Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7132/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı məcburi işburaxma üçün əmək haqqı və mənəvi zərər tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək haqqı və mənəvi zərər tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “məcburi işburaxma üçün əmək haqqı və s” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3492/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh MMC-nin 52/K-A saylı, xx.xx.2023-cü il tarixli əmrinə əsasən Cavabdeh MMC-də insan resursları üzrə kiçik mütəxəssiz vəzifəsinə çalışan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.
2. Cavabdeh MMC-nin 69/k saylı xx.xx.2023-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər İdarəsinin 17 iyul 2023-cü il tarixli qərarı əsasında 31 may 2023-cü il tarixli xitam əmri ləğv edilmiş, İddiaçı insan resursları üzrə kiçik mütəxəssiz vəzifəsinə bərpa edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə X6 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 31 05 2023-cü il tarixli, 52/K-A nömrəli əmrin ləğv edilməsi, X1 "xxxx" MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ümumilikdə ödənilmiş 800 manat, mediasiya prosesi üçün ödənilən 56 manat rüsum, vurulmuş mənəvi zərərin əvəzi 10000 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq X2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 52/K-A nömrəli əmr əsasında məcburi işburaxma müddəti üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı ödənilməsi; hüquqi xidmət göstərilməsi üçün ümumilikdə ödənilmiş 800 manat, mediasiya prosesi üçün ödənilən rüsum olan 56 manat, vurulmuş mənəvi zərərin əvəzi 10000 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, əmək fəaliyyəti ilə bağlı xx.xx.2021-ci ildə "Buta Traidinq“ MMC-nin İnsan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə işə qəbul olunmuşdur. İşəgötürənlə rəsmiləşdirilmiş Əmək Müqaviləsi müddətli bağlanmış və xx.xx.2021-ci il tarixədək müəyyən olunmuşdur. Əmək münasibətlərinə, qanun qaydalara ciddi riayət edərək fəaliyyət göstərmiş və vicdanla davranaraq heç bir qüsur və çatışmazlıqlara yol verməmiş bir neçə iş günü keçdikdən sonra, birbaşa tabeçiliyində olduğu şöbə müdiri Tağızadə Aidə ona vəzifə borclarına tamamilə zidd olan (iş vaxtı onun saçlarının fenlə düzləşdiriməsi, iş vaxti avtomobil vasitəsilə onun övladını evdən götürərək müəllim yanına hazırlığa aparmasını, sonra isə evə geri gətirməsini və digər şəxsi məsələlər) tapşırıqlar və göstərişlər verməyə başlamışdır. Bu cür tapşırıq və göstərişlərə haqlı olaraq razılıq edilmişdir. Cavabdeh tərəfindən qətnamə və qərarların icrasına könülsüzlük nümayiş etdirildiyini gördükdə xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixlərdə iş yerinə gedərək mövcud vəziyyətlə maraqlanmaq istəmişdir. Orada ona İnsan Resursların şöbə rəhbəri X3 və İcraçı direktor müavini X11 tərəfindən hədə-qorxu edilmiş, problemlər yaradaçaqlarını və burada işləməyinin mümkün olmayaçağını bildirmişlər. Bundan sonra cavabdehin işçiləri tərəfindən əmək fəaliyyətinin həyata keçirilməsinə icazə verilmədiyini öyrənmiş və dərhal Əmək Müfəttişliyinə şikayət etmişdir. İşlə bağlı Əmək Müfəttişliyi tərəfindən araşdırılma aparılmış və yekunda cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə cərimələnməsi barədə məlumat verilmişdir. Qanunu pozmaqları azmış kimi, həmin şəxslər ailə üzvlərinə kobud, qeyri-etik davranış nümayiş etmişlər və xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin ofisindən evə qayıtdıqdan sonra atasının səhhətində ciddi narahatlıq yaranmış və onlar Təcili tibbi yardıma müraciət etmək məcburiyyətində qalmışlardır. Bununla bağlı Mediasiya təşkilatından arayış almışdır və 56 manat ödəniş etmişdir. Eyni zamanda bildirmək istəmişdir ki, "xxxx" MMC ilə əvvəlki məhkəmə mübahisəsi zamanı Bakı Apellyasiya Məhkəməsinin icraatında 2(103)- 1135/2022 nömrəli iş olmuşdur. Qeyd olunan iş üzrə xx.xx.2022-ci il tarixində vəkil ilə müqavilə bağlamış və həmin müqavilənin dəyəri cavabdehdən tələb etmək imkanı olmamışdır. Həmin müqavilənin dəyəri 300 manat olmuşdur. Bununla yanaşı hazırki iş üzrə Vəkil ilə müqavilə bağlamış və həmin müqavilənin də qəbzi qoşmaya əlavə ediləcəkdir. Həmin müqavilənin dəyəri 500 manat olmuşdur. Bunlarla yanaşı bildirmək istərmişdir ki, cavabdehin qanunsuz əməlləri nəticəsində 2 ildən artıq müddətdir ki, yollardadır və mənəvi zərərə məruz qalmışdır. Bütün bunlara baxmayaraq heç bir nəticəyə nail olmamış və bu da onun mənəvi zərərini dərinləşdirmişdir. Məhkəmə prosesləri ilə yanaşı icra mərhələsində də qanunlara tabe olmayan cavabdehin qanunsuz hərəkətləri nəticəsində bəzən gün ərzində dəfələrlə müxtəlif qurumlara getmək məcburiyyətində qalmışdır. Cavabdehin bu qanunsuz hərəkətləri onda mənəvi sarsıntı və depressiya əlamətləri meydana gətirmişdir ki, nəticədə də o, fəal ictimai həyatını davam etdirməkdən məhrum olmuşdur. Bununla yanaşı qeyd olunan xoşagəlməz hallar nəticəsində özünə və ailəsinə kifayət qədər vaxt ayıra bilməmiş və onlara qayğı göstərməkdən məhrum olunmuşdur. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Ona vurulan mənəvi zərərin həcmi 10000 manatdır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3492/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqının ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 56 manat mediasiya xərci və hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi 800 manat Cavabdeh MMCdən alınaraq İddiaçı ödənilməsi, İddiaçı vurulmuş mənəvi zərərin əvəzi 500 manat Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndində nəzərdə tutulmuş ləğv edilməsi əsasları pozulduğundan İddiaçı xx.xx.2023- cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqı ödənilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən o, müəyyən müddət işsiz qalmaqla məyus olmuş, müəyyən məhrumiyyətlərlə üzləşməklə ona mənəvi zərər dəymişdir. Lakin, məhkəmə, iddiaçının qısa müddətdə işinə bərpa edilməsini nəzərə alaraq mənəvi zərərin həcminin iddiada göstərilən məbləğdə deyil 500 manat miqdarında müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. İş materiallarında olan qəbzlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 300 manat və 500 manat ödənişlər edilmişdir. Hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunsa da, iddiaçının hüquqi yardımla bağlı vəkilə ödənilən pula görə onun xeyrinə cavabdehdən 800 manat məbləğində pul tutulmalıdır. İddiaçı mediasiya xərcini tələb etdiyindən, onun tərəfindən mediasiya təşkilatına ödənilmiş 56 manat Cavabdeh MMC-dən alınaraq, İddiaçı ödənilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 300-cü maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsinə, Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.2, 121.1, 217.3, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3492/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin mənəvi zərərin qismən təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, cavabdehin qanunsuz əməlləri nəticəsində 2 ildən artıq müddətdir ki, yollardadır və mənəvi zərərə məruz qalıb. Bütün bunlara baxmayaraq heç bir nəticəyə nail olmamış və bu da onun mənəvi zərərini dərinləşdirmişdir. Məhkəmə prosesləri ilə yanaşı İcra mərhələsində də qanunlara tabe olmayan cavabdehin qanunsuz hərəkətləri nəticəsində bəzən gün ərzində dəfələrlə müxtəlif qurumlara getmək məcburiyyətində qalır. Cavabdehin bu qanunsuz hərəkətləri onda mənəvi sarsıntı və depressiya əlamətləri meydana gətirmişdir ki, nəticədə də o fəal ictimai həyatını davam etdirməkdən məhrum olub. Bununla yanaşı qeyd olunan xoşagəlməz hallar nəticəsində özünə və ailəsinə kifayət qədər vaxt ayıra bilməyib və onlara qayğı göstərməkdən məhrum olub. Ona vurulan mənəvi zərərin həcmi 10000 manatdır. Məhkəmənin sözügedən qətnamə üzrə mənəvi zərəri 500 manat həcmində təmin etməsi iddiaçının hüquqlarını pozmuşdur. Sözügedən qətnamədə qeyd olunan iddiaçının işdən qanunsuz azad edilməsi cavabdehin ilk belə əməli deyil və bundan əvvəl də cavabdeh iddiaçının əmək hüquqlarını bu qaydada pozmuşdur.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
12. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, 2021-ci ildə iddiası təmin edilmişdir. Apellyasiya məhkəməsində onun müqaviləsini saxtalaşdırdıqları aydın oldu. Daha sonra iş ekspertizaya göndərildi və onun müqaviləsinin saxtalaşdırılması məlum oldu. Nə rayon məhkəməsində, nə də apellyasiya məhkəməsi tərəfindən barışıq üçün vaxt verilməsinə baxmayaraq cavabdeh barışığa gəlmədi. O çox sıxıntılar keçirir. O,65 yaşlı atası ilə iclaslara gəlirdi, həmin zamanda 5 akt tərtib edilmişdir, guya ki, o işdə nalayiq davranış sərgiləyib, işçilərə psixoloji təzyiq göstərib. Halbuki, o üç-dörd nəfərlə digər ofisdə oturub və onun heç əlaqəsi olmayıb, bir-birini ümumiyyətlə tanımır. Onun ürəyindəki ağrı böyükdür, artıq 4 il tamam olacaq. Onun üç məhkəmədə iddia tələbi təmin edilib. İşburaxma müddəti hakim Əfsanə xanımın qərardadında 2 il ödənilməli olduğu qeyd edilmişdir. Bununla bağlı qarşı tərəf şikayət verdi, hakim məzuniyyətdə olduğuna görə iş Ramin Xəlilovun icraatına verildi, eyni hakim işə iki dəfə özü baxıb ,iki dəfə də onun şikayətini rədd edib, artıq üçüncü dəfə apellyasiya məhkəməsinə gəlib çıxıb. O, Məhkəmə Hüquq Şurasına da müraciətini edib. Onun haqlı işi nəyəsə görə geri qaytarılır. 3 ildir ki, o işsizdir, ailəsi də 4 nəfərdən ibarətdir və bir nəfər işləyir. O bu gün anasına insulin dərmanı ala bilmir. Onun 39 yaşı var və 3 diplomu var. Onun 15 ilə yaxın iş təcrübəsi var. O, kollektivdə işçilərə psixoloji təzyiq göstərməyib. O, istər mənəvi, istər maddi cəhətdən çox pis vəziyyətdədir. Onu istidə çox gözlətdilər, get-gələ saldılar, isti otaqda oturdanda atasının halı pisləşdi. Ona 2 aylıq məzuniyyət verəcəklərini dedilər. Onun sağlamlığı ilə bağlı problemi olduğuna görə o əməliyyat olunmalı idi. Sonra ona problem yaradacaqlarını deyərək hədə-qorxu gəldilər. Onlara özünə iş tapana qədər ona vaxt verilməsini istəyib. Onun həmin şirkətlə bağlı ayrı-ayrı 4 məhkəməsi var. 2 aylıq ödəniş də ona düzgün ödənilməyib, o bununla bağlı Əmək Müfəttişliyinə şikayət verib, hazırda işi oradadır. 2 ay 11 gün sonra cavabdeh ödəniş ödəyib və 800 manat civarında da cərimələniblər. Onun valideynini də təhqir ediblər, bacısı ilə çox kobud danışdılar. 2021-2022-ci illərdə köhnə şöbə rəhbərinə zənglər edib köhnə işçini maraqlanırdılar. Onun haqqında elə məlumatlar verilirdi ki, o müsahibədən keçəndən sonra sabahkı gün işə gələndə Ona müəyyən səbəblərə görə onunla işi davam edə bilməyəcəklərini deyirdilər. Hara müraciət edirdi sə, məhkəməyə mülki iş getdiyinə görə artıq onu problemli adam kimi tanıyırdılar. O, məhkəmələrdə udsa da, işəgötürən problemli olduğunu düşünərək onu işə götürmürdü.
13. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, iddiaçıya ağır mənəvi zərər vurublar.Bu ilk dəfə deyil. İlk dəfə 2017-ci ildə 3 aylıq müqavilə bağlanaraq işə qəbul ediblər. 3 ay bittikdən sonra iddiaçının guya ki, cavabdehə uyğun işçi olmadığını bildirərək işdən çıxarıblar. Onlar bununla bağlı məhkəməyə müraciət ediblər və məhkəmə qərarı ilə iddiaçı işə bərpa olunub, zərər və digər xərclər ödənilməsi müəyyənləşdirilib. Bundan sonra cavabdeh işlə bağlı yuxarı instansiyaya şikayətlər verib. Yekun olaraq 2022-ci ilin dekabrında Ali Məhkəmə qərar qəbul edib və qərar icrasız qalıb. May ayının 24-də iddiaçının xəbəri olmadan onu işə bərpa ediblər. İddiaçı iş yerinə gedib və onu orada təhqir ediblər, ümumiyyətlə, iş yerinə buraxmayıblar. İddiaçı bununla bağlı Əmək Müfəttişliyinə şikayət edib və 31 mayda özünün xəbəri olmadan, bildiriş göndərilmədən guya ki, müddətin bitməsinə görə əmək müqaviləsinə yenindən xitam verilib. Bununla bağlı onlar yenə şikayət veriblər. Nəsimi Rayon Məhkəməsində məhkəmə getdiyi dövrdə Cavabdeh MMC qanunauyğun şəkildə əmək müqaviləsinə xitam verilmədiyinə görə Əmək Müfəttişliyi tərəfindən cərimələnib. 31 iyulda şərti olaraq cərimə tətbiq edilib, cərimələrin real olaraq tətbiq olunmamağı üçün Cavabdeh MMC məhkəmənin gedişatında öz qəbul etdiyi Əmri ləğv edərək iddiaçını işə bərpa edib. Daha sonra onlar iddia tələbinin dəqiqləşdirilməsini veriblər və əmrin ləğv olunması, işə bərpanı iddia tələbindən çıxardılar, yerdə qalan iddia tələbləri qaldı. İddia tələbi təmin edildi, ancaq mənəvi zərərin təmin edilməsi hissəsində qismən təmin edildi, 500 manat mənəvi zərər müəyyən edildi. Onlar düşünüblər ki, 500 manat mənəvi zərərə görə ödənişin müəyyən edilməsi çox az məbləğdir. 31 iyulda iddiaçını işə bərpa ediblər,sonra 21 sentyabrda yenidən işdən çıxarıblar. Bununla bağlı da yenidən Əmək Müfəttişliyinə şikayət edilib və Cavabdeh MMC yenidən cərimə olunub. Hal-hazırda onlar yenidən bununla bağlı Nəsimi Rayon Məhkəməsində iddia qaldırıbla. Birinci məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, məcburi iş buraxma üçün pul ödənilməlidir. İddiaçı da 2023-cü ilin may ayına kimi gözləyib ki, bu iki il müddətin əməkhaqqısı ona ödənilməlidir.Qətnaməyə izah verilməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir və məlum olmuşdur ki,müqavilə 3 aylıq bağlandığı təqdirdə yanlız 3 aylıq pul ödənilməlidir. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, "mənəvi zərər" anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Hazırda şəxs iztirab keçirmiş,qanunsuz olaraq işdən azad edilmişdir. Hal-hazırda da iddiaçının mənəvi zərəri davam edir. İddiaçını 3 dəfə işdən çıxarıblar, ödənişi ödəməyiblər. İddiaçı bülletendə olanda ona əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş göndəriblər.Bütün bunlar bu hadisələrdən sonra olub.Qarşı tərəfin göstərdiyi qanunsuz hərəkətlərinə görə Əmək Müfəttişliyinin qərarı var, məhz onların qanunsuz hərəkətləri nəticəsində onları cərimələyiblər. Məhz bu qanunsuz hərəkətlərin nəticəsində iddiaçı sağlamlığının pozulmasına gətirib çıxardıb. Məhkəmə mənəvi zərəri 500 manatla qiymətləndirib və 500 manatın aşağı olduğunu düşünür. İddiaçının əmək kitabçasını korlayıblar.
14. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, həm iddiaçının özü, həm də vəkilin bildirdiyi kimi iş üzrə 4-5 ayrı məhkəmədə 10-a yaxın qərar qəbul edilib. Əsas nüans əmək müqaviləsinin müddətidir, əmək müqaviləsi 3 aylıq müddətə bağlanılıb. İddiaçının özü insan resursları üzrə mütəxəssisdir,yəni digər şöbənin əməkdaşı deyil.İnsan resursları özü əmək müqaviləsini birbaşa sistemə işləyən,əmək müqaviləsinin müddəti və məzmunu ilə bağlı hüquqşünas qədər məlumatlı olan şəxsdir. Əmək müqaviləsinin müddətli olmasını iddiaçının bilməməyi mümkün deyil. İddiaçının özü əmək müqaviləsinin 3 aylıq bağlandığını iddia edir. Həm rayon məhkəməsi, həm də apellyasiya məhkəməsi qərarlarına əsasən 3 aylıq müddət üzrə iş buraxma üçün məbləğ ödənilmişdir. Birinci instansiya məhkəməsinin qərarında iddia qismən təmin edilib, məcburi işburaxmaya görə cavabdeh tərəfindən əməkhaqqı ödənilməsi vəzifəsi qoyulmuşdur. Mənəvi zərər hissəsində iddiaçının maddi hüquqlarının pozulduğunu iddia etməsi əsassızdır,həmin hissədə məhkəmə tərəfindən təmin edilib. 3 aylıq məcburi işdən buraxılma ilə bağlı iddianı əsaslı hesab edir və məbləğ işəgötürən tərəfindən ödənilib. İddiaçının yaşlı atası ilə məhkəmə iclaslarına gəlməsi və onun təcili yardımla aparılmasına istinad etməsinin əsassız olmasını hesab edir. Ümumiyyətlə bu iş üzrə mənəvi zərər dəydiyini hesab etmir. İddiaçını oturduğu otaq çox geniş və yaxşı otaqdır, iddiaçının ittihamını əsassız hesab edir. Ola bilər ki, əmək müqaviləsinə xitam verilməsi hissəsində müəyyən boşluqlar, pozuntular olub. İddiaçının dediyi kimi bu məsələ əvvəlki insan resurslarının şöbə rəisinin səhvidir. Hazırki iddiada o, mənəvi zərər dəydiyini hesab etmir, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
Tətbiq edilən hüquq normaları:
15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 300. 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.
16. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmiş, qətnamə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçı iddia tələbinin təmin edilməyən hissəsindən apellyasiya şikayəti vermişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində iddiaçıya münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, iddiaçı işdən azad edilmə barədə 52/K-A №-li xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, həmçinin vurulmuş mənəvi ziyanın ödənilməsi tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
23. Bundan sonra Cavabdeh MMC xx.xx.2023-cü il tarixli əmri ilə İddiaçı işdən azad edilməsi barədə 31 may 2023-cü il tarixli əmri ləğv etmişdir.
24. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məcburi işburaxma müddəti üçün "xxxx" MMC tərəfindən İddiaçı əmək haqqı ödənilməsi; hüquqi xidmət göstərilməsi üçün ümumilikdə ödənilmiş 800 manat, mediasiya prosesi üçün ödənilən rüsum olan 56 manat, vurulmuş mənəvi zərərin əvəzi 10000 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3492/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı xx.xx.2023-cü il tarixdən işə çıxdığı günə qədər məcburi iş buraxma müddəti üçün tərəflər arasında bağlanmış müqavilə əsasında əmək haqqının ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 56 manat mediasiya xərci və hüquqi yardıma görə çəkilmiş xərcin əvəzi 800 manat Cavabdeh MMCdən alınaraq İddiaçı ödənilməsi, İddiaçı vurulmuş mənəvi zərərin əvəzi 500 manat Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
26. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, iddia tələbinin ona vurulmuş mənəvi ziyanla bağlı hissədə tam təmin edilməsini xahiş etmişdir.
27. İddiaçının apellyasiya şikayətinin dəlili odur ki, cavabdeh onu daha əvvəl 2021-ci ildə də işdən qanunsuz azad etmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Buta Trading MMC-nin 19.04.021-ci il tarixli əmrinin ləğv edilməsi, İddiaçı işə bərpa olunması, hüquqi xidmət üçün ödənilmiş 300 manat və mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun Buta Trading MMC-dən İddiaçı xeyrinə tutulması qət edilmişdir.
29. Göründüyü kimi 2021-ci ildəki pozuntuya görə mənəvi zərərin məbləği məhkəmə tərəfindən 200 manat məbləğində qiymətləndirilmişdir.
30. Hazırki iş üzrə isə müəyyən olunur ki, cavabdeh xx.xx.2023-cü il tarixdə verdiyi əmri 2 aydan sonra ləğv edərək iddiaçının işə bərpa olunması barədə əmr vermişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən yol verilmiş pozuntu qısa müddətdə aradan qaldırıldığından işə baxan məhkəmə hazırki işin hallarını nəzərə alaraq düzgün olaraq mənəvi zərəri 500 manat məbləğində qiymətləndirmişdir.
32. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3492/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev