Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7120/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi İddiaçı, onun nümayəndəsi-vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əldən çıxmış pul vəsaitinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1515/2022 saylı, 28 iyun 2022ci il tarixli qətnaməsindən iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əldən çıxmış pul vəsaitinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 noyabr 2013-cü il tarixdən qanunsuz saxlamağa və onu qaytarmaqdan boyun qaçırdığına görə vurulmuş zərəri qanunla müəyyən edilmiş məhkəmə qətnaməsinin çıxarıldığı gün üçün bank uçot dərəcəsi əsas götürülməklə cavabdehdən əldən çıxmış faydaya görə 5000 manat pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından, o cümlədən iclas protokolu (i.v.49) və qətnamədən görünür ki, iddiaçı daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək (i.v.41), ilkin iddia tələbinə əlavə olaraq, yəni həmin tələbin qüvvədə qalması şərti ilə Cavabdeh pulunu qanunsuz saxlamaqla faydalanmağına görə 2.300 ABŞ dolları məbləğində faiz pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1515/2022 saylı, 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat veərərk onun təmin edilməsinin xahiş etdilər. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir (108.1.4). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (363.1.2). 01 oktyabr 2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2 və 8.4.11-ci maddələrinə müvafiq olaraq iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunduğu kimi mülki iş materiallarından, o cümlədən iclas protokolu (i.v.49) və qətnamədən müəyyən olunur ki, iddiaçının iddia ərizəsi üzrə 5000 manat pul tələbi olmuş, sonradan iddia həcminin artırılması barədə ərizə verərək əlavə (i.v.41) 2300 ABŞ dolları məbləğində faiz məbləğinin cavabdehdən tutulmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçının iddia tələbinin ümumi məbləği 8910 manat (5000 manat+3910 manat (2300 ABŞ dolları×1.7) təşkil edir. Qanunvericiliyin tələbinə əsasən 8910 manatın dövlət rüsumu 109,10 (yüz doqquz manat 10 qəpik) manat təşkil edir. Apellyasiya şikayəti vermək üçün isə həmin məbləğin 50 faizi, yəni 54,55 manat ödənilməlidir. İddiaçı tərəfindən isə apellyasiya şikayəti verilməsi üçün 36 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Kollegiya onu da qeyd edir ki, mülki iş apellyasiya instansiyasına daxil olduqdan sonra həmin apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 07 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1515/2022 saylı, 28 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-7120/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7120/2022
02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver