Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7121/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X3 və X12 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “ailə başıçısının ölümü ilə əlaqədar müavinətin ödənilməsi tələbinə dair” 2(005)-1087/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “ailə başıçısının ölümü ilə əlaqədar müavinətin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 təqaüdün, yəni 2612 manatın onun himayəsində olduğu üçün aybaay ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X13 ilə 11.10.2014-cü il tarixində nikah qeydiyyatından keçib ailə qurmuşdur. Birgə nikahlarından iki övladları olmuşdur. Həyat yoldaşı X13 1966-cı il tarixindən "Bulla" X25 İşləri idarəsində buruq ustası vəzifəsində işləmiş, sonradan yaxşı işlədiyinə görə ixtisası artırılmış, eyni zamanda dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılmışdır. Sonradan peşə xəstəliyinə tutulmuş, X31 Komissiyasının rəyinə əsasən 2-ci qrup əlil hesab edilmiş və əmək qabiliyyətinin 80 faizini itirdiyinə görə ona pensiya təyin edilmişdir. 09.11.2001-ci il tarixindən X31 Komissiyasının 976 saylı aktına əsasən o, müddətsiz pensiya almışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Respublikası Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin 28,02.2012-ci il tarixli, 13/467 saylı birgə əmr/qərarı ilə ARDNŞ-də işləyən bütün işçilərinin vəzifə maaşlarının 2012-ci ilin mart ayından 52 faiz artırılmışdır. Həyat yoldaşı Nüsrət Hüseynov pensiyasına əlavənin ödənilməsini tələb etsə də, müəssisə tərəfindən həyata keçirilməmiş, nəticədə həyat yoldaşı Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 27.01.2014-cü il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş, "ARDNŞ-də işçilərin əməyinin ödənilməsi haqqında əsasnamə"yə əlavə və dəyişiklərin edilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin 26 və 13-46Ə №-li fevral 2012-ci il tarixli əmr-qərarına əsasən vəzifə maaşlarının artımı nəzərə alınmaqla, həyat yoldaşı X10 ödənilməmiş müavinəti ARDNŞ-nin Cavabdeh tərəfindən hesablanaraq ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 16.05.2014-cü il tarixli, 2(103]-2808/2014 saylı qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Artıq qətnamə qanuni qüvvəsini aldıqdan sonra həyat yoldaşı 2612 manat təqaüd almışdır. O, 13.09.2020-ci il tarixində vəfat etmişdir. İddiaçı mərhum həyat yoldaşının himayəsində olduğundan ARDNŞ-nin "X24" Trestinə yazılı ərizə ilə müraciət edərək təqaüdün, yəni 2612 manatın ona verilməsini xahiş etmiş və rədd cavabı almışdır. Hesab edir ki, mərhum X8 himayəsində olduğundan həmin məbləğ aybaay ona verilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə bir-birinə zidd fikirlər səsləndirilmişdir. Səbail Rayon Məhkəməsinin qanunu qüvvəsini almış 2(005)-345/2014 saylı qətnaməsi ilə həmin təqaüd iddiaçının mərhum həyat yoldaşı X10 aybaay verilmişdir. İddiaçı hesab edir ki, o, nikahlı həyat yoldaşı kimi ərinin himayəsində olduğundan, həmçinin xəstəliyi ilə bağlı maddi çətinlik çəkdiyindən, mərhum həyat yoldaşına aybaay ödənilən 2612 manat aybaay ona ödənilməlidir. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin təmsilçiləri şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan X8 əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 13.09.1966-cı il tarixdə “Azmornefterazvedka” trestinin 2-ci qazma kontorunda qazma avadanlığı vahidlərinin təmiri üzrə mexanik vəzifəsinə işə qəbul olunmuşdur. X4 “Bulla” X25 İşləri İdarəsində buruq ustası vəzifəsində işləmiş və əlilliyi iə əlaqədar 08.12.1999-cu ildən işdən çıxarılmışdır. İş materiallarında olan, Səbail Rayon Məhkəməsinin 27.01.2014-cü il tarixli, 2(009)- 345/2014 saylı qətnaməsinin surətindən görünür ki, “ARDNŞ”-də işçilərin əməyinin ödənilməsi haqqında Əsasnamə”yə əlavə və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və Qaz Sənayesi işçilərinin Həmkarlar İttifaqının Respublika Komitəsini il tarixli birgə əmr-qərarına əsasən vəzifə maaşlarının artımı nəzərə alınmaqla, X10, X7, X16, X14, X17, X9 və X19 ödənilməmiş müavinət Azərbaycan Respublikası Dövlət Neft Şirkəinin "X24” Tresti tərəfindən hesablanaraq onlara ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.05.2014-cü il tarixli, 2(103)-2808/2014 saylı qətnaməsinin surətindən görünür ki Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-345/2014 saylı iş üzrə 27 yanvar 2014-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17.11.2014-cü il tarixli, 2(102)-3682/2014 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan may 2014-cü il tarixli, 2(103)-2808/14 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan SOCAR-ın İddiaçı müraciətinə baxılması haqqında məktubdan görünür ki, “KQİ” tresti tərəfindən mərhum X10 təyin olunmuş aylıq müavinətin iddiaçıya ödənilməsi qanunamüvafiq hesab olunmamışdır. İş materiallarında olan, Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 109587 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 13.09.2020-ci il tarixdə böyüklərin respirator pozğunluq sindromu səbəbindən vəfat etmişdir. İş materiallarında olan, Milli ET Tibbi Profilaktika X1 barəsində tərtib edilmiş 23.11.1999-cu il tarixli müayinə aktının surətinə əsasən, X13 xroniki bel-oma radikuliti xəstəliyi səbəbindən əmək qabiliyyətini itirmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 239.1-ci maddəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin Məcəllənin 239.2.-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Həmin Məcəllənin 239.3-cü maddəsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Həmin Məcəllənin 239.4-cü maddəsinə əsasən istehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Həmin Məcəllənin 239.5-ci maddəsinə əsasən bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, qarşılıqlı maddi məsuliyyət əməyin mühafizəsini təmin edən vasitələrdən biri olduğundan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərər görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191- 194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir. Belə olan halda Əmək Məcəlləsinin 239cu maddəsində nəzərdə tutulan məsuliyyət həmin Məcəllənin 191-ci maddəsində göstərilən şərtlər olduqda yaranır. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il, 3 №-li Qərarının 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Həmin Qərarın 1.3-cü bəndinə görə aşağıdakı sənədlər olduqda təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə. Qərarının 1.3-cü bəndində göstərilmişdir ki, zərərin ödənilməsi üçün peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi ilə yanaşı, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qərarı (yəni, hər iki sənəd) olmalıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, mərhum X8 əmək qabiliyyətinin itirilməsinə səbəb olan xəstəlik xroniki bel-oma radikuliti olmuş və qeyd edilən peşə mənşəli xəstəliyi ilə əlaqədar ona cavabdeh müəssisə tərəfindən müavinət təyin olunmuşdur. X5 peşə xəstəliyi onun ölümünün bilavasitə səbəbi deyildir. Belə ki, X8 ölməsinə səbəb “böyüklərin respirator pozğunluq sindromu” xəstəliyi olmuşdur. Beləliklə, X8 ölməsinə səbəb olan xəstəliklə peşə xəstəliyinin arasında səbəbli əlaqənin olması müəyyən olunmur. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(005)- 1087/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7121/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7121/2021
28.09.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver