Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-7135/2025 19.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh ** nömrəli Uşaq Musiqi Məktəbinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə Açar sözlər: əmrinin ləğv olunması, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi Hakimlər X9 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh ** nömrəli Uşaq Musiqi Məktəbin nümayəndəsi və vəkili nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh ** nömrəli Uşaq Musiqi Məktəbinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh ** nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı”) ##.##.2007-ci il tarixdə ** nömrəli Uşaq Musiqi Məktəbinə (bundan sonra cavabdeh) fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir. Məktəbinin direktoru Zakir Əsədovun ##.##.2024-cü il tarixli əmri ilə məktəbin Attestasiya Komissiyasının Əsasnaməsi təsdiq edilmiş, məktəbin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərin attestasiyasını həyata keçirmək məqsədilə hər biri 5 nəfərdən ibarət 2 Attestasiya Komissiyası yaradılmış və tərkibi təsdiq edilmişdir. Bundan sonra məktəb tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlıq bildirişinə əsasən attestasiya olunacaq işçilər kateqoriyasına aid olduğu iddiaçıya bildirilmiş və ona attestasiya zamanı sualların verilməsi nəzərdə tutulan məsələlər barədə (əlavə 1) məlumat verilmişdir. Həmin bildiriş ##.##.2024-cü il tarixdə iddiaçıya təqdim edilmişdir. Bundan sonra iddiaçı ##.##.2025-ci il tarixdə attestasiyaya dəvət edilmiş və onunla keçirilmiş attestasiya zamanı qoyulmuş suallar, verilmiş cavablar, attestasiyanın nəticələrinə dair komissiyanın üzvlərinin səsverməsi və buna uyğun olaraq iddiaçının fəaliyyətinə verilmiş qiymət tərtib edilmiş attestasiya vərəqəsində əks olunmuş, iddiaçı həmin vərəqəni imzalamışdır. Attestasiya vərəqində iddiaçının ona verilmiş 14 sualdan 5 suala cavab verə bilmədiyi, 3 suala səhv cavab verdiyi, 1 suala qismən, 1 suala zəif cavab verdiyi, yalnız 4 suala tam cavab verdiyi, ona praktiki biliklərinin yoxlanılması məqsədi ilə piano alətində əsərin ifası və təhlili zamanı “İ.S.Bax “YTK” Prelüd və fuqa II cild h moll” adlı əsərin ifasının ritmik və temp cəhətdən çox pis olduğu, təhlilin tam olunmadığı, qammanın ifasının b mollun normal olduğu, üzdən oxuma zamanı “R.Şuman “Uşaq səhnələri” məcmuəsindən №*” adlı əsərin oxunmasının yaxşı olmadığı, ritmik problemlər olduğu qeyd edilmiş və nəticədə komissiyanın 3 üzvü əleyhinə, 2 üzvü leyinə səs verməklə iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı barədə qərar qəbul etmişdir. Həmin qərara uyğun məktəb tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli əmrlə iddiaçı ##.##.2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı İddiaçı cavabdeh ** nömrəli Uşaq Musiqi Məktəbinə qarşı iddia və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası haqqında” ##.##.2024-cü il tarixli, ** nömrəli əmrinin ləğv olunmasını, onun cəlb olunduğu attestasiyanın nəticələrinin etibarsız hesab edilməsini, ##.##.2025-ci il tarixli, ** saylı əmrin ləğv olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə məktəbdə fortepiano müəllimi vəzifəsinə işə bərpa olunmasını və ödənilmiş 60 manat məbləğində mediasıya xərcinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini işin faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, o, ##.##.2007-ci il tarixdən məktəbdə əmək fəaliyyətinə başlamış və ##.##.2025-ci il tarixə kimi (əmək müqaviləsi ləğv edilənədək) həmin məktəbdə fortepiano şöbəsinin müəllimi vəzifəsində işləmişdir. O, cavabdeh müəssisədə işlədiyi təxminən 17 il 6 ay müddətində əmək funksiyalarını layiqincə yerinə yetirmiş və heç bir vaxt intizam məsuliyyətinə cəlb edilməmişdir. O, 17 ilə yaxındır ki, məktəbin konsert və tədbirlərində həm özü, həm şagirdləri ilə birlikdə iştirak edərək məktəbi təmsil etmişdir. Onunla bağlanmış əmək müqaviləsinə məktəbin ##.##.2025-ci il tarixli, ** saylı əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” hissəsinə (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) əsasən ##.##.2025-ci il tarixdən xitam verilmişdir. Onun “peşəkarlıq səviyyəsini tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə” cavabdeh öz əmrini Attestasiya Komissiyası tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Lakin həmin qərarın etibarlılığı nöqteyi nəzərdən, qərarı qəbul edən Attestasiya komissiyasının tərkibi, qəbul etdiyi qərarın obyektiv olması, onun attestasiyanın nəticələri ilə razılaşması və attestasiya vərəqəsinin imzalanması komissiyanın üzvləri tərəfindən məcbur edildiyi və komissiya tərəfindən işçinin fəaliyyətinə qiymət verilməsi və tövsiyəsi arasında ziddiyyətlər olduğu nəzərə alınsa, məktəbin ##.##.2025-ci il tarixli əmri etibarsız hesab edilməli, o, işə bərpa olunmalıdır. Məktəb tərəfindən ##.##.2024-cü il tarixdə ona təqdim edilmiş Müəllimlərin attestasiya haqqında * nömrəli Xəbərdarlıq bildirişində qeyd olunmuşdur ki, ** nömrəli Uşaq Məktəbinin ##.##.2024-cü il tarixli, ** nömrəli əmrinə görə müəllimlərin peşəkarlıq səviyyəsini yoxlamaq və onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmadığını aşkara çıxarmaq məqsədi ilə Attestasiya komissiyası yaradılmış və onun nəzərinə, onun attestasiya olunacaq işçilər kateqoriyasına aid olduğu çatdırılmışdır. Lakin 18 ilə yaxın eyni vəzifədə işləyən müəllimin hansı səbəbdən attestasiya olunmalı və attestasiya olunacaq işçilər kateqoriyasına aid olması, hansı meyarlar və qaydalar əsasında belə seçim aparılması ilə bağlı heç bir izah verilməmişdir. Musiqi müəllimlərinin attestasiyası ##.##.2025-ci il tarixində Bakı Xoreoqrafiya Akademiyasında keçirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. Misal etmək üçün Attestasiya komissiyasının üzvü, Həmkarlar İttifaqı Komitəsinin nümayəndəsi kimi qeyd olunmuş İsazadə Səbinə Aydın qızı ** nömrəli Uşaq Musiqi Məktəbinin Həmkarlar İttifaqı Komitəsinə heç bir aidiyyəti yoxdur, Məktəbin Həmkarlar İttifaqı Komitəsinin sədri Gülnarə Həsənova adlı şəxsdir. Lakin göründüyü kimi, bu şəxs nədənsə Komissiyanın üzvlüyünə daxil edilməmişdir. Həmçinin, Komissiyanın sədri olan X1 isə ** nömrəli Uşaq Musiqi Məktəbinə heç bir aidiyyəti yoxdur, N.A.Məlikova naməlum səbəbə görə kənardan (onlarda olan məlumata görə digər Uşaq musiqi məktəbindən) dəvət olunmuş şəxsdir və məktəbin yaratdığı attestasiya komissiyasının tərkibinə kənardan, özü də sədr vəzifəsinə təyin olunması sual doğurur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.3-cü və 1.6-cı bəndlərinə əsasən xüsusi bilik tələb edən vəzifələrdə çalışan müəssisədə həmin profilli, daha yüksək ixtisasa malik mütəxəssislər (pedaqoji işçilər, təsərrüfat sahələrində çalışan digər işçilər) olmadığı ixtisaslar üzrə attestasiyanı keçirmək üçün attestasiya komissiyasının tərkibinə mütləq yuxarı təşkilatdan və ya müvafiq profil orqanından tələb olunan peşəyə malik mütəxəssislər daxil edilməlidir. Az saylı müəssisələrin işçilərinin attestasiyasını yuxarı orqanların attestasiya komissiyaları keçirir. Bu müəssisələrin siyahısını tabe olduqları qaydada yuxarı təşkilatlar müəyyən edir. Məlum oluğu kimi, məktəbdə iddiaçının ixtisasına (fortepiano) aid ixtisasa malik mütəxəssislər vardır (məktəbin fortepiano şöbəsi). “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən attestasiyadan keçən işçinin komissiyada müzakirəsi tələbkarlıq, obyektivlik şəraitində aparılmalıdır. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya zamanı ona 10 bənddən ibarət tərtib edilmiş proqrama uyğun ifa və nəzəri suallara cavab verərkən, ifası heç bir səbəb olmadan sədr Nigar Məlikova (aqressiv şəkildə) tərəfindən dayandırılmış və irad bildirmiş, bundan sonra o, ifa etdiyi əsəri yenidən ifa etməyə başlamış və sona qədər əsər və qammanı səhvsiz və düzgün ifa etmişdir. Eyni zamanda musiqi aləti (fortepiano) nasaz, oturacaq yeri isə narahat idi. O, belə vəziyyətdə ifanı üzdən oxu (çitka) etmişdir. Lakin Attestasiya komissiyasının sədri vəzifəsinə təyin edilmiş X1 açıq-aşkar şəkildə ona qarşı qərəzli münasibət sərgiləmiş, attestasiyanın nəticələrinə dair komissiyanın qərarı qeyri-obyektiv qəbul edilmişdir. Ona komissiyanın sədri tərəfindən psixoloji təzyiqlər göstərilmişdir. Həmçinin o, verilən nəzəri sullara “düz” cavab verdiyi halda komissiya üzvləri tərəfindən ona verdiyi cavabın “səhv” olduğunu bildiriblər. Yəni komissiya üzvləri dərhal qərar qəbul edir və bu barədə attestasiya olunan işçiyə nəticəni bildirirdilər. “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.5-ci bəndinə əsasən attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. İmtahanın sonunda komissiya tərəfindən qabaqcadan hazırlanmış attestasiya vərəqəsi ona təqdim olunmuşdur. Komissiyanın sədri Nigar Məlikova səlahiyyətlərini aşaraq, attestasiya olunanın audio-video çəkilişə etirazlarının düşməsinin qarşısını almaq məqsədilə, komissiyanın qərarını ona bildirərək onu aldatmış, “...biz səni kəsmirik, imtahandan keçirdirik, sizə təkmilləşmə qeyd etmişik, nəzəri biliklərə görə. Qiymətləndirmə isə 2/3 nisbətidir...” qeyd edib. Attestasiya vərəqəsi ilə diqqətlə tanış olmağa imkan verilmədən vərəq ona imzalatdırılmış və bir nüsxəsi təhvil verilərək, attestasiya keçirilən otaqdan xaric edilmişdir. Attestasiya vərəqəsində artıq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmrin məlumatları da göstərilmişdir. Yəni attestasiya vərəqəsində onun attestasiyadan keçməməsi (tutduğu vəzifəyə uyğun olmaması), onunla bağlanmış əmək müqaviləsinə növbəti ayda veriləcək işəgötürənin əmri də qabaqcadan qeyd olunmuşdur. Əmrin mətnindən müşayiət etmək olur ki, məktəbdə sənədləşmə elektron sənəd dövriyyəsi sistemi tətbiq edilmədən tərtib edilmiş və əmrə nömrə verilmişdir. Yəni, elektron sənəd dövriyyəsi sistemində sənədin vəcib elementləri (rekvizitləri) olan tarixi və nömrələri müvafiq ardıcıllıqla aparılır və bu halda hər hansısa kənar müdaxilələrin, o cümlədən sənədi arxa və ya bizim halda gələcək tarixlə rəsmiləşdirmək mümkün deyildir. Belə görünür ki, işəgötürən qismində çıxış edən cavabdeh Məktəb elektron sənəd dövriyyəsi sistemi olmadığından istifadə edərək, Attestasiya komissiyası ilə qabaqcadan razılaşdırılmış şəkildə hansı işçilərin kəsiləcəyini razılaşdırmış və hətta bunun üçün sonrakı tarixlərə (##.##.2025-ci il) əmək müqaviləsinin ləğvi haqqında əmri “rezerv” etmişdir. O, sonradan attestasiya vərəqəsi ilə tanış olaraq, Attestasiya komissiyası (sədri) tərəfindən aldadıldığını başa düşmüş, fortepiano müəllimi olaraq ifa və biliklərinə güvəndiyi halda onu attestasiyadan kəsildiyi və mənasız olaraq nəzəri suallara görə təkmilləşdirməyə yönəldildiyini aşkar etmişdir. Onunla bağlanmış əmək müqaviləsinə (əmr attestasiya vərəqəsində hələ mart ayında göstərilməsinə baxmayaraq) Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bənd ilə xitam verildiyi halda, məktəb direktoru hər ehtimal üçün ona əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizə də yazdırmışdır. Attestasiya zamanı attestasiya olunan işçilərin audio-video yazısı aparılırdı.
4. Bundan sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin “İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə” ##.##.2025-ci il tarixli, ** saylı əmrinin ləğv olunması və iddiaçı İddiaçı Bakı şəhəri Mədəniyyət Baş İdarəsi ** nömrəli Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə bərpa olunması, iddiaçı İddiaçı işdən azad edildiyi gündən işə bərpa ediləcəyi günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddiaçı İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul vəsaitinin Bakı şəhəri Mədəniyyət Baş İdarəsi ** nömrəli Uşaq Müsiqi Məktəbindən tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. (hakim X2)
6. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, attestasiya vərəqəsindən görünür ki, iddia “** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası haqqında” ##.##.2024-cü il tarixli, ** nömrəli əmrinin ləğv olunması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Kollegiyasının ##.##.2018-ci il tarixli, */* nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi əsasnaməsi”nin 6.5-ci bəndinə əsasən müəllimlər qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun olaraq attestasiyadan keçə bilərlər. Həmin qaydaların 7.2-ci bəndinə əsasən məktəbin direktoru məktəbin ixtisaslı müəllim kadrları ilə müvafiq qaydalar üzrə komplektləşdirilməsi üçün tədbirlər görür. Göründüyü kimi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən təsdiq edilmiş və ** nömrəli Musiqi məktəbində də tətbiq edilən uşaq musiqi məktəblərinin nümunəvi əsasnaməsinə görə musiqi müəllimləri qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun olaraq attestasiyadan keçirilə bilərlər, bununla yanaşı məktəbin ixtisaslı müəllim kadrları ilə müvafiq qaydalar üzrə komplektləşdirilməsi üçün tədbirlərin görülməsi də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tabeliyində olan uşaq musiqi məktəblərinin direktorlarının səlahiyyətinə aid edilmişdir. Belə olan halda, iddiaçının “** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası haqqında” ##.##.2024-cü il tarixli əmrin səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı əsası ilə ləğv edilməsi tələbinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir.
7. Məhkəmə iddianın “attestasiyanın nəticələrinin etibarsız hesab edilməsi” hissəsinə qiymət verərək qeyd etmişdir ki, ** nömrəli Uşaq Musiqi Məktəbində keçirilmiş attestasiya əmək qanunvericiliyinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq təşkil edilmiş və keçirilmişdir. Attestasiyadan keçəcək işçiləri əvvəlcədən məlumat verilmiş, komissiya tərəfindən tələbkarlıq, obyektivlik şəraitində attestasiya keçirilmiş, attestasiyanın nəticələri barədə “attestasiya vərəqəsi” qanunvericiliyin tələblərinə müvafiq şəkildə doldurulmuş və işçiyə təqdim edilmişdir. Belə olan halda, attestasiya nəticələrinin etibarsız hesab edilməsi üçün heç bir əsas olmadığından iddia bu hissədə təmin edilməməlidir.
8. Məhkəmə iddianın ##.##.2025-ci il tarixli, ** saylı əmrinin ləğv olunması, iddiaçının məcburi işə buraxma müddəti üçün əmək haqqı ödənilməklə cavabdehin ** nömrəli Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsinə işə bərpa olunması” hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ** nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərinin attestasiyası əmək qanunvericiliyin tələblərinə riayət edilməklə aparılsa da, işəgötürən tərəfindən işçilərin attestasiyasının nəticələrinin tənzimlənməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq 2025-ci il ######ın #-dən iyunun 5-dək attestasiyadan keçirilməsi əmr edilmişdir. Əmrdə attestasiyanın ** nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmamasının müəyyənləşdirilməsi, işçilərin həvəsləndirilməsi, ixtisasının və əməyin ödənilmə dərəcələrinin verilməsi, artırılması və aşağı salınması, attestasiyadan keçmiş işçinin fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə keçirildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Hüquq nəzəriyyəsinə görə də, attestasiya işçinin peşakarlıq səviyyəsinin müəyyən edilməsi ilə onun biliyinin, işgüzar səriştəliyinin və ixtisasının artırılmasına yönəlmiş effektiv mexanizm olaraq qiymətləndirilir. Bu mexanizm vasitəsilə işəgötürən işçinin əmək potensialını müəyyən edərək əməyin idarəedilməsi üzrə düzgün qərar verilə bilər. Attestasiyanın keçirilməsi məqsədləri sırasında, işçilərin əməyinin effektivliyinin artırılması, onların ixtisasının artırılması zərurətinin müəyyən edilməsi, əməyin düzgün qiymətləndirilməsi, yüksək peşəkarlığa malik kadrlarının formalaşması, bununla da təşkilatın insan resurslarının daha rasional idarə edilməsi də qeyd edilir. Yuxarıda göstərilənlərdən göründüyü kimi, işçilərin attestasiyası işəgötürən tərəfindən işçi ilə əmək münasibətlərinə xitam verilməsi vasitəsi kimi çıxış edə bilməz. Məhz bu baxımdan, qanunverici Əmək Məcəlləsinin 70-ci maddənin “c” bəndində attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilməsi ilə bağlı imperativ göstəriş müəyyən etməmiş, bunu işəgötürənin səlahiyyətinə buraxmışdır. Bununla yanaşı, işəgötürənin attestasiya komissiyasının tövsiyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirməsi hüququ nəzərdə tutulmuşdur. Bundan başqa, qanunda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edildiyi zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməsi ilə bağlı mütləq qayda müəyyən edilmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin birinci hissəsinə əsasən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin maddənin 3cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci və 67ci maddələrinin müddəalarını əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” hissəsinə əsasən xitam verildiyi zaman, işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edilməsi və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirilməsi ilə bağlı tədbirləri görməli, əmək müqaviləsinin ləğv edilməsi zəruriliyini əsaslandırmalıdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən təqdim edilmiş Ülviyyə Məlikovaya aid attestasiyası zamanı çəkilmiş videogörüntüdən müəyyən edilir ki, attestasiya vərəqəsi imzalandığı zaman, Attestasiya Komissiyasının üzvləri tərəfindən işçiyə komissiyasının yekun rəyi elan edilməmiş, komissiya üzvlərinin 2 lehinə, 3 əleyhinə səs verdikləri, attestasiyadan keçdiyinə dair sənəd olaraq, attestasiya vərəqəsini imzalamaq təklif edilmişdir. İddiaçı fortepiano ixtisası üzrə təhsil alıb, 2007-ci ildən ** nömrəli Musiqi Məktəbində fortepiano şöbəsinin müəllimi kimi əmək fəaliyyətinə başlamış və 17 il iş stajina malikdir. İşlədiyi dövrdə onun əmək fəaliyyətində hər hansı qüsurlar aşkar edilməmiş, intizam məsuliyyətinə cəlb edildiyi müəyyən edilməmişdir. Eyni zamanda attestasiya vərəqində işçinin nəzəri biliklərinin zəif olduğu, təkmilləşmə tövsiyə olunduğu qeyd edilməsinə baxmayaraq iddiaçıya münasibətdə komissiyanın bu tövsiyəsinə əməl edilməmiş, sonuncu hər hansı təkmilləşmə və ya ixtisas artırma kurslarına cəlb edilmədən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi, işə götürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71ci maddəsində müəyyən edilmiş qaydalara əməl edilmədən və əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmadan işçi ilə bağlanmış əmək müqaviləsinə 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iddianın 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə qiymət verərək, hesab etmişdir ki, cavabdeh ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyindən 60 manat mediasiya xərci ondan tutularaq iddiaçıya ödənilməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64-cü, 65ci, 66-cı, 67-ci, 300-cü, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi” Qaydalarının 2.1-ci, 2.2-ci, 2.4-cü, 2.6-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh ** nömrəli Uşaq Musiqi Məktəbi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən təsdiq edilmiş və ** nömrəli Uşaq Musiqi Məktəbində tətbiq edilən “Uşaq musiqi məktəblərinin nümunəvi əsasnaməsi”nin tələblərinə əsasən uşaq musiqi məktəblərində çalışan müəllimlərin attestasiyadan keçirilməsi qanunvericiliklə müəyyən olunmuş qaydalar əsasında həyata keçirilir. Həmin əsasnaməyə görə təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi, kadrların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və məktəbin ixtisaslı müəllimlərlə komplektləşdirilməsi məqsədilə attestasiya prosesinin təşkili məktəb direktorunun vəzifə səlahiyyətlərinə daxil edilmişdir. Bu isə o deməkdir ki, attestasiya komissiyasının yaradılması, komissiyanın tərkibinin təsdiqi və prosesin aparılması ilə bağlı əmrləri imzalamaq məhz məktəb direktorunun qanunla müəyyən edilmiş səlahiyyətidir. Birinci instansiya məhkəməsi qətnamədə attestasiya prosesinin qanunvericiliyin tələblərinə uyğun, tam düzgün və heç bir pozuntu olmadan həyata keçirildiyini təsdiqləmişdir. Belə olan halda, iddiaçının attestasiyanın nəticələrinin guya hüquqi əsası olmadığı barədə iddiası məhkəmə tərəfindən rədd edilməli olduğu kimi, eyni zamanda, “** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası haqqında” ##.##.2024-cü il tarixli, ** nömrəli əmrin səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması barədə irəli sürülən iddia da əsassızdır. Çünki qeyd olunan əmrin verilməsi və imzalanması birbaşa məktəb direktorunun səlahiyyət dairəsinə daxildir və bu səlahiyyət hər hansı digər şəxsə aid edilməmişdir. Məhkəmə öz qətnaməsində “##.##.2024-cü il tarixli, ** nömrəli əmrinin ləğv olunması və attestasiya nəticələrinin etibarsız hesab edilməsi” hissəsində iddianı təmin etməmişdir. Məhkəmənin bu hissədə iddianı təmin etməyib ondan aslı olan digər yan tələblərlə əlaqədar tələbləri təmin etməsi ağlabatan hesab olunmur. Məhkəmə birbaşa olaraq attestasiyanı və onun nəticələrini qanuni hesab etmişdir. Məhkəmənin attestasiya prosesinin düzgün keçirildiyini qətnaməsində təsdiqlədiyi halda nəticələrin əsassız hesab edilməsi isə hüquqi baxımdan ziddiyyət təşkil edir və bu səbəbdən həmin qənaət apellyasiya instansiyası tərəfindən ləğv edilməlidir. Digər bir məsələ birinci instansiya məhkəməsinin attestasiyanın məqsədlərini sadalayaraq onu guya işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi üçün əsas sayıla bilməyəcəyi barədə gəldiyi nəticə mövcud qanunvericiliyin tələblərinə uyğun deyil. Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi açıq şəkildə göstərir ki, işçinin tutduğu vəzifəyə uyğun gəlməməsi əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi üçün əsasdır. İşçinin tutduğu vəzifəyə uyğun olubolmamasının müəyyən edilməsinin isə yeganə qanuni və obyektiv mexanizmi attestasiyadır. Yəni attestasiya həm işçinin inkişaf ehtiyaclarını müəyyən etmək, həm də onun tutduğu vəzifəyə uyğunluğunu qiymətləndirmək məqsədi daşıyır. Hər iki məqsəd birbirini istisna etmir. Məhkəmənin yanlış olaraq qeyd etdiyi kimi, attestasiya yalnız inkişaf məqsədi daşımır. Əksinə, qanunverici attestasiyanın nəticələrinin əmək münasibətlərində hüquqi nəticə doğurmasını birbaşa nəzərdə tutmuşdur. Məhkəmənin istinad etdiyi “ixtisasartırma, vəzifə dəyişmə, təlimə yönləndirmə” kimi addımlar isə alternativ tədbirlər olub, işəgötürənin mütləq deyil, mümkün seçimlərindən biridir. Qanun işəgötürəni bu tədbirlərdən birini mütləq seçməyə məcbur etmir, bu tədbirlər işəgötürənin idarəetmə səlahiyyətlərinə uyğun olaraq sərbəst şəkildə tətbiq edilə bilər. Birinci instansiya məhkəməsinin attestasiyanın məqsədini yanlış şərh etməsi və işəgötürənin xitam hüququnu əsassız şəkildə məhdudlaşdırması hüquqi baxımdan yolverilməzdir və qətnamənin bu hissəsi apellyasiya instansiyası tərəfindən ləğv edilməlidir. Birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, attestasiya vərəqində işçinin nəzəri biliklərinin zəif olması və təkmilləşməyə ehtiyac duyulması göstərilsə də, bu, işəgötürən üçün mütləq şəkildə təlim və ya ixtisasartırma tədbirlərinin keçirilməsi öhdəliyi yaratmır. Attestasiyanın hüquqi mahiyyətindən aydın olur ki, işçinin mənfi attestasiya nəticələri əmək münasibətlərinə xitam verilməsi, işçinin başqa vəzifəyə keçirilməsi və ya işçinin razılığı ilə təlimə yönləndirilməsi kimi alternativ variantlar yaradır. Burada “təlimə cəlb etmək” işəgötürənin vəzifəsi yox, qanunla tanınmış diskresion hüququdur. Qanunverici göstərilən tədbirlərin heç birini məcburi etməmiş, yalnız işəgötürənin idarəetmə səlahiyyətlərini genişləndirmişdir. Qanunvericilikdə elə bir norma mövcud deyil ki, attestasiyada mənfi nəticə alan hər bir işçi mütləq şəkildə əvvəlcə təlimə göndərilməlidir və yalnız bundan sonra əmək müqaviləsinə xitam verilə bilər. Əksinə, qanun işəgötürənə seçmək hüququ verir və bu seçimdən istifadə edib-etməməsi işəgötürənin səlahiyyətinə aiddir. İşəgötürən attestasiyanın nəticələrini nəzərə alaraq hansı tədbirin daha məqsədəuyğun olduğunu özü müəyyən edir. Bu seçimə məhkəmənin müdaxilə etməsi isə işəgötürənin daxili idarəetmə hüquqlarının pozulması deməkdir. İşçinin təlimə göndərilməməsi işəgötürənin attestasiyanın nəticələrinə əsasən əmək müqaviləsinə xitam vermək imkanını məhdudlaşdırmır və məhkəmə belə bir məhdudiyyət yarada bilməz. Beləliklə, birinci instansiya məhkəməsinin işəgötürənin guya işçini mütləq şəkildə təkmilləşdirmə tədbirlərinə cəlb etməli olduğu barədə nəticəsi qanuni əsasa malik olmayıb, işəgötürənin müstəqil qərar vermə səlahiyyətinə ziddir. Bu səbəbdən həmin yanaşma əsassızdır və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilməlidir. Həmin qətnamə ilə cavabdehin Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuş, həmçinin iş üzrə həqiqi hallar və tərəflərin qarşılıqlı münasibətləri hər tərəfli araşdırılmamışdır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, qanunverici Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndində attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilməsi ilə bağlı imperativ göstəriş müəyyən etməmiş, bunu işəgötürənin səlahiyyətinə buraxmışdır. Bununla yanaşı, işəgötürənin attestasiya komissiyasının tövsiyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirməsi hüququ nəzərdə tutulmuşdur. Məhkəmənin işəgötürən üçün zəruri hesab etdiyi, işəgötürənə münasibətdə qanunsuz şəkildə müəyyən etdiyi vəzifə əslində işəgötürən üçün dispozitiv xarakter daşıyır. Yəni işəgötürən əgər komissiyanın tövsiyəsi varsa və işəgötürən bu hüququndan istifadə edərsə işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəməsinin yekun məhkəmə aktında da qeyd olunduğu kimi attestasiyanın keçirilməsi prosesində və nəticəsində heç bir qanun pozuntusu halı mövcud olmamış, attestasiya həm Əmək Məcəlləsinin, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi” Qaydalarının bütün tələblərinə düzgün əməl edilmişdir. Ancaq birinci instansiya məhkəməsi işəgötürənin attestasiya nəticələrinə əsasən işçinin əmək müqaviləsinə xitam verməsini əsassız hesab etmişdir. Qeyd etmişdir ki, işəgötürən işçi attestasiya nəticələrinə əsasən uyğunsuz hesab olunsa belə onun müqaviləsinə xitam verə bilməz, əvəzinə onu ya ixtisasartırmaya göndərməli və ya başqa uyğun vəzifəyə keçməyi təklif etməlidir. Məhkəmənin bu yanaşması tam qanunsuz və əsassızdır. Çünki Əmək Məcəlləsinin 67.1-ci bəndinə əsasən attestasiya nəticələrinə əsasən işəgötürən işçinin əmək müqaviləsini ləğv edə bilər. Məhkəmə qanunvericiliyi açıq-aşkar səhv təfsir edərək qanunsuz qətnamə qəbul etmiş, işəgötürənin qanunvericiliklə təsbit olunmuş hüquqlarını öz yanlış mülahizəsinə əsaslanaraq məhdudlaşdırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Həmçinin, məhkəmə tərəfindən qərar qəbul edilərkən iş materiallarında olan sübutlara nəzər yetirilməmişdir. Belə olan halda isə işdə cavabdehin hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan RespublikasıMülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Qətnamənin qanuni olması dedikdə, onun maddi və prosessual hüquq normalarına əsasən qəbul edilməsi başa düşülür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi də araşdırılmadan maddi normaları tətbiq etməməsində səhv özünü göstərir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə qarşı yazılı etirazlar təqdim edərək göstərmişdir ki, cavabdeh hüquqi şəxs statusuna malik deyil və məktəbdə işləyən pedoqoji heyət "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunan təhsil verənlərə aid edilmirlər. Həmçinin, cavabdehin hüquqi şəxs statusuna malik olmamasının həm birinci instansiya məhkəməsində, həm də hazırki etiraz ərizəsində qeyd etməyi təsadüf deyil. Belə ki, musiq məktəbi adından məhkəməyə apellyasiya şikayətini imzalayan və təqdim edən nümayəndə və vəkilin cavabdehin adından qeyd olunan prosessual hərəkətlərin yerinə yetirilməsinə səlahiyyət verən etibarnaməyə diqqət yetirilməlidir. Cavabdehin adından nümayəndəyə verilən etibarnamə həmin məktəbin direktoru tərəfindən imzalanmış və məktəbin möhürü ilə təsdiq edilmişdir. Mülki işin materiallarında həm onun tərəfindən məktəbə ünvanlanmış vəkil sorğusunda, həmçinin iddiaçı tərəfin vəsatəti əsasında məhkəmənin sorğu məktublarında musiqi məktəbinin əsasnaməsi, məktəbin direktorunun səlahiyyətlərini müvafiq qaydada təsdiq edən etibarnamə sorğu edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən işəgötürən qismində çıxış etməsi, eyni zamanda məhkəmədə təmsil olunması məsələsinə aydınlıq gətirilə bilməmiş, məktəbin nə əsasnaməsinin (nizamnaməsinin) olmadığı məhkəməyə bildirilmişdir. Məktəbin işəgötürən qismində çıxış etməsini və məktəbin direktorunun səlahiyyətlərini "müəyyən edən" istinad edə biləcəyi yalnız mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ## ###### 2018-ci il tarixli, */* saylı qərarı ilə təsdiq edilmiş "Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi əsasnaməsi"nə istinad olunur. Məktəbin VÖEN hesabı olduğunu nəzərə alınsa, həmin əsasnamə nümunəvi olması ilə yanaşı, bu əsasnamə heç bir şəkildə cavabdehin işəgötürən statusunu müəyyən etmir. Bununla yanaşı həmin əsasnamənin 7.2-ci bəndində məktəbin direktorunun səlahiyyətləri müəyyən olunur. Həmin bəndin üçüncü abzasına əsasən bütün direktorun dövlət qurumlarında, məhkəmə orqanlarında məktəbi təmsil etmək kimi vəzifəsi vardır. Direktorun hüquqi şəxs statusu olmayan məktəbin adından digər şəxslərə etibar etmək kimi hüququ yoxdur. Azərbaycan Respublikasıın Konstitusiya Məhkəməsinin Plenumu ##.##.2024-cü il tarixli qərarında qeyd edir ki, Mülki Məcəllənin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Mülki Prosessual Məcəllənin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər. Göründüyü kimi, məktəbin adından nümayəndə və vəkilə verilmiş etibarnamənin hüquqi qüvvəsi ola bilməz. Belə olan halda, məktəbin adından nümayəndə və vəkil tərəfindən verilmiş və imzalanmış apellyasiya şikayəti səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması kimi tövsif edilməlidir. Birinci instansiya məhkəməsi qeyd olunan məsələyə lazımi diqqət yetirməmiş, apellyasiya şikayət verən şəxsin mülki prosessual fəaliyyət qabiliyyətini yoxlamadan mülki işi apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddiaçının iddia tələbi təmin olunmasına baxmayaraq, məhkəmənin qətnamədə mövqeyinin əsaslandırılması ilə razı deyil. Belə ki, məhkəməyə təqdim olunmuş “** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası haqqında” ##.##.2024-cü il tarixli, ** nömrəli əmrdən göründüyü kimi, cavabdeh məktəbin müəllimlərinin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olub-olmamasının müəyyənləşdirilməsi və s. məqsədlə hər biri 5 (beş) nəfərdən ibarət 2 (iki) Attestasiya komissiyası yaradılmış və əmrin 1 və * nömrəli əlavələrində göstərilmiş tərkibləri təsdiq edilmişdir (qeyd edilən əmrin əlavələri məhkəməyə təqdim edilməmişdir). Bakı şəhəri Baş Mədəniyyət İdarəsi tərəfindən ##.##.2024-cü il tarixdə verilmiş (№ *************) səlahiyyətlərin verilməsinə dair bildirişdə məktəbinin direktor vəzifəsini v.m.i.e: Zakir Əsədova işçilərin attestasiya edilməsi ilə bağlı attestasiya komissiyasının yaradılmasında dair əmrin verilməsi kimi səlahiyyətlər verilməmişdir. Yəni cavabdeh məktəbin direktor v.m.i.e: Z.F.Əsədov Məktəbin adından işçiləri işə qəbul etmək və onlarla əmək müqaviləsi bağlamaq və əmək müqavilələrinə xitam vermək, o cümlədən, işçiləri attestasiya etmək məqsədilə müvafiq əmr verərək attestasiya komissiyasını yaratmaq kimi səlahiyyətləri yoxdur. Qeyd etdiyi kimi, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən əsasnamənin olmadığı üçün bu sənədin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Cavabdeh tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Kollegiyasının ## ###### 2018-ci il tarixli, */* saylı Qərarı ilə təsdiq edilmiş "Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin nümunəvi əsasnaməsi"nə istinad olunur. Həmin əsasnamədə belə musiqi məktəblərinə, o cümlədən məktəbin direktorlanına və ya onları əvəz edən şəxslərə işçiləri attestasiya etmək, bunun üçün müvafiq əmr qəbul edərək attestasiya komissiyasını yaratmaq, komissiyanın üzvlərini seçmək (o cümlədən məktəbdən kənar) kimi səlahiyyətlər verilməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq qətnaməsində, iddiaya “** nömrəli uşaq musiqi məktəbinin attestasiya komissiyası haqqında” ##.##.2024-cü il tarixli, ** nömrəli əmrinin ləğv olunması” hissəsində qiymət verərək hesab edir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə mövqeyini əsaslandırmaq üçün seçdiyi sözügedən nümunəvi əsasnamənin 6.5-ci bəndi ümumi şərtdir. Müəllimlər qanunvericiliklə müəyyən olunmuş qaydada attestasiyadan keçirilə bilər, lakin müəllimlərin attestasiya olunması kimi səlahiyyətin kimə aid olmasına sözügedən əsasnamədə aydınlıq gətirilmir. Eyni zamanda həmin əsasnamənin 7.2-ci bəndini də məhkəmə təhrif etmişdir. Məhkəmənin istinad etdiyi “məktəbin direktoru məktəbin ixtisaslı müəllim kadrları ilə müvafiq qaydalar üzrə komplektləşdirilməsi üçün tədbirlər görür” kimi direktora verilmiş səlahiyyəti, işçiləri (müəllimləri də o cümlədən) işə qəbul etmək, yəni əmək müqaviləsini bağlamaq kimi deyil, məhz işçilərin attestasiyadan keçirilməsi kimi səlahiyyətlə eyniləşdirərək səhv hüquqi nəticəyə gəlmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 1.6-cı bəndinə əsasən azsaylı müəssisələrin işçilərinin attestasiyasını yuxarı orqanların attestasiya komissiyaları keçirir. Bu müəssisələrin siyahısını tabe olduqları qaydada yuxarı təşkilatlar müəyyən edir. Göründüyü kimi, məhkəmə Mədəniyyət Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş əsasnaməni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş attestasiyanın keçirilməsi qaydalarından daha üstün tutmuşdur. Həmçinin, iddiaçı və attestasiyada iştirak edən digər işçilərə attestasiya komissiyasının qərarını əks etdirən attestasiya vərəqəsi təqdim edilməmişdir, həmin vərəqə iddiaçıya son iş günü ## ##### 2025-ci il tarixində təqdim edilmişdir. Bundan əlavə olaraq, attestasiyanın keçirilməsi ilə bağlı verilən cavablar hansı qiymətlədirmə metodikasına əsasən qiymətləndirilməsi barədə heç bir məlumat verilmir. Əmək Məcəlləsinin 65.5-ci maddəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Cavabdeh tərəfindən yaradılmış dırnaqarası attestasiya komissiyası tərəfindən keçirilən attestasiyada təqdim edilən suallar birbaşa iddiaçının tutduğu vəzifəyə uyğun deyil, faktiki olaraq işəgötürən işçinin vəzifə (peşə) təlimatına uyğun olmayan suallar attestasiyaya salınmışdır. Attestasiyada verilən suallar ümumi bilik suallarına aiddir, işçinin tutduğu vəzifəyə (peşəyə) və hər gün icra etdiyi vəzifələrinə aidiyyəti yoxdur. Məhkəməyə təqdim edilən əmək müqaviləsində işçinin əmək funksiyaları dəqiq göstərilmişdir və attestasiya adı ilə faktiki olaraq iddiaçıya imtahan keçirilmiş və dünyagörüşündən suallar verilmişdir. İşçiyə onun vəzifələrinə uyğun olmayan sualların verilməsi qanunsuz və əsasızdır. Göstərilənlərlə yanaşı bildirir ki, oxşar mülki işlər üzrə artıq məhkəmə təcrübəsi formalaşmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)- ****/**** saylı, ##.##.2025 tarixli qərarında attestasiyanın keçirilməsi və attestasiyada işçiyə verilən suallarla bağlı qeyd edir ki, imtahan və attestasiya fərqli anlayışlardır. İmtahan insanın biliyinin qiymətləndirilməsi prosesidir, attestasiya isə işçinin tutduğu vəzifəyə uyğunluğunun peşəkarlıq səviyyəsinə və ixtisasının dərəcəsinə görə qiymətləndirilməsi prosesidir. Qiymətləndirmənin imtahan, yoxsa attestasiya sayılması sualların məzmunu ilə müəyyən olunur. Belə ki, Əmək Məcəlləsinin 65-ci maddəsinin 5ci hissəsindən, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın 2.4-cü bəndindən görünür ki, attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə aşağıdakılar barədə suallar verilə bilər: a) tutduğu vəzifəyə (peşəyə) dair; b) əmək funksiyasına dair; c) ixtisasına (peşəsinə) dair; ç) yerinə yetirdiyi işlər və onların nəticələrinə dair; d) tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərə dair. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, cavabdehin yaratdığı Attestasiya komissiyası tərəfindən təqdim edilən attestasiya proqramında olan suallar iddiaçı əmək müqaviləsində (vəzifə təlimatında) qeyd olunan əmək funksiyalarına uyğun deyil. Etirazda göstərilənlərə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən məhkəmə Kollegiyasından cavabdeh tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən verilən apellyasiya şikayəti prosessual pozuntulara yol verilməklə təqdim olunduğuna görə rədd edilməsi, “** nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası haqqında” ##.##.2024-cü il tarixli, ** nömrəli əmrinin ləğv olunması, iddiaçının cəlb olunduğu attestasiya nəticələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e*(***)-****/**** saylı qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanması ilə bağlı yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında cavabdeh ** nömrəli Uşaq Musiqi Məktəbin nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı attestasiya zamanı ona verilən suallardan neoklassisizmin nümayəndələrinə sadəcə bir nəfərin adını çəkmişdir ki, o da vokalistdir. Həmin suala cavabda fortepianoçu adı çəkə bilərdi. Attestasiyadan qeyri-məqbul nəticə almış 3 əməkdaşa təkmilləşdirmə kursuna göndərilməsi təklif edilmişdir. Hazırda 129 saat fortepiano dərsi, 23 müəllim var. Müəllim sayı çoxdur, əvvəl 39 müəllim var idi, hazırda 23 müəllim qalıb. Əlavə müəllimə ehtiyac yoxdur.
14. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin və apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
15. Məhkəmə iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin və apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, attestasiya komissiyasının üzvlərindən həmkarlar ittifaqı təşkilatının nümayəndəsi istisna olmaqla digərlərini tanımır. Attestasiya proqramı 10 bənddən ibarət olsa da, ona qərəzli olaraq hamısından sual verilməmişdir. Attestasiya keçirilən zaman ona 14 sual verilmiş, onlardan 9-nu cavablandırmışdır. Düzgün cavabları attestasiya vərəqinə qeyd olunmamışdır. Cavabları natamam ola bilər, bunu qəbul edir. Lakin həmin cavabı “səhv cavab” və ya “cavab vermədi” şəklində qiymətləndirmək düzgün deyil. Proqramı tam ifa etmişdir. Attestasiya zamanı ona ixtisasına dair suallar verilməmişdir. İfasına dair ritm və tempin çox pis olduğu qeyd olunsa da, ifadan sonra komissiya sədri ona təşəkkür etmişdir. Üzdən oxuma zamanı ritmik problem olduğu qeyd olunmuşdur. Problem var idi, lakin o dərəcədə də deyildi, məqbul sayıla bilərdi. Analiz alət arxasında olmalı idi. Lakin onu parta arxasında otuzdurub barmaqla göstərmişdilər. Digər bir sualda o, cavabı həmin sözün əvəzinə sinonimi ilə bildirmiş, ona səhv olduğu deyilmiş, amma cavabı düz olmuşdur. 14-cü dəqiqədə o, sualı düzgün cavablandırmış, lakin səhv olduğu deyilmişdir. Onlara 2024-cü ilin proqramı verilib. Onun cavabı həmin proqrama əsasən doğrudur. Fuqata dərslərdə tədris edilmir. O, fuqata və fuqanın fərqini deyə bilməmişdir. 3-cü dəqiqədə 20-ci əsrin cərəyanlarını soruşmuşlar, o, düzgün cavab vermişdir. Onun cavabına münasibət bildirilmədən həmin cavaba dair növbəti sual verilmiş, ona da cavab verə bilməmişdir. Lakin əsas suala düzgün cavab verməyi nəzərə alınmamışdır. Neoklassisizmin nümayəndələri sualına Xindemit cavabını vermiş, lakin ona cavabın səhv olduğu bildirilmiş, halbuki, cavab düzgün idi. Çaykovski ilə bağlı suala cavab verə bilməmişdir. Ümumiyyətlə attestasiya pozuntularla keçirilmişdir. Belə ki, o, attestasiyaya 2 saat gec buraxılmış, attestasiya vərəqinin birinci səhifəsini oxumuş, 2-ci səhifəni isə oxumağa imkan verməmişdilər. Həmin səhifəni imzalayanda attestasiyanın nəticəsini görməmiş, sadəcə imzaları görmüşdür. Attestasiya vərəqi ona verilməmiş, nəticələr elan olunmamışdır. Attestasiya zamanı dəfələrlə imtahan adı çəkilmişdir. Onu sual-cavab etdikdən sonra 13-cü dəqiqə 43-cü saniyədə ona “sən attestasiyadan keçmisən” deyilmişdir.
16. Verilmiş suallara cavab olaraq isə iddiaçı vurğulamışdır ki, suallar ümumilikdə onun fəaliyyətinə aiddir. O, musiqi müəllimidir. Lakin o, işə qəbul üçün imtahan vermir. O, bu sualları cavablandıraraq 2 diplom əldə etmişdir. Əsas proqramın birinci bəndidir, bu müəllimin əllərinin, barmaqlarının işlədiyini göstərir. Belə cavab verməklə attestasiyadan keçməli idi. Verilən suallar daha çox nəzəriyyə müəllimlərinin fəaliyyətinə aiddir. Onların verdiyi suallardan imtahan verib, diplom əldə edib. Onu 18 il ərzində 1 dəfə də olsun təkmilləşdirməyə göndərməyiblər, çünki o, mütəmadi fəaliyyətdə olub. O, ** nömrəli Musiqi Məktəbinin 6 konsertmeystrindən biridir. Musiqi məktəbində 6-7 konsertmeystr var. Hamısı attestasiyadan kəsilib. O, fortepiano ixtisaslı müəllimdir. O, nəzəriyyədən zəif cavab verib. Məktəb onunla bağlanmış əmək müqaviləsinə xitam verdikdən sonra təkmilləşdirməyə göndərilməsini təklif edibdir.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə kollegiyası apellyasiya şikayətinə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
18. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən Q.Qarayev adına musiqi məktəbinin fortepiano müəllimi vəzifəsində çalışan X6 bildirmişdir ki, attestasiyanın video görüntüsü ilə tanışdır. Attestasiya zamanı iddiaçı ifanın tempini düzgün başlamır. Temp barədə sual verilir, cavab verə bilmir. İfada səhv notlar var idi. İfa ev işidir, şəxsin hazırlaşması üçün vaxtı olur. Lakin ifada səhv notlar götürülürdü. Məsələn, “lya” əvəzinə “fa” götürülmüş və bu barmaq sürüşməsi olmamışdır. Üzdən oxuda ritm səhv idi, say olaraq düzgün deyil, attestasiya zamanı bunu şəxsin özünə də bildirmişdilər. İddiaçı əsərin təhlilində fuqanın nədən ibarət olduğunu cavablandıra bilmir. Məzmunu bilmir. Təhlil yox səviyyəsində idi. İddiaçı attestasiyaya hazırlıqlı gəlməmişdi. Musiqi ədəbiyyatından verilən suala “məlahətli” cavabını vermiş, lakin kontabel məlahətli deyil, ifadəli deməkdir. Şəxs sinonim ilə cavab verdiyini bildirir, lakin bu yalnış cavabdır. İddiaçının istinad etdiyi 2024-cü il proqramı təsdiqlənməyib, suallar 2014-cü ilin proqramından verilmişdir. Əsər adı soruşulanda hansı əsərlər olmasına cavab verilməyib. Sadəcə “1-ci nömrə” deyilir. Qriqin fortepiano əsərləri barədə ümumiyyətlə cavab verilmir. “Fuqa”, “Fuqetta”, “Fuqatta” arasında fərqlərlə bağlı suala cavab verilmir. Kim əsərlərində fuqadan istifadə edib sualı cavablandırılmır. İddiaçının çalışmadığı göz qabağında idi. Qamma barədə soruşulur, iddiaçı cavab verə bilmir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır; 65-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər; 65-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz; 65-ci maddəsinin 4-cü hissəsinə əsasən attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir; 65-ci maddəsinin 5-ci hissəsinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 65-ci maddəsinin 6-cı hissəsinə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır; 65-ci maddəsinin 7-ci hissəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyə edə bilər; 67-ci maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər; 67-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən attestasiya komissiyasının tövsiyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər; 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 1-ci hissəsinə əsasən istər müəssisə bölünərkən, başqa müəssisəyə birləşərkən və ya digər qaydada yenidən təşkil olunarkən, yaxud təşkilatihüquqi forması dəyişərkən, istərsə də müəssisədə belə dəyişikliklər edilmədən işçilərin sayı azaldıldıqda, ştatları ixtisar olunduqda, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürən tərəfindən işçinin peşəkarlığı, ixtisası (peşəsi, sənəti) nəzərə alınmaqla onun müvafiq işə (vəzifəyə) keçirilməsi imkanı araşdırılmalıdır. İşəgötürənin belə imkanları olmadıqda göstərilən əsaslarla əmək müqaviləsi ləğv edilə bilər; 288-ci maddəsinin “x” bəndinə əsasən bu Məcəllə ilə işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır; 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 1.2-ci maddəsinə əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 1.3-ci maddəsinə əsasən xüsusi bilik tələb edən vəzifələrdə çalışan müəssisədə həmin profilli, daha yüksək ixtisasa malik mütəxəssislər (tibb işçiləri, pedaqoji işçilər, təsərrüfat sahələrində çalışan digər işçilər) olmadığı ixtisaslar üzrə attestasiyanı keçirmək üçün attestasiya komissiyasının tərkibinə mütləq yuxarı təşkilatdan və ya müvafiq profil orqanından tələb olunan peşəyə malik mütəxəssislər daxil edilməlidir 2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.5-ci maddəsinə əsasən attestasiya komissiyası öz qərarını gizli və ya açıq səsvermə qaydasında səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 2.6-cı maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7-ci bəndinə əsasən attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1-ci bəndinə əsasən attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2-ci bəndinə əsasən attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 3.3-cü bəndinə əsasən attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). 23 Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi xahiş edilsə də, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəfləri, habelə mütəxəssisi dinləyib, аpеllyаsiyа şikаyətinin və şikayətə qarşı etirazın dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməyərək, tərəflər arasında yaranmış münasibətləri tənzimləyən hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia rədd edilməlidir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına istinadən qeyd edir ki, iddiaçı ##.##.2007-ci il tarixdə ** nömrəli Uşaq Musiqi Məktəbinə fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə qəbul edilmişdir. Məktəbinin direktoru Zakir Əsədovun ##.##.2024-cü il tarixli əmri ilə məktəbin Attestasiya Komissiyasının Əsasnaməsi təsdiq edilmiş, məktəbin fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlərin attestasiyasını həyata keçirmək məqsədilə hər biri 5 (beş) nəfərdən ibarət 2 (iki) Attestasiya Komissiyası yaradılmış və onların tərkibi təsdiq edilmişdir. Bundan sonra məktəb tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlıq bildirişinə əsasən attestasiya olunacaq işçilər kateqoriyasına aid olduğu bildirilmiş və ona attestasiya zamanı sualların verilməsi nəzərdə tutulan məsələlər barədə (əlavə 1) məlumat verilmişdir. Həmin bildiriş ##.##.2024-cü il tarixdə iddiaçıya təqdim edilmişdir. Bundan sonra iddiaçı ##.##.2025-ci il tarixdə attestasiyaya dəvət edilmiş və onunla keçirilmiş attestasiya zamanı qoyulmuş suallar, verilmiş cavablar, attestasiyanın nəticələrinə dair komissiyanın üzvlərinin səsverməsi və buna uyğun olaraq iddiaçının fəaliyyətinə verilmiş qiymət tərtib edilmiş attestasiya vərəqəsində öz əksini tapmış, iddiaçı həmin vərəqəni imzalamışdır. Attestasiya vərəqində iddiaçının ona verilmiş 14 sualdan 5 suala cavab verə bilmədiyi, 3 suala səhv cavab verdiyi, 1 suala qismən, 1 suala zəif cavab verdiyi, yalnız 4 suala tam cavab verdiyi qeyd edilmiş və nəticədə komissiya 3 üzvlə əleyhinə, 2 üzvlə leyinə səs verməklə iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı barədə qərar qəbul etmişdir. Həmin qərara uyğun məktəb tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli əmrlə iddiaçı ##.##.2025-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
27. İddiaçı bu nəticə ilə razılaşmayaraq, onu mübahisələndirmiş və bununla bağlı irəli sürdüyü iddiasında attestasiyanın təşkil edilməsi, o cümlədən attestasiya komissiyasının tərkibinin formalaşdırılması, habelə attestasiyanın keçirilməsi və onun nəticələrinin rəsmiləşdirilməsi zamanı əmək qanunvericiliyinin tələblərinin pozulduğunu iddia edərək, məktəbin attestasiya komissiyası haqqında əmrinin ləğv edilməsini, attestasiyanın iddiaçıya aid nəticələrinin etibarsız hesab edilməsini, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə işə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqının və mediasiya xərcinin əvəzinin tutulmasını tələb etmişdir. Cavabdeh isə bu məsələlərdə hər hansı pozuntuya yol verilmədiyini, əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq hərəkət edildiyini və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə tam qanuni əsaslarla xitam verildiyini bildirir.
28. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, qüvvədə olan əmək qanunvericiliyində işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsinin mümkünlüyü təsbit edilmiş və onlar məqsədinə, keçirilmə qaydasına, bu işi həyata keçirən komissiyaların tərkibinə, habelə doğurduğu hüquqi nəticələrə və digər meyarlara görə biri-digərindən fərqləndirilmişdir. Hətta bu proseslərin tənzimlənməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrıca qaydalar qəbul edilmişdir. Bununla belə, bu sahəni tənzimləyən qanunvericiliyin tələbləri və həmin tələblərə uyğun müəyyən edilmiş meyarlar baxımından cavabdeh təşkilatda mövcud olan hər hansı iş yerinin attestasiyası deyil, məhz peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə (peşəyə) uyğun olmasını aşkara çıxarmaq məqsədi ilə işçinin (iddiaçının) attestasiyası keçirilmişdir.
29. Bu da öz növbəsində həmin prosesin nəticəsindən asılı olaraq, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsini hüquqi baxımdan mümkün edir. Belə ki, qanunvericilik işəgötürənin belə bir hüququnu tanımış, lakin həmin hüququn reallaşmasını işçi ilə qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edilmiş və keçirilmiş attestasiyanın nəticələrindən asılı etmişdir.
30. Birinci instansiya məhkəməsi də məktəbin attestasiya komissiyası haqqında əmrinin ləğv edilməsi, habelə iddiaçı ilə keçirilmiş attestasiyanın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı əsas müəyyən etməmiş və bu səbəbdən həmin tələbləri əsassız hesab edərək, təmin etməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mövqeyinə əsasən attestasiyadan keçəcək işçilərə, o cümlədən iddiaçıya əvvəlcədən məlumat verilmiş, komissiya tərəfindən tələbkarlıq, obyektivlik şəraitində attestasiya keçirilmiş, attestasiyanın nəticələri barədə “attestasiya vərəqəsi” qanunvericiliyin tələblərinə müvafiq şəkildə doldurulmuş və işçiyə təqdim edilmişdir. Halbuki, komissiya məhz iddiaçı ilə keçirilmiş attestasiyanın nəticələrinə əsaslanaraq, onun tutduğu vəzifəyə uyğun olmadığı barədə qərar qəbul etmiş və məhz bu nəticələr (həmin qərar) iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi üçün əsas olmuşdur. Lakin iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini bu hissədə mübahisələndirməmiş və bu baxımdan həmin nəticəyə ilə razılaşmışdır. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə qarşı etirazında bu məsələlərlə bağlı irəli sürdüyü dəlillərə, o cümlədən məktəbin direktorunun attestasiya komissiyası yaratmaq səlahiyyətinə malik olub-olmamasına hüquqi qiymət verilməsinə hər hansı əsas və zərurət görmür.
31. Nəticə etibarı ilə birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, attestasiya əmək qanunvericiliyinin tələblərinə riayət edilməklə aparılsa da, işəgötürən tərəfindən attestasiyanın nəticələrinin tənzimlənməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, işçilərin attestasiyası işəgötürən tərəfindən işçi ilə əmək münasibətlərinə xitam verilməsi vasitəsi kimi çıxış edə bilməz. İşəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” hissəsinə əsasən xitam verildiyi zaman, işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edilməsi və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirilməsi ilə bağlı tədbirlər görülməli, eyni zamanda, əmək müqaviləsinin ləğv edilməsi zəruriliyi əsaslandırılmalıdır.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı Əmək Məcəlləsinin 66-cı maddəsi ilə müəyyən edilmiş və attestasiya keçirilməsi qadağa olunan işçilər sırasına daxil deyil. Bu da öz növbəsində onun attestasiyasının keçirilməsini mümkün edir. Ötən illər ərzində attestasiyanın keçirilməməsi, hazırda onun bu prosesə cəlb edilməsini istisna edən hal deyil. İddiaçının attestasiyası da məhz Əmək Məcəlləsinin 65.1-ci maddəsində təsbit edilmiş məqsədlərlə keçirilmişdir. Keçirilmiş attestasiyanın nəticəsi olaraq attestasiya komissiyası iddiaçının nəzəri biliklərinin zəif olması qənaətinə gəlmiş və təkmilləşməsini tövsiyə etmiş, bu barədə attestasiya vərəqəsində qeyd aparılmışdır. Əmək Məcəlləsinin 67.2-ci maddəsinə əsasən attestasiya komissiyası cavabdehə digər, o cümlədən iddiaçının başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədəmüvafiqliyi, habelə işçinin yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edilməsi barədə tövsiyələr də verə bilərdi. Bu müddəanın məzmunundan da göründüyü kimi, tövsiyə məcburi xarakter daşımır və attestasiya komissiyasının üzərinə bir vəzifə kimi qoyulmamışdır. Bu baxımdan komissiya tərəfindən bu məsələlərlə bağlı hər hansı tövsiyənin verilməməsi də pozuntu kimi qiymətləndirilə bilməz.
33. Komissiya tərəfindən hər hansı tövsiyənin verilməsi də cavabdehin ona uyğun olaraq tədbirlər görmək vəzifəsini yaratmış olmur. Belə ki, qanunverici işəgötürənin (cavabdehin) üzərinə belə bir vəzifə qoymamış, hüququ kimi müəyyən etmişdir. Cavabdeh də attestasiyanın nəticələrinə əsaslanaraq iddiaçı ilə əmək münasibətlərinə xitam verərkən nəticə etibarı ilə bu hüququndan istifadə etməmişdir (yalnız bundan sonra iddiaçıya təkmilləşdirmə kursuna cəlb edilməsini təklif etmiş, iddiaçı da əmək müqaviləsinə xitam verildiyindən buna razılıq verməmişdir). Bu səbəbdən keçirilmiş attestasiya nəticəsində komissiyanın tövsiyəsinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçının peşə hazırlığının yüksəldilməsi üçün hər hansı tədbirin görülməməsi pozuntu kimi qiymətləndirilə bilməz və ##.##.2025-ci il tarixli əmrin ləğv edilməsi üçün əsas yaratmır.
34. Məhkəmə kollegiyası ##.##.2025-ci il tarixli əmrlə bağlı qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsində işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin 6 əsası təsbit edilmiş və peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilməsi bu əsaslardan biri kimi müəyyən edilmişdir. Hazırki mübahisə çərçivəsində səlahiyyətli orqan dedikdə məhz attestasiya komissiyası nəzərdə tutulur. Əmək Məcəlləsinin 65.7-ci maddəsinə əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Attestasiya vərəqinin sonunda, yəni 10-cu bəndində komissiya tərəfindən iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı göstərilmişdir. Başqa sözlə attestasiya komissiyası həmin vəziyyətdə mümkün olan iki qərardan birini qəbul etmiş və belə bir qərarın qəbul edilməsi də iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi üçün əsas yaratmışdır. Belə ki, artıq qeyd edildiyi kimi, cavabdeh tərəfindən nəticələrinə əsaslanaraq əmək müqaviləsinə xitam verilməsi istisna olunan iş yerlərinin deyil, işçilərin (iddiaçının) attestasiyası keçirilmişdir. Bu da öz növbəsində qeyd edilən maddənin tətbiq edilməsini mümkün edir.
35. Məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılmaması ilə bağlı vurğulayır ki, əmrin məzmununa dair tələbləri müəyyən etməkdə məqsəd, mübahisəli hüquqi vəziyyətə dair müəyyənliyin təmin olunmasıdır. İddiaçı tərəfindən mübahisələndirilən əmrin məzmununda iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edildiyi qeyd edilmiş və bunun səbəbləri müfəssəl olaraq göstərilməsə də, əmrin verilməsinə əsas kimi Attestasiya Komissiyasının ##.##.2025-ci il tarixli qərarı, qərarı əks etdirən attestasiya vərəqəsi və ##.##.2025-ci il tarixli * nömrəli protokol göstərilmişdir. Başqa sözlə, bu sənədlər əmrin məzmununu tamamlamağa xidmət edən, əmrin əlavəsinə çevrilən məlumat mənbələridir. Attestasiya Komissiyasının ##.##.2025-ci il tarixli qərarının məzmununda isə attestasiya zamanı iddiaçıya verilən sualların ümumi sayı, eyni zamanda, onun cavablandıra bilmədiyi, tam və qismən cavablandırdığı sualların sayı ayrıayrılıqda göstərilmiş, habelə praktiki biliklərinin yoxlanılması məqsədi ilə ona konkret əsərin ifa olunmasının təklif edildiyi, lakin onun həmin əsəri ifa edə bilmədiyi qeyd edilmişdir. Attestasiya vərəqində isə verilən suallar və onların cavablandırılması ilə bağlı müfəssəl məlumat əks olunmuşdur.
36. Hüquqi nəticə etibarı ilə ##.##.2025-ci il tarixli əmr cavabdeh tərəfindən iddiaçının attestasiyasının nəticələrinin tənzimlənməsi qaydasında, o cümlədən Əmək Məcəlləsinin 67-ci və 70-ci maddələrinin tələblərinə uyğun qəbul edilmişdir. Bu da öz növbəsində apellyasiya şikayətinin əsaslı olduğunu təsdiq edir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı attestasiya prosesində əsəri düzgün ifa etdiyini, ona tutduğu vəzifəyə, vəzifə (peşə) təlimatına uyğun olmayan sualların verildiyini (sonradan bu mövqeyini müdafiə etməmiş və ona nəzəri sualların verildiyini bildirmişdir), bəzi suallara cavab verməsinə baxmayaraq, attestasiya vərəqində “səhv” cavablandırılmış və ya cavablandırılmamış kimi qeyd edildiyini iddia edir. Bu məsələlərə aydınlıq gətirilməsi üçün iddiaçı ilə keçirilmiş attestasiyanın nəticələrinə dair tərtib edilmiş attestasiya vərəqəsi və bu prosesin videogörüntüsü Azərbaycan Milli Konservatoriyasına göndərilərək, attestasiya zamanı iddiaçıya verilmiş sualların cavablandırılması, ifanın və təhlilin, habelə üzdən oxumanın icra edilməsi səviyyəsinə münasibət bildirilməsi xahiş olunmuşdur.
38. Bununla bağlı Q.Qarayev adına musiqi məktəbinin fortepiano müəllimi vəzifəsində çalışan X6 attestasiya vərəqəsinin məzmunu və iddiaçı ilə keçirilmiş attestasiyanın videogörüntüləri ilə tanış olaraq, mütəxəssis qismində işdə iştirak etmiş və iddiaçının ifa zamanı tempi düzgün başlamadığını, temp barədə verilmiş sualı cavablandırmadığını, ifada səhv notların götürüldüyünü (məsələn, “lya” əvəzinə “fa”), halbuki, ifanın ev işi olduğunu və şəxsin hazırlaşması üçün kifayət qədər vaxta malik olduğunu, üzdən oxuda ritmin səhv olduğunu, say olaraq düzgün olmadığını, attestasiya zamanı bunu iddiaçının özünə də bildirildiyini, əsərin təhlilində iddiaçının fuqanın nədən ibarət olduğunu cavablandıra bilmədiyini, məzmununu bilmədiyini, təhlilin “yox” səviyyəsində olduğunu, ümumiyyətlə iddiaçının attestasiyaya hazırlıqsız gəldiyini bildirmişdir. Eyni zamanda, mütəxəssis bildirmişdir ki, iddiaçı musiqi ədəbiyyatından verilən suala “məlahətli” cavabını vermiş, halbuki, kontabel məlahətli deyil, ifadəli deməkdir. İddiaçı sinonim ilə cavab verdiyini göstərmiş, lakin bu yalnış cavabdır. İddiaçının istinad etdiyi 2024-cü il proqramı təsdiqlənməyib, suallar 2014-cü ilin proqramından verilmişdir. Qriqin fortepiano əsərləri barədə suala ümumiyyətlə cavab verilməmişdir. “Fuqa”, “Fuqetta”, “Fuqatta” arasında fərqlərlə bağlı sual, habelə kim əsərlərində fuqadan istifadə edib sualları da cavablandırılmamışdır. Qamma barədə suala da iddiaçı cavab verə bilməmişdir.
39. Hər bir halda nəzərə alınmalıdır ki, iddiaçı əsərin ifasını sərbəst şəkildə seçmiş, onun tələb olunan səviyyədə ifa etmək üçün kifayət qədər vaxtı və imkanı olmuş, hətta ifa üçün daha asan əsər seçmək imkanına da malik olmuşdur. Bütün bunlara baxmayaraq, nətcədə ifası ritm və temp cəhətdən çox pis olmuşdur. İfanın ritmik və temp cəhətdən çox pis olması, üzdən oxumanın isə yaxşı olmaması, ritmik problemlərlə müşayiət olması və bu halların mütəxəssis tərəfindən təsdiq olunması belə qənaətə gəlməyə əsas verir ki, uzun illərin təcrübəsinə, o cümlədən 17 ildən artıqdır ki, fortepiano üzrə ixtisaslaşmasına baxmayaraq, iddiaçı hələ də tutduğu vəzifəyə uyğun ifa qabiliyyətinə malik deyil. Halbuki, özünün istinad etdiyi staj qarşılığında onun belə bir çətinliyi olmamalı idi. Hər bir halda, iddiaçı fortepiano müəllimi olmuşdur. Bununla belə iddiaçının bu istiqamət üzrə dəlilləri də əsassızdır. Attestasiya komissiyasının üzvləri tərəfindən iddiaçıya məhz tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar və məhz attestasiya proqramına uyğun suallar verilmişdir. Attestasiyanın nəticələrinə dair komissiyanın səsverməsinin (3 üzvünün əleyhinə, 2 üzvünün isə leyinə) düzgün olmaması barədə də mütəxəssis tərəfindən hər hansı fikir söylənilməmişdir.
40. Məhkəmə kollegiyası iddiaçının bu barədə dəlillərini nəzərə alıb, attestasiyanın videogörüntülərinə baxmış və bu zaman müəyyən etmişdir ki, komissiyanın iddiaçıya onun attestasiyadan keçməsi barədə fikir söyləməsi onun attestasiyadan uğur qazanması mənasını deyil, bu prosesdən keçməsi, yəni attestasiya komissiyasının onunla attestasiyanı bitirməsi mənasını daşıyır. Hər bir halda, komissiyanın 3 üzvünün onun əleyhinə, 2 üzvünün isə leyinə səs verdiyi iddiaçıya bildirilmişdir. Bu nisbətdən də iddiaçının attestasiyadan uğur qazanmadığını (keçmədiyini) asanlıqla müəyyən etmək olur. İddiaçıya təkmilləşmənin tövsiyə olunduğu isə bilavasitə attestasiya vərəqində qeyd edilmişdir. Attestasiya vərəqinin 13-cü bəndinin sonradan doldurulması onun məzmunundan da müəyyən olunur. Hər bir halda, həmin vaxt iddiaçı ilə bağlanmış əmək müqaviləsinə hansı tarixdə və hansı nömrəli əmrlə xitam veriləcəyi (ümumiyyətlə xitam veriləcəyi) məlum ola bilməzdi. İddiaçı özü də attestasiya vərəqinin ikinci səhifəsində imzaların olduğunu bildirmiş, lakin 13-cü bəndin doldurulduğunu söyləməmişdir. Hər bir halda, 13-cü bənd həmin vaxt doldurulsa idi, iddiaçı onu görmüş olardı. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının bu dəlillərini də əsassız hesab edir.
41. Məhkəmə kollegiyası ##.##.2025-ci il tarixli əmrin məktəbin (cavabdeh) direktoru Zakir Əsədov tərəfindən imzalanması ilə bağlı qeyd edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Kollegiyasının ##.##.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin” Nümunəvi Əsasnaməsinin 7.1-ci bəndinə əsasən məktəbin direktoru Mədəniyyət Nazirliyinin razılığı əsasında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi tərəfindən işə təyin və işdən azad edilir və bu baxımdan bilavasitə həmin qurumlara tabedir. Tabe olduğu rəhbər orqanların əmr, qərar və göstərişlərinin yerinə yetirilməsi, habelə məktəbi ixtisaslı müəllim kadrları ilə müvafiq qaydalar üzrə komplektləşdirilməsi üçün tədbirlərin görülməsi, habelə müəllimlərin qanuna müvafiq qaydada işdən azad edilməsi isə birbaşa direktorun vəzifəsi kimi müəyyən edilmişdir (Əsasnamənin 7.2-ci bəndinin 13-cü yarımbəndi). Başqa sözlə, cavabdeh məktəbin direktoru ##.##.2025-ci il tarixli əmri qəbul etməyə və imzalamağa tam səlahiyyətli olmuş, bu məsələdə qeyd edilən əsasnamə ilə ona həvalə edilmiş vəzifələr çərçivəsində hərəkət etmişdir. Bu da öz növbəsində məktəbin direktoru tərəfindən iddiaçı barəsində qəbul edilmiş ##.##.2025-ci il tarixli əmrin bu əsasla ləğv və ya etibarsız hesab edilməsini istisna edir.
42. Digər tərəfdən həmin Əsanamənin 7.2-ci bəndinə əsasən bütün dövlət qurumlarında və məhkəmə orqanlarında Məktəbi təmsil etmək vəzifəsini də məhz məktəbin direktoru icra edir. Bu da öz növbəsində direktorunun məhkəmə işlərində məktəbə peşakar hüquqi yardımın göstərilməsi, habelə məktəbin təmsil edilməsi üçün məktəbin adından bununla bağlı müqavilə imzalamaq və etibarnamə vermək səlahiyyətinə malik olduğunu təsdiq edir. Bu proseslərdə məktəbin direktorunun şəxsən iştirak etməsini şərtləndirən, onun məktəbin hüquq və məaneflərinin təmsil edilməsi məqsədi ilə nümayəndə ilə təmsil olunmasını qadağa edən hər hansı müddəa mövcud deyil. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının bu qəbildən olan dəlillərini əsassız, məktəbin adından nümayəndə və vəkilə verilmiş etibarnaməni isə qanuni hesab edir. Bu baxımdan apellyasiya şikayəti də səlahiyyətli şəxs tərəfindən verilmişdir.
43. Bununla belə, məhkəmə kollegiyası iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli əmrin ləğv edilməli olması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və vurğulayır ki, həmin əmr qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə uyğun çıxarılmış, onun ləğv edilməsi üçün hər hansı əsas yoxdur. İddiaçının bu tələbi əsassızdır. İddia üzrə irəli sürülmüş “işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının və mediasiya xərcinin tutulması” tələblərinin bu tələbə münasibətdə törəmə tələb olması və onun təmin edilibedilməməsinin bilavasitə əsas tələbin təmin edilib-edilməməsindən asılı olması həmin tələblərin də rədd edilməsini şərtləndirir.
44. Beləliklə, məhkəmə kollegiyası sərgilədiyi hüquqi mövqeyin nəticə olaraq belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır və bu səbəbdən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia həmin hissədə rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh ** nömrəli Uşaq Musiqi Məktəbinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi qismən, “iddianın təmin edilən (Bakı şəhəri ** nömrəli Uşaq Musiqi Məktəbinin “İddiaçı tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə” ##.##.2025-ci il tarixli, ** saylı əmrinin ləğv olunması, İddiaçı Bakı şəhəri Mədəniyyət Baş İdarəsi ** nömrəli Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə müəllim vəzifəsinə işə bərpa olunması, İddiaçı işdən azad edildiyi gündən işə bərpa ediləcəyi günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 60 manat məbləğində pul vəsaitinin Bakı şəhəri Mədəniyyət Baş İdarəsi ** nömrəli Uşaq Müsiqi Məktəbindən tutularaq İddiaçı ödənilməsi) hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.