Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7131/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 22.157,32 (iyirmi iki min yüz əlli yeddi avro, otuz iki sent) Avro və 1.672.76 (min altı yüz yetmiş iki manat, yetmiş altı qəpik) AZN vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “müqavilənin etibarsız hesab edilməsi, mənəvi zərərin əvəzinin ödənilməsi və dövlət programının icrasının cavabdehə həvalə edilməsi” tələbinə dair qarşılıqlı iddia verərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Cavabdeh Şahın oğlu arasında xx.xx.2022-ci ildə bağlanılmış 112 saylı müqavilənin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Prezidentin 28 fevral 2022-ci il tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2028-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Cavabdeh Belçika Krallığının KU Leuven ali təhsil müəssisəsində bakalavr təhsili alması də əlaqədar xərclərin ödənilməsinin davam etdirilməsinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə edilməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən 20000 manat mənəvi zərərin əvəzinin və ödənilmiş 150 manat dövlət rüsumunun əvəzinin tuturaraq Cavabdeh ödənilməsi barədə qanuni və ədalətli qətnamə qəbul olunmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ilkin olaraq iddia ərizəsi məhkəmə tərəfindən cavabdehə göndərilməyib. Ona SMS bildiriş çatandan sonra bu barədə vəkil tutmaq qərarına gəlmiş, xx.xx.2024-cü ildə vəkil orderi alıb işə cəlb olunduqdan sonrakı müddətdə iş materialları ilə tanış olmuş, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak etmişdir. Qarşılıqlı iddianın məhz işə cəlb edildikdən sonrakı 20 gün müddətində verilməməsinin əsas səbəbi iddia tələbi üzrə Cavabdeh əyani formada ali təhsil alması ilə əlaqədar uzun müddətdir ki, Belçika Krallığında yaşamasıilə bağlı olmuşdur. Belçika ilə Azərbaycan Respublikası arasında saat fərqləri olduğuna, vəkilin isə iş fəaliyyəti ilə məşğul olduğuna, Cavabdeh isə tələbə olduğu üçün mütəmadi dərslərdə iştirak etdiyinə görə, onunla hər zaman əlaqə saxlamaq qeyri-mümkündür. Vəkil “Vatsap” vasitəsilə əlaqə saxlayıb xx.xx.2024-cü il tarixdə keçiriləcək məhkəmə iclasından əvvəl onunla danışarkən, qarşılıqlı iddianın verilməsi üçün əsaslar olmasını müəyyən edib və dərhal bu məqsədlə elektron kabinet vasitəsilə qarşılıqlı iddia ərizəsini məhəkəməyə göndərib. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini geri qaytararkən ilk növbədə həmin ərizənin qanunla müəyyən edilmiş (iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində) müddətdə verilməməsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Baxılan iş üzrə iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş, məhkəmənin hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə məhkəmə bildirişi cavabdehə iş materiallarında olan və qeydiyyatda olduğu ünvan 1 ünvanına göndərilmiş, “qapı bağlıdır” qeydi ilə geri qaytarılmışdır. Hazırlıq iclası cavabdehə təkrarən məhkəmə bildirişlərinin göndərilməklə məhkəmə iclasında iştirakının təmin edilməsi üçün təxirə salınmış, məhkəmə bildirişi cavabdehə göndərilmişdir (iş vərəqi 61). Hazırlıq iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, sonuncunun vəsatətinə əsasən hazırlıq iclası təxirə salınmış, cavabdeh xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi vermişdir. Cavabdeh qarşılıqlı iddianın MPM-in 154.1-ci maddəsində nəzərdə tutulmuş 20 gün ərzində təqdim edilməməsinin ondan asılı olmayan səbəblərə görə, yəni cavabdehin iddiadan gec xəbər tutması, məlumat aldıqdan sonra vəkillə müqavilə bağlamasına görə baş verdiyini göstərmişdir. Kollegiya qeyd edir ki, göstərilən hal qarşılıqlı iddianın icraata qəbulu üçün üzrlü səbəb ola bilməz. Belə ki, qanun müddətin keçməsindən sonra qarşılıqlı iddianın verilməsinin mümkünlüyünü xüsusi hallarla şərtləndirmişdir. Qarşılıqlı iddia tələbindən də görünür ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlməmişdir. Ona görə də Kollegiya hesab edir ki, qarşılıqlı iddianı geri qaytarılmaqda birinci instansiya məhəməsinin mövqeyi əsaslı olmuşdur. Qarşılıqlı iddia ərizəsinin qaytarılması cavabdehi həmin tələblə bağlı məhkəmədə müstəqil iddia qaldırmaq hüququndan məhrum etmir. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7131/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7131/2024
24.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver