Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7150/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X2 ibarət tərkibdə, X11 oğlunun katibliyi, İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1406/2022 saylı, 14 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin halları ondan ibarətdir ki, ünvan 1 ünvanda istifadədə olan 68,38 m2 ümumi, 45,73 m2 yaşayış sahəsindən və 22,65 m2 yardmçı sahədən ibarət 3 otaqlı 03 nömrəli mənzil Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Seriyalı MA № ******* saylı, 17 mart 2011-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət kimi tam pay üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 1334 nömrəli reyestr kitabının 121834 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.
2. İş materiallarında olan, Bakı şəhəri, Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 1446 saylı, xx.xx.2022-ci tarixli arayışından görünür ki, X9 1992-ci ildən, İddiaçı 1992-ci ildən, Cavabdeh 1994-cü ildən, X8 1998-ci ildən, X13 1999-cu ildən, X17 2014-cu ildən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi ev 31 mənzil 03 ünvanda qeydiyyatdadırlar.
3. İş materiallarında olan, xx.xx.2017-ci il tarixli vəsiyyətnamədən görünür ki, X9 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günədək ona məxsus olan bütün əmlakını - ünvan 2 ünvanda yaşayan İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamə Bakı şəhər 45 saylı notariat kontorunda 2V-66 nömrəsi ilə reyestrdə qeydə alınmışdır.
4. İş materiallarında olan, xx.xx.2016-cı il tarixli nikah müqaviləsindən görünür ki, X6 ilə İddiaçı arasında nikah müqaviləsi bağlanmışdır.
5. İş materiallarında olan, Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsi 3-cü Yaşayış massivində istifadədə olan 0,0250 ha torpaqsahəsində yerləşən 330,40 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi Azərbaycan Respublikası ƏMDX yanında DƏDKR X20 tərəfindən verilmiş 02 dekabr 2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət kimi tam pay üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində ********* qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onun atasına məxsus Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi 31 saylı evin 03 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qeydiyyatda olduğu ünvanın mülkiyyətçisi X7r. Cavabdeh isə bacısıdır. Atasının 82 yaşı və xəstəliyi olmuşdur. Cavabdeh buna baxmayaraq onunla və özü ilə yola getməmiş, atasının xahişi ilə münaqişələrdən uzaq durmaq məqsədi ilə bir müddət qohumların evində qalmışlar. Atası 29 mart 2022-ci il tarixdə vəfat etmişdir. Bacıları da olan münaqişələrə görə atası hələ sağlığında vəkillə müqavilə bağlayaraq, bacılarının, yəni Cavabdeh və X4 mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi qaldırmışdır. Çünki, Cavabdeh Qaradağ rayonu Ümid qəsəbəsində mənzili vardır. Belə ki, onun iddia tələbinə əsasən Qaradağ rayon Məhkəməsinin 2(002)-5517/2016 saylı qətnaməsi ilə o, Qaradağ rayonu Ümid qəsəbəsi ev 1 mənzil 28-ə köçürülmüşdür. X8 isə Rusiya vətəndaşıdır. Ailəsi ilə birlikdə 20 ildən çoxdur ki, Rusiya Federasiyasında yaşayır. Atası vəfat etdiyindən bu işi başa çatdıra bilməmişdir. Atasının hüzürünü faktiki yaşadıqları ünvanda keçirmişdir, cavabdeh heç atasının hüzüründə də iştirak etməmişdir. Atası həmin mənzili ona vəsiyyət etmişdir. Atasının ölümündən sonra mənzilə gedib orda yerləşmək istəsə də, cavabdeh mənzilin açarını dəyişmiş və onu mənzilə buraxmamışdır. Halbu ki, atası həmin mənzili ona vəsiyyət etmiş, mənzildə atasına və ona məxsus əmlaklar vardır. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etməli olmuşdır.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(002)-1406/2022 saylı, 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsdov) İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” iddiasının rədd edilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli mənzilin sahibi X7r. ünvan 4 ünvanda olan fərdi yaşayış evi X3 adına İddiaçı ilə birgə nikah dövründə - xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixli nikah müqaviləsindən də görünür ki, həmin müqavilədə ünvan 5 ünvanda olan fərdi yaşayış evinin nikaha daxil olanadək Kəmalə Atakişiyevaya mənsub olması və ya nikah dövründə hədiyyə şəklində verilməsi və ya vərəsəlik qaydasında almasına dair qeyd-şərt olunmamışdır. Bu isə İddiaçı etibarlı şəkildə və daimi yaşamaq üçün başqa ünvanda başqa yaşayış yerinin olmasına dair sübutdur. İddiaçı 1992-ci ildən mübahisəli mənzildə qeydiyyatda olsa da, sənədlərdən göründüyü kimi, ərlə-arvadın birgə nikahı dövründə əldə edilmiş mənzil var. Digər tərəfdən mübahisəli mənzil iddiaçının atası tərəfindən iddiaçıya vəsiyyət edilsə də, həmin daşınmaz əmlakla bağlı iddiaçının adına vərəsəlik haqqında şəhadətnamə verilməmiş, habelə onun həmin yaşayış evi ilə bağlı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 157.2, 158.1 və 178.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
11. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri:
12. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.
13. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə əsassız və ədalətsizdir. Bacısı Cavabdeh özünün mənzili olmuş və Qaradağ Rayon Məhkəməsinin 2(002)- 5517/2016 saylı qətnaməsi ilə Balaxanım Ümid qəsəbəsi ev 1, mənzil 28 ünvanına köçürülmüşdür. Digər bacısı X1 Federasiyası vətəndaşıdır. Atası sağlığında qızlarının mənzildən istifadə hüququların xitam verilməsi üçün iddia qaldırmış, lakin ölümü ilə əlaqədar başa çatdıra bilməmişdir və evi ona vəsiyyət etmişdir. O, mübahisəli mənzildə qeydiyyatdadır və mənzildə ona məxsus əşyalar mövcuddur. Mübahisəli mənzil atasına məxsus olmuş, o, həmin evdə qeydiyyatda olmuş və həmin evdə yaşamışdır. Lakin, ailə vəziyyəti ilə əlaqədar müvəqqəti olaraq başqa ünvanda yaşamışdır. Onun daimi yaşayış yeri qeydiyyatda olduğu ünvandır. Məhkəmə onun mübahisəli mənzilə qeydiyyatda olduğu və həmin evin onun yeganə yaşayış yeri olmasını nəzərə almamışdır. Cavabdeh də məhkəmənin qətnaməsi ilə başqa ünvana köçürülmüş və onun da başqa ünvanda yaşayış evi vardır. Lakin, əsassız olaraq atasının ona vəsiyyət etdiyi ünvanda yaşayır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:
15. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
21. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
22. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
23. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
36. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, ünvan 4 ünvanda olan fərdi yaşayış evi X3 adına İddiaçı ilə birgə nikah dövründə - xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2016-cı il tarixli nikah müqaviləsindən də görünür ki, həmin müqavilədə ünvan 5 ünvanda olan fərdi yaşayış evinin nikaha daxil olanadək Kəmalə Atakişiyevaya mənsub olması və ya nikah dövründə hədiyyə şəklində verilməsi və ya vərəsəlik qaydasında almasına dair qeyd-şərt olunmamışdır. Bu isə İddiaçı etibarlı şəkildə və daimi yaşamaq üçün başqa ünvanda başqa yaşayış yerinin olmasına dair sübutdur. İşin faktiki hallarından görünür ki, mübahisəli daşınmaz əmlak, yaxud əmlakın bir hissəsi üzərində iddiaçının hər hansı hüququ qeydiyyatdan keçməmişdir. Bu səbəbdən, hazırki vəziyyətdə iddia tələbi təmin edilə bilməz.
40. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
41. İddiaçı apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi Cavabdeh özünün mənzili olmuş və məhkəmə qətnaməsi ilə cavabdeh Ümid qəsəbəsi ev 1, mənzil 28 ünvanına köçürülmüşdür. Digər bacısı X14 Federasiyası vətəndaşıdır. Atası sağlığında qızlarının mənzildən istifadə hüququların xitam verilməsi üçün iddia qaldırmış, lakin ölümü ilə əlaqədar başa çatdıra bilməmişdir və evi ona vəsiyyət etmişdir. O, mübahisəli mənzildə qeydiyyatdadır və mənzildə ona məxsus əşyalar mövcuddur. Mübahisəli mənzil atasına məxsus olmuş, o, həmin evdə qeydiyyatda olmuş və həmin evdə yaşamışdır. Lakin, ailə vəziyyəti ilə əlaqədar müvəqqəti olaraq başqa ünvanda yaşamışdır. Onun daimi yaşayış yeri qeydiyyatda olduğu ünvandır.
42. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin yuxarıda qeyd olunan dəlillərini qiymətləndirərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, iddiaçının etibarlı şəkildə və daimi yaşamaq üçün başqa ünvanda başqa yaşayış yeri vardır. İşin faktiki hallarından görünür ki, mübahisəli daşınmaz əmlak, yaxud əmlakın bir hissəsi üzərində iddiaçının hər hansı hüququ qeydiyyatdan keçməmişdir. Odur ki, iddiaçının apelyasiya şikayətinin qeyd etdiyi dəlillər əsassızdır.
43. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin 2-ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş halla və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
44. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
46. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edibetməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1406/2022 saylı, 14 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.