Məhkəmə qərarları › İş №2(103)-7138/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7138/2024

27.12.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7138/2024 27.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5rşı “əmrin ləğv edilməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-6925/2024 saylı qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X13 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X5rşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyəti sədri E.X4 Əliyevə intizam tənbehi verilməsi haqqında 3-17-6/3-4- 134/2024 saylı, xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, həmin əmrin verilməsi ilə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 60 manat rüsumun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X13 vəsatətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-6925/2024 saylı qərardadına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X12 bu barədə vəsatəti təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X13 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki işin ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətləri təmin edilməmişdir. Hesab edirlər ki, məhkəmənin bu barədə qərardadı tam əsassız və qanunsuzdur, bu səbəbdən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilən çıxarışda vergi ödəyicisi Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya X12in faktiki ünvanı Bakı şəhəri, Yasamal Rayonu Məhəmməd X7, ev 25A kimi göstərilmişdir. Yəni qanunverici hüquqi şəxsin ünvanının olduğu yer üzrə dedikdə onun hüquqi və ya faktiki ünvanını fərqləndirmir. Belə ki, faktiki olaraq hüquqi şəxsin ünvanının olduğu yer Bakı şəhəri, Yasamal Rayonu Məhəmməd X7, ev 25A-dır. Məhkəmə normanı düzgün tətbiq etməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-6925/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmişdir. Bundan sonra iddiaçı “Elektron” məhkəmə informasiya sistemi vasitəsi ilə şikayətə qarşı etirazla məhkəməyə müraciət edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bundan başqa, şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(001)-6925/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda qurumun hüquqi ünvanının dövlət reyestrinə daxil edilən məlumatlar sırasına daxil edilmiş, Dövlət qeydiyyatının ərazi aidiyyətinin hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilməsi təsbit olunmuşdur (12.10-cu və 14.1.2-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehə qarşı iddia qaldıraraq, cavabdeh tərəfindən qəbul edilmiş əmrin ləğvini və onun əsasında vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulmasını tələb edir. Cavabdeh faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, X10 Naxçıvani, ev 25A ünvanında yerləşsə də, ünvan 4yyata alınmışdır. Başqa sözlə, onun hüquqi ünvanı məhz sonuncu ünvandır. Qanunvericilikdə hüquqi şəxsə qarşı iddianın məhz onun ünvanının olduğu yerə görə verilməsi imperativ qaydada təsbit olunmuş və bu zaman ünvan dedikdə məhz hüquqi ünvan nəzərdə tutulmuşdur. Bu baxımdan mövcud vəziyyətdə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə hər hansı əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti rədd etməkdə haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 35-cı, 40-cı, 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X13 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-6925/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar