Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-71/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (hüquqi varisi X5) cavabdehlər Cavabdeh2 və qeyrisinə (Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “qanunsuz zəbt edilmiş ərazinin boşaldılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “qanunsuz zəbt edilmiş ərazinin boşaldılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı hüquqi varisi X5 və onun vəkili Vəkil1, nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-266/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz zəbt olunmuş Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X1 və İstismarı Birliyi arasında bağlanmış 18451 saylı, 18 dekabr 2006-cı il tarixli müqaviləyə əsasən, istifadəsinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivi ünvanında yerləşən ümumi sahəsi 1400 kv.m olan 1029 №-li sahəsinin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X1 və İstismarı Birliyi arasında bağlanmış 18451 saylı, 18 dekabr 2006-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivi ünvanında yerləşən ümumi sahəsi 1400 m2 olan 1029 №-li bağ sahəsi onun istifadəsinə verilmişdir və sözügedən bağ sahəsi artıq on ildən çox müddətdir ki, onun istifadəsindədir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun doğma qardaşlarıdır. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X1 və İstismarı Birliyi ilə Cavabdeh2 arasında bağlanmış 6908 №-li müqaviləyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1030 №-li bağ sahəsi ona verilmişdir və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* №-li Çıxarış ilə cavabdehin xüsusi mülkiyyətindədir. Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının məsələləri üzrə komissiyasının 05 oktyabr 2001-ci il tarixli, 23 №li Sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan 1031 №-li bağ sahəsi digər Cavabdeh1 mülkiyyətinə verilmişdir və AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007-ci il tarixli ******* Çıxarış ilə cavabdehin xüsusi mülkiyyətindədir. Ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən 1029 №- li bağ sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı tərəfindən AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmişdir. Müraciətinə cavab olaraq, **********40 saylı, xx.xx.2017-ci il tarixli məktub ilə sözügedən bağ sahəsinin ölçüsünün tərəfindən təqdim edilmiş hüququmüəyyənedici sənədlərdə göstərildiyi kimi 1400 m2 deyil, 680 m2 təşkil etdiyi, eyni zamanda, bağ sahəsinin sərbəst giriş-çıxış yolu olmadığı bildirilərək, bağ sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Ərizəyə əlavə etdiyi Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X1 və İstismarı Birliyi ilə aralarında bağlanmış 18451 saylı, 18 dekabr 2006-cı il tarixli müqavilədən də göründüyü kimi, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran bağ massivi ünvanında yerləşən 1029 №-li bağ sahəsinin ümumi sahəsi 0,14 ha (1400 m2) müəyyən edilmişdir. Sonradan o, bu məsələni araşdırmağa başlayarkən ona məlum olmuşdur ki, cavabdehlər müqavilə üzrə onun istifadəsinə verilmiş 1029 №-li bağ sahəsinin xeyli hissəsini qanunsuz olaraq zəbt etmişlər. Belə ki, ona məxsus bağ sahəsinin bir hissəsi cavabdehlər tərəfindən hasar çəkilmiş ümumi sahənin tərkibində yerləşir. Cavabdehlərə məxsus torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərdə torpaq sahələrinin ümumi sahəsinin formal olaraq 0,25 ha qeyd olunmasına baxmayaraq, hal-hazırda cavabdehlər faktiki olaraq ona məxsus bağ sahəsinin xeyli hissəsini qanunsuz zəbt etmişlər.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini iddiaçı tərəfdən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
4. Sabunçu Rayon Məhkəməsinin 2(008)-266/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Tahirə Əsədova) ilə iddia tələbi təmin edilməmiş, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatın 25 manat hissəsinin İddiaçı, 25 manat hissəsinin isə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qərara alınmışdır.
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
6. İşə apellyasiya qaydasında baxılarkən İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar məhkəmənin müvafiq qərarardadı ilə X5 İddiaçı prosessual hüquqi varis kimi tanınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
7. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, şikayətdə rayon məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyənləşdirilmədiyi, tam və obyektiv araşdırma aparılmadığı, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyi göstərilmişdir. Qeyd edilmişdir ki, keçirilmiş ekspertiza nəticələri arasında ziddiyyətli məqamalar mövcuddur. Belə ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert T.Məmmədov bundan öncəki rəylərə baxaraq mübahisə predmeti olan torpaq sahəsinə yerində baxış keçirmədən lazımi ölçülər aparılmadan, xüsusi qurğuların köməyindən istifadə etmədən bir tək mövcud rəylərə nəzər salaraq eyni məzmunlu rəy vermişdir. Sonuncu rəydə qeyri-müəyyənlik, həm mütəxəssis rəyində, həm ekspert rəylərindəki ziddiyyətli nəticələr, verilmiş rəydə şübhələr olduğundan məhkəməyə təkrar ekspertiza keçirilməsi barədə vəsatət təqdim etmiş, lakin məhkəmə qərəzli şəkildə heç bir əsas gətirmədən vəsatəti rədd etmişdir. Bu səbəbdən də qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında iddiaçının hüquqi varisi V.Adıgözəlova, nümayəndə və vəkilləri Vəkil1, Vəkil3 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq iş üzrə digər cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
12. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mahiyyəti ilə eyni tələblə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin 2(008)-50/2021 №-li üş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadla iddia ərizəsi baxılmamış saxlanılmışdır.
13. Həmin iş məhkəmənin icraatında olan zaman məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən Bakı şəhər İcra Hakimiyyəti X1 və İstismarı Birliyi tərəfindən 18451 №-li bağın istifadəyə verilməsinə dair müqaviləyə əsasən İddiaçı adına verilmiş 1029 №-li bağ sahəsinə, Cavabdeh1 adına verilmiş 1031 №-li bağ sahəsinə, Cavabdeh2 adına verilmiş 1030 №-li bağ sahəsinə dair qovluqların Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən götürülməsi qərara alınmışdır.
14. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 №-li Bakı Ərazi İdarəsi tərəfindən qovluqlar məhkəməyə təqdim edilmiş, məhkəmə tərəfindən hər qovluqdan lazımi sənədlər çıxarılmışdır.
15. İddiaçı aid 18451 №-li qovluqdan aşağıdakılar müəyyən olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının X1 və İstismarı Birliyi ilə İddiaçı arasında Nardaran qəsəbəsində 0,14 ha torpaq sahəsi olan 1029 №-li bağa dair xx.xx.1988-ci il tarixdə 18451 №-li müqavilə bağlanmış, xx.xx.2006-cı il tarixdə müqavilə yenilənmişdir. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarizasiya Bürosu tərəfindən həmin bağ sahəsinə dair cizgi-sxem tərtib edilmişdir. Həmin cizgi-sxemdən görünür ki, adıçəkilən bağ sahəsinin sağında 1041, solunda 1026 №-li bağ sahələri, arxa hissəsində isə qaya yerləşir.
16. Cavabdeh2 aid 421600 №-li qovluqdan aşağıdakılar müəyyən olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti X1 və İstismarı Birliyi ilə Rəhmanova Rəhman arasında Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi olan 1030 №-li bağa dair xx.xx.1987-ci il tarixdə 6908 №-li müqavilə bağlanmış, xx.xx.2004-cü il tarixdə müqavilə yenilənmişdir. X1 və İstismarı Birliyi tərəfindən həmin bağ sahəsinə dair cizgi-sxem tərtib edilmişdir. Həmin cizgi-sxemdən görünür ki, adıçəkilən bağ sahəsinin önündə 1031 №-li, sağında 1033 №-li, solunda 1027 №-li, arxasında isə 1029 (iddiaçıya məxsus sahə) bağ sahələri yerləşir. Azərbaycan Rsepublikası Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin kadastr planı tərtib edilmiş, DƏDRX tərəfindən MH seriyalı ******* №-li Çıxarış verilmişdir.
17. Cavabdeh1 aid 486516 №-li qovluqdan aşağıdakılar müəyyən olunmuşdur. Bakı Şəhər İcra Hakimiyyəti X1 və İstismarı Birliyi ilə Rəhmanova Rasim arasında Nardaran qəsəbəsində 0,25 ha torpaq sahəsi olan 1031 №-li bağa dair xx.xx.2001-ci il tarixdə 3135 №-li müqavilə bağlanmışdır. X1 və İstismarı Birliyi tərəfindən üç bağ sahəsinə dair (1029, 1031, 1033 ) dair plan tərtib edilmişdir. Həmin plandan görünür ki, üç bağ sahəsi ardıcıl yerləşir və ən arxada qaya var, həmin qayaya kiminsə sahəsi düşmür. Azərbaycan Rsepublikası Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin kadastr planı və ölçüsü tərtib edilmiş, DƏDRX tərəfindən RX seriyalı ******* №-li Çıxarış verilmişdir.
18. İddiaçının mövqeyinə görə ona məxsus 0,14 ha torpaq sahəsinin bir hissəsi və həmin toraq sahəsinə gedən yol cavabdehlər tərəfindən zəbt edilmişdir.
19. Məhkəmənin icraatında olmuş 2(008)-263/2019 №-li mülki iş (yuxarıda qeyd olunan xx.xx.2018-ci il tarixdə verilmiş iddia ərizəsi üzrə açılmış iş) materiallarından çıxarılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 08.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı icarəsinə verilmiş Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivində yerləşən 1029 №-li bağ sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüş və ölçülmüş ərazinin faktiki sahəsi 0.7002 hektardır. Ölçülmüş ərazinin (əlavə edilmiş sxemdən göründüyü kimi) qərb hissəsində 680 kv.m İddiaçı iddia etdiyi, ardınca reyestr nömrəsi **********78 olan çıxarışla Cavabdeh2 mülkiyyətinə verilmiş 0,2500 hektar, bunun şərqində isə reyestr nömrəsi **********64 olan çıxarışla Cavabdeh1 mülkiyyətinə verilmiş 0.2500 hektar torpaq sahəsi yerləşir. Göstərilən əraziyə mütəxəssis tərəfindən texniki baxış keçirilmiş və məlum olmuşdur ki, qonşu bağ sahələrinin naturada hasarlanma işləri plan üzrə (bağların bölgü sxeminə uyğun olaraq) aparılmadığından sözügedən bağ sahəsinin koordinatları və sərhədlərini təyin etmək mümkün olmamışdır. Bağ sahəsinin koordinatları dəqiq təyin edilmədiyindən sualların cavablandırılması mümkün olmamışdır. Arxiv cizgisinə əsasən 1029 №-li bağın göstərilən sahəyə (0.068 hissə) aidiyyəti yoxdur. 1029 №-li bağ (sxemdə göstərilən) ölçülmüş ərazinin cənub qərb hissəsində yerləşməlidir.
20. Sabunçu Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadına əsasən İddiaçınun Cavabdeh2 və Cavabdeh1 qarşı qanunsuz zəbt olunmuş ərazinin boşaldılması tələbinə dair iddiası üzrə yenidən mütəxəssis rəyinin alınması qərara alınmış və iş materialları bu dəfə «İMZA» Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir.
21. «İMZA» Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İEM-1/22 №-li mütəxəssis rəyindən aşağıdakılar görünür. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivində yerləşən 1029, 1030 və 1031 №-li bağ sahələrinin yerləşdiyi ümumi ərazinin hasardaxili mövcud vəziyyətdə ümumi sahəsinin 0.52,6 ha təşkil etdiyi müəyyən edilib. Mövcud müqavilə və çıxarışlara əsasən 1029, 1030 və 1031 №-li bağ sahələrinə aid ümumi torpaq sahəsi 0.64 ha (İddiaçı məxsus ərazi 0.14 ha, Cavabdeh2 məxsus ərazi 0.25 ha, Cavabdeh1 məxsus ərazi 0.25 ha olmaqla) olmalı olduğu halda, naturada həmin ərazinin faktiki sahəsi 0.52,6 ha olduğu (fərq-0.11,4 ha) müəyyən olunur (0.64 ha-0.52,6ha=0.11,4 ha) Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivində yerləşən 1029 №-li bağ sahəsinin naturada yeri, 1030 və 1031 №-li bağ sahələrinin isə naturada yerləri və koordinatları ƏMDK və Dövlət Toraq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş sənədlərə əsasən və naturada mövcud vəziyyətə uyğun olaraq (şəhadətnamə, çıxarış və torpaq sahələrinin plan-ölçüləri) müəyyən edilib, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivində yerləşən Cavabdeh1 məxsus 1031 №-li bağ sahəsinə aid olan 0.25 ha torpaq sahəsinin 0.19,3 ha hissəsinin ümumi sahəsi 52.6 ha təşkil edən torpaq sahəsinin daxilində, qalan 0.05,7 ha hissəsinin isə faktiki olaraq girişdən sağ tərəfdə yerləşən hasardan kənarda yerləşdiyi müəyyən edilir (0.19,3 ha +0.05,7 ha=0.25 ha) Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivində yerləşən Cavabdeh2 məxsus 1030 №-li bağ sahəsinə aid olan 0.25 ha torpaq sahəsinin 0.19,3 ha hissəsinin ümumi sahəsi 52.6 ha təşkil edən torpaq sahəsinin daxilində, qalan 0.05,7 ha hissəsinin isə faktiki olaraq girişdən sağ tərəfdə yerləşən hasardan kənarda yerləşdiyi müəyyən edilir (0.19,3 ha +0.05,7 ha=0.25 ha) Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivində yerləşən, müqavilə əsasında İddiaçı icarəsinə verilmiş 1029 №-li bağ sahəsinin 0.14 ha torpaq sahəsi ərazi olaraq - Cavabdeh1 və Cavabdeh2 məxsus sənədlərə uyğun sahələrin yeri nəzərə alındıqdan sonra umumi 0.52,6 ha torpaq sahəsinin qayanın dib hissəsindəki 0.06 ha ərazidən (1), girişdən sol tərəfdə yerləşən hasarla Cavabdeh1 və Cavabdeh2 məxsus bağ sahələrinin müəyyən edilmiş sərhəd xətti arasında yerləşən 0.06 ha ərazidən (2) və ümumi sahəyə girişdən sağ tərəfdə yerləşən Cavabdeh1 bağ sahəsinə bitişik və hazırda onun istifadəsində olan 0.02 ha (3) torpaq sahələrindən ibarətdir (0.06 ha + 0,06 ha + 0.02 ha = 0.14 ha).
22. Belə ki, naturada mövcud olan 0.52,6 ha torpaq sahəsinin daxilində 0.38,6 ha hissəsinin (0.19,3 ha + 0.19,3 ha) Cavabdeh1 və Cavabdeh2 (1030 və 1031 №-li bağ sahələri), qalan 0.14 ha hissənin isə İddiaçı (1029 bağ sahəsi) aid olduğu müəyyənləşdirilmişdir. Həmçinin, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 1029, 1030, 1031 №-li bağ sahələri yerləşən ümumi ərazinin və hər bağın ayrı-ayrılıqda naturada yeri və koordinatları müəyyən edilərək, mülki iş materiallarının 73-cü vərəqəsində olan planda torpaq sahəsinin bir tərəfdən eninin 59.0 metr olduğu göstərildiyi, lakin faktiki olaraq 50.0 metr olduğunu, eni 59.0 metr olan sərhəd hasarının küçə ilə sərhədliliyinin düz xətt boyu olduğu göstərildiyi halda, faktiki olaraq mülki işin 73-cü vərəqində olan plan sxemdən fərqli olaraq küçə ilə sərhədin müxtəlif bucaqlarla kəsişdiyini, Cavabdeh1 məxsus torpaq sahəsinin 0.05,7 ha hissəsinin faktiki olaraq girişdən sağ tərəfdə yerləşən qonşunun istifadəsində olduğunu, həmçinin Cavabdeh2 məxsus torpaq sahəsinində 0.05,7 ha hissəsinin faktiki olaraq girişdən sağ tərəfdə yerləşən qonşunun istifadəsində olduğunu nəzərə alaraq, həmin torpağın və daxildə olan 1029, 1030 və 1031 №-li bağların faktiki vəziyyətinin mülki işin 73-cü vərəqəsində olan plana və ƏMDK və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş sənədlərə uyğun olmadığı müəyyən edilmişdir.
23. Tədqiq olunan torpaq sahəsinin sol tərəfində 6.0 m enində yol nəzərdə tutulduğu, həmin yolun İddiaçı icarəsində olan 0.14 ha torpağın daxilində yerləşdiyi, həmin hissədə isə (Cavabdeh1 məxsus 1031 №-li torpaq sahəsində) 8.0 m enində, 15.0 m uzunluğunda tikili inşa edilərək həmin yolun tutulduğu, eyni zamanda ümumi sahəyə girişdən sağda yerləşən 0.02 ha torpaq sahəsinin faktiki olaraq Cavabdeh1 istifadəsində olduğu müəyyən edilir.
24. Göründüyü kimi, iki mütəxəssis rəyi arasında ziddiyyət mövcud olmuşdur.
25. Bu səbəbdən məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəyin alınması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılmış aşağıdakı suallar qoyulmuşdur: 1029, 1030, 1031 №-li bağ sahələri yerləşən ümumi ərazinin və hər bağın ayrıayrılıqda naturada yeri və koordinatları müəyyən edilsin. Həmin yer və koordinatlar iş materialları vər. 73-də olan plana uyğundurmu? Əgər uyğun deyilsə, bunun səbəbləri müəyyən edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən İddiaçı icarəsinə verilmiş Sabunçu rayonu Nardaran bağ massivində yerləşən ümumi sahəsi 1400 kv.m olan 1029 nömrəli bağ sahəsinin və ona gedən yolun zəbt edilməsi halı mövcuddurmu? Əgər zəbt etmə halı mövcuddursa, zəbt etmənin ölçüləri müəyyən edilsin.
26. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 10/7714 №-li ekspert rəyinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verdiyi üçün Bakı və Bakı ətrafı bağlar ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və ünvan reyestri xidmətində arxiv sənədləri eləcə də digər məlumatların olmaması səbəbindən qeyd edilən 1029, 1030, 1031 bağ sahələri yerləşən ümumi ərazinin və hər bağın ayrıayrılıqda naturada yerini və koordinatlarını sənəd üzrə müəyyən etmək mümkün deyil. Lakin mülki iş materiallarına əlavə edilmiş 164-cü səhifədəki sxemə əsasən sxemdə 1030 nömrə ilə qeyd edilən ərazi naturada ölçülmüş, iş materialına əlavə edilmiş 142-ci səhifədəki sxemlə və bazadan verilmiş sxemdə Cavabdeh2 verilmiş (1030 saylı bağ sahəsinə) reyestr nömrəsi **********78 olan çıxarışın bazada yerləşmə mövqeyi ilə üst-üstə düşür. Mübahisələndirilən və naturada ölçülmüş (səhifə 50) sahəsi 0.6329 hektar torpaq sahəsi həmin yer iş materiallarındakı vərəqə ( sahəsi 0.6480 hektar) 142-də olan plana uyğundur. Mübahisələndirilən ərazi iş materiallarındakı vərəqə (sahəsi 0.6480 hektar) 142-də olan plandan göründüyü kimi bir yerdə olduğundan onların bölündükdən sonra keçid yolu ancaq mülki iş materiallarına əlavə edilmiş 164-cü səhifədəki sxemdə 1031 saylı bağdan 1030 saylı bağa 5 metr enində yol qeyd edilmiş həmin yolun axıra qədər davamı göstərilən başqa sənəd təqdim edilmədiyindən İddiaçı icarəsinə verilmiş Sabunçu rayonu, Nardaran bağ massivində yerləşən ümumi sahəsi 1400 kv.m olan 1029 nömrəli bağ sahəsinin və ona gedən yolun zəbt edilməsi halının mövcud olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
27. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən edilir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, 1029 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən ərazi ilə 1030 saylı bağ sahəsi kimi Cavabdeh2 xüsusi mülkiyyətində olan **********78 reyestr nömrəli sahə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyində qeyd olunanlara əsasən, ümumi sahə daxilindəki bağ sahələri ilə keçid yolu razılaşdırılmaqla və (sahələr) bölgü sxemi təqdim olunması məqsədəuyğundur. Torpaq sahələrinin koordinatlarını və yerləşmə vəziyyətini əks etdirən izahlı sxem mütəxəssis rəyinə əlavə olunmuş cizgidə göstərilmişdir. Tətbiq edilən maddi hüquq normaları:
28. Azərbaycan Respublikasinin Konstitusiyası
29. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
30. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır.
31. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
32. İİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
33. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
34. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;
37. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanunu 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
38. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz».
39. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.
40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
41. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
45. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
46. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
47. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
48. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
49. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
50. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
53. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
54. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
55. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
56. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
58. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
59. Belə ki, rayon məhkəməsi iddia tələbini iki əsasla təmin etməmişdir: 1.cavabdehlər torpaq üzərində olan hüquqlarını dövlət qeydiyyatına aldırmış, iddiaçı isə bunu etməmişdir, 2. hazırkı vəziyyətdə iddiaçının torpağının zəbt etmə faktının müəyyən edilməsi mümkün olmur.
60. Məhkəmə kollegiyası iddiaçının torpaq sahəsi üzrə hüquqlarını dövlət qeydiyyatına aldırmamasına əsaslanmaqla iddia tələbinin təmin edilməməsi barədə rayon məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd edir.
61. Bakı şəhər İcra Hakimiyyəti X1 və İstismarı Birliyi tərəfindən 18451 №-li bağın istifadəyə verilməsinə dair müqaviləyə əsasən İddiaçı 1029 №-li bağ sahəsi, Cavabdeh1 1031 №-li bağ sahəsi, Cavabdeh2 1030 №-li bağ sahəsi verilmişdir.
62. Kollegiya qeyd edir ki, iddiaçı tərəfin həmin torpağa hüququ dövlət reyestrində qeydə alınmasa belə, həmin torpaq sahəsi qanuni əsaslarla ona məxsus olduğundan, həm milli qanunvericilik baxımından, eləcə də Avropa Məhkəməsinin president hüququ baxımından bu, «qanuni gözləntiyə» malik hüquqdur.
63. Avropa Məhkəməsi özünün bir çox qərarlarında, o cümlədən də «Önəryıldız Türkiyəyə qarşı» işi üzrə xx.xx.2004-cü il tarixli Qərarında göstərmişdir ki, Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil;..müvafiq olaraq, bu maddənin məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə də «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən də mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olan tələblərini də əhatə edə bilər.
64. «Akimova Azərbaycana qarşı» işində də (iş № 19853/03.xx.xx.2008-ci il) Avropa Məhkəməsi ərizəçinin mənzilə köçməsinə dair verilmiş orderə məhz bu konteksdən yanaşaraq, onun Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş «mülkiyyət» anlayışı ilə əhatə olunduğunu və həmin maddənin təsiri altına düşdüyünü müəyyən etmişdir.
65. «Axverdiyev Azərbaycana qarşı» işində də (iş № 76254/11. xx.xx.2015-ci il) Avropa Məhkəməsi göstərmişdir ki, ərizəçi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də o, torpağa müdaxilə zamanı formal olaraq mülkiyyət hüququna malik olmamışdır. Bu zaman ərizəçinin torpağa mülkiyyət hüququnun əldə olunmasına dair «hüquqi gözləntisi» olmuşdur, torpağın “mülkiyyət” qismində tanınması üçün kifayət qədər «mülki marağa» malik olmuşdur.
66. Buna görə də həmin işdə Məhkəmə müəyyən etmişdir ki, torpaq sahəsi Konvensiyanın İ saylı Protokolunun 1-ci maddəsinə əsasən ərizəçinin «mülkiyyəti» olmuşdur.
67. Bu baxımdan, rayon məhkəməsi iddiaçının torpağa hüququnu reyestrdə qeydə aldırmamasına əsaslanmaqla iddia tələbini rədd etməkdə haqlı olmamışdır.
68. İddia tələbini təmin etməyən rayon məhkəməsi həm də iddiaçının torpağının zəbt edilmə faktının müəyyən edilməsinin mümkün olmamasına istinad etmişdir.
69. Kollegiya qeyd edir rayon məhkəməsində işə baxılarkən iddiaçının torpağının zəbt edilmə faktının müəyyən edilməsi ilə bağlı araşdırma aparılmış iki ekspert rəyi alınmışdır. Həmin rəylər arasında zidiyyət olmuş, lakin rayon məhkəməsi tərəfindən bu ziddiyyətin aradan qaldırılması üçün iddiaçının təkrar ekspertiza keçirilməsinə dair vəsatətinə baxmayaraq, məhkəmə həmin ziddiyyəti araşdırmadan iddiaçının torpağının zəbt edilməsinin müəyyən edilməməsinə əsaslanmaqla iddianı təmin etməmişdir.
70. Halbuki MPM-in 102.2-ci maddəsinə görə, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
71. Bununla bağlı apellyasiya baxışı zamanı təkrar torpaqşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyindən müəyyən edilir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, 1029 saylı bağ sahəsinin arxiv cizgisində göstərilən ərazi ilə 1030 saylı bağ sahəsi kimi Cavabdeh2 xüsusi mülkiyyətində olan **********78 reyestr nömrəli sahə üst-üstə düşdüyü müəyyən olunmuşdur.
72. Bundan əlavə, mülki iş materiallarında olan «İMZA» Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İEM-1/22 №-li mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran bağ massivində yerləşən 1029, 1030 və 1031 №-li bağ sahələrinin yerləşdiyi ümumi ərazinin hasardaxili mövcud vəziyyətdə ümumi sahəsinin 0.52,6 ha təşkil etdiyi müəyyən edilib. Mövcud müqavilə və çıxarışlara əsasən 1029, 1030 və 1031 №-li bağ sahələrinə aid ümumi torpaq sahəsi 0.64 ha (İddiaçı məxsus ərazi 0.14 ha, Cavabdeh2 məxsus ərazi 0.25 ha, Cavabdeh1 məxsus ərazi 0.25 ha olmaqla) olmalı olduğu halda, naturada həmin ərazinin faktiki sahəsi 0.52,6 ha olduğu (fərq-0.11,4 ha) müəyyən olunur (0.64 ha-0.52,6 ha=0.11,4 ha).
73. ...Belə ki, naturada mövcud olan 0.52,6 ha torpaq sahəsinin daxilində 0.38,6 ha hissəsinin (0.19,3 ha + 0.19,3 ha) Cavabdeh1 və Cavabdeh2 (1030 və 1031 №-li bağ sahələri), qalan 0.14 ha hissənin isə İddiaçı (1029 bağ sahəsi) aid olduğu müəyyənləşdirilmişdir.
74. ....Tədqiq olunan torpaq sahəsinin sol tərəfində 6.0 m enində yol nəzərdə tutulduğu, həmin yolun İddiaçı icarəsində olan 0.14 ha torpağın daxilində yerləşdiyi, həmin hissədə isə (Cavabdeh1 məxsus 1031 №-li torpaq sahəsində) 8.0 m enində, 15.0 m uzunluğunda tikili inşa edilərək həmin yolun tutulduğu, eyni zamanda ümumi sahəyə girişdən sağda yerləşən 0.02 ha torpaq sahəsinin faktiki olaraq Cavabdeh1 istifadəsində olduğu müəyyən edilir (1-ci cild, i/v 91-100).
75. Beləliklə, hazırkı xx.xx.2025-ci il tarixli ekspert rəyi və mülki işdə olan xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə iddiaçıya məxsus bağın müəyyən hissəsinin cavabdehlər tərəfindən zəbt edildiyi müəyyən edilmişdir.
76. Belə olan halda, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehlər iddiaçıya məxsus 1029 saylı bağ sahəsinin zəbt olunmuş (tutulmuş) hissəsindən çıxarılmaqla həmin torpaq sahəsi boşaldılmalıdır.
77. MPM-in 2.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
78. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
79. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
81. Həmin Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
82. Qeyd edilən Məcəllənin 388-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:
83. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Bakı şəhər İcra Hakimiyyəti X1 və İstismarı Birliyi tərəfindən xx.xx.2006cı il tarixli, 18451 №-li (icarə) müqaviləsinə əsasən İddiaçı istifadəyə verilmiş 1029 №-li bağ sahəsinin zəbt olunmuş (tutulmuş) hissəsindən cavabdehlər çıxarılmaqla həmin torpaq sahəsi boşaldılmalıdır.
84. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
85. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (50+50=100 manat) cavabdehlərdən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə, iddia ərizəsi, apellyasiya şikayəti və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş (100+50+95=245) cəmi 245 (iki yüz qırx beş) manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçı tərəfə ödənilməlidir.
86. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məjəlləsinin 372, 382, 384.0.2, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Sabunçu Rayon Məhkəməsinin 2(008)-266/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti X1 və İstismarı Birliyi tərəfindən xx.xx.2006-cı il tarixli, 18451 №-li (icarə) müqaviləsinə əsasən İddiaçı istifadəyə verilmiş 1029 №-li bağ sahəsinin zəbt olunmuş (tutulmuş) hissəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmaqla həmin torpaq sahəsi boşaldılsın. İddia ərizəsi, apellyasiya şikayəti və mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş (100+50+95=245) cəmi 245 (iki yüz qırx beş) manat vəsait cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq iddiaçının hüquqi varisi X4 verilsin. Məhkəmə ekspertizasının tədqiqat dəyəri olan (50+50=100) 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq X3, Kod: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.