Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7146/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi-vəkili X8 iştirakı ilə, İddiaçıun cavabdehlər “xxxxxxxxx” MMC (hazırki adı “xxxxxxxxx” MMC) və qeyrilərinə qarşı “qərarın etibarsız hesab edilməsi və sair barədə” ilk, “xxxxxxxxx” MMCnin cavabdeh İddiaçıa qarşı “qanunsuz hərəkətlərə son qoyulması və vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi barədə” qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(011)-2247/2019 saylı qətnaməsindən İddiaçı və cavabdeh “xxxxxxxxx” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsini üçüncü şəxs qismində cəlb etdiyi cavabdehlər “xxxxxxxxx” MMC və onun təsisçisi İraq Respublikası vətəndaşı X4rşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə “xxxxxxxxx” MMC-nin Nizamnaməsinin 3-cü redaksiyada qeydə alınması üçün əsas olmuş “xxxxxxxxx” MMC-nin Ümumi Yığıncağının xx.xx.2016-cı il tarixli qərarının etibarsız hesab edilməsi və həmin qərarın davamı olan hüquqi nəticə kimi “xxxxxxxxx” MMC-nin təsisçilərinin Nizamnamə kapitalındakı təsis paylarının dəyişdirilməsi barədə xx.xx.2017-ci il tarixli qərarının etibarsız sayılması, qeyd olunan qərarların hüquqi nəticələrinin ləğv edilməsinə, “xxxxxxxxx” MMC-nin təsisçisi X7 500000 manat pulun alınıb ona verilməsi barədə qətnamə, “xxxxxxxxx” MMC-nin Nizamnaməsinin 3-cü redaksiyada və 4-cü redaksiyada qəbul edilməsi ilə bağlı hərəkətləri etmiş şəxslərin əməllərində cinayət tərkibinin olub-olmamasının araşdırılması üçün prokurora göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Eyni zamanda “xxxxxxxxx” MMC cavabdeh İddiaçıa qarşı qarşılıqlı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasını, cavabdehdən vurulmuş ******* manat məbləğində mənəvi ziyanın və 30 manat məbləğində dövlət rüsumunun MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxx” MMC Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X10 dövlət qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə Nizamnamə kapitalının 100% təsis payı ilə onun adına kommersiya qurumlarının dövlət reyestrində VÖEN N ********** saylı nömrə ilə qeydə alınmışdır. Bundan sonra MMC nizamnamə kapitalı 20 manat, hər təsis payı 1 manat, hər birinin təsis payları 10 manat, yəni nizamnamə kapitalının 50% olmaqla xx.xx.2016-cı il tarixdə İddiaçı və İsam X9ın adlarına qeydə alınmışdır. “xxxxxxxxx” MMCnin Nizamnamə kapitalında təsis paylarının məbləği, tərkibi və dəyişdirilməsi “xxxxxxxxx” MMC-nin ümumi yığıncağının qərarı asında həyata keçirilir. “xxxxxxxxx“ MMC-nin Nizamnaməsinin “cəmiyyətin idarə olunması qaydası" adlanan dördüncü fəslinin 4.1-ci maddəsinə əsasən cəmiyyətin ali idarəetmə orqanı təsisçilərinin azı ildə bir dəfə çağrılan Ümumi Yığıncağıdır. Cəmiyyətin təsisçisi bir nəfər olduqda o ümumi yığıncağın səlahiyyətlərini təkbaşına həyata keçirir. Ümumi yığıncağın qərarları iştirakçılar tərəfindən qəbul edilir, onlar tərəfindən imzalanır və möhür vurulur. Nizamnamənin 4.2-ci maddəsinə əsasən ümumi yığıncaq növbəti və növbədənkənar ola bilər. Növbəti ümumi yığıncaq icra orqanı tərəfindən müəyyən edilmiş müddətdə çağırılır. Hər təsisçinin cəmiyyətin ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin edildiyi nümayəndə vasitəsi ilə təmsil olunmaq hüququ vardır, iştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Mülki Məcəllənin “xxxxxxxxx” MMC-nin təsisçisi kimi 20 manat məbləğində təsis fondunda 10 manat məbləğində paya sahib olan (50%-lik paya) X12 xxxxxxxxx xx.xx.2017-ci il tarixdə onun iştirakı, xəbəri və razılığı olmadan “xxxxxxxxx” MMC-nin 20 manatdan ibarət (hər birinin nominal dəyəri 1 manat olmaqla 20 paydan ibarət) Nizamnamə kapitalının 1000 manatadək- bir min payadək artırıb və həmin payda özünün payının 990 manat olmaqla özünün 999 paya, onun isə cəmiyyətin nizamnamə kapitalındakı 10 manat məbləğində 50%-lik payının 1 pay olmaqla 1% paya sahib olması kimi hüquqa zidd qərar qəbul edilməsinə və nizamnamə kapitalındakı dəyişikliklərin qeydiyyata alınmasına nail olmuş, bununla da onun qanunvericiliklə qorunan təsis payına dair mülkiyyət hüquqlarını pozmuşdur. “xxxxxxxxx” MMC-nin xx.xx.2017-ci il tarixli qərarının qəbul edilməsi ilə bağlı ümumi yığıncağın çağırılması, təsis paylarının artırılması barədə cəmiyyətdə 50%-lik təsis payına malik şəxs kimi ona xəbər verilməmiş, qeyd olunan qərar onun iştirakı və razılığı olmadan qəbul edilmişdir. MMC-nin təsisçilərinin xx.xx.2017-ci il tarixli qərarına əsasən “xxxxxxxxx” MMC-nin Nizamnaməsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2017-ci tarixdə ********** qeydiyyat nömrəsi ilə 4-cü redaksiyada, yəni X12 xxxxxxxxxın 99% paya, İddiaçıun isə 15 paya sahib olmasının müəyyən edilməsi şəklində dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X10 dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə MMC-nin Nizamnaməsinin 3-cü redaksiyada qeydə alınması üçün əsas olmuş “xxxxxxxxx” MMC-nin Ümumi Yığıncağının xx.xx.2016-cı il tarixli qərarını təsisçi kimi adından etibarnamə əsasında imzalamış X22 həmin qərarı imzalamaqda səlahiyyətsiz olmuşdur. Belə ki, o, X20 adından Azərbaycan Respublikasının ərazisində, onun dövlət və ya digər orqanlarında onu təmsil etmək, sənədlər imzalamaq səlahiyyəti verməmişdir. Buna görə də xx.xx.2016-cı il tarixdə “xxxxxxxxx” MMC-nin Nizamnaməsinin 3-cü redaksiyada qeydə alınması üçün əsas olmuş MMC-nin ümumi yığıncağının xx.xx.2016-cı il tarixli qərarı etibarsız hesab edilməli və həmin qərarın davamı olan hüquqi nəticələr etibarsız hesab edilməlidir. Cəmiyyətin 3-cü redaksiyada Nizamnaməsinin qeydiyyatı əsassız olduğundan Nizamnamənin 4-cü redaksiyası da öz-özlüyündə qəbul edildiyi andan etibarsızdır və heç bir hüquqi nəticə yaratmır. “xxxxxxxxx” MMC-nin Nizamnamə kapitalındakı paylara dəyişiklik edilməsi barədə “xxxxxxxxx” MMC-nin təsisçilərinin xx.xx.2017-ci il tarixli qərarında təsisçi kimi onun adından edilmiş imza da ona məxsus deyildir, həmin imzanın kimin tərəfindən edilməsi və saxtalaşdırılması bu işdə marağı olan X12 xxxxxxxxxa məlumdur. Burada sənədlərin saxtalaşdırılması yolu ilə törədilmiş cinayət əməlinin tərkibinin olub-olmaması üçün xüsusi qərar qəbul edilməklə prokurora göndərilməlidir. X1 zidd əməlləri nəticəsində ona dəymiş mənəvi zərəri 500000 manat məbləğində qiymətləndirir. “xxxxxxxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin dekabr ayının əvvəllərində İddiaçıun dəvəti ilə cavabdeh X12 xxxxxxxxx xx.xx.2016-cı il tarixdə “xxxxxxxxx” MMC-nin nizamnamə kapitalına 10 manat pul şəklində əlavə pay qoyaraq, MMC-yə yeni təsisçi olaraq daxil edilmişdir. MMC-nin ümumi yığıncağında İddiaçıun etibarnamə üzrə nümayəndəsi X18 cavabdeh X12 xxxxxxxxx tərəfindən tanımışdır. X21 İddiaçıun adamı və tanışı olmuşdur və İddiaçıun səlahiyyətlərinin həyata keçirirdi. X12 xxxxxxxxx əcnəbi olduğu üçün və Azərbaycan Respublikasının qanunlarını tam bilmədiyindən öz işini etibarlı və düzgün yerinə yetirməsindən yana, İddiaçıun etibarnamə üzrə nümayəndəsi X19 səlahiyyətlərinin qanuni olub olmamasının yoxlanılması üçün 51 nömrəli Notariat kontoruna müraciət etmişdir. 51 nömrəli Notariat kontorunda İddiaçıun etibarnamə üzrə nümayəndəsi X21 səlahiyyətlərinin qanuni olduğunu təsdiq etdikdən sonra “xxxxxxxxx” MMC-nin nizamnamə kapitalına 10 manat pul şəklində əlavə pay qoymuşdur. xx.xx.2017-ci il tarixli ümumi yığıncaqda da İddiaçı və etibarnamə üzrə nümayəndəsi X22 iştirak edərək nizamnamə kapitalını 990 manat məbləğində artırıb 1000 manat məbləğində edilməsi barədə qərar qəbul edilmişdir. İddiaçı nümayəndəsi X20 öz verdiyi etibarnaməni qanunsuz olaraq mübahisələndirir. “xxxxxxxxx” MMC-nin nizamnamə kapitalını artırmaqda vicdanlı alıcıdır. İddiaçı bu hərəkətləri ilə ona qarşı maddi və mənəvi ziyan vurur. Belə ki, xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli qərarlar etibarsız hesab edilməklə ona 1000 manat məbləğində (“xxxxxxxxx” MMC-nin nizamnamə kapitalı alınarkən tərəfindən ödənilən pul) maddi ziyan və ******* manat məbləğində mənəvi ziyan vurmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(011)-2247/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, “xxxxxxxxx” MMC-nin Ümumi Yığıncağının xx xxxxxx 2016-cı il tarixli və xx xxxx 2017-ci il tarixli qərarlarının etibarsız hesab edilməsi və həmin qərarların nəticələrinin ləğv edilməsi, ilkin iddia üzrə cavabdehlər “xxxxxxxxx” MMC-dən və X7 ilkin iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 15 manatının ilkin iddia üzrə İddiaçıun xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı və cavabdeh "xxxxxxxxx" MMC-nin direktoru X2 sözügedən qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia tələbi İsam X9ın öz cinayət əməllərindən diqqəti yayındırmaq, İddiaçıa qarşı sənədlərin, imzaların saxtalaşdırılması yolu ilə etdiyi cinayət hərəkətlərinə görə məsuliyyətdən yayınmaq məqsədi ilə verilmişdir və məhkəmə tərəfindən də haqlı olaraq əsassız hesab edilib rədd edilmişdir. X12 X15 Hüseinlə cinayət əlaqəsinə girib Bakı şəhəri 51 saylı X14 X16 X23 Respublikasının bütün dövlət və qeyri-dövlət orqanlarında təmsilçilik üçün Bakı şəhər 1 saylı Notariat Kontorunda xx.xx.2016-cı il tarixdə 7E-13547 reyestrlə təsdiq edilmiş etibarnamə üzrə səlahiyyətlərin Azərbaycan Respublikasında da qanuni olmasının təsdiqinə nail olmaqla saxtakarlıq yolu ilə İddiaçıun “xxxxxxxxx” MMC-nin təsis fondundakı 10%-lik payının ilk olaraq 50%-ni, daha sonra təkrar saxtakarlıq etməklə 99%-ni mənimsəməsi birinci instansiya məhkəməsində işə baxılan zaman tam sübuta yetirilmişdir. Bundan başqa, cavabdehin yuxarıda sadalanan qanuna zidd hərəkətləri (sənədlərin və imzaların saxtalaşdırılması) İddiaçıu “xxxxxxxxx” MMC-də 1% payda saxlamaq və onu əldə edilmiş və əldə ediləcək bütün gəlirlərdən məhrum etmək məqsədi ilə etdiyi də tam sübuta yetirilmişdir. Hesab edir ki, rayon məhkəməsi tərəfindən işə baxılan zaman X17 xxxxxxxxxın hərəkətlərində cinayət əməlinin tərkibinin olduğunu təsdiq edən kifayət qədər sübutlar olduğundan ilk iddia tələbinin xüsusi qərardad çıxarılıb prokurora göndərilməsi ilə bağlı hissədə, həmçinin 500000 manat mənəvi zərərin ödənilməsi hissəsində də təmin olunmalıdır. Həmçinin, cavabdehin saxtakarlıq yolu ilə təsis fonduna daxil olduqdan sonra “xxxxxxxxx” MMC-nin bağladığı müqavilə və kontraktlardan əldə etdiyi gəlir və digər faəliyyəti ilə bağlı bütün məlumatlar “xxxxxxxxx” MMC-dən tələb edilməklə öyrənilməli və hüquqi qiymət verilməlidir. Cavabdeh "xxxxxxxxx" MMC-nin direktoru X2 qarşılıqlı iddia ilə oxşar məzmun təşkil edən apellyasiya şikayətini əlavə olaraq onunla əsaslandırmışdır ki, Bakı şəhəri 1 saylı notariat kontoru tərəfindən verilmiş 7E-13547 nömrəsi ilə xx.xx.2016-cı il tarixdə rəsmiləşdirilmiş etibarnamənin surətindən görünür ki, etibarnamədə səlahiyyətlər iki A və B hissələrindən ibarətdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X20 1-ci A hissədə “xxxxxxxxx” MMC-nin İraq İslam Respublikasında və orqanlarında təmsil olunması, 2-ci B hisssində “xxxxxxxxx” MMC-nin yerləşdiyi ərazidə təmsil olunmasına səlahiyyət vermişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X20 “xxxxxxxxx” MMC-nin adından sənədləşmə işlərinin aparmağı, şirkətin mənafeyini təmsil etməyi, şirkəti idarə etməyi, şirkətin ümumi yığıncaq və ya idarə heyəti iclaslarında iştirak etməyi, səs verməyi, veriləcək qərarları qəbul etməyi, qəbul olunmuş qərarları imzalamağı, sərəncam və əmrləri verməyi, şirkətin adından imza etməyi və sair səlahiyyətləri vermişdir. “xxxxxxxxx” MMC Azərbaycan Respublikasında yaradılaraq qeydiyyata alındığı üçün onun ümumi yığıncaq və ya idarə heyəti iclaslarında iştirak etməyi, səs verməyi, veriləcək qərarları qəbul etməyi, qəbul olunmuş qərarları imzalamağı Azərbaycan Respublikası ərazisində keçirilir. Bu etibarnamədən də görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X20 yuxarıda göstərilən səlahiyyətləri vermişdir. Lakin, işə baxan məhkəmə bu halı mütəxəssis rəyi olmadan baxaraq düzgün qiymətləndirməyərək, düzgün olmayan qətnamə qəbul etmişdir Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)- 448/2020 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(011)-2247/2019 saylı qətnaməsi İddiaçı və cavabdeh "xxxxxxxxx" MMC-yə münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması və aparılmış ekspertiza tədqiqatının dəyəri olan 140 manatın ilk iddia üzrə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-3552/2020 saylı Qərarı ilə cavabdeh “xxxxxxxxx” MMC-nin təsisçisi (direktoru) X12 xxxxxxxxxın kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-448/2020 nömrəli qətnaməsi qismən – “xxxxxxxxx” MMC-nin Ümumi Yığıncağının xx.xx.2016-cı il tarixli qərarının etibarsız və həmin qərarın nəticəsinin ləğv edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış və kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən MMC-nin nümayəndəsi-vəkili hazırkı apellyasiya baxışının predmetinə dair hissəyə münasibət bildirərək, həmin hissədə qətnamənin ləğv edilməsini və ilkin iddianın rədd edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: «“xxxxxxxxx” MMC-nin Ümumi Yığıncağının xx xxxxxx 2016-cı il tarixli qərarının etibarsız və həmin qərarın nəticəsinin ləğv edilməsi hissəsində iddianı təmin birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlamaqla apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, İshaq Edmond ilkin olaraq “xxxxxxxxx” MMC-in Ümumi Yığıncağının xx xxxx 2017-ci il tarixli qərarını mübahisələndirir və ərizədə Nizamnamə kapitalının 100 faizinin özünə məxsus olması, xx.xx.2016-cı il tarixli yığıncağın qərarına əsasən isə cavabdeh İsam X9ın da təsisçi kimi MMC-yə daxil olub, hər ikisinin Nizamnamə kapitalındakı payının 50 faiz olmasını göstərir. İddiaçı sonradan iddia tələbini artırmaqla xx.xx.2016-cı il tarixli yığıncağın qərarını da mübahisələndirmişdir. İddia ərizəsinin məzmunundan iddiaçının xx.xx.2016-cı il tarixli yığıncağın qərarından xəbərdar olması görünsə də, apelyasiya məhkəməsi həmin yığıncağın qərarının iddiaçı tərəfindən sonradan bəyənilib-bəyənilməməsini müəyyən etməmişdir. Halbuki ərizədən beləgörünür ki, iddiaçı Nizamnamə kapitalındakı payların 50 faizlə cavabdeh arasında bölünməsini bilmişdir. Belə olan halda, ilk iddiaçının həmin qərarı bəyənib-bəyənməməsi halının müəyyən edilməsi Mülki Məcəllənin 357-ci maddəsinin tələbləri baxımından işin həlli üçün əhəmiyyət kəsb edir. Lakin apelyasiya məhkəməsi xx.xx.2016-cı il tarixli yığıncağın qərarının etibarsız hesab edilməsi hissəsində də eyni əsasla, yəni yığıncaqların keçirildiyi tarixlərdə ilk iddiaçının Azərbaycan Respublikasında olmaması, ümumi yığıncağın qərarındakı imzanın ilk iddiaçıya məxsus olmaması, etibarnamədə nümayəndəyə səlahiyyətlərin İraq İslam Respublikasında həyata keçirilməsi ilə əsaslandırmışdır. Yuxarıda qeyd edildiyi kimi işin bu halları “xxxxxxxxx” MMC-in Ümumi Yığıncağının xx xxxx 2017-ci il tarixli qərarının etibarsız hesab edilməsi üçün əsas olsa da, bunu xx.xx.2016-cı il tarixli yığıncağın qərarına aid etmək olmaz. Əvvəla, xx.xx.2016-cı il tarixli yığıncağın qərarında imzanın təsisçi İshaq Edmondundan adından sonuncunun nümayəndəsi X22 imzalayıb. Buna görə də İshaq Edmondun xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasında olmaması hər hansı əhəmiyyət kəsb etmir. Həmçinin əqdin sonradan bəyənildiyi halda, nümayəndəyə verilən salahiyyətlərin İraq İslam Respublikasında həyata keçirilməli olması barədə etibarnamədəki qeydin də əhəmiyyəti itir. Bu səbəbdən xx.xx.2016-cı il tarixli yığıncağın qərarının İ.Edmond tərəfindən imzalanmaması və nümayəndəyə verilən səlahiyyətin İraq İslam Respublikasında həyata keçirilməsi əsası ilə həmin qərarın etibarsız edilməsi işin müəyyən edilmiş halına uyğun deyil. Buna görə də xx.xx.2016-cı il tarixli yığıncağın qərarının etibarsız və həmin qərarın nəticəsinin ləğv edilməsi hissəsində apelyasiya məhkəməsinin qəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz.» Məhkəmə kollegiyası qeyd edir ki, baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qismən - “xxxxxxxxx” MMC-in Ümumi Yığıncağının xx xxxxxx 2016-cı il tarixli qərarının etibarsız və həmin qərarın nəticəsinin ləğv edilməsi hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki,apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “xxxxxxxxx” MMC-nin Ümumi Yığıncağının xx xxxxxx 2016-cı il tarixli qərarının etibarsız hesab edilməsi və həmin qərarın nəticələrinin ləğv edilməsi hissəsində ləğv edilməli, həmin hissədə ilkin iddia rədd edilməlidir. Kollegiya hesab edir ki, məhkəmənin “xxxxxxxxx” MMC-nin Ümumi Yığıncağının xx xxxxxx 2016-cı il tarixli qərarının etibarsız hesab edilməsi və həmin qərarın nəticələrinin ləğv edilməsi barədə gəldiyi nəticə yalnışdır. İş materiallarında olan Bakı şəhəri 1 saylı notariat ofisində 7E-13547 nömrəsi ilə xx.xx.2016-cı il tarixdə rəsmiləşdirilmiş etibarnamənin surətindən görünür ki, “xxxxxxxxx” MMC-nin adından İddiaçı X24i MMC-ni İraq İslam Respublikasının bütün dövlət və qeyri dövlət orqanlarında, nazirliklərdə, səfirliklərdə və konsulluqlarda, təşkilat və idarələrdə, vergi orqanlarında, Sığorta şirkətlərində, Bələdiyyə orqanlarında, notariat kontorlarında, qeydiyyat idarəsində, Poçt və Teleqraf idarələrində, qeydiyyat Şöbələrində və arxivlərdə, fiziki və hüquqi şəxslər qarşısında, həmçinin şirkəti bütün dövlət və kommersiya banklarında təmsil etməyi, şirkətin adından hesab açmağı/bağlamağı, mövcud hesablar üzərində sərəncam verməyi, hesablardan istifadə etməyi, pul məbləğləri almağı/qoymağı, mədaxil/məxaric əməliyyatlarını yerinə yetirməyi, plastik kart sifariş etməyi, almağı və ya dəyişməyi, nəğd hesablaşma etməyi, pul köçürmələri yerinə yetirməyi, bütün bank əməliyyatları aparmağı, şirkətin adından istənilən müqavilə ağlamağı, imzalamağı və ləğv etməyi, şirkətə aid-olan istənilən arayışı, qeydiyyat vəsiqəsini, şəhadətnamələri və digər sənədləri toplamağı, istənilən orqana təhvil verməyi, almağı, şirkətin adından sənədləşmə işlərini aparmağı, şirkətin mənafeyini təmsil etmək, şirkəti idarə etməyi, şirkətin ümumi yığıncaq və ya idarə heyəti iclaslarında iştirak etməyi, səs verməyi, veriləcək qərarları qəbul etməyi, qəbul olunmuş qərarları imzalamağı, sərəncam və əmrlər vermək, şirkətin adından imza etməyi, həmçinin vergi ödənişlərini, rüsumları, digər xərcləri ödəməyi, eləcə də şirkətin adından istənilən mövzuda ərizələr yazmağı, sənədləri apostil ştampı ilə təsdiqlətdirməyi və ya leqallaşdırmağı, şirkəti bütün məhkəmə instansiyalarında, məhkəmə qərarlarının icrası orqanlarında və digər dövlət strukturlarında, təşkilat, prokurorluqlarda, istintaq orqanlarında və digər orqan, qurum və təşkilatlarda təmsil etməyi, qanunla iddiaçıya, cavabdehə, 3-cü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, iddia ərizəsini imzalamağı, işi münsiflər məhkəməsinə verməyi, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etməyi və ya ondan imtina etməyi, iddianın predmetini və ya əsasını dəyişdirilməyi, barışıq sazişi bağlamağı, məhkəmə aktından şikayət verməyi, məhkəmə sənədinin məcburi icrası tələbləri, bütün məhkəmə orqanlarında şirkətə aid olan mülki işləri aparmağı, şirkətin adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. “xxxxxxxxx” MMC-nin təsisçilərinin xx.xx.2016-cı il tarixli qərarının surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə ********** (VÖEN) qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X10 Dövlət Qeydiyyat İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış “xxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalına İsam X9 tərəfindən 10 manat pul şəklində əlavə pay qoyularaq yeni təsisçi olaraq daxil edilməsi, cəmiyyət nizamnaməsinin 2-ci maddəsinin 2.1 və 2.2-ci bəndlərinin aşağıdakı redaksiyada verilməsi qərara alınmışdır. Cəmiyyətin nizamnamə kapitalı 20 (iyirmi) manat həcmindədir və hər biri 2 (iki) manat olmaqla 10 (on) paydan ibarətdir. Cəmiyyət təsisçiləri, onların nizamnamə kapitalındakı payları və mayalarının miqdarı aşağıdakı kimi müəyyən edilsin: İddiaçı - 50 (əlli) %, 5 (beş) pay, 10 (on) manat pul şəklində; İsam X9 - 50 (əlli), 5 (beş) pay, 10 (on) manat pul şəklində. Cəmiyyətin direktoru vəzifəsinə isam X9 və X24 təyin edilsin. Qərar İddiaçıun əvəzindən onun etibarnamə əsasında etibarlı nümayəndəsi X24 tərəfindən imzalanmışdır. “xxxxxxxxx” MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış Nizamnaməsinin (3-cü redaksiyada) surətindən görünür ki, “xxxxxxxxx” MMC-nin təsisçilərinin xx.xx.2016-cı il qərarında göstərilən dəyişikliklər Nizamnaməyə edilmişdir. Mülki Məcəllənin 90.5-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Belə qərar yalnız cəmiyyətin ötən il üçün maliyyə hesabatlarının göstəriciləri əsasında qəbul edilə bilər. Nizamnamə kapitalının cəmiyyətin əmlakı hesabına artırılan miqdarı cəmiyyətin xalis aktivlərinin dəyəri, nizamnamə kapitalının miqdarı və cəmiyyətin ehtiyat fondu arasındakı fərqi keçməməlidir. Cəmiyyətin nizamnamə kapitalı bu maddədə müəyyən edilmiş qaydada artırıldıqda iştirakçıların mayalarının məbləği dəyişmədən bütün iştirakçıların mayalarının nominal dəyəri proporsional surətdə artır. Həmin Məcəllənin 90.6-cı maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iştirakçıların əlavə payları hesabına artırılması cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş qaydada cəmiyyətin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Bu qərarla əlavə payların ümumi dəyəri, həmçinin iştirakçının əlavə payının dəyəri və onun payının nominal dəyərinin artırıldığı məbləğ arasındakı nisbət müəyyən edilməlidir. Həmin nisbət iştirakçının payının nominal dəyərinin onun əlavə payına bərabər və ya ondan az məbləğdə arta biləcəyi nəzərə alınmaqla müəyyən edilir. Hər bir iştirakçı əlavə payların ümumi dəyərindən artıq olmayan, həmin iştirakçının nizamnamə kapitalında olan mayasının məbləğinə proporsional olaraq əlavə pay qoymaq hüququna malikdir. İştirakçılar tərəfindən əlavə paylar, bu barədə ümumi yığıncağın qərarı qəbul edildikdən sonra nizamnamədə və ya ümumi yığıncağın qərarında müəyyən edilmiş müddətdə qoyulmalıdır. Əlavə pay qoymaq üçün müəyyən edilmiş müddətin ötürülməsi nizamnamə kapitalının qeyd edilən üsulla artırılmasının baş tutmamasına səbəb olur. Həmin Məcəllənin 91.1-1-ci maddəsinə əsasən 91.1-1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. Hər bir iştirakçının cəmiyyətin iştirakçılarının ümumi yığıncağında iştirak etmək, cəmiyyətin orqanlarını seçmək (təyin etmək), onlara seçilmək (təyin edilmək) və səsvermədə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla), şəxsən iştirak etmək və ya bu Məcəllə ilə müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsilə təmsil olunmaq, ümumi yığıncağın gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək hüququ vardır. İştirakçıların həmin hüquqlarını məhdudlaşdıran hər hansı razılaşma və ya hərəkət etibarsızdır. Cəmiyyətin iştirakçılarının ümumi yığıncaqda hər bir iştirakçının onun nizamnamə kapitalındakı payına mütənasib səsi vardır. Cəmiyyətin iştirakçısı olmayan kollegial icra orqanının rəhbəri və üzvləri və ya cəmiyyətin təkbaşçı icra orqanının rəhbəri ümumi yığıncaqda məşvərətçi səs hüququ ilə iştirak edə bilər. Bu Məcəllə ilə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə aid edilən məsələlərdən başqa, cəmiyyətin nizamnaməsinə uyğun olaraq cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə digər məsələlər də aid edilə bilər. Nizamnamədə müəyyən edilib-edilməməsindən asılı olmayaraq, ümumi yığıncaq cəmiyyətin fəaliyyəti ilə əlaqədar istənilən məsələni müzakirə edə bilər. Həmin Məcəllənin 91.3.1-ci maddəsinə əsasən cəmiyyətin nizamnaməsini və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək onun iştirakçılarının müstəsna səlahiyyətlərinə aiddir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 360.1-ci maddəsinə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 357-ci maddəsinə görə əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Sonradan verilən razılığın (bəyənmənin) mahiyyəti ondan ibarətdir ki, bunun nəticəsində artıq bağlanmış əqd hüquqi qüvvəyə minir. Bəyənmə əqdin zəruri elementi kimi tərəflər üçün hüquq və nəticələr doğurur. Bəyənmə geriyə təsir qüvvəsinə malikdir, ona görə ki, bəyənən şəxs yeni əqdə yox, əvvəl bağlanmış əqdə razılıq verir, yəni o, əqdi artıq bağlanmış əqd kimi bəyənir. Məhz bu səbəbdən bəyənmə geriyə qüvvəyə malikdir, yəni bəyənilmiş əqdin bəyənildiyi andan yox, bağlandığı andan hüquqi qüvvəsi vardır. Bəzi hallarda səlahiyyətsiz şəxs mülkiyyətçinin (səlahiyyətli şəxsin) qabaqcadan razılığını almadan əşya barəsində sərancam əqdi bağlayır. Bu cür hallarda, əgər səlahiyyətli şəxs bunu bəyənərsə, əqd bağlandığı andan etibarlı olur. Göründüyü kimi iddiaçı ilkin olaraq “xxxxxxxxx” MMC-in Ümumi Yığıncağının xx xxxx 2017-ci il tarixli qərarını mübahisələndirmiş və ərizədə Nizamnamə kapitalının 100 faizinin özünə məxsus olması, xx.xx.2016-cı il tarixli yığıncağın qərarına əsasən isə cavabdeh İsam X9ın da təsisçi kimi MMC-yə daxil olub, hər ikisinin Nizamnamə kapitalındakı payının 50 faiz olmasını göstərmişdir. İddia ərizəsinin məzmunundan iddiaçının xx.xx.2016-cı il tarixli yığıncağın qərarından xəbərdar olması görünür, həmçinin o, Nizamnamə kapitalındakı payların 50 faizlə cavabdeh arasında bölünməsini bilmişdir. Beləliklə, müəyyən edilir ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixli yığıncağın qərarı bəyənilmişdir. Həmçinin Kollegiya qeyd edir ki, xx.xx.2016-cı tarixli etibarnamənin məzmunundan müəyyən edilir ki, etibarnamə üzrə səlahiyyətlər İddiaçı tərəfindən “xxxxxxxxx” MMC-ni yalnız İraq İslam Respublikasında təmsil etmək üçün verilməmişdir, məhkəmənin bu barədə gəldiyi nəticə düzgün olmamışdır. xx.xx.20116-cı il tarixli qərarı X24 İddiaçıun əvəzindən onun etibarnamə əsasında səlahiyyətli nümayəndəsi olaraq imzalamışdır. Həmin qərarın etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı bir hal müəyyən edilməmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh “xxxxxxxxx” MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2247/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi qismən - “xxxxxxxxx” MMC-nin Ümumi Yığıncağının xx.xx.2016-cı il tarixli qərarının etibarsız və həmin qərarın nəticəsinin ləğv edilməsi hissəsində ləğv edilsin və həmin hissədə ilkin iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7146/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7146/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver