Məhkəmə qərarları › İş №2(103)-7114/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7114/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7114/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-ya qarşı “pul” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1743/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından maraqlarına toxunan şəxs kimi göstərilən X7 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1743/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, hazırki mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək cavabdeh "Cavabdeh” MMC-ya məxsus "xxxxxxxxxxxx” ASC-də açılan AZ65AİİB******************** saylı, "xxxxxxxxxxxx” ASC-də açılan AZ18NAXB**********1257001 saylı, "xxxxxxxxx” ASC-də açılan AZ17HAJCHRAZN**********3001 saylı, "xxxxxxxxxx” ASC-də açılan AZ18GUNA******************** saylı bank hesabları üzərinə iddia tələbi həcmində, yəni 273973,68 manat məbləğində pul vəsaitinə həbs qoyulması və qərardad dərhal icra edilməsi və qərardadın icrası Nəsimi rayon icra və probasiya şöbəsinə həvalə edilməsi, qərara alınmış (iş.səh.19), cavabdehin səlahiyyətli nümayəndəsi vəkil X8 şikayət vermiş (səh.32), Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1743/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh MMC tərəfindən verilmiş şikayət əsassız hesab edilmiş və mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (səh.38). Məhkəmə kollegiyası müəyyən etmişdir ki, həbsin götürülməsi barədə ərizə verilmədən qanuni qüvvəsini almış qərardaddan şikayətlər verilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1743/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından maraqlarına toxunan şəxslər X12 (səh.65), X24 (səh.90), X5 (səh.93), X9 (səh.109), Axundov pərviz Əbülfəz oğlu (səh.132), X16 (səh.149) X10 (səh.163),X2 (səh.176), X15 (səh.189), X17 (səh.205),X6 (səh.218), X3 (səh.231) apellyasiya şikayəti vermələrinə və birinci instansiya məhkəməsi tərəfindən şikayətlərin təmin edilməməsinə (Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-1743/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı (səh.76)) baxmayaraq, Bakı apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə müşaiət məktubunda yalnız X4 şikayətinin baxılması üçün göndərilməsi qeyd olunmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, qeyd edilən qərardaddan apellyasiya şikayətinə əsasən hazırkı mülki işə əvvəllər Bakı Apellyasiya Məhkəməsində baxılmış və xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1743/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır (səh.51). Diqqətə çatdırılmalıdır ki, işin yenidən baxılması mülki prosessual qanunvericilikdən sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir və yalnız kassasiya (əlavə kassasiya) icraatı qaydasında baxıldıqdan sonra (zəruri bilinərsə) yenidən apellyasiya icraatı qaydasında işə baxılması mümkündür. Belə ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni qüvvəsini almış və mülki iş üzrə marağlarına toxunan şəxs qismində cəlb edilməmiş (işdə iştirak etməyən) şəxslər qərardadı rəsmi əldə etmədən birbaşa şikayət vermişlər. Mülki-prosessual qanunvericilik və onun müvafiq müddəaları (rəsmi şərhlər) apellyasiya icraatının hədlərini müəyyən edir. Bunu təhlil etmək üçün aşğıdakı normativ aktlara diqqət yetirmək kifayətdir. Azərbaycan Respublikası Konstitusiyasının 125 (V, Vİ), Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun 1,3,4,18, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1 və 6, 161-163, 357.1, 396.1 ,403, 432-438-ci maddələrinə görə: məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur; məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədi ilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi qadağandır; məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir; Məhkəmələrdə işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır. Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Ədalət mühakiməsinin həyata keçirilməsinə dair müddəaların pozulması qanunda nəzərdə tutulmuş hüquqi nəticələrə səbəb olur; Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən (qanunla müəyyən olunmuş qaydada) həyata keçirilir.Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. İddianı təmin etmək haqqında qərardad şikayət verən şəxsə xəbər verilmədən çıxarılmışsa, şikayət vermək müddəti həmin qərardadın ona məlum olduğu gündən hesablanır. Şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadından təqdimat verə bilər. Məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materiallar aşkar edildikdə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər. Qeyd edilən qanunvericilik müddəalarının hüquqi təfsiri (mənası) iyerarxik məhkəmə sistemində məhkəmə icraatının aparılması prosedurunun yalnız icraat zamanı qüvvədə olan mülki prosessual qanunvericiliyə uyğun olaraq birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrinin səlahiyyət həddində baxılmasını müəyyən edir. Mübahisəyə qətnamə və qərardada) yenidən apellyasiya icraatı qaydasında baxılması ilk apellyasiya icraatı zamanı prosesin çəkişmə prinsipinin təmin edilməməsinə və ya maraqlarına toxunan şəxsin cəlb edilməməsinə qiymət verilməsini formalaşdıran mövqe kimi (səlahiyyətlərdən kənar olaraq) yolverilməzdir və bu səlahiyyətlərə yalnız kassasiya instansiya məhkəməsi malikdir. Kollegiya hesab edir ki, apellyasiyanın mahiyyəti üzrə baxılma mümkünlüyü üçün prosessual əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilməlidir. Ümumiyyətlə izah edilməlidir ki, işin mahiyyəti üzrə baxışında maraqlı şəxs qismində cəlb edilməyən şəxslərin qanunla müəyyən edilmiş qaydada rəsmi əldə edilməyən qərardadından verilmiş şikayətlərinə aidiyyəti üzrə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmədən baxılması mümkünlüyü subyektiv hüquq və prosessual müddətlər baxımından qeyri-müəyyənlik yaradır. Eyni zamanda diqqətə çatdırılmalıdır ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun 6.1.1, 17.1.6 və 89-cu maddələrinə görə iddianın təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi haqqında məhkəmələrin qərardadları icra sənədləri sayılır, tələbin yönəldildiyi əmlakın borcluya və başqa şəxslərə məxsus olması (mənsubiyyəti) ilə bağlı mübahisə yarandıqda, maraqlı fiziki və hüquqi şəxslər əmlakın həbsdən azad olunması və ya onun siyahıdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdirlər. İcra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Şərh olunanlara, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin2, 9, 128-133, 263, 264, 357, 360-366, 372 və 402-406-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1743/2020 saylı işi üzrə xx.xx.2020ci il tarixli qərardadından maraqlarına toxunan şəxs kimi göstərilən X7 tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar