Məhkəmə qərarları › İş №2(103)-7140/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7140/2020

15.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7140/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim:Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsilə Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafyel qızının katibliyi, Ərizəçinin vəkili X1, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3354/2019 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri ilə Ərizəçi maraqlı şəxs Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 14755/2019 nömrəli qətnaməsi ilə Ərizəçi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 3354/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Ərizəçi iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3379/20 saylı xx.xx.2010-ci il tarixli qərarı ilə Ərizəçi tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)- 14755/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Kollegiya apellyasiya şikayətinn dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən ərizəçinin vəkilini, şikayətlə razılaşmayaraq təmin olunmassını xahiş edən maraqlı şəxs Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinin səlahiyyətli nümayəndəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət qismən təmin olunmalı, Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-3354/2019 nömrəli qətnaməsi ləğv edilməli, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, işə əlavə edilmiş Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən Maraqlı şəxs2 səlahiyyətli nümayəndəsi Fərid Qurbaqova ünvanlanmış məktubdan görünür ki, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi haqqında ərizə ilə Yasamal rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Ona bildirilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyəti aktlarının qeydində dyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyat şöbəsi tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi doğum akt qeydinin əvvəllər olmasını təsdiq edən sənədin, həmçinin şəxsiyətini təsdiq edən sənədi təqdim edilmədiyi üçün ərizəsinin təmin edilməsi mümkün olmamışdır və ona aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Göründüyü kimi, ərizəçi doğum akt qeydinin bərpası barədə ərizə ilə müraciət etməli olduğu halda, doğum haqqında şəhadətnaməsinin qeydə alınması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.Halbuki, doğum akt qeydi bərpa olunmadan doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyil. Birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə almmadan ərizəyə mahiyyəti üzrə baxmaqla, səhv nəticəyə gəlmişdr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4.-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400,405-ci maddələrini rəhbər tutaraq kollegiya Q Ə R A R A A L D İ: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxs Qeydiyyat Şöbəsinə qarşı doğum haqqında şəhadətnaməsinin qeydə alınması barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar