Məhkəmə qərarları › İş №2(103)-714/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-714/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-714/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh "Cavabdeh3" MMC-nin nümayəndəsi-vəkili Vəkil1, Müstəqil tələb irəli sürməyən LPO Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankının cavabdehlər Cavabdeh1, “xxxx” MMC-yə və Cavabdeh3 MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər “xxxx” ASC və LPO Cavabdeh4 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu olmaqla) “kredit müqviləsi üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 04.09.2020-ci il tarixli qətnaməsindən cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh3 MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq kollegiya M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-75/2017 saylı, 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilərək, Ləğv prosesində olan Cavabdeh4 ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına olan 09.02.2007-ci il tarixli, 978-180-07 nömrəli kredit müqaviləsi üzrə 40316 (qırx min üç yüz on altı) manat 67 (altmış yeddi) qəpik faiz borcun “xxxx” MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış məbləğinin 365.000 (üç yüz altmış beş min) manat müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin “xxxx” MMCyə verilməsi, ləğv prosesində olan Cavabdeh4 ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına olan 15.09.2009-cu il tarixli, borcun köçürülməsi barədə müqaviləyə əsasən 576.388,89 manat faiz borcun Cavabdeh3 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus “xxxx” ASC-nin nominal dəyəri 2 manat olan 389665 ədəd səhminə yönəldilməsi, girov predmetinin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, girov predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh3 MMC-yə verilməsi, ləğv prosesində olan Cavabdeh4 ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına olan 22.12.2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqaviləsi üzrə 20.000.000 (iyirmi milyon) manat əsas, 1.981.166 (bir milyon doqquz yüz səksən bir min yüz altmış altı) manat 67 (altmış yeddi) qəpik faiz borcu olmaqla, cəmi 21.981.166 (iyirmi bir milyon doqquz yüz səksən bir min yüz altmış altı) manat 67 (altmış yeddi) qəpik məbləğində borcun “xxxx” MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinə; Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m ümumi, 81,55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 47 nömrəli və 127,5 kv.m ümumi, 66,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzillərə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 365.000 (üç yüz altmış beş min) manat; Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m ümumi, 81,55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 47 nömrəli mənzilin ilkin satış qiymətinin 165.000 (bir yüz altmış beş min) manat və 127,5 kv.m ümumi, 66,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzilin ilkin satış qiymətinin 135.000 (bir yüz otuz beş min) manat müəyyən edilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin müvafiq qaydada “xxxx” MMC və Cavabdeh1 verilməsi qət olunmuşdur. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı cavabdehlər Cavabdeh1, "xxxx" MMC-yə və "Cavabdeh3" MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün tutmanın ipoteka və girov predmetlərinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə borclu Cavabdeh4 ASC arasında 09.02.2007-ci il tarixli, 978-180-07 nömrəli, 22.12.2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqavilələri, həmçinin Mərkəzi Bank, “xxxx” ASC, Cavabdeh4 ASC və Cavabdeh3 MMC arasında 15.09.2009-cu il tarixli borcun köçürülməsi barədə müqavilə bağlanmışdır. 09.02.2007-ci il tarixli, 978-180-07 nömrəli kredit müqaviləsinə əsasən, Mərkəzi Bank tərəfindən Cavabdeh4 ASC-yə illik 9,5% olmaqla 180 gün müddətinə 1 200 000 (bir milyon iki yüz min) manat məbləğində banklararası kredit verilmişdir. Müqavilədə kredit üzrə əsas borcun 08.08.2007-ci il tarixinədək ödənilməli olduğu göstərilmişdir. Kredit müqaviləsinə edilmiş 22.11.2007-ci il tarixli əlavəyə əsasən kredit resursunun ödənilmə vaxtı 04.02.2008-ci il tarixinədək uzadılmış, illik faiz dərəcəsi isə 13% həcmində müəyyən edilmişdir. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 09.02.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən “xxxx” MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi Mərkəzi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 22.12.2009-cu il tarixli KBS09-1277 nömrəli kredit müqaviləsinə əsasən, Mərkəzi Bank tərəfindən Cavabdeh4 ASC-yə illik 2% olmaqla 360 gün müddətinə 20 000 000 (iyirmi milyon) manat məbləğində sonuncu instansiya krediti verilmişdir. Müqavilədə kredit üzrə əsas borcun 17.12.2010-cu il tarixinədək ödənilməli olduğu göstərilmişdir. Kredit müqaviləsinə edilmiş 27.12.2010-cu il tarixli əlavəyə əsasən sonuncu instansiya kreditinin ödənilmə vaxtı 15.06.2011-ci il tarixinədək uzadılmışdır. Bu kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq 22.12.2009-cu il tarixli İBS09-1277/1 nömrəli, 22.12.2009-cu il tarixli İBS09-1277/6 nömrəli, 22.12.2009-cu il tarixli İBS09- 1277/7 nömrəli ipoteka müqavilələri və 22.12.2009-cu il tarixli GBS09-1277/2 nömrəli girov müqaviləsi bağlanmışdır. İBS09-1277/1 nömrəli ipoteka müqaviləsinə əsasən, “xxxx” MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində stifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi Mərkəzi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. GBS09-1277/2 nömrəli girov müqaviləsinə əsasən, Cavabdeh3 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus “xxxx” ASC-nin nominal dəyəri 2 (iki) manat olan 389 665 (üç yüz səksən doqquz min altı yüz altmış beş) ədəd səhmi Mərkəzi Bankın xeyrinə yüklü edilmişdir. İBS09-1277/6 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m ümumi, 81,55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 47 nömrəli mənzil Mərkəzi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İBS09-1277/7 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 127,5 kv.m ümumi, 66,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzil Mərkəzi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 15.09.2009-cu il tarixli borcun köçürülməsi barədə müqaviləyə əsasən, Mərkəzi Bank və “xxxx” ASC arasında bağlanmış 07.05.2007-ci il tarixli 1004-180-07 nömrəli kredit müqaviləsi ilə ‘xxxx” ASC-nin Mərkəzi Bank qarşısında olan 5 000 000 (beş milyon) manat həcmində kredit borcu üzrə bütün öhdəliklər (5 000 000 (beş milyon) manat əsas borc və 1 255 972,22 (bir milyon iki yüz əlli beş min doqquz yüz yetmiş iki manat iyirmi iki qəpik) manat faiz borcu) 15.09.2009-cu il tarixli borcun köçürülməsi barədə müqaviləyə əsasən Cavabdeh4 ASC-nin üzərinə köçürülmüşdür. 1004- 180-07 nömrəli kredit müqaviləsi üzrə Mərkəzi Bank tərəfindən “xxxx” ASC-yə illik 12% olmaqla 180 gün müddətinə 5 000 000 (beş milyon) manat məbləğində Kredit verilmiş və kredit üzrə əsas borcun 03.11 2007-ci tarixinədək ödənilməli olduğu təsbit edilmişdir. Bu müqaviləyə edilmiş 06.11.2007-ci il tarixli Əlavəyə əsasən kredit resursunun ödənilmə vaxtı 01.05.2008-ci il tarixədək uzadılmış, kredit üzrə illik faiz dərəcəsi 13% həcmində müəyyən edilmişdir. 15.09.2009-cu il tarixli borcun köçürülməsi barədə müqavilənin 1.4-cü bəndinə əsasən Cavabdeh3 MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus “xxxx” ASC-nin nominal dəyəri 2 (iki) manat olan 389 665 (üç yüz səksən doqquz min altı yüz altmış beş) ədəd səhmin Cavabdeh4 ASC-nin Mərkəzi Bank qarşısında götürdüyü öhdəliyin təminatı qismində çıxış etməsi göstərilmişdir. Bildirir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10.08.2015-ci il tarixli 1(81)- 3855/2015 nömrəli qərarı ilə Cavabdeh4 ASC müflis elan edilmiş və “X1 Company” MMC ləğvedici qismində təyin edilmişdir. Hazırda bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondudur və bank barəsində iflas prosedurunun həyata keçirilməsini davam etdirir. Göstərilən kredit müqavilələri üzrə qalıq borc məbləği həcmində Mərkəzi Bankın kreditor tələbləri ləğv prosesində olan Cavabdeh4 ASC-nin ləğvedicisinə 22.06.2016-cı il tarixli, 05-00532-2016 nömrəli məktubla təqdim edilməsinə və bu tələblərin ləğvedici tərəfindən qeydə alınmasına baxmayaraq, bankın vəsaitinin olmaması səbəbindən qeyd olunan kredit müqavilələri üzrə borcun ödənilməsi indiyə kimi mümkün olmamışdır. Ləğv prosesində olan Cavabdeh4 ASC-nin 03.12.2015-ci il tarixinə Mərkəzi Bank qarşısında qeyd edilən kredit müqavilələri üzrə borcu aşağıdakı kimidir: 09.02.2007-ci il tarixli, 978- 180-07 nömrəli kredit müqaviləsi üzrə 251950,00 manat faiz borcu; 15.09.2009-cu il tarixli borcun köçürülməsi barədə müqaviləyə əsasən, 1264305,55 manat faiz borcu; 22.12.2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqaviləsi üzrə 20 000 000 yirmi milyon) manat əsas, 2006721,97 manat faiz borcu olmaqla, ümumilikdə 22006721,97 manat kredit borcu. Mərkəzi Bank ipoteka və girov predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişləri ipoteka qoyanlar Cavabdeh1 15.02.2016-cı il tarixli 05-00153-2016 nömrəli və 15.02.2016-cı il tarixli 05-00154-2016 nömrəli, Cavabdeh3 MMC-yə 15.02.2016-cı il tarixli 05-00155-2016 nömrəli, girov qoyan “xxxx” MMC-yə 15.02.2016-cı il tarixli 05-00157-2016 nömrəli və ləğvedici “X1 Company” MMC-yə 15.02.2016-cı il tarixli 05-00158-2016 nömrəli məktublarla göndərmişdir. Mərkəzi Bank tərəfindən ipoteka və girov predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlər “İpoteka haqqında” Qanunun 36.3-cü maddəsinə uyğun olaraq qeydə alınması üçün aidiyyəti üzrə göndərilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 03.03.2016-cı il tarixli **********95 nömrəli və 03.03.2016-cı il tarixli **********94 nömrəli, 03.03.2016-cı il tarixli **********93 nömrəli məktubları, Milli Depozit Mərkəzinin 02.03.2016-cı il tarixli, 01/02- 184 nömrəli məktubu ilə bildirişlərin qeydə alındığı bildirilmişdir. Qeyd olunanları nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.09.2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsinə, iddia müddətinin tətbiq edilməyəcəyi təqdirdə isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.09.2020-ci il tarixli, 2(004)-75/2020 saylı qətnaməsi ilə Ləğv prosesində olan "Cavabdeh4" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına olan 22.12.2009-cu il tarixli, KBS09-İ277 nömrəli kredit müqaviləsi üzrə tutulması qət edilmiş 20.000.000 (iyirmi milyon) manat əsas, 1.981.166 (bir milyon doqquz yüz səksən bir min yüz altmış altı) manat 67 (altmış yeddi) qəpik faiz borcu olmaqla, cəmi 21.981.166 (iyirmi bir milyon doqquz yüz səksən bir min yüz altmış altı) manat 67 (altmış yeddi) qəpik borc məbləğinin dəyişdirilərək, 14.954.417,23 (on dörd milyon doqquz yüz əlli dörd min dörd yüz on yeddi) manat 23 (iyirmi üç) qəpik əsas, 1.391.025.94 (bir milyon üç yüz doxsan bir min iyirmi beş) manat 94 (doxsan dörd) qəpik faiz borcu olmaqla, cəmi 16.345.443,17 (on altı milyon üç yüz qırx beş min dörd yüz qırx üç) manat 17 (on yeddi) qəpik məbləğində borcun müəyyən edilməsinə dair qətnamə qəbul qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh “xxxx” MMC-nin səlahiyyətli nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əsas və faiz borcunu hesablayarkən düzgün nəticəyə gəlməmişdir. Bundan başqa qətnamə əmlakın ilkin satış qiyməti hissəsində mübahisələndirilməlidir. Belə ki, ipoteka predmeti olan mənzilin dəyəri, ekspert rəyində göstərilən qiymətdən qat-qat yüksəkdir. Bu və digər əsasları gətirərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.09.2020-ci il tarixli qətnaməsindən öz növbəsndə Cavabdeh3 MMC-nin səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 cavabdeh “xxxx” MMCnin apellyasiya şikayətinin məzmununa uyğun apellyasiya şikayəti verərək, iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsinə, iddia müddətinin tətbiq edilməyəcəyi təqdirdə isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04.09.2020-ci il tarixli, 2(004)-75/2020 saylı qətnaməsi ilə Ləğv prosesində olan "Cavabdeh4" ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına olan 22.12.2009-cu il tarixli, KBS09-İ277 nömrəli kredit müqaviləsi üzrə tutulması qət edilmiş 20.000.000 (iyirmi milyon) manat əsas, 1.981.166 (bir milyon doqquz yüz səksən bir min yüz altmış altı) manat 67 (altmış yeddi) qəpik faiz borcu olmaqla, cəmi 21.981.166 (iyirmi bir milyon doqquz yüz səksən bir min yüz altmış altı) manat 67 (altmış yeddi) qəpik borc məbləğinin dəyişdirilərək, 14.954.417,23 (on dörd milyon doqquz yüz əlli dörd min dörd yüz on yeddi) manat 23 (iyirmi üç) qəpik əsas, 1.391.025.94 (bir milyon üç yüz doxsan bir min iyirmi beş) manat 94 (doxsan dörd) qəpik faiz borcu olmaqla, cəmi 16.345.443,17 (on altı milyon üç yüz qırx beş min dörd yüz qırx üç) manat 17 (on yeddi) qəpik məbləğində borcun müəyyən edilməsinə dair qətnamə qəbul qəbul edilməsi xahiş etmişdir. Kollegiya Sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətlərini ayrı-arılıqda müdafiə edərək təmin olunmasını xahiş edən cavabdehlər Cavabdeh3 MMC-nin və “xxxx” MMC-nin səlahiyyətli nümayəndələrini, şikayəti qəbul etməyərək rədd olunmasını xahiş edən iddiaçının nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayətləri qismən təmin olunmalı, qətnamə ipoteka predmetləri olan daşınmaz əmlakların ilkin satış qiymətinin hissəsində dəyişdirilərək, ipoteka predmetləri olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsin likvid dəyərinin 536000 (beş yüz otuz altı min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m ümumi, 81,55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 47 nömrəli mənzilin ilkin satış qiyməti 229.500 (iki yüz iyirmi doqquz min beş yüz) manat və 127,5 kv.m ümumi, 66,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzilin ilkin satış qiyməti 173.400 (bir yüz yetmiş üç min dörd yüz) manat müəyyən edilməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). İşin hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əməl gəlmə əsaslarından biridir. İş materiallarında olan Azərbaycan Milli Bankı ilə Cavabdeh4 ASC arasında imzalanmış 09.02.2007-ci il tarixli, 978-180-07 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, borcalana 09.02.2007-ci il tarixdən 180 gün müddətinə illik 9.5 faiz hesablanmaqla 1.200.000 manat məbləğində banklar arası kredit verilmiş və borcalan 08.08.2007-ci il tarixədək əsas borcun ödənilməsinə öhdəlik götürmüşdür. İş materiallarında olanAzərbaycan Milli Bankı ilə Cavabdeh4 ASC arasında imzalanmış 22.11.2007-ci il tarixli kredit müqaviləsinə əlavənin surətindən görünür ki, 09.02.2007-ci il tarixli, 978-180-07 nömrəli müqaviləsinin müddəti 04.02.2008-ci il tarixədək uzadılmış və illik kredit faizi 9.5 faizdən 13 faizə artırılmışdır. İş materiallarında olan Azərbaycan Milli Bankı, Cavabdeh4 ASC və Cavabdeh2 arasında bağlanmış 09.02.2007-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki,, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235.2 ümumi, 190.4 kv.m əsas, 44.8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsini 09.02.2007-ci il tarixli, 978-180-07 nömrəli kredit müqaviləsinin təminatı kimi ipotekaya qoymuşdur. İpoteka predmetinin ilkin satış qiyməti 2.000.000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 1365 nömrəli vərəqində 17.02.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Cavabdeh4 ASC arasında bağlanmış 22.12.2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, borcalana 360 gün müddətinə, illik 2 faizlə 20.000.000 manat məbləğində kredit verilmiş və borcalan 17.12.2010-cu il tarixədək əsas borcun ödənilməsinə öhdəlik götürmüşdür. İş materiallarında olanAzərbaycan Respublikasının Mərkəzi Bankı ilə Cavabdeh4 ASC arasında bağlanmış 22.12.2010-cu il tarixli kredit müqaviləsinə əlavənin surətindən görünür ki,, 22.12.2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqaviləsinin müddəti 15.06.2011-ci il tarixədək uzadılmışdır. İş materiallarında olanAzərbaycan Respublikasının Mərkəzi Bankı, Cavabdeh4 ASC və Cavabdeh2 arasında bağlanmış 22.12.2009-cu il tarixli, İBS09-1277/1 nömrəli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235.2 ümumi, 190.4 kv.m əsas, 44.8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsini 22.12.2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqaviləsinin təminatı kimi ipotekaya qoymuşdur. İpoteka predmetinin ilkin satış qiyməti 2.000.000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 1365 nömrəli vərəqində 04.02.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı, Cavabdeh4 ASC və Cavabdeh1 arasında bağlanmış 22.12.2009-cu il tarixli, İBS09- 1277/6 nömrəli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən 165.4 kv.m ümumi, 81.55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı, 47 nömrəli mənzili 22.12.2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqaviləsinin təminatı kimi ipotekaya qoymuşdur. İpoteka predmetinin ilkin satış qiyməti 800.000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 4200 nömrəli vərəqində 04.02.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı, Cavabdeh4 ASC və Cavabdeh1 arasında bağlanmış 22.12.2009-cu il tarixli, İBS09- 1277/7 nömrəli sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 13-cü mərtəbəsində yerləşən 127.5 kv.m ümumi, 66.5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 45 nömrəli mənzili 22.12.2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqaviləsinin təminatı kimi ipotekaya qoymuşdur. İpoteka predmetinin ilkin satış qiyməti 600.000 manat məbləğində qiymətləndirilmişdir. İpoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində 44 nömrəli reyestr kitabının 4197 nömrəli vərəqində 04.02.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı, Cavabdeh4 ASC və Cavabdeh3 MMC arasında bağlanmış 22.12.2009-cu il tarixli, GBS09-1277/2 nömrəli sonrakı girov müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 MMC ona məxsus olan xxxx ASC-nin nominal dəyəri 2 manat olan 389.665 ədəd səhmi 22.12.2009-cu il tarixli, KBS09- 1277 nömrəli kredit müqaviləsinin təminatı kimi girov qoymuşdur. İş materiallarında olanAzərbaycan Milli Bankı ilə xxxx ASC arasında imzalanmış 07.05.2007ci il tarixli, 1004-180-07 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, borcalana 07.05.2007-ci il tarixdən 180 gün müddətinə illik 12 faiz hesablanmaqla 5.000.000 manat məbləğində banklararası kredit vermiş və borcalan 03.11.2007-ci il tarixədək əsas borcun ödənilməsinə öhdəlik götürmüşdür. İş materiallarında olanAzərbaycan Milli Bankı ilə xxxx ASC arasında bağlanmış 06.11.2007-ci il tarixli kredit müqaviləsinə əlavənin surətindən görünür ki, 07.05.2007-ci il tarixli, 1004-180-07 nömrəli kredit müqaviləsinin müddəti 01.05.2008-ci il tarixədək uzadılmış və illik kredit faizi 12 faizdən 13 faizə artırılmışdır. İş materiallarında olanAzərbaycan Milli Bankı, xxxx ASC və Cavabdeh3 MMC arasında bağlanmış 07.05.2007-ci il tarixli girov müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 MMC ona məxsus olan xxxx ASC-nin nominal dəyəri 2 manat olan 389.665 ədəd səhmi 07.05.2007-ci il tarixli, 1004-180-07 nömrəli kredit müqaviləsinin təminatı kimi girov qoymuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı, xxxx ASC, Cavabdeh3 MMC və Cavabdeh4 ASC arasında bağlanmış borcun köçürülməsi barədə 15.09.2009-cu il tarixli müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı (bank) ilə xxxx ASC arasında bağlanmış 07.05.2007-ci il tarixli, 1004-180-07 saylı kredit müqaviləsi üzrə borcalanın bank qarşısında olan 5.000.000 manat həcmində kredit borcu üzrə öhdəliklər 5.000.000 manat əsas borc və 1.255.972,22 manat faiz borcu Cavabdeh4 ASC-nin (yeni borcalanın) üzərinə köçürülmüşdür. Yeni borcalanın bank qarşısında götürdüyü öhdəliyin təminatı qismində Cavabdeh3 MMC-yə məxsus xüsusi mülkiyyət hüququ ilə məxsus xxxx ASC-nin nominal dəyəri 2 manat olan 389665 ədəd səhmi çıxış etmişdir. Ləğv prosesində olan Cavabdeh4 ASC-nin 03.12.2015-ci il tarixinə Mərkəzi Bank qarşısında qeyd edilən kredit müqavilələri üzrə borcu aşağıdakı kimidir: 09.02.2007-ci il tarixli, 978-180-07 nömrəli kredit müqaviləsi üzrə 251.950 manat faiz borcu; 15.09.2009- cu il tarixli borcun köçürülməsi barədə müqaviləyə əsasən, 1.264.305,55 manat faiz borcu; 22.12.2009-cu il tarixli, KBS09-1277 nömrəli kredit müqaviləsi üzrə 20.000.000 manat əsas, 2.006.721,97 manat faiz borcu olmaqla, cəmi 22.006.721,97 manat kredit borcu. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 03.03.2016-cı il tarixli məktublarından görünür ki, yuxarıda sadalanan ipoteka predmetləri olan daşınmaz əmlaklara tutmanın yönəldilməsinə dair bildirişlər həmin idarədə qeydiyyata alınmışdır. İş materiallarında olan AR Milli Depozit Mərkəzinin 02.03.2016-cı il tarixli məktubundan görünür ki, Cavabdeh3 MMC-yə məxsus xüsusi mülkiyyət hüququ ilə məxsus xxxx ASC-nin nominal dəyəri 2 manat olan 389665 ədəd səhmə tutmanın yönəldilməsi haqqında bildiriş “Bütün qiymətli kağızların girovunun Rəsmi Reyestri”ndə qeydə alınmışdır. İş materiallarında olan xəbərdarlıq məktublarının surətindən görünür ki, cavabdehlərə kredit müqavilələri üzrə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsinin 18.10.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03.03.2020-ci il tarixli, 26774 saylı ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh4 ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilməii olan borcu aşağıdakı kimi müəyyən olunur: 09.02.2007-ci il tarixli 978- 180-07 savlı kredit müqaviləsi üzrə: iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları və 09.02.2007-ci il tarixli 978-180-07 saylı kredit müqaviləsinin, 22.11.2007-ci il tarixli əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla “Cavabdeh4" ASC-nin 04.02.2008-cı il tarixinə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) Azərbaycan Respublikası Mərkəzi Bankına olan borcu 1.249.416,67 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə - 1.200.000,00 manat; faiz borcu üzrə - 49.416,67 manat. Cavabdeh4 ASC tərəfində 04.02.2008-ci il tarixdən sonrakı dövrdə, yəni 30.12.2009-ci il tarixdə ümumilikdə 1.209.100,00 manat məbləğində ödəniş aparılmışdır ki, həmin ödənişin 1.200.000,00 manatı əsas borcdan, 9.100,00 manatı isə faiz borcundan silinir. Beləliklə Azərbaycan Respublikası Mərkəzi Bankı ilə Cavabdeh4 ASC arasında bağlanmış 09fevral2007-ci il tarixli 978-180-07 saylı kedit müqaviləsi üzrə 04.02.2008-ci il tarixdən (müqavilə müddətinin bitdiyi tarixdən) sonrakı dövrdə kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh4 ASC-nin ödənilməli olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə - 0,00 manat; faiz borcu üzrə - 154.650,00 manat. 15.09.2009-cu il tarixli borcun köcürülməsi barədə müqavilə üzrə: iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları və 07.05.2007-ci il tarixli 1004-180-07 saylı kredit müqaviləsinin, həmçinin 07.11.2007-ci il tarixli əlavə razılaşmanın şərtləri nəzərə alınmaqla “Cavabdeh4’’ ASC-nin 04.02.2008-cı il tarixinə (müqavilə müddəti qüvvədə olduğu tarixədək) Azərbaycan X2 borcu 5.614.305,56 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borcu üzrə - 5.000.000,00 manat; faiz borcu üzrə -- 614.305,56 manat. Cavabdeh4 ASC tərəfində 01.05.2008-ci il tarixdən sonrakı dövrdə, yəni 30.12.2009-ci il tarixdə ümumilikdə 5.037.916,67 manat məbləğində ödəniş aparılmışdır ki, həmin ödənişin 5.000.000,00 manatı əsas borcdan, 37.916,67 manatı isə faiz borcundan silinir. Beləliklə 01.05.2008-ci il tarixdən (müqavilə müddətinin bitdiyi tarixdən) sonrakı dövrdə kredit borcu üzrə illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla və 30.12.2009-cu il tarixdə ödənilmiş 5.037.916,67 manat məbləğində pui vəsaiti tərəflər arasında bağlanmış 15.09.2009-cu il tarixli Borcun köçürülməsi barədə müflavilə üzrə borcun ödənilməsinə yönəldiyi təqdirdə Cavabdeh4 ASC tərəfindən ödənilməli oian məbləğ aşağıdaks kimi müəyyən olunur: əsas borc üzrə - 0,00 manat; faiz borcu üzrə - 992.361,11 manat. Qeyd edilir ki, 30.12.2009-cu il tarixdə ödənilmiş 5.037.916,67 manat məbləğində pul vəsaiti 15.09.2009-cu il tarixli Borcun köçürülməsi barədə müqavilə üzrə borcun ödənilməsinə deyil, digər kredit müqaviləsi üzrə ödəniş kimi nəzərə alındığı təqdirdə isə Cavabdeh4 ASC-nin 03.12.2015-ci il tarixə (iddia ərizəsində tələb oiunan tarixə) ödənilməli olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə - 5.000.000,00 manat; faiz borcu üzrə - 2.511.527,28 manat. 22.12.2009-cu il tarixli KBS09-1277 savlı kredit müqaviləsi üzrə: iş materiallarında olan hesabdan çıxarış, maliyyə arayışı məlumatları və 22.12.2009-cu il tarixli KBS09-1277 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh4 ASCnin 03.12.2015-ci il tarixinə (iddia ərizəsində tələb olunan tarixə) Azərbaycan Respublikası Mərkəzi Bankına olan borcu 21.981.166,67 manat məbləğində müəyyən olunur, o cümlədən: əsas borcu üzrə - 20.000.000,00 manat; faiz borcu üzrə - 1.981.166,67 manat. Cavabdeh4 ASC tərəfindən 30.12.2009-cu il tarixdə aparılmış 5.037.916,67 manat məbləğində ödəniş 22.12.2009-cu il tarixli KBS09-1277 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldiyi təqdirdə Cavabdeh4 ASC-nin 03.12.2015-ci il tarixə (iddia ərizəsində tələb olunan tarixə) Azərbaycan Respublikası Mərkəzi Bankına ödənilməli olan borcu 16.345.443,17 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 14.964.417,23 manat; faiz borcu üzrə - 1.391.025,94 manat. İşə baxan birinci instansiya məhkəməsinin qərardadı ilə ipoteka predmetlərinin orta bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin 31.05.2019-cu il tarixli, 157/E saylı ekspert rəyinə əsasən “xxxx” MMC-yə xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin hazırda orta bazar dəyərinin 365.000 manat, Cavabdeh1 xüsusi mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m ümumi, 81,55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 47 nömrəli mənzilin hazırda orta bazar dəyərinin 165.000 manat və 127,5 kv.m ümumi, 66,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzilin hazırda orta bazar dəyərinin 135.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı həmin maddəyə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdeh X5 vermişdir. Lakin, cavabdehlər kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, borc üzrə ödənişləri vaxtı-vaxtında aparmamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, cavabdehlər kredit müqavilələri üzrə öz riskləri ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyırlar. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1ci və 2-ci hissəsinə əsasən, qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 38.2.2-ci maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Həmin Qanunun 39.3.3-cü maddəsinə görə ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 25,5 kv.m olan qeyri-yaşayış sahəsinin “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən verilən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə 235/10-17/E-13-S saylı, 23 oktyabr 2017ci il tarixli ekspert rəyində göstərilən qiymətə uyğun 70000 manat göstərmişdir. “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşə apellyasiya qaydasında baxılarkən ipoteka predmeti olan, mənzillərin hazırkı real bazar və likvid dəyərini müəyyən etmək məqsədi ilə mütəxəssis rəyinin verilməsi qərara alınmışdır və rəyin verilməsi “xxxx” MMC-nə həvalə edilmişdir. “xxxx” MMC-nin 03.05.2021-ci il tarixli MB 14/0292 №-li ekspert rəyinə əsasən ipoteka predmetləri olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsin likvid dəyərinin 536000 (beş yüz otuz altı min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m ümumi, 81,55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 47 nömrəli mənzilin ilkin satış qiyməti 229.500 (iki yüz iyirmi doqquz min beş yüz) manat və 127,5 kv.m ümumi, 66,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzilin ilkin satış qiyməti 173.400 (bir yüz yetmiş üç min dörd yüz) manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətlərinə münasibət bildirərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsinə, qətnamənin digər hissəsində dəyişdirilməsi və ləğv edilməsinə hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdehlər Cavabdeh3 MMC-nin və “xxxx” MMC-nin səlahiyyətli nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ipoteka predmetləri olan daşınmaz əmlakların ilkin satış qiymətinin hissəsində dəyişdirilərək, ipoteka predmetləri olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci mərtəbəsində 235,2 kv.m ümumi, 190,4 kv.m əsas, 44,8 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsin likvid dəyərinin 536000 (beş yüz otuz altı min) manat, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,05828 ha torpaq sahəsində yerləşən 21 nömrəli 13 mərtəbəli binanın 1-ci girişində, 13-cü mərtəbəsində yerləşən 165,4 kv.m ümumi, 81,55 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 47 nömrəli mənzilin ilkin satış qiyməti 229.500 (iki yüz iyirmi doqquz min beş yüz) manat və 127,5 kv.m ümumi, 66,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 45 nömrəli mənzilin ilkin satış qiyməti 173.400 (bir yüz yetmiş üç min dörd yüz) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar