Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7101/2025 07.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qızına qarşı mülki iş üzrə (Açar sözlər: iş üzrə icraatın dayandırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququna xitam verilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(006)-5487/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququna xitam verilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yaşayış sahəsindən 6.000 manat verməklə istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)- 5487/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertin rəyi məhkəməyə təqdim olunanadək iş üzrə icraatın dayandırılması qərara alınmış, qərardadın iş üzrə icraatın dayandırılmasına dair hissəsindən şikayət vermək hüququ tərəflərə izah olunmuşdur.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
3. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, ekspertizanın keçirilməməsini və Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan 2-1(102)-4128/2025 nömrəli iş üzrə yekun qərar qəbul olunana qədər iş üzə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
4. Şikayət onunla əsaslandırılmışdır ki, qeydiyyatdan çıxartmaqla bağlı iş Ali Məhkəmədə gedir, ona görə düşünür ki, iş ümumiyyətlə dayandırılmalıdır. Ekspertizaya qarşı etiraz edir, çünki Ali Məhkəmənin qərarı və ya qərardadı hələ yüklənməyib və ümumiyyətlə hazırki iddia rədd edilməlidir, çünki artıq bu işlə bağlı bütün qətnamələr, qərarlar və qərardadlar onun xeyrinə çıxıb, qarşı tərəfin iddialarının hamsı rədd edilib və hətta 2 dəfə qərardad qəbul edilib ki, məhkəmə ümumiyyətlə bu işə baxmamalıdır.
5. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 255.0.5. məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Maddə 256.0. İş üzrə icraat aşağıdakı hallarda dayandırılır: 256.0.2. bu Məcəllənin 254.1.3-cü və 255-ci maddələri ilə nəzərdə tutulmuş hallarda ... ekspertin rəyi ... məhkəməyə təqdim edilənədək. Maddə 395.1. İşdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Maddə 395.2. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
10. İşdən görünür ki, birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin edilməsinin zəruri olması qənaətinə gəlmişdir. Məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin olunduğu halda icraatının dayandırılması mülki prosessual qanunvericiliyin müddəalarından irəli gəlir.
11. Kollegiya qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə görə iş üzrə icraatın dayandırılmasına dair məhkəmə qərardadlarından şikayətin verilməsi nəzərdə tutulsa da, ekspertiza təyin edilməsi haqqında qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.
12. Kollegiya onu da qeyd edir ki, cavabdeh iş üzrə ekspertiza təyin edilməsi barədə qərardaddan narazı qaldığı təqdirdə bununla bağlı etirazını gələcəkdə qətnamədən apellyasiya şikayəti verdiyi təqdirdə şikayətə daxil edə bilər.
13. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-5487/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: