Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7133/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(094)-112/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş ümumi sahəsi 61,2 kv.m, yaşayış sahəsi 45,6 kv.m və 3 yaşayış otağından ibarət olan Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi 29-cu məhəllədə yerləşən 12 saylı evin, 19 saylı mənzilinə onun 2/3 hissədə, Cavabdeh isə 1/3 hissədə payının müəyyən edilərək bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, birgə nikah dövründə əldə edilmiş ümumi sahəsi 61,2 kv.m, yaşayış sahəsi 45,6 kv.m və 3 yaşayış otağından ibarət olan Bakı şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi 29-cu məhəllədə yerləşən 12 saylı evin, 19 saylı mənzilinə İddiaçı 2/3 hissədə, Cavabdeh isə 1/3 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, Cavabdeh ilə 27 mart 2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Nikaha daxil olduqları vaxtdan etibarən cavabdehlə birgə yaşamış və birgə ailə təsərrüfatı idarə etmişlər. Birgə nikahdan 04 oktyabr 2017-ci il təvəllüdlü X4 doğulmuşdur. Evliliklərinin ilk vaxtlarında cavabdehlə ailə münasibətləri normal olsa da, sonradan pisləşmiş və o, nikahın pozulması, uşağın onun himayəsinə verilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 30 avqust 2019-cu il tarixli 2(094)-242/2019 saylı qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşağın onun yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. O, cavabdehlə rəsmi nikaha daxil olduqdan təxminən bir il sonra, 2017-ci ilin may ayında birgə qazancları hesabına cavabdehin adına ümumi sahəsi 61,2 kv.m, yaşayış sahəsi 45,6 kv.m və 3 yaşayış otağından ibarət olan Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi 29-cu məhəllədə yerləşən 12 saylı evin, 19 saylı mənzilini almışlar. Cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildikdən sonra o, həmin mənzilə pasport qeydiyyatına düşməklə, ailə münasibətlərinin pozulmasınadək həmin mənzildə cavabdehlə ailə kimi bir yerdə yaşamışlar. Mənzil birgə nikah dövründə əldə edildiyindən, cavabdehlə onun ümumi birgə mülkiyyəti sayılır və qanunvericiliyin tələbinə əsasən aralarında bölünməlidir. Hesab edir ki, cavabdehlə nikahları pozulduqdan sonra birgə nikahlarından olan X4 onun yanında qaldığından, uşağın saxlanması ilə bağlı bütün maddi ehtiyac və məsrəflərini təkbaşına qarşılamaq məcburiyyətində qaldığından, cavabdehlə birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsi zamanı onun həmin əmlak üzərində payı cavabdehdən daha çox müəyyən edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilərək, birgə nikah dövründə əldə edilmiş ümumi sahəsi 61,2 kv.m, yaşayış sahəsi 45,6 kv.m və 3 yaşayış otağından ibarət olan Bakı şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi 29-cu məhəllədə yerləşən 12 saylı evin, 19 saylı mənzilinə onun 2/3 hissədə, Cavabdeh isə 1/3 hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(094)-112/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi 29-cu məhəllədə yerləşən 12 saylı evin, 19 saylı mənzilinə 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh paylarının müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(094)-112/2021 saylı qətnaməsinin ləğv eildərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qeyd edilən mənzilin alınması tərəflərin nikahı dövrünə təsadüf etsədə, həmin mənzil mübahisəli fərdi yaşayış evi 12.05.2017-ci il tarixli alğı-satqı müqaviləsi ilə əldə edilmişdir. Həmin fərdi yaşayış evi alınarkən yalnız formal olaraq cavabdehin adına sənədləşdirilmiş və bank sənədləri ilə tam sübut edilir ki, qeyd edilən mənzilin alması cavabdeh Ziya Abdulzadənin valideyinlərin şəxsi vəsaiti və 13.04.2017-ci il tarixli kredit müqaviləsi və 14.04.2017-ci il tarixli kredit müqaviləsi ilə əldə edilmiş pul hesabına əldə edilmişdir. Belə ki, həmin sənədlərlə tam sübuta yetirilir ki, ümumilikdə cavabdehlərin valideyinləri qeyd edilən mənzili əldə etməmişdən bir ay əvvəl 20000 min manat kredit götürmüş və valideyinləri tərəfindən üzərinə qoyub ona verdiyi 29000 min manat vəsaitlə həmin evi əldə etmişlər. Həmçinin, işin faktiki halı ondan ibarətdir ki, cavabdeh qeyd edilən dövrdə işlədiyi əmək haqqı 500 manat civarında olmaqla həmin vəsait özünün və ailəsinin təminatı üçündə yetərli deyildir. Həmçinin, iddiaçı mübahisə predmeti olan əmlakı ümumi gəlirləri hesabına əldə etməsini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. İddiaçının iddia ərizəsinin ümumi dəlillərindən aydın olur ki, o iddia tələbini yəni mübahisəli fərdi yaşayış evini birgə nikah dövrnüdə olmasını tələb edərkən yalnız nigahın olmasına istinad etmişdir. Halbuki, iddiaçı nigah dövründə işləməsini və ya ərlə birlikdə hər hansı bir gəlir əldə etməsini təsdiq edən bir sübut təqdim etməmiş, belə bir sübutun mövcudluğu iş materialları ilədə müəyyən edilməmişdir. Ər-arvadın nikahda olduqları zaman əvəzli olaraq əldə etdikləri yüksək dəyərli əmlakın (mənzil, yaşaış evi, torpaq sahəsi və sair) onların ümumi gəlirləri hesabına əldə edilib-edilməməsi barədə mübahisənin həlli üçün tərəflərin rəsmi nikahda olmaları müddəti, həmin müddət ərzində birgə təsərrüfat aparıb-aparmamaları, əmlakın rəsmi nikahdan qısa, yaxud uzun müddət sonra əldə etmələri, ümumi gəlirlərinin əldə olunmuş əmlakın dəyərinə nisbəti, əmlak əldə olunan ərəfədə kənar şəxslərin yardımlarının olub-olmaması, əgər olmuşdursa həmin yardımın ümumi ailəyə, yaxud konkret olaraq ərə və ya arvada edilməsi kimi əhəmiyyət kəsb edən hallar müəyyən olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, cavabdeh qətnamənin ləğv olunaraq, iddianın rədd olunmasını xahiş etdiyindən, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(094)-112/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər 27 mart 2016-cı il tarixdə nikah qeyd etdirməklə ailə qurmuş, onların birgə nikahlarından 04 oktyabr 2017-ci ildə X5 adlı uşaqları anadan olmuşdur. Cavabdeh adına ümumi sahəsi 61,2 kv.m, yaşayış sahəsi 45,6 kv.m, 3 yaşayış otağından ibarət Bakı şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi 29-cu məhəllədə yerləşən 12 saylı evin, 19 saylı mənzili 17.05.2017-ci ildə qeydiyyata alınmaqla mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 2(094)- 242/2019 nömrəli, 30 avqust 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 27 mart 2016-cı il tarixdə bağlanmış və həmin tarixdə 5 saylı Bakı “ASAN xidmət mərkəzi” Qeydiyyat şöbəsində 1374 sayla qeydə alınmış nikahın pozulması, 04 oktyabr 2017-ci il təvəllüdlü X1 anası İddiaçı yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 03 may 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 332808 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 10 oktyabr 2019-cu il tarixdə 290 № ilə qeyd edilmiş və nikah ləğv olunandan sonra arvada Şahlarlı soyadı verilmişdir. İş materiallarında olan Asan 3 tərəfindən verilmiş ******* №-li 29.10.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı, X4 və Cavabdeh Bakı şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi 29cu məhəllədə yerləşən 12 saylı evin, 19 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan "xxxx" ASC ilə X8 arasında bağlanmış 13.04.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, banktərəfindən X6 36 ay müddətinə illik 29,84% dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə X3 arasında bağlanmış 14.04.2017-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən X2 36 ay müddətinə illik 29,84% dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 15 fevral 2021-ci il tarixli arayışdan görünür ki, "xxxx" ASC-nin müştərisi X8 tərəfindən 13.04.2017-ci il tarixdə götürülmüş 10.000 manat məbləğində nağd kredit 05.02.2020-ci il tarixdə tam ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra-AM) 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. AM-nin 32.2 maddəsinə əsasən ər-arvadın ümumi mülkiyyətinə: -32.2.1 maddəsinin tələbinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və.s); -32.2.2 maddəsinin tələbinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, ər-arvadın nikah dövründə qazandığı hər hansı sair əmlak daxildir. AM-nin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər(arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Göründüyü kimi qanunvericilik ər-arvadın ümumi birgə mülkiyyətini yalnız onların “ümumi gəlirləri hesabına əldə edilən əşyalar”la məhdudlaşdırmamış, hətta “ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ərin (arvadın) da ümumi əmlak üzərində hüquqa malik olduğunu” təsbit etmişdir. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və məhkəmə bu qənaətə gələrkən həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə alır. AM-nin 34.1-ci maddəsinə əasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). AM-nin 36.1 maddəsinin tələbinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan hər birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. AM-nin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi, 29-cu məhəllədə yerləşən 12 saylı evin, 19 saylı mənzili İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə edildiyindən onların ümumi mülkiyyəti hesab edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsaslanaraq məhkəmə hesab etmişdir ki, tərəflərin birgə nikahda olduqları dövrdə əldə olunmuş Bakı şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi 29-cu məhəllədə yerləşən 12 saylı evin, 19 saylı mənzili üzərində İddiaçı və Cavabdeh payları 1/2 hissədə olmaqla müəyyən edilməlidir. AM-nin 37.1 maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. AM-nin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış nikah artıq pozulmuş, birgə nikahdan doğulmuş 04 oktyabr 2017-ci il təvəllüdlü X1 iddiaçının yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçının xeyrinə cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, mənzil üzərində payların uşağın mənafeyi nəzərə alınmaqla müəyyən edilməsi əsassızdır. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, ər-arvaddan hər hansı birinin üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallar da müəyyən olunmamışdır. Odur ki, iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Pirallahı rayonu Pirallahı qəsəbəsi 29-cu məhəllədə yerləşən 12 saylı evin 19 saylı mənzili tərəflər arasında 1/2 hissədə bərabər paylara bölünməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Hazırki halda da, Konstitusiya Məhkəməsinin mövqeyinə görə “əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması” halında, mənzilin alınması əvəzli əqd əsasında əldə etmələri müəyyən olunur. Cavabdehin Bakı şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 29-cu məhəllədə yerləşən 12 saylı evin, 19 saylı mənzilinin valideynlərinin vəsaiti hesabına alınması və bu səbəbdən həmin mənzilin iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməməsi ilə bağlı dəlillərinə qiymət verərək, məhkəmə aşağıdakıları qeyd etmişdir: Cavabdeh məhkəməyə kredit müqavilələri təqdim edərək iddiaçı ilə birgə nikah dövründə əldə etdikləri mənzilin valideynlərinin "xxxx" ASC-dən aldıqları kredit və öz şəxsi vəsaitləri hesabına alındığını bildirsə də, mənzilin məhz həmin kredit və valideynlərinin şəxsi vəsaitləri hesabına alınmasına, kredit vəsaitlərinin məhz həmin mənzilin alınması məqsədi ilə götürülməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Pirallahı rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(094)- 112/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-7133/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7133/2021
25.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver