünür ki, X8 IAMAS bazasındakı məlumatlara əsasən ## ###### 2025-ci il tarixdə ölkəyə giriş, ## ###### 2025-ci il tarixdə çıxış, ## ###### 2025-ci il tarixdə giriş, ## ###### 2025-ci il tarixdə çıxış, ## #### 2025-ci il tarixdə giriş etmişdir.

26. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin ## #### 2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı məktubundan görünür ki, “X3” MMC tərəfindən # ###### 2025 – ## #### 2025-ci il tarixləri aralığında həyata keçiriləcək ştat ixtisarı barədə Agentlikdə məlumat aşkarlanmamışdır.

27. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin ## #### 2025-ci il tarixli, *-**-*/*-*****/**** saylı məktubundan görünür ki, cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə ## #### 2025-ci il tarixli vəkil sorğusuna Agentlikdə baxılmışdır. Bildirilmişdir ki, «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidirlər. Qanunun 4.1.1-ci maddəsinə əsasən muzdla işləyənlər - Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əmək haqqı müqabilində yerinə yetirən şəxslər məşğul şəxslərdir. Qanunun 5.12-ci maddəsinə əsasən bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxslərə aid edilən şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir.

28. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin ## #### 2025-ci il tarixli məktubundan və ona əlavə edilmiş “ƏMAS” sistemindən çıxarışdan görünür ki, iddiaçının əsas iş yeri ## #### 2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək “xxxx” MMC, tutduğu vəzifə baş direktor, əlavə iş yeri isə ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək “X3” MMC olmaqla, tutduğu vəzifə icraçı direktor olmuşdur.

29. Maraqlı şəxs MMC-nin məhkəmənin anten məlumatları barədə sorğusuna ## #### 2025-ci il tarixli cavab məktubuna əlavə edilmiş elektron daşıyıcıya baxış keçirilərkən müəyyən edilmişdir ki, işəgötürənin “ASAN” imza sertifikatının bağlı olduğu +994-51-572-97-83 mobil nömrəsinin anten dairəsi məlumatları Bakı şəhəri üzrə müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

30. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X3” MMCnin baş direktoru X8 işdən çıxarılmağı ilə bağlı ## #### 2025-ci il tarixli, 02/K-2025 əmrinin ləğv edilməsi, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməklə, onun əvvəlki vəzifəsinə (icraçı direktor) bərpa olunması, həmçinin ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 390 manat məbləğində pul vəsaitinin, o cümlədən “X3” MMC tərəfindən ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 100000 manat məbləğində pul vəsaitinin cavabdeh “X3” MMC-dən tularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

31. Iddia onunla əsaslandırılmışdır ki, İddiaçı “X3” MMC-nin baş direktoru X8 ## #### 2023-cü il tarixli **/** saylı əmri ilə həmin MMC-yə icraçı direktor vəzifəsinə işə qəbul edilmiş, həmin tarixdə də ** №-li müddətsiz əmək müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, onun ümumi əmək haqqı aylıq olaraq 9981,33 manat müəyyən edilmiş və o, tutulmalar çıxılmaqla hər ay 8500 manat məbləğində əmək haqqı almışdır. İddiaçı işlədiyi dövrdə öz işinin öhdəsindən peşəkarcasına gəlmiş, heç bir intizam pozuntusuna yol verməmiş, kollektivin və rəhbərliyin etimadını qazanmışdır. Həmçinin bir neçə dəfə baş direktor Elena Solopovanın əmrinə əsasən, istehsalatda əldə olunan nəticələrə görə mükafatlandırılmışdır. Hətta ona müxtəlif iş yerlərindən təkliflər gəlsə də, rəhbərlik onun başqa işə keçməsinə icazə verməmiş, İddiaçı “X3” MMC-də qalmasına israr etmişlər. Bu da, bir daha İddiaçı peşəkarlığını sübut edir. Buna baxmayaraq, 2025-ci ilin fevral ayının ortalarında İddiaçı heç bir səbəb və əsas göstərilmədən əmək haqqını ödəmək üçün artıq maddi imkanlarının çatmadığını və buna görə də, vəzifəsini (icraçı direktor) ixtisar etmək istədiklərini bildirmişlər. Bundan sonra, baş direktor X8 ## #### 2025-ci il tarixli, **/K-**** saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən, İddiaçı vəzifəsindən azad edilmiş və ## #### 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Lakin əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmamışdır. Belə ki, əmrdə qeyd olunmuşdur ki, «MMC-də idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədi ilə, həmçinin Azərbaycan Respublikasında olan fəaliyyətinin hal-hazırdakı vəziyyətini, inkişaf perspektivlərini və mövcud ümumi iqtisadi şəraiti nəzərə alaraq, işçi ştatlarının optimallaşdırılması məqsədi ilə və Cəmiyyətin Nizamnaməsinin 4.2.2-ci maddəsinə, yeganə idarəedici orqanının ## ###### 2025-ci il tarixli ** saylı Qərarına əsasən və Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndini rəhbər tutaraq» əmək müqaviləsinə xitam verilsin. Işəgötürən (baş direktor Elena Solopova) tərəfindən icraçı direktor ştatının ixtisar edilməsini maliyyə xərcinin azaldılması ilə əlaqələndirsə də, lakin həmin halı təsdiq edən heç bir əsas göstərməmişdir. Əgər MMC-də hər hansı iqtisadi vəziyyətlə bağlı çətinlik yaransa idi, icraçı direktor kimi bundan İddiaçı məlumatı olardı. Lakin əslində belə bir hal baş verməmiş, işəgötürən (baş direktor Elena Solopova) maliyyə xərcinin azaldılmasını İddiaçı işdən çıxarmaq, vəzifəsini ixtisar etmək üçün bəhanə gətirmişdir. 2025-ci ilin fevral ayına kimi iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı hər hansı söhbət olmamasına, belə bir halın baş verməməsinə baxmayaraq, lakin fevralın ayının 7-də qəfildən İddiaçı şifahi olaraq maddi vəziyyətlə əlaqədar olaraq vəzifəsini ixtisar edəcəklərini bildirmişlər. Bununla da, İddiaçı konstitusion hüququ olan əmək hüququ pozulmuş, o, 2 ilə yaxındır ki, işlədiyi iş yerini, öz işini itirmiş və hazırda da işsizdir. O, işəgötürənin bu hərəkəti nəticəsində mənəvi sarsıntı keçirmişdir. Illərdir işlədiyi iş yerini səbəbsiz yerə itirmişdir. Bunun nəticəsində o, gəlir yerini itirdiyi üçün maddi vəziyyəti pisləşmiş və hələ də ailəsinin ehtiyaclarını qarşılamaqda çox çətinlik çəkir. Hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi zamanı işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş və yerinə yetirilməsi məcburi olan tələblərə riayət olunmamışdır. Buna görə də, işəgötürənin hərəkəti nəticəsində işçinin pozulmuş hüquqları bərpa olunmalı və ona dəymiş mənəvi zərərin əvəzi ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin hüququ kimi təsbit olunmuşdur. Lakin işəgötürən diskresion səlahiyyətlərdən qərəzli şəkildə istifadə etməməlidir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Işəgötürənin öz hüququndan əsassız olaraq istifadə etməsi nəticəsində İddiaçı əmək hüququ pozulmuşdur. Həmçinin başına gələn bu hadisəyə görə o, psixoloji olaraq çox sarsılmışdır. Qanunvericilik normalarının təhlilindən görünür ki, bu əsasla əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş və yerinə yetirilməsi məcburi olan bir sıra tələblərə riayət olunmalıdır. Əmək Məcəlləsində müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməməsi imperativ norma kimi müəyyən olunmuşdur. Əmək qanunvericiliyində işəgötürən tərəfindən riayət olunması məcburi olan belə bir tələblərin nəzərdə tutulmasında əsas məqsəd işəgötürən tərəfindən formal olaraq bu əsaslara istinad etməklə işçilərin işdən çıxarılması hallarının qarşısının alınması, bununla da işçilərin məruz qala biləcəyi sui-istifadə hallarından qorunmaqla, onların hüquqlarının müdafiə olunmasının təmin edilməsindən ibarətdir. Deməli, işəgötürən tərəfindən həmin tələblərdən hər hansı birinə əməl etmədən işçi ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsi əmək qanunvericiliyinin tələblərinə zidd hesab olunur. Işəgötürən (baş direktor Elena Solopova) tərəfindən işçi İddiaçı ilə əmək müqaviləsinə ştatların ixtisarı əsası ilə xitam verilsə də, həmin ştatların ixtisarının zəruriliyi əsaslandırılmamış, bu hala dair heç bir sənəd təqdim edilməmişdir. Işəgötürən ## #### 2025-ci il tarixli, **/K-**** nömrəli əmrdə qeyd olunan ştatların ixtisar edilməsini «idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədi ilə, həmçinin Azərbaycan Respublikasında olan fəaliyyətinin hal-hazırdakı vəziyyətini, inkişaf perspektivlərini və mövcud ümumi iqtisadi şəraiti nəzərə alaraq, işçi ştatlarının optimallaşdırılması məqsədi ilə» əlaqələndirsə də, həmin halı təsdiq edən heç bir mötəbər sübuta istinad edilməmişdir. Bundan əlavə, işəgötürən tərəfindən bu halların ştat ixtisarından başqa digər vasitələr və ya tədbirlər əsasında aradan qaldırılmasının mümkünsüzlüyü ilə bağlı halların müəyyən edilməsi ilə bağlı da heç bir mötəbər sübuta istinad edilməmişdir. Halbuki, əmək qanunvericiliyinin tələbinə əsasən işəgötürən tərəfindən qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsi zamanı həmin halın əsaslandırılmasının zəruriliyi imperativ norma kimi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının tutduğu vəzifənin hansı zərurətdən irəli gələrək ixtisar edilməsi əmrdə əsaslandırılmamışdır ki, bu da iddiaçıya qarşı qərəzli mövqeyin olduğunu dolayı yolla təsdiq edir. Həmçinin işəgötürənin ## #### 2025-ci il tarixli, **/K-**** nömrəli əmrində qeyd olunan yeganə idarəedici orqanın ## ###### 2025-ci il tarixli, ** saylı qərarından MMC-nin Icraçı direktoru olan İddiaçı xəbəri olmamış, ona həmin qərar barədə heç bir məlumat verilməmiş və qərarın surəti də ona təqdim olunmamışdır. Beləliklə də, göründüyü kimi, hazırki mülki iş üzrə işəgötürən (baş direktor Elena Solopova) tərəfindən Əmək Məcəlləsinin 71.3-cü və 83.1-ci maddəsinin tələbləri pozulmuşdur.

32. Cavabdeh “X3” MMC-nin iddiaya etirazı onunla əsaslandırmışdır ki, iddiaçı öz işlədiyi dövrdə öz işinin öhdəsindən peşəkarcasına gəldiyini, heç bir intizam pozuntusuna yol vermədiyini və həmçinin baş icraçı direktor Elena Solopova tərəfindən mükafatlandırıldığını, lakin bunlara baxmayaraq işçinin ixtisar edilməsini işəgötürənin hüquqlardan sui-istifadə edilməsi kimi qeyd etsə də, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin ə) bəndinə əsasən işəgötürənin nəzərdə tutulmuş işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək kimi bir hüququnun olmasını və eyni zamanda həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, işəgötürənin bu maddədə təsbit olunmuş hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməz olması kimi müddəaları nəzərdən qaçırmışdır. Buna görə də, hesab edir ki, işçinin işəgötürən tərəfindən ##.##.2024-cü il tarixli əmrlə mükafatlandırılması, daha sonra isə əmək qanunvericiliyinin tələblərinə əsasən icraçı direktor ştatının ləğv edilməsi normal haldır. Bunun tam əksinə olaraq, işçinin mükafatlandırılması əmrinin hazırki iddia tələbi üzrə sübut kimi qiymətləndirilməsi işəgötürənin hüquqlarının pozulması kimi xarakterizə edilməlidir. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilməsə də, nəzərə alınmalıdır ki, həmin müəssisədəki iş yeri əlavə iş yeri olmuş, həmçinin müəssisədə iddiaçı ilə birlikdə cəmi 4 nəfər işçi faəliyyət göstərmişdir (hal-hazırda 2 nəfər işçi). İddiaçı ilə işəgötürən arasında bağlanmış ## #### 2023-cü il tarixli, ** saylı əmək müqaviləsinin 2.1-ci bəndinə edilmiş dəyişikliyə əsasən, hər iki tərəfin qarşılıqlı iradə ifadələrinin bəyan edilməsi nəticəsində ## #### 2024-cü il tarixli düzəlişlə əmək müqaviləsinin müddəti ## #### 2025-ci il tarixədək müəyyən edilmiş və müqavilənin statusu müddətli olmuşdur. Bu hal isə özlüyündə, iddiaçının işəgötürənin öz hüquqlarından istifadə etməklə işçinin əmək müqaviləsinə xitam verilməsi halını təkzib edir. Bundan sonra ## ###### 2025-ci il tarixli qərarla müəssisədə idarəetmənin təkmilləşdirilməsi, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısının alınması, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədilə, həmçinin şirkətin Azərbaycan Respublikasında olan fəaliyyətinin hal-hazırdakı vəziyyətini, inkişaf perspektivlərini və mövcud ümumi iqtisadi şəraiti nəzərə alaraq, 1 icraçı direktor və 1 sürücü ştatının ixtisar edilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərardan sonra işçiyə ## ###### 2025-ci il tarixli «Əmək müqaviləsinə xitam verilməsi barədə Bildiriş» təqdim olunmuşdur. Sözügedən bildiriş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71 və 77-ci maddələrinin tələblərinə əsasən tərtib olunmuş və işçiyə rəsmi qaydada təqdim edilmiş, lakin işçi tərəfindən həmin bildirişin qəbul edilməsindən imtina edilmişdir. Sözügedən imtina ## ###### 2025-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Sözügedən bildirişlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1 və 77.2-ci maddələrinin tələbinə əsasən, işçiyə onun əmək müqaviləsinə xitam verilməsi barədə 4 təqvim həftəsi öncədən xəbərdarlıq edilmiş, həmçinin xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə hər iş həftəsində bir iş günü əmək funksiyalarının icrasından azad edilmişdir. ## #### 2025-ci il tarixli, **/K-**** saylı əmrlə işçinin əmək müqaviləsinə ## ###### 2025-ci il tarixli qərara əsasən ## ###### 2025-ci il tarixli bildirişdə qeyd olunanlar nəzərə alınmaqla işçinin əmək müqaviləsinə xitam verilmiş və həmin gün işçiyə 26.231,71 manat məbləğində son haqqhesab ödənilmişdir. Bununla belə, əmrin surəti işçiyə rəsmi poçt vasitəsilə təqdim edilsə də, yenidən işçi həmin əmri qəbul etməkdən imtina etmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, işçinin əmək müqaviləsinə qüvvədə olan əmək qanunvericiliyinin tələbləri nəzərə alınmaqla xitam verilərkən işəgötürən tərəfindən bütün müvafiq tədbirlər görülmüşdür. Iddiaçının gətirdiyi dəlillər işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Iş materiallarından göründüyü kimi, iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi, o cümlədən işəgötürənin iddiaçıya qarşı qərəzli münasibətdə olması halları aşkar edilməmişdir. Iş materiallarından görünür ki, ştatların ixtisarı barədə cavabdeh tərəfindən müvafiq əmr verilmiş, həmin əmrin verilməsinin zəruriliyi əsaslandırılmış, işçiyə işəgötürən tərəfindən ştatların ləğvi barədə xəbərdarlıq göndərilmişdir. Əksini təsdiq edən heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilməmiş, bu da özlüyündə iddianın formal əsaslarla verilməsini bir daha sübut etmişdir. Iddia ərizəsində iddiaçının işəgötürənin «üzərinə qoyduğu» vəzifələrə gəldikdə bildirmək lazımdır ki, Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən iddianı sübutetmə yükü iddiaçının üzərinə düşür və cavabdehin yeganə idarəedici orqanı olan baş icraçı direktor tərəfindən qəbul edilmiş qərarlar cəmiyyətin nizamnaməsinə əsasən onun müstəsna səlahiyyətidir, bununla bağlı onun tərəfindən verilən qərarların Icraçı Direktorla müzakirə edilməsi kimi bir öhdəliyi də olmamışdır. Buna da, hər hansı maneələrin yaradılması və müdaxilələrin edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11.2-ci maddəsinə əsasən yolverilməzdir. Iddianın 2-ci hissəsi, yəni məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsinə dair qeyd etmək lazımdır ki, iddianın işə bərpa barəsində hissəsi əsassız olduğundan, iddianın məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə hissəsi də rədd edilməlidir. Iddianın 3-cü hissəsi olan mənəvi zərərə münasibətdə qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən iddiaçının sağlamlığının pozulmasına səbəb olan heç bir hüquqa zidd əmələ yol verilmədiyindən, mənəvi zərərin əvəzinin ödənilməsi qəbul edilməzdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli qərarına və bununla bağlı digər qanunvericilik aktlarına əsasən iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı sübut da təqdim olunmamışdır. Belə olduğu təqdirdə cavabdehdən bununla bağlı 100000 manat dəyərində pul məbləğinin tələb edilməsi əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə vol verilmir. Yuxarıda qeyd olunanlara əsasən, işdən çıxarılma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia tələbinin rədd edilməsini xahiş etdi.

33. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

34. Qətnamənin əsaslarına görə, iddiaçının dəlilləri onun əlavə iş yeri kimi işə qəbul edilməsinin əsassızlığından, ştatların ixtisarı halında onun qanunla müəyyən edilmiş müddətdə məlumatlandırılmamasından, işəgötürən tərəfindən tərtib edilmiş sənədlərin tərtibi zamanı işəgötürənin ölkə xaricində olması halında həmin sənədləri imzalamasının mümkünsüzlüyündən, ştatların ixtisarı əsası ilə işdən çıxarılması barədə əmrdə göstərilən halları sübut edən əsasların olmamasından, şəxsin ştatların ixtisarı əsası ilə işdən çıxarılması halında X9 imperativ qaydada məlumat verilməməsindən, sənədlərdə iddiaçının faksimilindən istifadə edilməsindən ibarət olmuşdur. Məhkəmə ilk növbədə işçinin əlavə iş yeri kimi hazırki işəgötürənlə müqavilə bağlamasına dair sübutları araşdıraraq müəyyən etmişdir ki, tərəflər arasında elektron qaydada bağlanmış əmək müqaviləsində qeyd edilən hal öz əksini tapmışdır. İddiaçı hazırki işəgötürənlə ##.##.2023-cü il tarixdə müqavilə bağladığı anda əsas iş yeri ##.##.2019-cu il tarixli etibarlı müqavilə əsasında başqa iş yeri olmuşdur. Əmək qabiliyyətli və daha əvvəlki iş yerində də rəhbər vəzifəni icra etmiş şəxsin, üstəlik də elektron qaydada bağladığı əmək müqaviləsində iş yerinin səhvən əlavə iş yeri göstərilməsinə dair dəlilləri əsassızdır. Iddiaçının digər dəlili onun faksimilindən istifadə etməklə sənədlərin rəsmiləşdirilməsinin onun iradəsini ifadə etməməsinə dair dəlilləri də həm tərəfin özünün sifarişi əsasında müvafiq xidməti təklif edən “xxxx” MMC tərəfindən imzanın hazırlanaraq ona təqdim edilməsini müəyyən etmək mümkün olduğundan və öz növbəsində daha əvvəl də qeyd edildiyi kimi iddiaçının əvvəllər də rəhəb vəzifələrdə işləməsi nəzərə alınmaqla, mahiyyət etibarilə ağlabatan olmadığından əsassız hesab edilməlidir. Iddiaçının işəgötürənin iş yerlərinin ştat ixtisarı barədə qərarının işəgötürənin real maddi vəziyyətini əks etdirməməsi barədə dəlilləri ilə bağlı qeyd edilməlidir ki, göstərilən hal mövcud qanunvericiliyə əsasən işəgötürənin hüququ olaraq müəyyən edilmişdir. Qanunverici işəgötürənin üzərinə yalnız Əmək qanunvericiliyinin tələblərinə riayət edilməsi vəzifəsini qoymuşdur. Hazırki halda isə işəgötürənin vəzifəsi ştatının ixtisarına məruz qalmış işçinin hüquqlarının təmin edilməsi baxımından onun qanunla müəyyən edilmiş müddətdə məlumatlandırmasıdır. Bu halda iddiaçının dəlili onun qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmamasından ibarət olmuşdur ki, işçi bu barədə məlumatsız olduğunu hər nə qədər iddia etsə də, maraqlı məqam odur ki, işçi özü iddia ərizəsinə işəgötürən tərəfindən ona ünvanlanmış ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi haqqında” bildirişləri əlavə etmişdir. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçının məlumatlandırılmama barədə dəlilləri onun özü tərəfindən və cavabdeh tərəfindən təqdim edilmiş sübutlarla tam təkzib edilmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş elektron poçt üzrə məktublaşmalara əsasən aydın olmuşdur ki, işəgötürən ##.##.2025-ci il tarixdə işçiyə müvafiq sənədləri göndərmişdir. Hətta bundan sonra işəgötürən və digər əməkdaş tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli akt da mötəbər hesab edilməlidir. Aydındır ki, ##.##.2025-ci il tarixdə tərtib edilmiş aktda göstərilən hallarla rastlaşan işəgötürən həmin tarixdə “əmək müqaviləsinə xitam verilməsi haqqında” bildirişi poçt rabitəsi vasitəsilə işçiyə göndərmişdir. Poçt rabitəsi vasitəsilə göndərilmiş məktubu iddiaçının almamasına dair dəlilləri də əsassızdır, məktubun onun ailə üzvünə verilmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, işçinin ştat ixtisarı əsası ilə işdən azad edilməsi halında işəgötürən qanunla müəyyən edilmiş müddət ərzində işçini qeyd edilən hal barədə məlumatlandırmışdır. Həmçinin, iddiaçının işçinin ştat ixtisarı əsası ilə işdən çıxarılması halında müvafiq dövlət qurumunun məlumatlandırılması barədə dəlili ilə bağlı qeyd etmişdir ki, qeyd edilən qayda inzibati hüquq münasibətlərinin tənzimlənməsindən irəli gələn haldır. Bu hal əmək qanunvericiliyinə əsasən işçinin hüquqlarının pozulması kimi qiymətləndirilən hal deyildir və işəgötürən tərəfindən verilmiş əmrin əsaslılığına təsir etmir. Nəhayət, iddiaçının işəgötürənin ölkə xaricində olduğu təqdirdə onun tərəfindən imzalanmış sənədlərin mötəbərliyi ilə bağlı qeyd edilməlidir ki, cavabdeh tərəfindən ##.##.2023-cü il tarixli * saylı təsisçi qərarından görünür ki, “X3” MMC-nin fəaliyyətinə cari rəhbərliyi həyata keçirərkən və cəmiyyətin qanuni nümayəndəsi funksiyalarını yerinə yetirərkən Cəmiyyətin baş direktoru öz funksiyalarını zərurət olduğu halda uzaqdan yerinə yetirir. Səlahiyyətlərini uzaqdan həyata keçirərkən baş direktor Cəmiyyətin fəaliyyətinə operativ rəhbərlik edir, Cəmiyyəti üçüncü şəxslərlə, o cümlədən məhkəmədə təmsil edir, Ümumi Yığıncağın təsdiqinə təqdim olunan sənədləri hazırlayır, cəmiyyət adından əməliyyatlar aparır, rəsmi sənədləri imzalayır, vəzifəyə təyin edir, köçürür, işdən çıxarır, şirkət işçilərini təyin edir, Rəsmi maaşlarını müəyyənləşdirir, onlara həvəsləndirmə və intizam tədbirlərinin tətbiqi barədə əmrlər verir və qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilməyən digər vəzifələri yerinə yetirir. Bu hal isə onu deməyə əsas verir ki, işəgötürənin ölkə xaricində olması onun cəmiyyətin idarə edilməsini məsafədən idarə etməsini istisna etmir. Habelə, bu hal işgüzar adətlərə də zidd deyildir və bu hal işəgötürənin iradəsinə zidd olmadığı halda yolverilən hesab edilir. Məhkəmə bir məqamı da diqqətə almışdır ki, işəgötürən tərəfindən ehtimal ki daha əvvəlki tarixlərdə də ölkə xaricində olmaqla müəyyən sənədlər rəsmiləşdirilmişdir və bu hal indiyə kimi işçi tərəfindən mübahisələndirilməmişdir (işçinin daha əvvəlki tarixlərdə pul formasında mükafatlandırılması barədə əmrlər qəbul edilərkən də ehtimal etmək olar ki, işəgötürən ölkə xaricində ola bilərdi.). Işin faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. Iddiaçının Əmək Məcəlləsinin 70ci maddəsinin «b» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Iddiaçı işəgötürən tərəfindən qərəzli şəkildə işdən azad edildiyi bildirilsə də, bu halı təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, müəyyən edildiyi kimi işəgötürən tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli əmr əsaslıdır, əmrin ləğvi üçün əsaslar yoxdur, bunun nəticəsində işçinin işə bərpası və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi əsassızdır. Işçinin mənəvi zərərin ödənilməsi barədə dəlilləri və tələbləri isə ümumiyyətlə, istər iddianın əsas hissəsinin əsassızlığına və istərsə də heç bir mötəbər sübuta söykənmədiyindən rədd edilməlidir.

35. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 77, 300-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

36. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

37. Apellyasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. “Əsaslandırmaq” dedikdə - “inandırıcı sübutlarla və ciddi dəlillərlə möhkəmləndirilmək” başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, ştat ixtisarının əsaslandırılması dedikdə - əsaslandırma olaraq ştatın ixtisarına gətirən, ixtisara vadar edən hallar, ştata hansı səbəblə ehtiyacın qalmaması, ixtisarın aparılmaması üçün atılan addımlar, ştatın ixtisarının müəssisəyə nə qazandıracağı və s. nəzərdə tutulur. Lakin hazırkı mübahisə üzrə ştat ixtisarı əmrlərində bu halların heç bir öz təsdiqini tapmır. Əmrlərdə yalnız aşağıdakı formal cümlələr yer almışdır: “MMC-də idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədi ilə, həmçinin Azərbaycan Respublikasında olan fəaliyyətinin hal-hazırdakı vəziyyətini, inkişaf perspektivlərini və mövcud ümumi iqtisadi şəraiti nəzərə alaraq, işçi ştatlarının optimallaşdırılmasıməqsədi ilə” Bununla yanaşı xüsusilə vurğulanmalıdır ki, İddiaçı “X3” MMC-də IcraçıDirektor olmuşdur. Işəgötürən çox vaxt xaricdə olduğundan şirkətin işləri məhz İddiaçı tərəfindən idarə olunmuşdur. O, MMC-nin əsas idarəedici vəzifəsində olmuşdur və əsas idarəedici vəzifənin əsassız olaraq ləğv edilməsi ağlabatan deyildir. Əgər belə bir əsas vəzifə ləğv edilirsə, işəgötürən bunun zəruriliyini əsaslandırmalıdır, lakin cavabdeh tərəfindən hər hansı əsaslandırma edilməmişdir. Beləliklə, cavabdeh bu halda da Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozmuş, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi işin bu hallarını da nəzərə almayaraq sanki, cavabdehin qanunsuz ştat ixtisarı əmrinə göz yummuşdur. Işəgötürənin diskresion səlahiyyətlərdən əsassız olaraq və qərəzli şəkildə istifadə etməsi nəticəsində İddiaçı əmək hüququ pozulmuşdur. Həmçinin, başına gələn bu hadisəyə görə o, psixoloji olaraq çox sarsılmışdır. Buna görə də, o mənəvi zərər məruz qalmışdır. Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Işçilərin əmək hüquqlarının müdafiəsi məqsədi ilə qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən bir sıra təminatlar nəzərdə tutulmuşdur. Əmək hüquqlarının müdafiəsinə və əhalinin məşğulluğunun təmin olunmasına yönəlmiş dövlət siyasətini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi yuxarıda göstərilən əsaslarla ləğv edilərkən əmək qanunvericiliyinin göstərilən normalarının tələblərinə ciddi əməl edilməlidir. Cavabdehin ## #### 2025-ci il tarixli, №**/K-2025 əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndinə əsasən, İddiaçı vəzifəsindən azad edilmiş və ## #### 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilmişdir. Lakin əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmamışdır. Belə ki, əmrdə qeyd olunmuşdur ki, “MMC-də idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədi ilə, həmçinin Azərbaycan Respublikasında olan fəaliyyətinin hal-hazırkı vəziyyətini, inkişaf perspektivlərini və mövcud ümumi iqtisadi şəraiti nəzərə alaraq, işçi ştatlarının optimallaşdırılması məqsədi ilə və Cəmiyyətin Nizamnaməsinin 4.2.2-ci maddəsinə, yeganə idarəedici orqanının ## ###### 2025-ci il tarixli ** saylıQərarına əsasən və Əmək Məcəlləsinin 70-ci maddəsinin (b) bəndini rəhbər tutaraq” əmək müqaviləsinə xitam verilsin. Işəgötürən (baş direktor Elena Solopova) tərəfindən Icraçı direktor ştatının ixtisar edilməsini maliyyə xərcinin azaldılması ilə əlaqələndirsə də, lakin həmin halı təsdiq edən heç bir əsas göstərməmişdir. Bildirir ki, əgər MMC-də hər hansı iqtisadi vəziyyətlə bağlı çətinlik yaransa idi, Icraçı direktor kimi bundan İddiaçı məlumatı olardı. Lakin əslində belə bir hal baş verməmiş, işəgötürən (baş direktor Elena Solopova) maliyyə xərcinin azaldılmasını İddiaçı işdən çıxarmaq, vəzifəsini ixtisar etmək üçün bəhanə gətirmişdir. 2025-ci ilin fevral ayına kimin iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı hər hansı söhbət olmamasına, belə bir halın baş verməməsinə baxmayaraq, lakin fevralın ayının 7-də qəfildən İddiaçı şifahi olaraq maddi vəziyyətlə əlaqədar olaraq vəzifəsini ixtisar edəcəklərini bildirmişlər. Bu isə ştat ixtisarının reallıqdan uzaq olduğunu və konkret olaraq iddiaçının “arzuolunmaz işçi kimi” işdən çıxarılmasına yönəldiyini sübuta yetirir. Bu hal iddiaçı ilə bağlanan əmək müqaviləsinə 70-ci maddənin “b” bəndinə əsasən xitam verilməsinin qanunsuz və əsassız olduğunu sübut edir. Belə olan halda iddiaçı ilə bağlanan əmək müqaviləsinə 70-ci maddənin “b” bəndinə əsasən xitam verilməsi qanunsuz və əsassızdır. Hazırkı mübahisə üzrə işəgötürən ştat ixtisarını həyata keçirilməsi adı altında əsində Əmək Məcəlləsinin ona verdiyi hüquqlardan sui-istifadə etmişdir. Bununla da həm Əmək Məcəlləsinin, həm də AR Konstitusiyasının tələblərini kobud şəkildə pozmuşdur. Yəni, ştat ixtisarı zərurətinin olmamasına baxmayaraq formal ştat ixtisarı həyata keçirmiş, iddiaçını tutduğu vəzifədən kənarlaşdırmaq üçn müvafiq əmr qəbul edərək, nəticədə öz qanunsuz niyətinə nail olmuşdur. Lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi bu halları da gözardı edərək, iddiaçının pozulmuş hüquqlarını bərpa etməmiş və əmək münasibətlərində zəif tərəf qismində çıxış edən işçinin mənafelərini qorumamışdır. “Məşğulluq haqqında” AR Qanununun “Məşğulluğun təmin edilməsində işəgötürənlərin iştirakı” adlanan 18.2-ci maddəsinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əməkhaqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi məlumat verməlidirlər. Bu məlumat Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron informasiya sistemi vasitəsilə təqdim edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən ## #### 2025-ci il tarixli müvafiq sorğu ilə “X3” MMC tərəfindən “Məşğulluq haqqında” Qanunun 18.2-ci bəndinə müvafiq olaraq ##.##.2025-##.##.2025-ci il tarixləri aralığında həyata keçiriləcək ştat ixtisarı barədə Agentliyə məlumat verilib-verilməməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi barədə X9 müraciət edilmişdir. X13 daxil olmuş ## #### 2025-ci il tarixli, *-**-*/*-*****/**** nömrəli sorğuya cavabda “X3” MMC tərəfindən # ###### 2025 - ## #### 2025-ci il tarixləri aralığında həyata keçiriləcək ştat ixtisarı barədə Agentlikdə məlumat aşkarlanmadığı bildirilmişdir. Qanunvericiliyin imperativ tələbinə baxmayaraq, cavabdeh tərəfindən ştat ixtisarı barədə X9 məlumat verilməmişdir. Bu isə ştatın ixtisarının formal olaraq olaraq aparıldığını və yalnız iddiaçının qərəzli şəkildə işdən çıxarılmasına yönəldiyini sübut edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi də öz qətnaməsində əsassız və qanunsuz olaraq cavabdeh tərəfindən yol verilən qanun pozuntusunun işçinin hüquqlarına xələl gətirmədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Lakin cavabdeh “X3” MMC ştat ixtisarı həyata keçirilməsinə baxmayaraq Əmək Məcəlləsinin 71-ci maddəsinə nəzərdə tutulmuş heç bir tədbir həyata keçirməmişdir. AR Ali Məhkəməsinin formalaşdırmış olduğu hüquqi mövqeyə əsasən, ştat ixtisarı zamanı işəgötürən AR Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə uyğun olaraq tutduğu vəzifə və ya ştat vahidi ixtisara düşən işçi başqa vəzifə (vakant vəzifə) təklif edilməlidir. Burada tutduğu vəzifə ixtisara düşən işçiyə əvvəlki vəzifəsindən (ixtisara düşən) aşağı və yuxarı vəzifələrin təklif olunması ilə bağlı qanunvericlikdə heç bir imperativ norma nəzərdə tutulmamışdır. Əsas tələb ondan ibarətdir ki, tutduğu vəzifə ixtisara düşən işçiyə müəssisədə başqa vəzifə təklif edilsin. Xüsusilə vurğulanmalıdır ki, cavabdeh “X3” MMC-də Icraçı direktor ştatının ixtisar edilməsi və İddiaçı işdən çıxarılması barədə danışıqlar aparılarkən və bu barədə əmr qəbul edilərkən, işəgötürən Solopova Elena ölkə xaricində olmuşdur. Belə olduğu təqdirdə də, ştat ixtisarı və işdən çıxarılma barədə əmrin mötəbərliyi şübhə doğurur. Lakin buna baxmayaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi qətnaməsində formal əsaslandırmalar edərək, cavabdehin bu qanunsuz hərəkətlərinə də qiymət verməmişdir. Məhkəmə işə obyektiv baxılması üçün heç bir araşdırma aparmamış, qətnamədə hər hansı maddi hüquq normasına istinad etməmiş və tətbiq etməmiş, sadəcə olaraq iddianın rədd olunması barədə qətnamə çıxarmaqla kifayətlənmişdir. Məhkəmə faktiki olaraq əmək mübahisəsi üzrə işəgötürən tərəfindən əmr qəbul edilərkən Əmək Məcəlləsinin yuxarıda qeyd olunan normalarının pozulubpozulmamasını müəyyən etməmişdir. Iddiaçı tərəfindən irəli sürülmüş tələbin qanunun hansı tələblərinə görə əsassız olmasını əsaslandırmamış və ümumiyyətlə hüquqi qiymət verməmişdir. Iddiaçının əmri mübahisələndirmək hüququ olduğu halda, həmin hüququn qanunun hansı müddəalarına əsasən pozulub-pozulmaması araşdırılmamışdır. Qətnamədə qeyd olunan nəticələr işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə ixtisarın əsaslı olduğunu bildirsə də, iş materiallarında bu qənaəti təsdiqləyən heç bir obyektiv sübut yoxdur. Əksinə, təqdim edilən sənədlər göstərir ki, ixtisar formal xarakter daşıyır və işəgötürən eyni funksiyaları yerinə yetirmək üçün yeni işçiləri və əcnəbi vətəndaşı işə qəbul etmişdir. Beləliklə, qeyd olunmalıdır ki, məhkəmə irəli sürülmüş tələbin hüquqi dəyərləndirilməsini aparmamış, iddia tələbi üçün qanunda olan dispozisiya şərtlərinin müəyyən edilməsini aşkar etməmişdir. Qeyd olunan hallar maddi hüquq normalarının pozulması kimi qiymətləndirilir və qətnamənin ləğv edilməsi üçün əsasdır.

38. Iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil2 məhkəməyə ## ##### 2026-cı il tarixində mülahizə təqdim edərək, bildirmişdir ki, işə obyektiv və hərtərəfli baxılmasını təmin etmək üçün aşağıda qeyd edilənləri məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edir: 1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 8-1-ci bəndinə əsasən, ştat (ştat vahidi) – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan cədvəl üzrə vəzifə (peşə) adının və vəzifə (tarif) maaşının əks olunduğu vahiddir. Həmin Məcəllənin 12-ci maddəsinin “l” bəndinə əsasən, elektron informasiya sisteminə strukturuna, peşə və vəzifələrin iyerarxiyasına uyğun ştat vahidlərini daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biri kimi təsbit olunmuşdur. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun “məşğulluğun təmin edilməsində işəgötürənlərin iştirakı” adlanan 18.2-ci maddəsinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə, işəgötürənlər işdən çıxarılacaq işçilərin peşəsini, ixtisasını və əməkhaqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilən xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən DMA-ya rəsmi məlumat verməlidirlər. Bu məlumat elektron informasiya sistemi vasitəsilə təqdim edilməlidir. Maddənin dispozisiyasından da göründüyü kimi ştat ixtisarı barədə DMA-ya məlumat vermək işəgötürənin öhdəliyidir. Bu norma imperativ xarakterli norma olmaqla zəruri məlumatın ştat ixtisatından əvvəl verilməsini tələb edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Vüsalə Musayeva tərəfindən ## #### 2025-ci il tarixli müvafiq sorğu ilə “X3” MMC tərəfindən “Məşğulluq haqqında” Qanunun 18.2-ci bəndinə müvafiq olaraq ##.##.2025-##.##.2025-ci il tarixləri aralığında həyata keçiriləcək ştat ixtisarı barədə Agentliyə məlumat verilib-verilməməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi barədə X9 müraciət edilmişdir. X13 daxil olmuş ## #### 2025-ci il tarixli *-**-*/*-*****/**** nömrəli sorğuya cavabda “X3” MMC tərəfindən # ###### 2025 - ## #### 2025-ci il tarixləri aralığında həyata keçiriləcək ştat ixtisarı barədə Agentlikdə məlumat aşkarlanmadığı bildirilmişdir. Lakin buna baxmayaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi öz qətnaməsində işəgötürən tərəfindən yol verilmiş hüquq pozuntusuna qiymət verməmiş, qətnamədə əsassız və qanunsuz olaraq cavabdeh tərəfindən yol verilən qanun pozuntusunun işçinin hüquqlarına xələl gətirmədiyini qeyd etmişdir. Odur ki, yuxarıda qeyd edilənlər ştat ixtisarının qanunvericiliyin tələblərinə riayət edilmədən həyata keçirildiyini sübut edir. 2. Ştat ixtisarı əmrinin əsaslandırılmaması. Əmək Məcəlləsinin 83-cü maddəsinin 1ci hissəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Iddiaçı işdən çıxarıldığı günədək müəssisədə icraçı direktor vəzifəsində çalışmışdır. Sual ortaya çıxır ki, birdən-birə nə baş verdi ki, birdən-birə iddiaçının tutduğu ştat vahidinin ləğv edilməsi zərurəti ortaya çıxdı ? Işəgötürəni ştat ixtisarına sövq edən nə oldu? Bu sualın yalnız bir cavabı var: iddiaçı İddiaçı qarşı yaranmış qərəzli mövqe. Yəni, cavabdeh müəssisənin rəhbəri iddiaçını hansı yolla tutduğu vəzifədən kənarlaşdıra biləcəyini götür-qoy etmiş, onun Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən pozuntulara yol vermədiyini və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verə bilməyəcəyini gördükdən sonra, iddiaçının tutduğu ştat vahidini “formal olaraq ixtisar etməklə” onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və onu tutduğu vəzifədən kənarlaşdırmışdır. Bütün bunlar ştat ixtisarının qanunsuz və əsassızlığından xəbər verir 3. Cavabdeh müəssisədə ştat ixtisarın həyata keçirilməsinə zərurətin olmaması Bununla yanaşı diqqətinizə çatdırırıq ki, baş direktor Solopova Elena ölkə xaricində olmuş, buna görə də, icraçı direktor kimi cəmiyyətin işləri İddiaçı tərəfindən idarə olunmuşdur. İddiaçı icraçı direktor kimi cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən vəzifədə olmasına və işləri özü idarə etməsinə baxmayaraq, işəgötürənin ## #### 2025-ci il tarixli **/K-**** nömrəli əmrində qeyd olunan yeganə idarəedici orqanın ## ###### 2025-ci il tarixli ** saylı Qərarından xəbəri olmamış, ona həmin Qərar barədə heç bir məlumat verilməmiş və Qərarın surəti də ona təqdim olunmamışdır. Qeyd olunan qərarda göstərildiyi kimi cəmiyyətdə iqtisadi vəziyyətlə bağlı çətinlik yaransa idi, Icraçı direktor kimi İddiaçı da bundan mütləq ki məlumatı olardı, lakin əslində hər hansı iqtisadi çətinlik olmamışdır. Göründüyü kimi, işəgötürən Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit olunan diskresion səlahiyyətindən qərəzli şəkildə istifadə etmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Cavabdeh “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə ## ###### 2026-cı il tarixində məhkəməyə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilmədən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

40. Apellyasiya şikayətinə etirazın dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə eyniyyət təşkil edir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

41. Iddiaçının nümayəndəsi vəkil2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

42. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

43. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 3.5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Maddə 4.1. Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün xxxxdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “xxxx”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 70. Əmək müqaviləsinə işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə. Maddə 77.1. Işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi. Maddə 77.3. Əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə xitam verilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında. Maddə 77. 4. Işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Maddə 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75 ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Maddə 144.2. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə kompensasiya ödənilməlidir. Maddə 154.1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 172.1. Əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər. Maddə 172.4. Işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 178.1. Işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Işçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Maddə 290.2. Işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Maddə 292.1. Işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296.4. Pul və və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Maddə 311. Işçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir.

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

45. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin olunması tələb edildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

47. Apellyasiya şikayətinin dəlillərini o təşkil edir ki, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozularaq xəbərdarlıq müddətindən az olmayaraq əvvəlcədən DMA-ya rəsmi məlumat verilməli olduğu halda bu məlumat verilməmişdir, ştat ixtisarı əmri əsaslandırılmamışdır, əmr imzalanarkən baş direktor Solopova Elena ölkə xaricində olmuşdur.

48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən aparılmış qiymətləndirmə və nəticə ilə razılaşır, apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, əmək qanunvericiliyi işəgötürənin üzərinə ştat ixtisarını əsaslandırmaqla bağlı hər hansı öhdəlik qoymur, işçilərin ixtisarını həyata keçirmək işəgötürənin hüququdur, iddiaçı ilə yanaşı digər işçi də ixtisar olunmuşdur. Hər hansı bir işçinin saxlanıldığı, üstünlük hüququ tətbiq olunduğu halda iddiaçının üstünlük hüququnun olması məsələsi müzakirə oluna bilərdi ki, bu hallar mövcud deyildir.

49. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulması və əmr imzalanarkən baş direktorun ölkə xaricində olması ilə bağlı dəlillərə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hallar mövcud olduğu təqdirdə belə iddiaçının işə bərpa olunması üçün əsas ola bilməz.

50. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

51. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar