Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7152/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, İddiaçı cavabdeh «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə və qeyrisinə qarşı «mülkiyyət hüququnun, istifadə hüququnun bərpası, qanunsuz tikilmiş binanın öz hesabına sökülməsi, dəymiş maddi ziyanın ödənilməsi sərəncama görə məsuliyyətinin müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(005)-66/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 MMC-yə və qeyrisinə qarşı «söküntü və tikinti işlərinin qanunsuz hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(005)- 66/2021 saylı qərardadı ilə (hakim Solmaz Ədilova) İddiaçı cavabdehlər cavabdehlər «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Cavabdeh2ə qarşı «cavabdeh MMC tərəfindən qəsdən məhv edilən ünvan 1 ünvanında yerləşən sahəsi 111,5 kv metr olan «A» və sahəsi 13,2 kv metr olan «V» qanuni tikililərinə münasibətdə (aid) dövlət reyestrdə İddiaçı adına qeydə alınmış 13/256 hissə pay mülkiyyət hüququ bərpa edilməsi» hissəsində icraatına xitam verilmiş, həmçinin eyni tarixli qətnamə ilə iddia qalan hissədə rədd olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əsasən - icraata qismən xitam verilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(005)-66/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmuş, qərardad ləğv edilmiş, iş üzrə icraat təzələnmiş və işin məhkəmə baxışı 03 iyun 2021-ci il tarixə, saat 14:45-ə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. MPM-in 267.1-ci və 267.3-cü maddələrinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. MPM-in 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Göründüyü kimi, birinci instansiya məhkəməsi icraata qismən xitam verilməsi barədə qərardadını ləğv etmiş, işə həmin hissədə mahiyyəti üzrə baxılmasının davam etməsini qərara alınmışdır. Belə olan halda mülki icraat tam başa çatdırılmalı, yəni iddiaçının digər tələblərinə hüquqi qiymət verilərək yekun məhkəmə aktı çıxarılmalı, yalnız bundan sonra digər məhkəmə aktından da şikayət verilib-verilməməsindən asılı olaraq hazırki apellyasiya şikayətinə baxıla bilər. Bu səbəbdən də, hazırki vaxtda qətnamədən verilmiş apellyasiya şikayətinə ayrıca baxılması mümkün deyildir. Birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamış, icraatı davam edin mülki işi apellyasiya instansiyasına göndərmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsi qətnaməni 17 mart 2021-ci il tarixdə elan etdiyi halda, apellyasiya şikayətinə əlavə olunmuş rüsumla bağlı olan qəbzin tarixi ondan çox əvvəl, yəni 11 noyabr 2020-ci il tarixlidir ki, bu hal da özü-özlüyündə qəbzdə göstərilmiş pul vəsaitinin məhz hazırki iş üzrə apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu olmasını şübhə altına alır. Göründüyü kimi, birinci instansiya məhkəməsi bu hala da diqqət yetirməmişdir. Halbuki, MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı şəhəri Cavabdeh2ə qarşı «mülkiyyət hüququnun, istifadə hüququnun bərpası, qanunsuz tikilmiş binanın öz hesabına sökülməsi, dəymiş maddi ziyanın ödənilməsi sərəncama görə məsuliyyətinin müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(005)-66/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin, mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7152/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7152/2021
05.07.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver