Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7140/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(005)- 2761/2021 saylı qərardadından cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Elgün Zeynalov tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 597,4 manat məbləğində əsas borcun, 90 manat məbləğində faiz borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 717,4 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(005)- 2761/2021 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması qərara alınmışdır. Bundan sonra cavabdeh İddiaçı MMC-nin nümayəndəsi Elgün Zeynalov şikayətlə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(005)-2761/2021 saylı qərardadının ləğv olunmasını və iddia ərizəsinin icraata götürülməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 04.06.2021-ci il tarixli, 2(005)- 2761/2021 nömrəli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Kollegiyası iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, şikayəti araşdıraraq hesab edir ki, 1-ci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsinə görə hakim Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin tələblərinə uyğun olmayan iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi ərizədə cavabdehin ünvanını ünvan 1iq edən hər hansı bir sənəd iddia ərizəsinə əlavə etməmiş, cavabdehin yalnız Gürcüstan Respublikasının vətəndaşı olması barədə pasportun surətini təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinin tələbinə əsasən iddiaçı iddia tələbində mülki işə baxılmasının iddia ərizəsini verdiyi məhkəmənin inzibati yurisdiksiyasına aid olmasını təsdiq edən əlavə etməlidir. əks halda məhkəmə iddia ərizəsinin ərazi aidiyyəti üzrə həmin məhkəməyə aid olub-olmamasını müəyyən etmək imkanından məhrum olmuş olur. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı dəyişdirmədən saxlamaq hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin olunmasın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(005)- 2761/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi vaxtdan qanuni qüvvəyə minir. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-7140/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7140/2021
07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver