Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7123/2020 09.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4729/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4729/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı və Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş şikayətlərə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh qarşı ləğv prosesində olan «xxxxxxxxx» ASC X1 fondu 3-cü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 35500 ABŞ dolları pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda İddiaçı iddianı təmin tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək, gələcəkdə məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə cavabdehin mülkiyyətində olan «X3» markalı 90FP002 dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4729/2020 saylı xx xxxxxx 2020ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, mülki işə mahiyyəti üzrə baxılanadək Cavabdeh mülkiyyətində olan «X3» markalı 90FP002 dövlət nömrə nişanlı avtomobilin üzərinə həbsin qoyulması, qərardadın icrasının Azərbaycan Respublikası DİN-nin Baş Dövlət X2 həvalə edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Cavabdeh şikayətlə məhkəməyə müraciət edərək həmin qərardadın ləğv edilməsi və ona məxsus «X3» markalı 90FP002 dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4729/2020 saylı xx xxxxxx 2020ci il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilməsi, mülki işə mahiyyəti üzrə baxılanadək Cavabdeh mülkiyyətində olan «X3» markalı 90FP002 dövlət nömrə nişanlı avtomobilin üzərinə qoyulmuş həbs dəyişdirilməklə, həmin avtomobilin özgəninkiləşdirilməsinin qadağan edilməsi, şikayətin qalan hissədə rədd olunması, Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməmiş hissədə 7 gün müddətinə baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmçinin Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4729/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4729/2020 saylı xx xxxxxx 2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Eyni zamanda İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4729/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4729/2020 saylı xx xxxxxx 2020ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə tərəfər məhkəmə kollegiyasının iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı şikayəti və Cavabdeh şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4729/2020 saylı xx xxxxxx 2020-ci il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4729/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsinə yenidən baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddianı təmin tədbirinə dair ərizəsinə hüquqi qiymət verməzdən öncə iddianın ərazi aidiyyəti üzrə verilibverilmədiyinə diqqət yetirməmiş və işi icraatına qəbul etməklə yanaşı dərhal iddia təmin tədbiri barədə ərizəyə də baxmışdır. Qanunvericiliyin tələbindən görünür ki, iddianı cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlməsi müəyyən edilmişdir. İş materiallarında olan cavabdehə məxsus şəxsiyyət vəsiqəsinin surətindən və sistemdən çıxarışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh xx.xx.2018-ci il tarixdən ünvan 1 mənzil 18 ünvanında rəsmi qeydiyyatdadır. Həmçinin cavabdehin şikayətin əsas dəlillərindən biri məhz hazırki işə ərazi aidiyyətinin pozulmaqla verilməsi məsələsidir. Göründüyü kimi, iddiaçı aidiyyət qaydalarına riayət etməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və birinci instansiya məhkəməsi isə qeyd olunan hala diqqət yetirmədən mülki işi icraatına götürmüş və cavabdehin şikayətinin dəlillərinə hüquqi qiymət verməmişdir. Kollegiya hesab edir ki, hazırki halda mülki işin aidiyyət qaydası pozlmaqla icraata götürüldüyündən iddia təmin tədbiri barədə ərizəyə də baxılıb hüquqi qiymət verilə bilməzdi. Ona görə də kollegiya cavabdehin şikayətlərinin dəlillərini qismən əsaslı hesab edir və qeyd edir ki, birinci instansiya məhkəməsi işə yenidən baxarkən iddianın ərazi aidiyyət qaydaları müzəkirə edildikdən sonra iddia təmin tədbiri barədə ərizəyə baxıb hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi müəyyən edən 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayəti və Cavabdeh şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4729/2020 saylı xx xxxxxx 2020-ci il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4729/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsinə yenidən baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti və Cavabdeh şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4729/2020 saylı xx xxxxxx 2020ci il tarixli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4729/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilsin. İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsinə yenidən baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7123/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7123/2020
09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver