Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7102/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Alahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4164/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4164/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 49, 150, 151, 152-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddia tələbi cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı verilsə də, iddianın “xahiş edirəm” hissəsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı yönəlmiş tələbin nədən ibarət olması aydın deyil. Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsində Cavabdeh1 qeydiyyat ünvanı kimi Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi, 202 göstərilsə də, bu xüsusatı təsdiq edən hər hansı sənəd iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı nümayəndəsi Nümayəndə xx.xx.2020-ci il tarixdə Cavabdeh1 məlum olan axırıncı yaşayış yeri haqqında məlumatın ona verilməsi üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin müraciətinə həmin məlumatın ona vətəndaşa hüquqi yardım göstərilməsi üçün lazım olduğunu təsdiq edən sənədlərin (müqavilənin və ya vəkilin oredirinin) surətini əlavə etmədiyindən, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən imtina məktubu almışdır. İmtinanın səbəbini nəzərə alaraq, iddiaçının nümayəndəsinin müəyyən qaydalara riayət etməklə müraciət edildiyi halda zəruri sübutun müstəqil əldə etmək imkanı var. Belə olan halda, iddia ərizəsinə Cavabdeh1 rəsmi qeydə alındığı ünvanın Bakı şəhəri Binəqədi rayonuna aid olmasını təsdiq edən hər hansı sənəd əlavə edilmədiyindən və ikinci cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı yönələn tələb iddia ərizəsində göstərilmədiyindən, iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. İddiaçı şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, iş № 2(001)-4164/202 saylı qərardadı ləğv olunmasını və iddia ərizəsinə mahiyyətə üzrə baxılmasını xahiş etmişdir. Şikayətdə MPM-in 149, 152-ci maddələrinə; "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə istinadən qeyd edilmişdir ki, iddia bir neçə cavabdehə qarşı verilmiş, yalnız birinə yönələn tələb iddia ərizəsində göstərilmişdir. MPM-in 149.2.3-cü maddəsində bu cur situasiyada iddia ərizəsinin geri qaytarılması göstərilməmişdir; Vəkilin cavabdehlə müqaviləni bağlaması əlbəttə ki, "Vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa və əxlaq normalarına ziddir. Bundan başqa nə iddiaçı, nə də ki vəkil Cavabdeh1 sonuncu yaşayış yerini rastlaşdığı bürokratik əngəllərdən müəyyən edə bilmir; Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının, onun ərazisində yaşayan xarici vətəndaşların, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunlarda nəzərdə tutulmuş hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni mənafelərinin hər cür qəsdlərdən və qanun pozuntularından məhkəmə icraatının istənilən mərhələsində məhkəmə müdafiəsi hüququ təmin olunur. Heç kəs məhkəmə müdafiəsi hüququndan məhrum edilə bilməz. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi İddiaçı məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4164/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4164/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, İddiaçı, cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iştiraklarını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, MPM-in 2, 8, 9, 14, 149-152, 385.2, 387.1, 395, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. İddiaçıya izah edilməlidir ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq iddianın forma və məzmunun tərtibində düzəlişlər etmək, habelə sübutları əldə edə bilməyən şəxs olaraq onların təmin edilməsi üçün prosessual qanunvericiliyin tələblərinə müvafiq müraciətlər etmək hüquqları vardır. Qeyd edilməlidir ki, prosessual tələblərə ciddi riayət edilməsi iddianın icraata götürülməsi (MPM-in 152.1.1-ci maddəsinə görə, Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş forma və məzmununa riayət edilməməsi iddia ərizəsinin qaytarılması üçün əsasdır) və müəyyən edilmiş prosessual müddətlər həddində işin müvəffəqiyyətli baxışına şərait yaratmış olar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4164/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-7102/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7102/2020
07.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver